ÖLKƏDƏ KƏnd təSƏRRÜfati istehsalinin mineralvə ÜZVİ GÜBRƏLƏRLƏ TƏMİnat səVİYYƏSİNİn statiSTİk qiYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 193,65 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix27.03.2018
ölçüsü193,65 Kb.
#34987
1   2   3   4   5   6

 

Aqrar  sahənin  ümumi  məhsuldarlıq  baxımından  inkişafı  zamanı  tətbiq  edilməsi    üçün 



respublikaya  idxal  olunan  mineral  gübrələrin  xeyli  hissəsi  mürəkkəb  və  kompleks  gübrələr 

formasında gətirilir ki, bunların tərkibində olan azot, fosfor və kaliumun nisbəti bitkilərin tələbatına 

uyğun  deyil.  Məsələn,  ammofosun  tərkibində  11-12%  N,  50  %  P  vardır  ki,  burada  azotun  fosfora 

nisbəti  1:5-dir.  Göründüyü  kimi  bu  da  bitkilərin  tələbatı  üçün  tamamilə  yararlılığa  uyğun  gəlmir. 

Bunu  üçün  də  mürəkkəb  gübrələrdən  istifadə  edərkən  optimal  nisbətin  çatışmayan  hissəsini  sadə 

gübrələrlə tamamlamaq lazım gəlir. 

Torpaq istifadəçilərinin bir qismi hələ də mineral gübrə dedikdə ammonium şorası (ammonium 

nitrat)  nəzərdə  tutur.  Onlar  fosfor  və  kalium  tərkibli  mineral  gübrələrə  çox  az  əhəmiyyət  verirlər. 

Qeyd edək ki, bu gübrələr bitki üçün biri digərini əvəz edə bilməz hamısı eyni dərəcədə lazımdır. 

Hal-hazırdaiqtisadi  siyasətin  prioritetlərini  təşkil  edən  ərzaq  təhlükəsizliyi  ölkənin  iqtisadi 

müstəqilliyinin  tərkib  hissəsidir.Heç  kimə  sirr  deyildir  ki,  torpağın  münbitliyinin  qorunub 

saxlanmasında geniş təkrar istehsalın təminatında mineral gübrələrdən qədərincə və düzgün istifadə 

edilməsi  olduqca  zəruridir.  Kənd  təsərrüfatının  bütün  sahələrində  dünyanın  inkişaf  etmiş 

ölkələrindən  fərqli  olaraq,  respublikamızda  məhsuldarlığa  görə    dinamika  aşağıdır.  Təbii  olaraq 

ölkənin  əhalisi  getdikcə  artır  və    kənd  təsərrüfatına  yararlı  torpaq  sahələri  müxtəlif  səbəblərdən 

azalmağa meyillidir. Belə bir şəraitdə intensiv amillər hesabına məhsul istehsalını artırmaq olduqca 

aktualdır. Torpağın eroziyaya  uğraması, şoranlaşması və s. amillər də  təsirsiz ötüşmür. 

Digər maddi-texniki resurslar kimi mineral gübrələr də sovetlər dönəmində mərkəzləşdirilmiş 

və  planlı  qaydada  təchiz  edilirdi.  Yeni  istehsal  münasibətlərinə  keçdikdən  sonra  kənd  təsərrüfatı 

məhsulu  istehsalçıları  digər  zəruri  istehsal  vasitələri  kimi  mineral  gübrələri  də  fərdi  qaydada  özləri 

əldə  etməli  olurdular.    Hal-hazırda  isə  problemlər  tədricən  aradan  qaldırılır  və  aqrar  sahənin 

inkişafına böyük diqqət yetirilir. 

Respublikada mineral gübrələrə olan ümumi tələbatı tam aydınlaşdırmağa çalışmışıq. 

Apardığımız  təhlillər  onu  göstərir  ki,  2000-ci  ildən  2013-cü  ilədək  ölkəmizə  idxal  edilmiş 

mineral gübrələr ümumi tələbatdan qat-qat aşağı olmuş lakin son iki ildə isə əvvəlki illərə nisbətən 

artmışdır.(şəkil 1) 

 

Şəkil 1-dən göründüyü kimi,2000-ci ildə 40,5 min ton mineral gübrə gətirilmişdir ki, bundan 



da  çoxunu  32,9  min  tonunu  azotlu  gübrələr  təşkil  edir,  2005-ci  ildə  isə  bu  göstərici  artaraq,  idxal 

olunan mineral gübrənin miqdarı 77,3 min ton olmuşdur. 2010-cu ildə isə bu göstərici əvvəlki ildən 

fərqli olaraq, azalmış 49,2 min ton təşkil edir və bunun da 33 min tonu ümumi azot gübrəsinin payına 

düşür.  


 

 

Şəkil 1. Növlər üzrə mineral gübrələrin idxalı( fiziki çəkidə, min ton) 

0

20

40



60

80

100



120

140


160

2000

2005

2010

2011

2012

2013

2014

2015

Cəmi mineral gübrələr  azotlu

fosfatlı

kaliumlu

sair


 

   



Ölkəyə  gətirilən  mineral  gübrə  2012  və  2013-cü  ildə  əvvəlki  illərdən  daha  çox  fərqlənmiş, 

2012-сi ildə 99,6, 2013-cü ildə isə 97,7 min ton  olmuşdur. Belə ki, 2013-cü ildə onun da 69,9 %-ni 

(68,3 min ton) azotlu, 10,2 %-ni fosfatlı (10,0 min ton), 3,07 %-ni kaliumlu (3,0 min ton), qalanını 

isə sair gübrələr təşkil edir.  

2015-ci  ildə  isə  2013-cü  ildən  fərqli  olaraq  artmış  və  cəmi  152,1min  ton  gübrə  idxal 

olunmuşdur. Bundan da 104,2 min ton azot, 3,7 min ton fosfor, 2,5 min ton kalium gübrəsinin 41,7 

min ton isə və s. gübrələrin payına düşür. 

Digər  tərəfdən  mineral  gübrəyə  artan  tələbatın  ödənilməsi  baxımından  ayrı-ayrı  bitkiçilik 

sahələri üzrə müəyyən edilmiş mineral gübrələrin normaları Şəkil 2-də göstərilən kimidir. 

2015-ci  ildə  ölkədə  ayrı-ayrı  bitkiçilik  sahələri  üzrə  mineral  gübrələrə  tələbatın  həcmi  və 

həmçinin tələbatın ödənilmə səviyyəsi aşağıda diaqramda tam şəkildə verilmişdir (Şəkil 2). 

Qeyd edim ki, hesablamalar hər bir iqtisadi rayon və eləcə də ona daxil olan inzibati rayonların 

becərilmiş  əkin  sahələrinə  əsasən  aparılmışdır.  Hesablamalarda  mineral  gübrələrin  fiziki  və  dəyər 

ifadəsində həcmləri müəyyən edilmişdir. 

 

 

Şəkil 2. Mineral gübrələrə tələbat norması (ha/kq) 



Mineral  gübrələrin  qiymətləri  çox  mütəhərrik  olmaqla,  tez-tez  dəyişir.  Mineral  gübrələrin  1 

tonunun dəyəri azotlu gübrələr üçün 370 manat, fosforlu gübrələr üçün 561 manat, kaliumlu gübrələr 

üçün isə 495 manat götürülmüşdür. 

Şəkildən göründüyü kimi,1ha ərazi üçün tələb olunan gübrə norması payızlıq taxıl əkinlərində 

700 kq-dır, bundan da 250 kq azot(N), 350 kq fosfor(P

2

O



5

) 100 kq isə kalium (K

2

O) gübrələri təşkil 



edir.(ümumi formul şəklindəN

250


P

350


K

100


) Pambıq bitkisi üçün mineral gübrəyə olan tələbatın ümumi 

formulu  N

300

P

400



K

100


  kimi  qeyd  olunur.  Kartof    bitkisi  üçün    isəN

200


P

350


K

150


tərtibində 

göstərilir.Tərəvəz  bitkiləri  üçünN

100

P

300



K

100


,  bostan  bitkilərində  də  mineral  gübrə  norması  tərəvəz 

bitkilərində  olduğu  normaya  uyğundurN

100

P

300



K

100


.  Şəkər  çuğundurunda  isə  digər  bitkilərdən 

fərqlidirN

250

P

350



K

150


,  günəbaxan  bitkisi  üçünN

200


P

300


K

100


,  dənlik  qarğıdalı  bitkisində  gübrə 

normasıN


150

P

300



K

100


,  təzə  yonca  bitkisi  üçünN

100


P

300


K

300


,  birillik  ot  və  silos  qarğıdalı  üçün 

N

100



P

200


K

50

, meyvə bitkiləri üçünN



150

P

300



K

100


, üzüm bitkisi üçünN

100


P

300


K

100


, köhnə yonca bitkiləri 

üçünN


0

P

300



K

0

, tütündə isəN



180

P

400



K

100


, nəhayət çay bitkisindəN

200


P

400


K

100


intervalında olmuşdur. 

Ümumi  dinamikaya  nəzərən  qeyd  etmək  olar  ki,  mineral  gübrələrə  ən  çox  pambıq,  payızlıq 

taxıl,  şəkər  çuğunduru  və  çay  bitkiləri  tələbkardır.  Bunlarda  azot,  fosfor  və  kalium  nisbətləri  də 

müxtəlifdir.  Azot  gübrəsi,  əsasən,  qeyd  etdiyim  bitki  nümunələrində  200-250  intervalında,  fosfor 

350-400  kq  intervalında,  kalium  isə  demək  olar  ki  əksəriyyətində  stabil  olaraq  100  kq,  təkcə  şəkər 

çuğundurunda isə 150 kq nisbətində dəyişir.Bu təhlildən belə nəticəyə  gəlmək olar ki,  respublikda 

becərilən  bitki  nümunələrinin  hamısı  mineral  və  üzvi  gübrə  normalarına  tələbkardır.Bu  gübrə 

normasının tətbiqi nəticəsində daha çox və yüksək məhsul əldə etmək olar. 



0

200

400

600

800

1 hektara tələb olunan gübrə, kq 

 azot

fosfor

kalium


Yüklə 193,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə