ÖLKƏDƏ KƏnd təSƏRRÜfati istehsalinin mineralvə ÜZVİ GÜBRƏLƏRLƏ TƏMİnat səVİYYƏSİNİn statiSTİk qiYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 193,65 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix27.03.2018
ölçüsü193,65 Kb.
#34987
1   2   3   4   5   6

 

müxtəlifdir.  Bu  bölgələrin  təbii-iqtisadi  şəraitindən  asılı  olaraq  yetişdirilən  məhsullar,  onların 



məhsuldarlığı və istehsal istiqamətləri də fərqlənir. 

Ümumiyyətlə qeyd edək ki, torpaqların münbitliyi təbii, süni və iqtisadi olmaqla müxtəlifdir. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  hazırda  istifadə  edilən  torpaq  sahələrinin  münbitliyi  təbii  şəkildə 

deyildir. Əhali təbəqəsinin yaşam tərzləri  üçün lazım olan ərzaq məhsullarını istehsal etmək məqsədi 

ilə    uzun  müddət  torpağın  təbii-iqtisadi  xassələrindən  istifadə  edərək  onu  əkib  becərmişlər.  Buna 

görə  də  hər  bir  dövrdə  insan  əməyinin  təsiri  nəticəsində  təbii  münbitlik  mütəmadi  olaraq 

dəyişilmişdir.  Torpaqdan  səmərəli,  düzgün  istifadə  edildiyi  halda  onun  münbitliyi  artmış,  düzgün 

istifadə edilmədikdə isə onun münbitliyi azalmışdır.  

Belə  olan  halda  torpağın  kimyəvi-fiziki  tərkibi  və  xassələri  ətraflı    tədqiq  edilərək  onun 

münbitliyinin daha da  yaxşılaşdırılması üçün mütəmadi olaraq,mineral və üzvi gübrələrdən istifadə 

edilir.  Bununla  bərabər  eyni  səpkidə  aqrotexniki  tədbirlər  vaxtında,  keyfiyyətlə  aparılır,  suvarma 

işləri  və  növbəli  əkin  sistemi  düzgün  tənzimlənir.  Torpaqda  təbii  münbitliyin  vəziyyətindən  asılı 

olaraq,bitki  məhsuldarlığının  artırılması  məqsədi  ilə  lazımi    aqrotexniki tədbirlər  həyata  keçirilərək 

süni münbitlik yaradılır. 

Belə nəzərə almaq olar ki, hər hansı bir sahə vahidindən əldə edilən məhsulun miqdarı torpağın 

iqtisadi münbitliyi kimi başa düşülür. Qeyd edək ki, torpağın münbitliyi, torpağın təbii xassələri ilə 

bərabər,  həm  də  insanın  torpağa  təsirindən  asılı  olaraq  torpağın  müəyyən  miqdar  məhsul  vermək 

qabiliyyəti    müəyyən  olunur.  Digər  tərəfdən  isə  torpağın  iqtisadi  münbitliyi  onun  məhsuldarlığına 

dəlalət  edir.  Bu  baxımdan,  istifadə  olunan  torpaqda  məhsuldarlığın  daimi  yüksəldilməsi  səmərəli 

istifadənin  nəticəsi  ilə  xarakterizə  olunur.  Torpağın  iqtisadi  münbitliyini  qiymətləndirmək  üçün  

mütləq və nisbi münbitlik göstəriciləri istifadə edilir. 

İstifadə  zamanı  torpaqdan  götürülən  məhsulun  həcmi  və  ya  onun  qiyməti  ifadəsi 

dedikdətorpağın  mütləq  münbitliyibaşa  düşülür.  Qeyd  edim  ki,  təbii  münbitliyi  müxtəlif  olan 

torpaqların  hər  hektarından  götürülən  məhsulun  miqdarı  da  müxtəlif  olmalıdır  və  ya  əksinə 

münbitliyi az olan torpaqlardan əldə  olunan məhsulun miqdarı da az olur. Bunun üçün isə az münbit 

olan torpaqlardan yüksək məhsul əldə etmək üçün bu torpaqlarda mütəmadi olaraq əkin qabağı və ya 

əkin vaxtı əlavə aqrotexniki tədbirlər həyata keçirilməlidir. Bildiyimiz kimi, bu tədbirlərin aparılması 

daha  çox  xərc  tələb  edir.  Ona  görə  də  torpağın  nisbi  münbitlik  göstəricisindən  torpağın  iqtisadi 

qiymətləndirilməsi zamanı istifadə edilir. 

Torpağın  nisbi münbitliyi dedikdə isə, digər tərəfdənəkinə sərf olunan torpaq (əkin) sahəsinə 

tətbiq olunan xərc müqabilində əldə  olunan məhsulun miqdarı başa düşülür. 

Gübrələrdən istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün mineral gübrələrin növləri, 

formaları,  dozası,  verilmə  vaxtı,  verilmə  üsulu  və  digər  aqrotexniki  tədbirlərlə  düzgün 

əlaqələndirilməsi, bitkilərin bioloji xüsusiyyətləri və s. nəzərə alınmalıdır. Becərilən bitkilər vaxtında 

su  ilə  təmin  edilməsi  və  qida  maddələri  ilə  normal  qidalandırılması  nəticəsində    bitkilərin 

məhsuldarlığı  da  yüksəlməlidir  ki,  bunun  nəticəsində  də  tətbiq  edilmiş  gübrələrdən  istifadə  edilmə 

əmsalı yüksələ bilsin. 

Qeyd  olunanlardan  aydın  olur  ki,  fosforlu  gübrələrin  torpağa  verilməsi  nəticəsindəbitkilərdən 

bol məhsul əldə etmək mümkündür. Bir şərtlə ki, onun torpağa verilmə müddəti, basdırılma dərinliyi 

və  tətbiq  dozası  düzgün  müəyyənləşdirilməlidir.  Onu  da  qeyd  edək  ki,  mineral  gübrələr  bitkilər 

tərəfindən yalnız məhsul şəklində olduqda yaxşı mənimsənilir. Bunun üçün,ilk növbədə, gübrə tətbiq 

edilən  torpaqda  kifayət  qədər  nəmliyin  olması  ən  əsas  faktorlardan  biridir.  Qeyd  edək  ki,  torpaqda 

olan rütubətin hesabınaazot gübrəsi torpağın dərin qatlarına, yəni əsas kök sisteminin inkişaf etdiyi 

qatlara  yuyula  bildiyi  halda,  fosfor  və  kalium  gübrələrinin  isə,  azot  gübrəsinə  nisbətən    nüfuz 

etməqabiliyyəti  çox  zəifdir.  Qeyd  edək  ki,  zəif  rütubətli  ərazilərdə  isə  xüsusilə  fosfor  və  kalium 

gübrələrinin basdırılma dərinliyi mühüm əhəmiyyət kəsb edir. Quraq ərazilərdə isə torpağın üst qatı 

çox quruduqdan sonra həmin torpaq qatında bitkinin kökündə əmici tellər ya əmələ gəlmir, ya da tez 

tələf olduğu üçün fosfor və kalium gübrəsindən istifadə edə bilmir. 

Hətta  rütubətli  ərazilərdə  də  10  sm-dən  dayaz  basdırılan  bitkilər  fosforlu  və  kaliumlu 

gübrələrdən də tam istifadə edə bilmir. Buna səbəb isə isti yay günlərində əkin qatının üst hissəsinin 

tez  quruması  nəticəsində  tətbiq  olunan  fosfor  və  kalium  gübrələrin  bitkilər  tərəfindən 



 

mənimsənilməməsidir.  Bunun  üçün  gələcək  illərdə  torpaqda  aparılan  dərin  şum  zamanı  istifadə 



olunan gübrə norması torpağın alt qatına düşməklə bitkilər tərəfindən istifadə oluna bilər.  

Torpağa  tətbiq  olunan  mineral  gübrələrin  dozası  qida  maddələrinin  miqdarından  və 

planlaşdırılan  məhsuldarlıqdan  asılı  olaraq,torpaqda  bitkilər  üçün  mənimsənilən  formada  olmalıdır.  

Mütəhərrik  fosfor  və  mübadiləvi  kaliumun  miqdarına  görə  hər  bir  əkin  sahəsi  üçün  tərtib  olunmuş 

qida  kartoqramı  3-4  il  ərzində  gübrələrin  diferensial  tətbiqi  üçün  kifayət  qədər  yaxşı  vasitədir. 

Bitkilərin  azota,  fosfora  və  kaliuma  tələbatını  kartoqramın,  həmçinin  bitkilərin  kimyəvi  analizinin 

köməyi ilə dəqiqləşdirmək daha məqsədəuyğundur. Gübrələrin səmərəli istifadə edilməsində onların 

verilmə müddətlərinin böyük rolu vardır. 

Məlumat üçün bildiririk ki, azot gübrəsinin illik normasının 20-30%-i səpinqabağı becərmədə 

yaxud səpinlə birlikdə bitkilərə, 70-80%-i isə vegetasiya müddətində yemləmə şəklində verilir. 

Bildiyimiz  kimi,  respublikanın  torpaqlarının  əksər  hissəsi  karbonatlı  olduğu  üçün  fosforlu 

gübrələri  belə  torpaqlara  verdikdə  fosfor  birləşmələri  torpaqda  dəmir,  alüminium  və  s.  birləşərək 

çətin həll olan formaya keçir və az mütəhərrik olur. Torpaqlarda fosfor tərkibli  gübrələrin dərin şum 

altına verilməsionların əsas gübrə kimi səmərəliliyini artırmaq üçün bu böyük əhəmiyyətə malikdir. 

Torpağın struktur tərkibindən asılı olaraq, fosforun illik dozası çox olduqda onun bir hissəsini əsas 

gübrə kimi torpaqda şum altına, qalan hissəsini səpinlə birlikdə və vegetasiya müddətində yemləmə 

şəklində  torpağın  dərin qatlarına vermək məsləhət görülür. 

Kalium gübrəsinə gəldikdə isə, əsas gübrə kimi kalium gübrəsinin illik normasının yarısını şum 

altına, qalan hissəsini isə yemləmə şəklində vegetasiya ərzində vermək faydalıdır. 

Mineral  gübrələrdə  olduğu  kimi  üzvi  gübrələrdə  torpağın  fiziki-kimyəvi  xassələrinin 

yaxşılaşdırılmasında,  torpaq  münbitliyinin  artırılmasında,  bitkilərin  məhsuldarlığının  və 

keyfiyyətinin  yüksəldilməsində  əhəmiyyətli  dərəcədə  rol  oynayır.  Üzvi  gübrələr  dedikdə  peyin, 

peyin  şirəsi,  fekalii,  kompostlar  və  s.  nəzərdə  tutulur.  Üzvi  gübrələrdə  kompleks  şəkildə  olaraq 

mineral  gübrələrin  tərkib  elementləri  vardır.  Belə  ki,  peyinin  tərkibində  0,5%  azot,  0,25%  fosfor, 

0,6%  kalium  və  bir  çox  makroelementlər  vardır.  Peyinin  tətbiq  edilməsi  nəticəsində  bitkilərin 

torpaqdan  aldıqları  qida  maddələri  yenidən  torpağa  qaytarılır.  Torpağın  qida  maddələri  ilə 

zənginləşdirilməsi,  münbitliyinin  artırılması  və  bitkilərin  məhsuldarlığının  yüksəldilməsi,  suya 

davamlı  struktur  aqreqatlarının  miqdarının  yüksəldilməsi  torpağın  su-fiziki  xüsusiyyətlərini,  o 

cümlədən  su  saxlama  qabiliyyətini  yaxşılaşdırılması  peyin  və  digər  üzvi  gübrələrdən  asılı  olaraq 

dəyişir.  Qeyd  olunan  gübrənin  tərkibində  olan  və  torpaqda  yaşayan  faydalı  mikroorqanizmlərin 

fəaliyyəti sayəsində torpağın tərkibindəki çətin həll olan mineral qida maddələri asan mənimsənilən 

formaya  çevrilir,  bilavasitə  bitkinin  kök  sisteminin  sorulma  zonasında  asan  mənimsənilən  qida 

maddələrinin miqdarını artırır.   

Əkin zamanı xüsusilə torpağa peyin və digər üzvi gübrələr mineral gübrələrilə birlikdə tətbiq 

edildikdə  onun  səmərəsi  daha  yüksək  olur.Digər  tərəfdən  mineral  gübrələr  torpağa  növbəli  şəkildə 

verilərkən onda qida maddələrinin  zərərli  artımı  müşahidə  olunur.  Bu zaman qida maddələrinin  bir 

hissəsinin  isə  çətin    mənimsənilmə  formasına  keçməsinə,  başqa  sözlə  desək,  qida  maddələrinin 

itkisinə səbəb olur. Belə ki, peyin mineral gübrələrlə birlikdə tətbiq edildikdə bu çatışmazlıq aradan 

qaldırılır. 

Biohumus  ən  yaxşı  üzvi  gübrələrdən  biri  sayılır  və  dünya  bazarında  ən  keyfiyyətli  ekoloji 

təmiz  gübrə  hesab  edilir.  Peyindən  fərqli  olaraq  biohumusun  tərkibində  16%  ümumi  humus,  3,2% 

ümumi  azot,  2,2%    ümumi  fosfor,  2%  ümumi  kalium  və  digər  zəruri  makroelementlər  vardır. 

Biohumus  həm  tərkibinə  həm  də  keyfiyyətinə  görə  peyinə  nisbətən  daha  üstün  üzvi  gübrə  hesab 

edilir.  Tərkib  nisbətinə  və  bioloji  əhəmiyyətinə  görə  1  ton  biohumus  10-15  ton  təzə  peyinə 

bərabərdir. 

Qeyd  etmək  lazımdır  ki,  növündən  asılı  olmayaraq,  gübrənin  torpağa  deyil,  bitkiyə  verilməsi 

vacib şərtlərdən biridir. Bu baxımdan da əkin sahəsinə verilən azot, fosfor və kalium gübrələri, daha 

doğrusu,  onların  tərkibindəki  təsiredici  maddələrin  (N,  P2O5,  K2O)  nisbəti  becərilən  bitkinin 

tələbatına uyğun olmalıdır. 

Beləliklə,  qeyd  etmək  olar  ki,  ölkə  rəhbərliyinin,  o  cümlədən  Kənd  Təsərrüfatı  Nazirliyinin 

kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrə olan tələbatın ödənilməsi daim diqqət 

mərkəzindədir. 




Yüklə 193,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə