Ön söz 5 GiriĢ


Mədənin işlənilməsi prosesində aparılan tədqiqatlar



Yüklə 4,05 Mb.
səhifə45/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   41   42   43   44   45   46   47   48   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Mədənin işlənilməsi prosesində aparılan tədqiqatlar


Mədənin işlənilməsi son dərəcə mürəkkəb bir dinamik sistemdir. Onun mərtəbələrində və fərdi yataqlarında neftin və qazın hasilatı layihə sənədlərinə müvafiq aparılmalıdır. Odur ki, mədənin işlənilmə prosesi daimi nəzarətdə olmalı, layihə göstəricilərindən hər hansı bir kənara çıxma halının səbəbləri araşdırılmalıdır.
Mədənin işlənilməsi başlandıqdan bir müddət sonra, onun layihədə əks olunmayan yeni elementləri aşkar edilə bilər: yeni quyuların qazılması və istismarı yataqlar haqqında əvvəllər məlum olmayan xassələri müəyyənləşdirir ki, bu da işlənilmə layihələrinə lazımi düzəlişlərin edilməsini tələb edir. Qeyd olunanları aşağıdakı misallarla izah edək.

  • Tutaq ki, layihə sənədlərində hər hansı bir mərtəbənin bazis obyektində lay rejiminin kənar suların aktivliyi ilə büruzəsi proqnozlaşdırılmışdır. Bu səbəbdən də onun işlənilməsində suvurma prosesi nəzərdə tutulmamışdır. Bu yatağın işlənilmə prosesində isə məlum olunmuşdur ki, yatağa kənar sular kifayət qədər aktiv təsir etmir. Nəticədə lay təzyiqinin enməsi baş verir. Belə halda yatağın işlənilməsi üçün yeni layihə tərtib olunur: vurucu quyuların yeri, vurulan suyun həcmi, istismar quyu şəbəkəsinin quruluşunda dəyişikliklər və s. əsaslandırılır.

  • Mədənin kəsilişində fərdi yataqlar ayrılarkən onların arasında hidrodinamiki təcrid olmuş gil qatının mövcud olma şərti nəzərdə tutulmuşdur. Işlənilmə prosesində isə hər hansı bir gil layında belə bir xassənin pozulduğu müşahidə oluna bilər. Bu səbəbdən qonşu laylar arasında əlaqə yaranır: yüksək təzyiqli laydan aşağı təzyiqli laya maye axımı baş verir. Bu proses qarşısı alınmaz olsa da, onu mümkün qədər nəzarətdə saxlamaq lazımdır: istismar və vurucu quyuların iş rejimini təyin edərkən kəsilişdə yerləşən bəzi obyektlər arasındakı hidrodinamiki əlaqənin mövcudluğu, onun aktivliyi və s. nəzərdə tutulmalıdır.

  • Fərdi obyektlərin ayrılmasında onların arasında geoloji müxtəliflik nəzərdə tutulmuşdur. Işlənilmə prosesində isə müxtəliflik göstəricilərinin qiymətlər fərqi qonşu yataqlarda tədricən azala bilər. Bu isə onların işlənilməsinin sonrakı dövrlərində ayrı-ayrı istismarını əlverişsiz edir. Belə halların müşahidəsi, mədənin yataqlara bölünmə sisteminə düzəlişlər edilməsi tələbatını qarşıya qoyur. Işlənilmə prosesində istismar obyektlərinin birləşdirilməsi məsələsinin həlli kitabın sonrakı bölmələrində veriləcəkdir.

  • Mədəndə ayrılmış fərdi yataqlarda işlənilmə tempi tədricən enir və onun qarşısını almaq üçün xeyli sayda quyuların qazılması tələb olunur. Lakin, neft ehtiyatının böyük hissəsinin realizə olunduğu yataqlarda yeni quyuların qazılması bəzən iqtisadi cəhətdən əlverişli olmur. Belə hallarda kəsilişin qonşu yataqlarında mövcud olan quyu fondunun imkanlarından istifadə edilir. Bu məqsədlə bir quyu ilə iki obyektin “eyni zamanda ayrılıqda” istismar üsulundan istifadə edilir ki, bu da onların işlənilmə tempinin enməsinin qarşısını ala bilər.

Əlbəttə, yatağın işlənilməsi prosesində həll ediləcək məsələlər göstərilən misallarla bitmir. Hər bir mədənin işlənilməsi prosesində ən müxtəlif geoloji- texnoloji məsələlərin həlli qarşıya çıxa bilər. Onların vaxtında və etibarlı həlli mədənin neft-qaz ehtiyatlarının səmərəli istifadəsinə imkan verir.
Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, karbohidrogen mədənlərinin işlənilmə sistemlərinin yaradılması üçün aşağıdakı məsələlərin həlli nəzərdə tutulur.

    • mədənin (çoxlaylı yatağın) kəsilişində istismar obyektlərin ayrılması;

    • ayrılmış fərdi istismar obyektlərinin işlənilmə sistemlərinin saslandırılması;

    • quyu şəbəkəsinin forma və sıxlığının təyini;

    • işlənilmə obyektlərinin təzyiq qradiyentinin əsaslandırılması;

    • yataqda suvurma üsullarının və yeni texnoloji proseslərin tətbiqinin əsaslandırılması;

    • işlənilmə prosesinin tənzimlənməsi.

Qeyd edilən məsələlərin həlli yolları aşağıda ətraflı tədqiq olunur.

    1. Yüklə 4,05 Mb.

      Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə