Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə31/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   27   28   29   30   31   32   33   34   ...   110

95

şahzadənin qərargahına gəldi və qəflətən qılıncını sıyıraraq ona

hücum etdi. Osmanın adamları da onun kimi hərəkət edərək

qızılbaşlara hücum etdilər. Lakin İsmayıl Mirzə soyuqqanlılıq

göstərdi, özünü itirmədi. Türklərdən bir nəfər də salamat qalmadı.

Qars qalası qızılbaşlar tərəfindən dağıdıldı.

Yenə həmin ildə Şahqulu Sultan böyük qoşunla Osmanlıların

sərhəd rayonlarını viran etmək üçün göndərildi. Onalr Əxlat

ərazisində tayfaları soyub taladılar və təqribən 5 minədək at, 100

min qoyun və 50 min qaramal sürüb apardılar

76

. Şah Xınıs



bölgəsini viran edib yandırdı və Pasinə yola düşdü. Burada şahzadə

İsmayıl və Bəhram Mirzə şaha qoşuldular.

İsgəndər bəy Münşi göstərir ki, qızılbaşların əsas qüvvələrini

məqsəddən yayındırmaq və özünün başlıca qüvvələrini itkisiz çəkib

aparmaq üçün  Sultan Süleyman Əlqası və Üləmanı qoşunlarla

müxtəlif istiqamətlərə yolladı. Əlqas Mirzə beş min nəfərlik

qoşunla Şəhrizurdan İraq tərəfə, Üləma isə  Ərzurum və Sivas

paşaları ilə otuz minlik qoşunla sultanın əmrinə  əsasə,Ərzurumu

müdafiə etmək üçün göndərildi. Süleyman özü isə Bilisi sürətlə

keçdi və Diyarbəkirə çatdı.

Şah Əli Sultan Tatı oğlunu on min nəfərlik dəstə ilə  Əxlat,

Gözəl Dərə, Adilcəvaz və Muş  ərazilərini viran qoymaq üçün

göndərdi. Üləmanın Tərcanda olması xəbərini alan şah, Sufiyandan

keçib onun arxasınca hərəkət etdi. Lakin Üləma tələsik qaçdı. Onda

şah Tərcandan Ərzincan istiqamətinə irəlilədi. Şahzadə  İsmayılın

irəlidə gedən hissələri Bayburt yaxınlığında  Məhəmməd Paşa Tək

oğlunun dəstələri ilə toqquşdu. Türklər darmadağın edildilər və

qaçdılar. Ərzincan tutuldu və talan edildi. Noyabrın əvvəlində şah

İrəvana yollandı və Üçkilsədə düşərgə saldı.

Şah Ərzincanda olarkən Əlqas Mirzə beş min nəfərlik dəstə

ilə Kürdüstandan Həmədana, sonra isə Qum üzərinə yeridi. Bunun

ardınca o, Kaşana daxil oldu. Əlqas Mirzə  şahın yaxınlaşması

xəbərini alan kimi tələsik cənuba, İsfahana hərəkət etdi. Şəhər



96

əhalisi müdafiəyə hazırlaşdı. Bəhram Mirzənin və  İbrahim xanın

dəstələri Kaşana çatdılar. Əlqas təqibçilərdən yaxa qurtarmaq üçün

Fars tərəfə döndü, Yezdxas (Şiraz-İsfahan yolunda) qalasını aldı və

müdafiəçiləri qılıncdan keçirdi. Sonra o, Şirazı keçib Bəhbəhana,

Dizfula daxil  oldu. Oradan isə Bayat qalasından çıxıb Bağdadın

hüdudlarına çıxdı

77

.



      Şirvanda Səfəvilər əleyhinə üsyanlar

Biz Əlqas Mirzənin qiyamı timsalında gördük ki, Şirvanda

onun keçmiş müstəqilliyinin, dövlət istiqlaliyyətinin bərpa

olunması  ənənəsi  çox  güclü  idi.  Əlqas  Mirzənin  qiyamını  təzəcə

yatırtmışdılar ki, Şirvanda Səfəvilər əleyhinə yeni üsyan baş verdi.

Üsyana, devrilmiş Dərbəndi Şirvanşahlar sülaləsindən olan, bəzi

məlumatlara görəmərhum Şirvanşah II Xəlilüllahın (1524-1535)

oğlu Bürhan Əli Sultan, yaxud Bürhan Mirzə başçılıq edirdi. O,

hələ  Əlqas Mirzənin vaxtında özünü sakit aparmırdı və hicri 951

(1544)-ci ildə Qaytaqdan yürüş edərək Şirvana soxulmuşdu. Lakin

Əlqas Mirzənin qoşunları ilə döyüşlərdə dəfələrlə məğlub

olmuşdu


74

.

Hicri 954 (1547)-cü ildə  Bürhan yenidən Qaytaqdan çıxışa



başladı və Külhanda düşərgə saldı. Burada, meşə və cəngəlliklərdə

“qiyamçılar və  Şirvan əsgərlərinin (sipahiyan) qalıqları” onun

yanına  toplandı.  Çox  çəkmədi  ki,  onlar  Şirvan  hakimi    İsmayıl

Mirzə və Göyçə Sultan qacar tərəfindən darmadağın edilib pərən-

pərən  salındılar.  Lakin  Bürhan  Qaytağa  qaça  bildi.  O,  Şirvan

hakiminin Azərbaycanın cınub hissəsinə soxulmuş türklərlə

müharibəyə getməsindən istifadə edərək yenidən Şirvana gəldi,

maneəsiz olaraq Şamaxını və digər yerləri tutdu

79

.

Osmanlı qoşunları Azərbaycanın cənub hissəsindən



getdikdən sonra şah ustaclı tayfasının başçısı  Abdulla xanı Şirvan


97

hakimi təyin etdi və  Şirvan qiyamçılarını zərərsizləşdirmək

vəzifəsini ona tapşırdı. Hicri 956 (1549)-cı ildə Abdulla xan Cavad

yaxınlığında Kürü keçərək Əli Şəban (yaxud Əli Çuban) adlı yerdə

düşərgə saldı. Qiyamçılar Buğurd dərəsində yerləşmişdilər. Onlar

böyük qüvvələrə malik olduqlarına görə qızılbaşlar hücuma

başlamağa cəsarət etmirdilər. Lakin bu vaxt qiyamçıların başçısı

Bürhan öldü

80

  və üsyançılar onun qohumlarından birini – gənc



Mehrabı özlərinə başçı saçdilər. Abdulla xan qiyamçılara hücum

edib onları məğlubiyyətə uğratdı. Mehrab çoxlu tərəfdarları ilə

qaçdı. Lakin darmadağın edilməkdən canlarını qurtarmış şirvanlılar

inadkarlıq göstərəərk şahın hakimiyyətini tanımadılar,şiarvanşah

taxtına Mehrabın Qurban Əli adlı qohumunun namizədliyini irəli

sürdülər. Onlar Xəzər dənizinin adalarından birində, mənbələrin

Derov (yaxud Derav) adlandırdığı yerdə möhkəmləndilər. Əli

Zeynalabdinin dediklərinə görə ada Xəzər sahillərinə yaxın

yerlərdə idi. “Kür çayı onun hər iki tərəfindən dənizə tökülür”

81

,



yəni ada Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə yerləşirdi.

Qiyamçılar Abdulla xanın barışıq təkliflərini rədd etdikdən sonra,

qızılbaşlar qışda (1549-cu ilin sonu-1550-ci ilin əvvəli) atlarla çayı

üzüb keçərək özlərini adaya çatdırdılar. Qurban Əlini və onun

adamlarının çoxunu məhv etdilər

82

.



Səfəvilər hakimiyyətinə qarşı başlanan bu üsyankar

Şirvanşahlar dövlətini bərpa etmək məqsədini güdürdü. Türk

salnaməçilərinin yazdığı kimi, özlərinin nisbətən kiçik qüvvələrinə

arxayın olmayan şirvanlılar, hərbi yardım üçün Səfəvilərin qüdrətli

düşməninə- Osmanlı sultanına müraciət edirdilər. Osmanlılar

kömək etməklə öz məqsədinə çatmağa, şirvanlıların səyi ilə

Səfəviləri Şirvandan sıxışdırıb çıxarmağa və Xəzər sahillərinə

çıxmağa can atırdılar.



Şəkinin Səfəvilər dövlətinə birləşdirilməsi


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə