Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə32/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   28   29   30   31   32   33   34   35   ...   110

98

Azərbaycanın sonuncu müstəqil xanlığının - Şəkinin süqutu

da bu dövrə təsadüf edir

Həsən bətin oğlu və varisi Dərviş Məhəmməd xanın vaxtında

Şəki xanlığının Səfəvilərlə münasibətləri pisləşdi. 1538-ci ildə I

Şah Təhmasib qızılbqş qoşunlarını  Şirvanı zəbt etmək üçün

göndərəndə, Dərviş Məhəmməd xan Şəki qoşunları ilə Buğurd

qalasında mühasirədə olan Şirvanşah Şahruxun köməyinə gəldi və

qızılbaşlara gecə həmləsi təşkil etdi

83

.



1538-ci ildə hakimiyyətdən məhrum edilmiş Şirvanşahların

simasında müttəfiqlərini itirmiş  Şəki hakimliyi müstəqilliyini

saxlamaq ümidi ilə I Şah Təhmasiblə yaxınlaşmaq yolunu tutdu.

Məsələn, Dərviş Məhəmməd xan Şirvanşahlar devrildikdən cəmisi

bir il sonra – hicri 946 (1539-1540)-cı ildə Səfəvilərlə qohum oldu.

O, Şah Təhmasibin bacısı, Şirvanşah II Xəlilüllahın dul qalmış

qadını Pərixan xanıml evləndi

84

. Lakin onun ölümündən



85

 sonra


münasibətlər yenidən pisləşdi.

Yuxarıda deyildiyi kimi, Dərviş Məhəmməd xan Əlqas

Mirzənin Səfəvilərdən ayrılmaq cəhdini müdafiə etmiş və öz

qardaşı  Şahnəzəri qoşunla onun yanına göndərərək ona hərbi

yardım göstərmişdi. Buna görə də Sultan Süleyman Azərbaycandan

geri çəkilən kimi, Şah Təhmasib Kiş qalasına sığınmış Dərviş

Məhəmməd xanı “cəzalandırmaq” üçün Qarabağdan Sevindik bəy

Əfaşarı 2500 qorçi ilə  Şəkiyə göndərdi. Qızılbaşlar Şəkini viran

qoyub qənimət ələ keçirdikdən sonra geri döndülər

86

.



Nəhayət, hicri 958 (1551)-ci ildə I Şah Təhmasib Şəkinin

müstəqilliyinə son qoymaq qərarına gəldi. Qızılbaş qoşunları

Ərəşdə dayandılar. Burada onlara Səfəvilərin vassalı olan Kaxetiya

çarı Levan qoşuldu. Dərviş Məhəmməd xan nəinki onları

qarşılamağa çıxmadı, hətta qızılbaşların şahın yanına gəlmək

tələbinə də rədd cavabı verdi. Bu, qızılbaşların Şəkiyə hücuma

başlaması üçün bəhanə oldu. Şəkililər belə hərəkət edərkən



99

özlərinin güclü qalaları olan Kiş və xüsusilə də  Şəki xanının

əyanlarla birlikdə sığınmış olduğu,demək olar ki, alınmaz

“Gələsən-Görösən” qalasına arxayın idilər. Şəkililərin bir hissəsi

Sıqnaxda – dağ yamacındakı sığınacaqda möhkəmlənmişdilər.

Qızılbaşlar eyni vaxtda şəkililərin hət üç müqavimət məkanına

qarşı hücuma başladılar. Qorçibaşı Sevindik bəy, Bədr xan və

Şahqulu Sultan Ustaclı Kiş qalasının üzərinə göndərililər. “Gələsən

– Görəsən” qalasını  ələ keçirmək Abdulla xan Ustaclıya və

kaxetiya çarı Levana tapşırıldı. Şahqulu xəlifə möhrdar qızılbaş

dəstəsi ilə Sıqnaxdakı şəkililərin üzərinə hərəkət etdi.

Şəkililər öz düşmənlərinin böyük üstünlüyünə baxmayaraq,

qızılbaşların bütün hücumlarını dəf edərək inadlı müqavimət

göstərirdilər. Məsələn, Şahqulu Xəlifə Sıqnaxa hücum etdikdə,

şəkililərin tüfəng atəşi ilə geriyə oturduldu. Qızılbaşlar topları və

2qalalarla mübarizə aparmaq üçün başqa vasitələri” işə saldılar. 20

gündən sonra Kişin qala divarları və bürcləri dağıdıldı. Qalanın

rəisi Mahmud bəy mübarizənin davam etdirməyi faydasız hesab

edərək qapı açarlarını  şaha təqdim etdi və təslim oldu. Kişin

süqutundan xəbər tutan Sıqnax müdafiəçiləri də tədricən

mübarizəni dayandırıb şaha təslim oldular. Çıxılmaz vəziyyətə

düşdüyünü görən Dərviş Məhəmməd xan gecə “Gələsən –

Görəsən” qalasından çıxdı və özünün dörd yüz nəfərlik dəstəsi ilə

qalanı mühasirəyə alməş qızılbaşların xəttini yarıb keçməyə cəhd

göstərdi. Lakin Abdulla xanın və çar Levanın dəstələri qaçqınları

yaxaladılar və qılıncdan keçirdilər.

Beləliklə, Şəki xanlığı ləğv edildi və onun ərazisi Səfəvilər

dövlətinin tərkibinə qatıldı. Toygün bəy Qacar Şəkinin ilk qızılbaş

hakimi təyin olundu

87.


  Səfəvilərin Osmanlı ərazilərinə soxulması


100

Hicri 959 (1552)-cu ildə I Şah Təhmasib Osmanlı ərazilərinə

daxil olaraq fəal hücum əməliyyatlarına keçdi.

Ərzurum hakimi İsgəndər paşanın qızılbaşların Çuxursəəd

(İrəvan) vilayətinə basqınları bu hücumlar üçün bəhanə oldu. 1552-

ci ilin əvvəlində  İsgəndər paşa Xoy ərazisində Səfəvilərin

hüdudlarına soxuldu, sonra isə Çuxursəədə keçib şəhər bazarını

yandırdı və geriyə qayıtdı. Ərzurum paşası qızılbaş  əmirlərinə

lovğalıqla yazdığı, hədələrlə dolu məktublarda özünü Şirvan və

Gürcüstan hakimi adlandırmışdı

88

.

1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların



toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd

istiqamətə göndərildilər:

1)

Ərciş  və  Bərkiyyə  -  (Məsum  bəy  Səfəvi,



Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin

xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan

bəy Səədli və b.).

2)

Pasinə (Şahverdi Sultan Ziyad oğlu və və



Ədhəm bəy Rumlu).

3)

Ərəb İraqına (İbrahim xan Zülqədər, Şahqulu



xan Əfşar, Çıraq Sultan).

Dəvilə


89

 (Bayram bəy Qacar, Toygün bəy Qacar və

gürcü hökmdarı Səfəvilərin vassalı olan Keyxosrov)

90

.



 Bu hərbi əməliyyatın məqsədi Osmanlı Türkiyəsinin

sərhəd ərazilərini  viran qoymaqdan, həmçinin hərbi qənimət

ələ keçirməkdən ibarət idi. Qızılbaşlar düşmənin yeni basqını

qarşısında osmanlı ordularının bu ərazilərdən gəlib –

getməsini çətinləşdirmək niyyətində idilər. Bu əməliyyatda I

Şah Təhmasib  şəxsən iştirak edirdi. Məsələn, Ahlat

ərazisində 30 min qoyun, 10 min qaramal, 3 min at ələ

keçirilmişdi. Ahlat qalası yerlə yeksan edildi. Van ərazisində

evlər və əkinlər məhv edildi. Bidlis, Vostan, Adilcəvaz, Ərciş,

Muş, Pasin bölgələri oddan – qılıncdan keçirildi. Döyüşlərdə




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə