Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə40/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   36   37   38   39   40   41   42   43   ...   110

122

həmin mərasimdə iştirak etmiş Qazi Əhməd Qəffari tərəfindən

təfsilatı ilə təsvir edilmişdir

171


. Şah, ziyafətlər və hədiyyələr

verməkdə xəsislik etməmiş və bu tədbirlərə təxminən on min

tümən xərcləmişdi. Öz mənafeyini düşünən Təhmasib, Süleymanın

oğlunun onun yanına qaçmasından daha çox faydalanmaq barədə

düşünürdü. Üç il şahın sarayında qalmış şahzadə Bəyazid onu türk

sultanına qarşı yürüşə təhrik etmişdi. Şah, ölkəyə

çoxlubədbəxtliklər gətirmiş müharibəni yenidən başlamaq

fikrindən uzaq idi. Şah, Bəyazidin təslim olunması müqabilində

türk elçilərindən Bağdadın öz oğlu Heydər Mirzəyə verilməsini və

yaxud oğullarından birinin osmanlı  ərazisində sancaqbəyi təyin

edilməsini və Kərbəladakı  şiə türbələrinə nəzarət etmək üçün

qızılbaş xadiminin ora buraxılmasını tələb edirdi. Şahın bütün bu

kələkləri,özünün qiyamçı oğlunundanışıqsız qaytarılmasında təkid

edən, Osmanlı-Səfəvi münasibətlərinin yenidən pisləşə biləcəyi ilə

hədələyən sultan tərəfindən rədd edildi.

Hicri 969-cu ilin zülqədə ayında (1562-ci ilin iyulunda) Van

hakimi Xosrov paşa başda olmaqla, Qəzvinə sultanın böyük elçi

heyəti gəldi

172

. Şahın Bəyazidi qaytarmasına nail olmaq onların



əsas vəzifəsi idi. Türkiyə ilə yeni hərbi münaqişə təhlükəsi

qarşısında ehtiyat edən, bəlkə də qızıla tamahı olan I Təhmasib

Bəyazidi və onun dörd oğlunu sultan nümayəndələrinin

sərəncamına verdi. Onlar elə oradaca edam edildilər, cənazələri isə

Osmanlı Türkiyəsinə aparıldı. Bəyazidin beşinci oğlunun taleyi

daha dəhşətli oldu. Bursada yaşayan üç yaşlı uşaq sultanın casusları

tərəfindən boğulub öldürüldü. Şərəf xan Bidlisinin məlumatına

görə, türk elçiləri bu “xidmət” müqabilində sultanın ümumi

məbləği 30 min İraq tüməninə bərabər 400 min florini, şahzadə

Səlimin isə 100 min florinini şaha təqdim etdilər

173

.

Hər halda yetişməkdə olan münaqişə aradan qalxdı və



xəyanət hesabına sülh əldə edildi. I Şah Təhmasib “Təzkirə”də

özünə yöndəmsiz halda bununla bəraət qazandırır ki, guya o,




123

Bəyazidə onu şəxsən Süleymana təslim etməyəcəyinə söz vermişdi

və buna görə də onu elçilərə təslim etməklə, öz vədinə xilaf

çıxmamışdır.



Səfəvilər dövlətinin Avropa ölkələri ilə siyasi əlaqələri

          

Artıq  qeyd  etmişik  ki,  orta  əsrlərin  yeganə  əsl hərbi

dövləti – Osmanlı Türkiyəsinə qarşı mübarizənin ümumi

mənafeləri əsasında, Səfəvilər dövlətinin Qərbi Avropa ölkələri ilə

diplomatik münasibətləri xeyli canlanmışdı.

Səfəvilər dövlətin mənafelərinin bilavasitə toqquşduğu

Avropa ölkələrindən birincisi Portuqaliya oldu.

Portuqaliyalı Vasqo de Qamanın Afrika ətrafından

Hindistana dəniz yolunu kəşf etməsi İran, Osmanlı və

Suriya limanlarından keçən köhnə Aralıq dənizi yolu ilə avropanın

Hindistanla ticarətinə ağır zərbə vurdu.1515-ci ildə İran körfəzinin

Hörmüz və digər adalarını tutmaqla portuqaliyalılar Səfəvilərin

ərazilərinin bilavasitə yaxınlığında görünərək, onlara özlərinin

Hindistanla dəniz ticarətinin şərtlərini qəbul etdirməyə cəhd

göstərdilər. Portuqaliya böyük gəlir gətirən Avropa-Asiya

ticarətinin Aralıq dənizi yolunu nəzarət altında saxlamaq üçün hər

cür cəhd göstərir, okean yolu ilə Hindistanla müntəzəm ticarət

əlaqələri yaratmaqda ona mane olmağa səy edən Osmanlı Türkiyəsi

ilə düşmənçilik edirdi.

Portuqaliyalılar Osmanlı Türkiyəsi ilə mübarizədə Səfəvilər

dövləti ilə yaxınlaşmağa başladılar. Türkiyə ilə müharibələr

dövründə Səfəvilər dövləti də belə bir ittifaqa meyl göstərirdi. Bəzi

məlumatlara görə, Portuqaliya Türkiyə  əleyhinə Səfəvilərə yalnız

odlu silahla deyil, habelə qoşunlarla, hərbi və maliyyə yardımı

göstərirdi. Məsələn, F.Kruzinskinin məlumatlarına görə, I Şah

Təhmasib 1549-cu ildə portuqaliyalılardan 10 minlik qoşun və 20



124

top almışdı

174

. XVI əsrin yetmişinci illərində Səfəvilərin



Venetsiyadakı səfiri Xacə Məhəmməd məlumat verir ki,

Portuqaliya kralı Səfəvilərə 20 min tsexin məbləğində pul

göndərmək barədə də göstəriş vermişdi

175


.

Bununla əlaqədar olaraq qeyd etmək maraqlıdır ki, farsdilli

salnamələrdə I Şah Təhmasibin sarayına gəlmiş iki firəng

(avropalı) səfirliklərinin adları çəkilir. Bu diplomatil

nümayəndəliyin hər ikisini Portuqaliya göndərmişdi. Hicri 958

(1551)-ci ildə Qəzvinə gəlmiş Portuqaliya kralı III Juanın (1552-

1557) elçiləri sarayda mehribanlıqla qarşılanmışdılar

176


. Bu zaman

Səfəvilər dövləti ilə Osmanlı Türkiyəsi arasında müharibə gedirdi.

Hicri 982 (1574-1575)-ci ildə III Juanın varisi – Don Sebatyanın

(1557-1578) göndərdiyi nümayəndə heyətini isə  şah qəbul

etməmişdi. Həsən bəy Rumlu bunu portuqaliyalıların işğal etmiş

olduqları  İran körfəzi adalarında müsəlmanları sıxışdırmaları ilə

izah edir

177


. Görünür başlıca səbəb bundan ibarətdir ki,Şah

Təhmasib Osmanlı Türkiyəsi ilə 1555-ci ildən sonra yaranmış dinc

münasibətləri sultana düşmən olan dövlətin elçilərini qəbul etməklə

mürəkkəbləşdirmək istəmirdi. İskəndər bəy Münşi məlumat verir ki,

I Təhmasib öz vəfatına qədər həmin nümayəndə heyətinə vətəninə

qayıtmağa icazə verməmişdi. Onlar yalnız Şah Məhəmməd

Xudabəndənin dövründə ölkədən getmək imkanı əldə etmişdilər

178


.

Osmanlı basqını təhlükəsi Avropa dövlətlərini son dərəcə

narahat edirdi. Venetsiya, İspaniya, Avstriya Habsburqlarının

ərazilərinə isə bilavasitə basqın təhlükəsi yaranmışdı. Əvvəllərdə

olduğu kimi, Osmanlı dövləti əleyhinə ittifaqın yaradılmasında

Roma papası böyük fəallıq göstərirdi. O, sultana düşmən olan

Asiya dövlətlərini də (onların arasında Səfəvilər dövlətinə başlıca

yer ayrılırdı) cəlb etməklə xristian dövlətləri ittifaqını qarşıya

məqsəd qoymuşdu. Bu zaman Türkiyənin hərbi qüvvələrini iki

cəbhəyə - qərb və şərq cəbhələrinə parçalamaq nəzərdə tutulmuşdu.




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə