113
xanı və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur
olmuşdu. Xəzinədən “yoxsullara” və “zəiflərə” pul paylandı.
Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi çahzadə
Sam Mirzənin atabəyi (lələsi) yerini tutmaqla Xorasan hakimi təyin
olundu
133
.
1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə
əlaqədar olaraq qızılbaş tayfaları arasında başlanan ara
müharibələri, Xorasanda da feodal hərc-mərcliyinə səbəb oldu.
Hüseyn xanın həmtayfası, Xorasan bəylərbəyi Ağzıvar xan mərkəzi
hakimiyyətə qarşı qiyam qaldırdı. Onun qiyamında istər-istəməz
hamisi olduğu şahın qardaşı Sam Mirzə də iştirak etdi. Qiyamçılar
Herat şəhəri sakinlərinin əmlakını qarət etdilər. Sonra isə o zaman
Böyük Moğollardan olan Şah Humayunun tabeliyindəki Qəndəhar
şəhərini ələ keçirmək məqsədilə yürüşə başladılar. Qalanın iki aylıq
uğursuz mühasirəsindən sonra Hümayunun qardaşı Mirzə Kamran
iyirmi minlik qoşunla mühasirədə olanların köməyinə gəldi.
Düşmənin üstün qüvvələri ilə döyüşdə qiyamçılar darmadağın
edildilər. Ağzıvar xan özü də həlak oldu. Bundan sonra Sam Mirzə
özünü I Təhmasibin qarşısında təmizə çıxarmaq üçün bir neçə
“qiyam təhrikçisini” edam etdirib başlarını şaha göndərdi
134
.
Qərbdən Osmanlı imperiyasının hücumu və Xorasandakı
qarışıqlıqlarla əlaqədar olaraq Səfəvilər dövlətinin düşmüş olduğu
ağır vəziyyət Orta Asiya hökmdarlarını, xüsusilə də Übeydulla
xanı yeni, fəal əməliyyat kaçməyə həvəsləndirdi. Onların
göndərdikləri iki dəstə Xorasana soxuldu.Lakin Məşhədin qızılbaş
hakimi Sufiyan Xəlifə Rumlu tərəfindən darmadağın edildi. Bunun
ardınca Gərcistan
135
hakimi Bayramoğlan Herat ərazisinə soxuldu.
Müqavimət göstərmək üçün kifayət qədər qüvvələri olmayan Herat
hakimləri şəhərin və ətraf ərazilərin sakinlərindənn icbari qaydada
qoşun topladılar.Heratın 80 yaşlı hakimi Xəlifə Sultan Şamlının
başçılıq etdiyi bu qoşun İsfizar ərazisində, hicri 941-ci il zülqədərin
114
19-u (1535-ci ilin mayın 22-də) özbəklər tərəfindən darmadağın
edildi
136
.
Hakimsiz və qoşunsuz qalan heratlıların kömək üçün
müraciət etdikləri Məşhəd hakimi Sufiyan Xəlifə Rumlu qoşunla
Herata gəldi. O, özünün zülm və qarətləri ilə əhalini “ağır günə”
qoydu.
Heratdakı vəziyyətdən xəbəri olan Übeydulla xan Xorasana
yeni basqın üçün həmin anı əlverişli hesab etdi. Sufiyan Xəlifə
özbəklərin Məşhədi mühasirəyə alması xəbərini eşidəndə öz
müavinləri Xızır Çələbini və Nurəddin Məhəmməd İsfəhanini
Heratda qoydu, özü isə özbəklərə qarşı hərəkət etdi. Döyüş hicri
942-ci il rəcəbin 20 (1536-cı il yanvarın 13)-də, Nişapur ərazisinin
Abdulabad kəndi yaxınlığında baş verdi və qızılbaş qoşununun
darmadağın edilməsi, Sufiyan Xəlifənin isə öldürülməsi ilə başa
çatdı
137
.
Eyni zamanda Heratda da mürəkkəb vəziyyət yaranmışdı.
Ümidsiz vəziyyətə salınmış şəhər sakinləri Xızır Çələbiyə və onun
adamlarına qarşı üsyan qaldırdılar. Səfəvilər əleyhinə olan bu
çıxışda şəhər əyanlarından başqa, qızılbaş əmirlərinin zülm və
özbaşınalığından narazı olan, Herat ətrafında yaşayan kəndlilər də
fəal iştirak etdilər. Xəyanət sayəsində Xızır Çələbi şəhər
əyanlarının qəsdinin üstünü aça bildi və qəsdin təşəbbüsçüsü,
Heratın kələntəri Mühibb Mikal ələ keçirilib edam edildi. Lakin
Herat kəndlilərinin üsyanını yatırmaq o qədər də asan olmadı. Xızır
Çələbi Heratın Firuzabad qapılarına həmlə edən kəndliləri dilə
tutmağa və sakitləşdirməyə cəhd göstərdi. Kəndlilərin şəhərə
girmək üçün dəfələrlə göstərdikləri cəhdlər nəticə vermədikdə
onlar (şəhər əyanlarının hiyləsi də yox deyildi) kömək üçün öz
nümatəndələrini Übeydulla xanən yanına göndərdilər. Sonuncu, bu
çağırışa yubanmadan cavab verdi.
Hicri 942-ci il ramazanın 18 (1536-cı il martın 11)-də
Übeydulla xan böyük qoşunla Herata yaxınlaşıb onu mühasirəyə
115
aldı. Özbəklər yalnız beş aydan sonra hicri 943-cü il səəfrin27
(1536-cı il avqustun 15)-də şəhərə girə bildilər və qısa
toqquşmadan sonra onu ələ keçirdilər. Xızır Çələbinin öz ailəsi və
yaxın adamları ilə sığındığı məşhur Herat qalası olan İxtiyarəddin
də bir qədər sonra hiylə ilə alındı
138
. Bu dəfə Übeydulla Heratda bir
ildən artıq qaldı. Hicri 943-cü il şabanın 17 (1537-ci il yanvarın
29)-də I Şah Təhmasibin başçılığı ilə Xorasana gəlmiş böyük
qızılbaş ordusu ilə toqquşmaqdan çəkinən özbəklər Heratı tərk
edərək Buxaraya qayıtdılar və şəhər yenidənn qızılbaş əmirlərinin
hakimiyyəti altına keçdi
139
.
Beləliklə, Übeydulla xanın Xorasana yürüşləri bir nəticə
vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq
özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər
dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi,
özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri
daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə
Astrabad ərazisinə qədər gəlib çıxmış, dəfələrlə Xorasanın paytaxtı,
Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı
almışdılar. Burada özbəklərin müvəffəqiyyətləri xeyli dərəcədə
onunla bağlı idi ki, yerli tacik əhalinin istər feodal əyanları, istərsə
də kəndliləri amansız zülm və zorakılığa yol vermiş qızılbaş hakim
dairələrinədüşməncəsinə münasibət bəsləyirdilə. 1535-1536-cı
illərin Herat üsyanının nümunəsində gördüyümüz kimi, bu
düşmənçilik bəzən öz zülmkarlarına qarşı açıq xalq çıxışı şəkli
alırdı.
Özbək xanlarının Xorasana yürüşləri sonrakı illərdə 950
(1543), 952 (1545), 955 (1548), 957 (1550), 962 (1555), 965
(1558), 967 (1559-1560), 971 (1563-1564), 974 (1566-1567), 977
(1569-1570)-ci illərdə də davam etmişdi
140
. 1550-ci ildə Astrabad
ərazisində türkmən mənşəli yaka tayfasının mərkəzi hakimiyyətə
qarşı üsyanı Səfəvilərin bu basqınlarla mübarizəsini
mürəkkəbləşdirmişdi. Üsyana əyan ailəsindən olan Aba adlı gənc
Dostları ilə paylaş: |