Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə38/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   34   35   36   37   38   39   40   41   ...   110

116

rəhbərlik edirdi.  O, şah qoşunları ilə mübarizədə kömək üçün

özbək xanlarına dəfələrlə müraciət etmiş və onların qoşunları

köməyə gəlmişdilər. Yalnız 1558-ci ildə (Aba xaincəsinə

öldürüldükdən sonra) üsyan yatırıldı

141


.

                      Səfəvilərin Gürcüstana yürüşləri

Gürcüstan Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında

mühüm hərbi-strateji mövqe tuturdu. Osmanlı Türkiyəsi

Səfəvilərdən əvvəl bura soxulmuş, öz təcavüzünü genişləndirməklə

hədələyərək Qərbi Gürcüstanda möhkəmlənmişdi. Sultanın əksinə

olaraq, şahAzərbaycana Osmanlı ilhaqının qarşısında maneə

yaratmaq üçün hər vasitə ilə Gürcüstanın şərq vilayətlərində öz

mövqelərini möhkəmləndirməyə səy göstərirdi. Yuxarıda qeyd

edilmişdi ki, Osmanlı imperiyası Azərbaycanın zəngin ipəkçilik

bölgələrini – Şəki və  Şirvanı zəbt etməyi, Xəzərboyu ticarət

üzərində nəzarəti ələ keçirməyi öz qarşısına məqsəd  qoymuşdu.

Göstərilən istiqamətdə Osmanlı təcavüzü XVI əsrin son rübündə

aşkara çıxdı və Gürcüstan bu  vilayətlərə Osmanlı basqını üçün

istinad nöqtəsinə çevrildi.

XVI əsrin əvvəlində Kartli, Kaxetiya, İmeretiya

çarlıqlarına, Samtsxe-Saatabaqo knyazlığına

142

  parçalanmış



Gürcüstan, Yaxın Şərqin Osmanlı imperiyası və Səfəvilər dövləti

kimi iki qüdrətli siyasi qurumun qarşısında dura bilməzdi. Gürcü

çarları sultanla şah arasında  manevr etməklə öz torpaqlarının

bütövlüyünü saxlamağa çalışırdılar.

Qızılbaş yürüşlərinin əsas obyektləri Kartli, Kaxetiya və

Mesxiya (Samtsxe-Saatabaqo) idi. İskəndər bəy Münşi göstərir ki,

Şəki ilə  Şirvanın qonşuluğunda olan gürcü çarları keçmişdə bu

ərazilərə soxulur və “müsəlmanlara hücum edirdilər”. Tarixçi

davam edir: “Bu vilayətlər  Səfəvilər dövlətinə birləşdirildikdən



117

sonra Kaxetiya çarı Levan  (Ləvənd xan)

143

  şahın vassalı oldu.



Mesxiya atabəyi Keyxosrov da “yüksək şah astanasının

mülazimləri sırasına”

144

  daxil  oldu.  Lakin  Kartli  çarı  Luarsab



145

(Ləvəsən), İmeretiya çarı (Başı açıq) Baqrat

146

  və  Menqreliya



hakimi  Dadian  şahın  vassalları  Levan  və  Keyxosrova  hücum

etməklə “öz düşmənçiliklərini biruzə verir və lazımi itaət

göstərmirdilər”.

Hələ XVI əsrin birinci rübündə Səfəvil\ər Kartli və

Kaxetiyanı tabe etməyə cəhd göstərmişdilər. Lakin onlar

Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizəyə I Şah

Təhmasibin dövründə başladılar. 1540-1554cü illərdə I Şah

Təhmasib Gürcüstana dörd dəfə yürüş etmişdi.

Farsdilli mənbələrə o, o cümlədən Həsən bəy Rumlunun

məlumatına görə, I Şah Təhmasibin Gürcüstana yürüşləri hicri

947

148


, 953

149


, 958

150


 və 961

151


 (1540-1541, 1546-1547, 1551 və

1554)-ci illərə təsadüf edir.

İskəndər bəy Münşinin məlumatları, hərbi yürüşlərin tarixi

və bir çoz təfərrüatları xeyli dərəcədə Həsən bəy Rumlunun təsvir

etdiklərinə uyğun gəlir

152


.

Gürcü mənbələri, qızılbaşların Gürcüstana yürüşlərinin

tarixlərinin göstərilməsində  Şərq salnamələrindən əhəmiyyətli

dərəcədə fərqlənir. Məsələn, gürcü salnaməçisi Vaxuştinin

yazdığına görə, Səfəvi şahı Gürcüstana 1536, 1548, 1553 və 1558-

ci illərdə yürüş etmişdir

153

. M.Brosse bu yürüşlərin tarixini gürcü



mənbələri əsasında göstərir. Mükəmməl “Əhsən ət-təvarix” əsəri

ona məlum deyildi. Məsələ bundadır ki, Həsən bəy Rumlu bu

yürüşlərin yalnız müasiri deyildi. O, həm də döyüş əməliyyatlarıda,

o  cümlədən  özünün  xüsusi  olaraq  söz  açdığı  I  Şah  Təhmasibin

ikinci yürüşündə  şəxsən iştirak etmişdi

154


. Halbuki Vaxuşti tarixi

xronikanı XVIII əsrdə yazmış və hadisələrin təsvirini öz dövrünə

qədər gətirib çatdırmamışdır. Onun əsərinin mənbələri barədə

olduqca az məlumatımız vardır

155

.Bundan başqa, Həsən bəy




118

Rumludan hadisələrin tarixi, təsvir olunan olayların müasiri

olmuşƏhməd Qəffarinin “Tarix – Cahan ara” salnaməsinin

məlumatları ilə tamamilə təsdiq edilir.

Bu baxımdan  “Gürcü xronikası” adlananmənbə heç bir

yenilik vermir

156

. Arakel Təbrizinin xronoloji cədvəlində I Şah



Təhmasibin Gürcüstana yalnız birinci yürüşünün adı çəkilir, tarixi

göstərilir və bu məlumatlar Şərq salnamələri ilə səsləşir

157

.

Bu yürüşlər Qurana görə savab iş sayılır, “kafirlərlə”



mübarizə, müqəddəs “cihad” müharibəsi kimi, üzürlü bəhanələr

altında həyata keçirilirdi. Qızılbaş hərbi-feodal əyanları həmin

yürüşlərdən  “İslamı yaymaq” üçün istifadə edirdilər. Mənbələrdə

göstərilir ki, gürcü qalaları alınarkən yalnız islamı qəbul edənlərə

aman verilirdi.

Qızılbaşların Gürcüstana yürüşləri ölkə iqtisadiyyatına

böyük ziyan vurdu. Müharibələr zamanı  əkinlər, meyvə

bağlarıməhv edilir, qaramal, qoyunsürüləri aparılır, məskənlər

viran edilirdi. Qızılbaşlar yalnız maddi sərvətləri ələ keçirməklə

kifayətlənmir, əhalini də  əsir aparırdılar. Səfəvi tarixşünasları

hakim dairələrə xoş gəlmək üçün gürcüləri “gəbrlər” adlandırır və

onlar üzərində qələbələrlə öyünürdülər. Məsələn, birinci yürüş

(1540) zamanı  Tiflis ələ keçirilmiş və qarət edilmişdi. Dördüncü

yürüş (1554) zamanı qızılbaşlar 30 min nəfərdən çox adamı ( o

cümlədən qadınları və uşaqları) əsir almışdılar. Qızılbaş

qoşunlarının basqınlarından ilk növbədə zəhmətkeş  əhali və xırda

gürcü feodalları  əziyyət çəkirdilər. Hakim dairələr isə çox vaxt

xərac verməklə, yaxud islamı qəbul edərək işğalçılara ximətə

keçməklə nicat tağırdılar.

Yuxarıda göstərdiyimiz kimi, 1555-ci ilin Amasya sülh

müqaviləsinə görəGürcüstan Osmanlı Türkiyəsi ilə Səfəvilər

dövləti arasında  təsir dairələrinə bölündü. Lakin Gürcüstanın

istiqlaliyyəti uğrunda mətin və barışmaz mübarizlər – Kartli çarı

Luarsab, onun ölümündən sonra isə oğlu Simon (1558-1560)




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə