Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə46/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   42   43   44   45   46   47   48   49   ...   110

140

“ziddiyyətli və ikibaşlı” adlandırır. O, yazır: “Şah bir tərəfdən

şahzadə İsmayılın Qəhqəhədəki şəxsi mühafizəsi qayğısına qalırdı.

Digər  tərəfdən  də  onun  öz  səfiri  Toxmaq  xan  Ustaclıya  vermiş

olduğu şahzadə Heydərin maneəsiz taxta varis olması haqqında ,

qayğı göstərməyi tələb edən məktubu ortaya çıxdı”

30

. Sonuncu



məlumatı farsdilli mənbələr təsdiq etmir. Daha çox ehtimal olunanı

budur ki,  I Təhmasib özünün tezliklə öləcəyinə inanmadığından

heç bir vəsiyyətnamə tərtib etməmişdi. Bununla da şah qeyri-

iradi,ölümündən dərhal sonra qiyamın baş verməsinə  şərait

yaratmışdı.

 Deməli, sarayda qalmış Heydər Mirzə arzu etdiyi məqsədə

çatdığına əmin idi. O, səhər hətta atasının tacını başına qoymuş,

qılıncını belinı bağlamışdı

31

. Lakin hər şey onun istəyinin əksinə



oldu.

Öncə aydın oldu ki, həmin gecə sarayın mühafizəsini

hərəmxana yüzbaşısı Vəli bəy Əfşarın rəisliyi ilə rumlu, əfşar,

qacar, bayat və varsaq

32

 tayfalarından olan qorçilər aparırdılar. Bu



tayfalar şahzadə  İsmayılın tərəfdarları idilər. Şahın vəfatı xəbəri

alınan kimi onlar saraya bütün giriş və çıxışları bağladılar. İskəndər

bəy Münşinin sözlərinə görə, “ağılsız qadının məsləhəti ilə hərəkət

edən şahzadə sarayın içərisində qalaraq, tərəfdarları və ardıcıllarını

saraydan kənarda qoymuşdu”

33

. Beləliklə, Heydər Mirzə öz



tərəfdarlarının köməyindən məhrum oldu. Düşmənlərinin əlində

əsirə çevrildi. Digər tərəfdən də o, İsmayılın tərəfdarı olan bacısı,

onu aldatmağa nail olmuş ağıllı, lakin hiyləgər Pərixan xanımı

zərərsizləşdirə bilmədi. Pərixan xanım həmin səhər özünü şahın

hərəmxanasında Heydərin əsiri kimi görəndə saraydan çıxmağın və

qardaşının planlarının həyata keçməsinə mane olmağın yeganə yolu,

belə işlərdə usta olduğu riyakarlıq və yalandan ibarətdir. O, dərhal

Heydərin yanına gəldi, özünü məharətlə itaətkar və yaltaq cildinə

saldı. Həyəcanla, əgər o düşüncəsizliyi üzündən hər hansı qəbahətə

yol vermişsə, qardaşından onu – “ağılsız qadını” bağışlamağı xahiş




141

edərək əmin etdi ki, bundan sonra qardaşına fədakarlıqla xidmət

edəcək və keçmiş dostluq münasibətlərinin bərpa olunmasına

çalışacaqdır. Bu zaman o, qardaşına tərəf atılıb onun ayaqlarından

öpdü və burada duran anaya üzünü tutaraq dedi: “Şahid ol,

Əlahəzrəti taxta çıxdığına görə təbrik etmək və onun ayaqlarını

öpməkdə heç kəs məni qabaqlamadı”

34

.



Bundan  sonra  o,  qurana  əl  basaraq  and  içdi  və  guya  öz

qardaşı  şahzadə Süleymana  və dayısı  Şamxala bu yeniliyi

bildirmək və onları da xidmət etmək üçün saraya gətirməkdən ötrü

evə getməyə icazə istədi. Sadəlövh və hər şeyə inanan Heydər öz

bacısının səmimiyyətinə inandı və bununla da özünü məhvə

məhkum etdi.

Getmək icazəsi alan şah qızı Pərixan xanım tələsik

hərəmxana bağından saray meydanına (“Meydan-i əsp”)aparan

gizli otağın qapısını öz açarı ilə açıb dayısı Şamxalı son hadisələrlə

tanış etdi.

Sarayda qalan şahzadə Heydər yüzbaşıları, qorçiləri,

eşikağalarını, saray mühafizəsinin nümayəndələrini, saray

adamlarını qızıl və hədiyyələrə qərq etdi və onların hamısına nə isə

vəd etdi. Lakin onun öz tərəfdarları ilə qovuşmaq üçün saray

mühafizə dəstəsini ələ almaq cəhdləri boşa çıxdı. İskəndər bəy

Münşi yuxarıda adı çəkilən Vəli bəy Əfşarın sözləri ilə deyir ki,

şahzadə Heydər həmin səhər Vəli bəy Əfşara, qorçilərəqapıları

açmaq və onun tərəfdarlarını içəri buraxmaq əmrini verərsə,

Kirmanın idarəsini və qorçibaşı vəzifəsini təklif etmişdi. Vəli bəy

qapılara qədər getdikdən sonra şahzadənin yanına qayıtmış və

demişdi ki, “vicdansız” qorçilər heç kimin nə saraya girməsinə, nə

də saraydan çıxmasına razı deyllər. Belə olduqda, şahzadə qılıncına

əl ataraq özünü öldürmək istədi, lakin anası çığıraraq özünü ona

tərəf atıb buna mane oldu. Şahzadə geriyə dönüb hərəmxanaya

girdi və o günün axırına kimi hərəmxana binasına “gah daxil oldu,

gah da çıxdı”

35

.

I Şah




142

Təhmasibin ölüm xəbəri  (onu gizlətmək üçün göstərilən bütün

cəhdlərə baxmayaraq) paytaxtda yayıldı və mayın 14-də səhər

şahzadə  Əhmədlə birlikdə  Əmiraslan xan Əfşar, həmçinin

Məhəmməd Mirzə, Hüseynqulu Xəlifə Rumlunun evinə gəldilər.

İsmayılın ardıcılları bura yığıldılar.

Şeyxavənd,  ustaclı  tayfaları,  gürcülər  və  Heydərin  digər

tərəfdarları – Məsum xan Səfəvi, Həmzə Sultan Talış, Seyid bəy

Kəmunə, Əlixan bəy (gürcü),  allahqulu xan Aycək oğlu Ustaclı

Hüseyn bəy yüzbaşının evinə toplaşdılar. Şahzadə Mustafa və

Bəhram Mirzənin oğlu İbrahim Kirzə buraya gəldilər.

Heydər Sultan Çabuk Türkman, Qulu bəy Əfşar,

Məhəmmədqulu Zülqədər möhrdar, Mirzə  Əli Sultan Qacar və

Heydərin tərəfdarları öz evlərində oturub hadisələrin sonrakı

gedişini gözləyirdilər. Onlar öz qüvvələrinə arxayın idilər  və

mübarizənin nəticəsi üçün o qədər də narahat deyildilər. Onlar

saraya daxil olub şahzadə Heydəri taxta çıxarmaq, mane olanları

isə məhv etmək barədə düşünürdülər

36

.

Onlar belə hesab edirdilər ki, İsmayıl onların tərəfdarı



Xəlifə Ənsar Qaradağlının etibarlı mühafizəsi altındadır və Heydər

taxta çıxdıqdan sonra yeni şahın göstərişi ilə birgə hərəkət edərlər.

Onlardan  bəziləri  ehtiyat  edirdi  ki,  saraya  hücum  edildiyi  halda

şahzadənin tərəfdarları ona kömək etməyə gəlib çatanadək  qorçilər

şahzadəni qətlə yetirə bilərlər. Onlar tez-tez öz qərarlarını

dəyişirdilər. Nəhayət, bu fikrə gəldilər ki, həmin gecə sarayın

mühafizəsi ustaclı tayfasından olan qorçilərə keçəcək, ona görə də

axşama qədər gözləmək lazımdır. Allahqulu Aycək oğlu saraya

getməməyi, qəflətən Hüseynqulu Xəlifənin evinə soxulmağı və

İsmayılın bütün tərəfdarları ora toplaşanadək onu öldürməyi,

dəstəsini isə dağıtmağı təklif etdi. O inandırırdı ki, bu xəbər saraya

çatan kimi saray mühafizəçilərinincanına qorxu düşəcək və onlar

qapıların mühafizəsindən əl çəkərək, bizim tərəfimizə keçəcəklər.

Bu zaman ağıllı, tədbirli və təcrübəli şəxs olan Hüseynqulu




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə