128
Süleyman rus dövlətinin istilalarına mane ola bilmədi. 1569-cu ildə
Iı Sultan Səlim Krım xanı Dövlət Gireylə birlikdə rusları
Həştərxandan sıxışdırıb çıxarmaq məqsədilə yürüşə başladı.
Müharibədə özlərinin donanmasından istifadə etmək məqsədilə,
türklər hətta Don ilə Volqa arasında kanal qazmağa cəhd
göstərdilər
188
. Lakin bu cəhdlər uğursuzluqla başa çatdı. Moskva
dövləti Həştərxanı əlində saxlaya bildi, lakin Şimali Qafqazda
möhkəmlənə bilmədi.
I Şah Təhmasibin şəxsiyyəti
İsmayılın böyük oğlunun – I Təhmasin şəxsiyyəti,
ümumilikdə tədqiqatçıların mənfi qiymətini almışdır. Onların
əksəriyyəti bu fikirdədir ki, şah heç bir cəhətdən “özünün dahi
atasına bənzəmirdi”. Süst xasiyyət, passivlik, təşəbbüssüzlük kimi
keyfiyyətlər ona aid edilir. Bu rəylərdə I Təhmasib gözə çarpmayan,
qabiliyyətsiz dövlət xadimi, din fanatiki kimi nəzərə çarpır.
Biz I Şah Təhmasibi heç də həddindən artıq
qiymətləndirmək, ideallaşdırmaq fikrində deyilik. Lakin bu
xarakteristikanı bir qədər sərt hesab edirik. I Təhmasibin simasında
çox cəhətlər onun ağıllı, ehtiyatlı siyasətçi olduğunu göstərir. I Şah
Təhmasibin müasirlərinin məlumatlarına müraciət edək.
Təhmasib hicri 918-ci il zilhiccənin 26 (1513-cü il martın 3)-da
189
anadan olmuş, hicri 984-cü il səfərin 15 (1576-cı ilmayın 14)-də
vəfat etmişdir. Öz atasının hicri 930-cu il rəcəbin 19 (1524-cü il
mayın 24)-da erkən ölümü üzündə on yaşlı oğlan ikən taxta
çıxmışdı. Tamamilə təbiidir ki, o, qızılbaş tayfa başçılarının əlində
oyuncağa çevrildi və onların hakimiyyət, var-dövlət uğrunda qanlı
mübarizəsini acizanə surətdə müşahidə edirdi. Budaq Qəzvininin
129
yazdığına görə, gənc Təhmasib elmlərə müvəffəqiyyətlə yiyələnirdi.
O, nisbətən qısa vaxtda müsəlman hüququnun (şəriyyə) və adi
hüququn (ürfiyyə) bütün incəliklərinə bələd olmuşdu. Xəttatlığa və
nəqqaşlığa böyük həvəsi olduğuna görə, hər birinin öz sənətində
“yeganə” olduğu görkəmli müəllimlər onunla məşğul olmağa cəlb
edilmişdilər. Xəttatlar – Molla Əbdi Nişapuri, Şah Mahmud
Nişapuri, Molla Rüstəm Əli Hərəvi, nəqqaşlar – Sultan Məhəmməd,
Behzad, Mirək İsfahani, Mir Müsəvvir və Dust Divanə məhz
belələrindən idilər. Şair Buk ül-işk bu münasibətlə belə bir beyt
demişdi:
Nə gözəl tərəqqi etdilər bişəkk,
Katib, nəqqaş, qəzvinli, bir də eşşək.
Budaq şerin mənasını belə izah edir: katibin (xəttatın) və
nəqqaşın adının çəkilməsi aydındır; burada qəzvinli ona görə
verilmişdir ki, onun vəkili Qazi Cahan Qəzvini olmuşdu; ulağın
xatırlanmasına gəldikdə isə tarixçi yazırdı: bu, ona görədir ki,
Təhmasib uşaq yaşlarında ulağın üstündə bir dəstə uşağı yığıb
onlarla gəzməyi və oynamağı xoşlayırdı
190
.
Artıq iyirmi yaşında ikən həddi-büluğa çatmış Təhmasib
qətiyyətlə dövlət işlərini öz əlinə aldı. Burada da onun dövlət və
siyasi xadim kimi qabiliyyəti özünü göstərdi. Müasir müəlliflər, bir
qayda olaraq hakimiyyətdə olmuş şahların şəxsiyyətinin təriflərlə
təsvir edirlər. I Şah Təhmasibin səciyyəsi bi baxımdan istisnalıq
təşkil etmir. Məsələn, Budaq Qəzvini şahın məziyyətlərini sayarkən
göstərir ki, ədaləti sayəsində “onun vəkilləri, vəzirləri, müstəvfiləri
və məmurların başqaların haqqını bir karat belə azaltmağa, yaxud
artırmağa imkanları qalmırdı. O, həftəni elə bölürdü ki, hər gün
müəyyən iş görülsün. Sədrlər, qazilər və fəqihlər işlərə şəriətlə
baxmaq üçün daim hazır olurdular. Onun fərmanı ilə
dəftərxanalarda hesablanan bütün məsvəflər (ixracat-i hükmi) ləğv
edildi. O, hər il təxminən 80 min tümənə çatan vilayətlər üzrə
130
tamğanı onlara güzəşt etdi, rəiyyətdən 10-20 illik vergini almaqdan
imtina etdi. Bir sözlə, rəiyyət belə dinclik və əmin-amanlığı heç
vaxt görməmişdi. Və əgər hər hansı bir rəiyyət saraya hakimdən
şikayət edərdisə, sonuncu şikayətə baxıldıqdan sonra vəzifədən
azad edilirdi”. Budaq Qəzvini göstərir ki, Şah Təhmasib Osmanlı
Türkiyəsi, Hindistan və Mavəraünnəhr padşahlarına göndərilən
məktubların qaralamalarına şəxsən düzəlişlər edirdi. Təhmasin əlli
iki illik şahlığı dövründə ilbəil qışlaq və yaylaqları xatırlayırdı.
Özünün qeyri-adi yaddaşı ilə tanınmışdı. O, bütün əyanları (ərbab),
vəzifə sahiblərini (kələntəran) və adlı-sanlı şəxsləri (əşraf) adı ilə
və üzdən tanıyırdı”. Ən təəcccüblüsü bu idi ki, şah ona xidmət edən
üç min nəfər qorçi və üç minə qədər yasavul, bukavul vəzifəli şəxs
və daxili mühafizəçilərin (qalaçı) hamısı haqqında, “hansının nə
vaxt mülazimliyə başlaması, yürüşlərdə hansı şücaət və igidlik
göstərdiyini və əvvəllər hansı xanın və sultanın yanında qulluq
etdiyini” bilirdi
191
.
Digər bir müasir – Həsən bəy Rumlu da qeyd edir ki,
Təhmasib yetkinlik yaşına çatdıqdan sonra “səhərdən axşama qədər
dövlət işləri ilə məşğul olur və bütün işləri özü görürdü. Belə ki,
vəkillər və vəzirlər onun icazəsi olmadan heç kəsə bir fəls belə verə
bilmirdilər”. O, vasvası dərəcəsində təmizkar, hər şeydən
şübhələnən adam idi və heç kimlə yemək – içməyi xoşlamırdı. O,
ömrünün son 20 ilində ata minməmişdi. Şah zahiri əlamətlərinə
görə hündürboylu, gərilmiş simalı, uzun əlli, sarı bənizli və saqqalı
tamam ağarmış bir şəxs idi”. Tarixçi davam edərək yazır:
“Döyüşçülər ona o qədər sadiq idilər ki, 14 il ərzində məvacib
verilmədiyinə baxmayaraq, heç kəs şikayət etmirdi”
192
.
Venetsiya səfiri Alessandri “tutqun baxışına, qalın
dodaqlarına və ağ saqqalına baxmayaraq, 60 yaşlı şahı üzünün
düzgün cizgiləri olan ortaboylu” bir şəxs kimi təsvir edir. “O,
bədbin xasiyyətlidir, öz sarayını 11 il ərzində tərk etməmişdir”
Sonra isə o, I Təhmasibi çox da cəsarəti olmayan, qanun və ədalət
Dostları ilə paylaş: |