Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə41/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   37   38   39   40   41   42   43   44   ...   110

125

1571-ci ildə sultanın venetsiyalıların hakimiyyəti altında olan Kipr

adasını işğal etməsi Venetsiya, İspaniya və Vatikanın daxil olduğu

antitürk “müqəddəs ittifaqın” yaranmasını sürətləndirirdi.

Göstərildiyi kimi, təxminən elə o zaman Venetsiya öz

diplomatı Vinçentso Alessandrini osmanlılar əleyhinə ittifaq

bağlamq təklifi ilə Səfəvilərin sarayına göndərmişdi. Sonrakı ildə

(1572) papa V Piy I Şah Təhmasibə məktubunda bildirirdi ki, şahın

xristian müttəfiqləri ilə özünün qəddar düşməninə qarşı birgə çıxış

etməsi üçün əlverişli məqam çatmışdır. Katolik kilsəsinin başçısı, I

Şah Təhmasibi II Səlimə qarçı hərbi əməliyyatlara başlamağa

çağırır, ona Mesopotamiya və Suriyanı  ələ keçirməkdə

müvəffəqiyyətlər vəd edir, birgə çıxış edən Avropa

dövlətləriqoşunlarına qarşı vuruşan türklərinn həmin əraziləri

qoruya bilməyəcəyini göstərirdi

179


.

Səfəvilərlə bütün bu diplomatik əlaqələr nəticə vermədi.

Çünki I Şah Təhmasib bu dövrdə qəti qərara gəlmişdi ki, Osmanlı

Türkiyəsi ilə münasibətləri pisləşdirə biləcək hərəkətlərə yol

vermək olmaz. Eyni zamanda Səfəviləri Türkiyə ilə müharibəyə

təhrik edən Qərbi Avropa hökmdarları özləri həmin müharibədə

ciddi iştirak etmək barədə düşünmürdülər. Onlar yalnız Səfəvilər

dövlətindən istifadə edərək Türkiyəni uzun sürən müharibəyə cəlb

etmək, bununla da özləri və torpaqları üçün sultan tərəfindən

gözlənilən təhlükəni zəiflətmək istəyirdilər. Bu münasibətlə, papa

XIII qriqorinin (1572-1585) Vatikanın arxivində saxlanılan, Səfəvi

şahının yanına gedəcək elçisi üçün yazdığı təlimatlar maraqlıdır.

Elçiyə göstərişlər verilirdi ki, 100-150 min skudi məbləğində pul,

həmçinin də 2 min odlu silah və 15-20top göndərməyi vəd etməklə,

şahın yaxın 2-3 ildə hərbi əməlyyatlara başlamasına nail olmaq

lazımdır


180

.

Hadisələrin sonrakı gedişi də bu fikri təsdiq edir. Belə ki,



1578-ci ildə Osmanlı Türkiyəsi öz ordularını Səfəvilər dövlətinə

qarşı yeritdi.Şah Məhəmməd Xudabəndə Portuqaliyaya nümayəndə




126

heyəti göndərmiş və Sultan III Murada

181

qarşı birgə çıxış etmək



çağırışı ilə Avropanın bütün xristian krallarına müraciət etmişdi.

Türkiyə, demək olar ki, bütün Cənubi Qafqazı işğal

etmişdi.Səfəvilər dövləti üçün ağır olan bu şəraitdə nə Portuqaliya,

nə də  İspaniya Türkiyəyə qarşı müharibəyə qoşulmadılar.1582-ci

ildə papa XII Qriqorini  və II Filippi təmsil edən, Hörmüzdə

Avqustluların prioru olan Simon, Şah Məhəmməd Xudabəndənin

yanına göndərildi. Simon papaya məktubunda xəbər verirdi ki, şah

türklərlə müharibəni davam etdirməyə hazırdır və  əgər xristian

dövlətlərinin sultanla vuruşmaq istədiklərini bilsəydi, öz elçisini

ispan kralının yanına göndərərdi

182

. Artilleriya, pul və Avropa



dövlətlərinin birdə çıxışını vəd etməklə, Səfəvi dövlətini Türkiyə

ilə müharibəyə təhrik etmək vəzifəsi də Simonun qarşısına

qoyulmuşdu.

1586-cı ildə Səfəvilər dövlətinə  Şah Məhəmmədin yanına

göndərilmiş digər papa elçisi – Ciovanni Battista Vekyettinin

qarşısında da belə bir vəzifə qoyulmuşdu.



Azərbaycan Səfəvilər dövləti və Moskva knyazlığı

Azərbaycan Səfəvilər dövlətinin Moskva dövləti ilə ilk

diplomatik əlaqələri I Şah İsmayıl hakimiyyətinin son illərinə

aiddir. 1521-ci ildə Səfəvi nümayəndəliyinin Moskvaya gəlməsi və

Moskva knyazından “çoxlu top, ustalar və yaraq-əslahə” alması

183


barədə, Krım xanının Sultan I Süleymana verdiyi məlumat

saxlanmışdır. Bu, rus arxiv sənədlərinin qeydə aldığı ilk əlaqə

faktıdır.  Məlumat  həm  də  buna  görə  maraqlıdır  ki,  Çaldıran

vuruşmasında I Şah İsmayılın ordusunda çatışmayan odlu silah və

top almaq cəhdlərinin olduğunu göstərir.

Moskva dövlətinin Azərbaycan Səfəvilər dövləti ilə

diplomatik əlaqələr yaratmasına qonşular – Osmanlı Türkiyəsinə



127

meyl edən Volqaboyu xanlıqlar, həmçinin Krım tatarlarının

viranedici basqınları mane olurdu. XVI əsrin ortalarında Moskva

dövləti Xəzərin şimal sahillərinə çıxmağa, Xəzər dəniz yolunu ələ

keçirməyə cəhd göstərir, Volqa boyunca cənuba doğru irəliləyirdi.

Bizə həmçinin məlumdur ki, 1553-cü ildə Seyid Hüseynin

başçılıq etdiyi Səfəvi nümayəndə heyəti Moskvaya gəlmişdi

184


.

əlimizdə danışıqların məzmunu haqqında məlumat olmasa da

güman etməyə  əsas var ki, danışıqlarda Türkiyə  əleyhinə hərbi

ittifaq haqqında məsələyə də toxunulmuşdur. Məhz bu zaman

Sultan Süleymanın qoşunlarıüçüncü dəfə Azərbaycana

soxulmuşdular və I Şah Təhmasib düçmən basqını ilə ağır və qeyri-

bərabər mübarizə aparmalı olurdu. Səfəvi şahı Krım tatar

süvarilərinin Dağıstan və Dərbənddən hücumunun qarşısını almaq

üçün məhz şimalda müttəfiq axtarırıdı.

1561-ci ildə Moskvaya (adı naməlum qalmış) Səfəvi

nümayəndəsi gəlmişdi. Bu barədə 1562-ci ilin iyununda onunla

birlikdə Moskvadan Həştərxana gəlmiş Cenkinson çəlumat verir

182

.

1563-cü il noyabrın 1-də Şirvan bəylərbəyi Abdulla xan Ustaclının



nümayəndəliyi Moskvaya gəlmişdi

186


.

Ehtimal etmək olar ki, I Şah Təhmasib Osmanlı Türkiyəsi

ilə 1555-ci il sülhünün uzun sürəcəyinə  şübhə edir və Moskva

dövləti ilə yaxınlaşmağa səy göstərirdi. Moskva dövlətinin başı

üzücü Livoniya müharibəsinə qarəşmışdı və çar sultanla

münasibətləri kəskinləşdirmək istəmirdi. Lakin IV İvan 1569-cu

ildə Aleksey Xoznikovun nümayəndəliyini I Şah Təhmasibin

yanına göndərmişdi. Xoznikov Səfəvilər üçün xeyli hərbi texnikanı

– 100 top və 500 tüfəngi Qəzvinə gətirmişdi

187


.

IV İvanın Kazan və Həştərxan xanlıqlarını Moskva

dövlətinə birləşdirməsi, I Süleymanın sarayında ciddi narahatlığa

səbəb olmuşdu. Türkiyə ğzü Volqa hövzəsində və Şimali qafqazda

işğallara can atırdı. Lakin cənub-şərqi Avropa  və Azərbaycan

Səfəvilər dövlətinə qarşı müharibələrə başı qarışan Sultan




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə