153
bütün hədiyyələr və bəxşişlər onun ayaqları altına yığılmışdı
47
.
Biz artıq paytaxtda ustaclı tayfasının məruz qaldığı cəza
tədbirləri haqqında danışmışıq. Bu xəbər əyalətlərdə ustaclı
nümayəndələrinin devrilməsi üçün sanki bir işarə idi. Belə ki,
mühüm vəzifələrin bu tayfa əyanlarının əlində olduğu Xorasanda
(Heratda) əfşar tayfasının digər tayfalarla birlikdə qiyamı baş verdi.
Bunun nəticəsində Xorasan hakimi Şahqulu Sultan Yegan
48
öldürüldü. Tayfa darmadağın edildi və pərakəndə salındı. Şah, xan
rütbəsi verməklə Əliqulu xan Şamlını Heratın hakimi və Xorasanın
əmir əl-ümərası təyin etdi
49
.
Ustaclı tayfasının sağ qalmış nümayəndələri hər vasitə ilə II
Şah İsmayılın onları bağışlamasına nail olmaq, digər qızılbaş
tayfaları ilə birlikdə ona xidmət etmək niyyətilə Qəzvinə doğru
getdilər. Lakin onları burada da yaxşı qarşılamadılar. Onlat şahzadə
Heydərin tərəfində çıxış etməklə qızılbaş tayfalarının nifrətini
qazanmışdılar. İskəndər bəy Münşi yazır: “Ustaclı tayfası
qızılbaşlar arasında gecə-gündüz öz rüsvayçılığından utanır və
xəcalət çəkirdi”
50
.
İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini
möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca
namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab
etdi. Biz artıq göstərmişik ki, uzun illər dustaqda tənha saxlanması
İsmayılı ifrat dərəcədə hər şeydən şübhələnən və qəddar adam
etmişdi. O, şahzadə Mustafanın 14 may hadisələrində Heydərlə
birgə olmasını, Heydərin ölümündən sonra isə şahzadə Süleymanın
öz bacısı Pərixan xanım və çərkəzlərin başçısı Şamxal tərəfindən
taxta namizəd irəli sürüldüyünü unuda bilmirdi.
İsmayıl ilk növbədə göstərilən şahzadələri məhv etməyi
qərara aldı. O, bu məqsədlə şahzadə Mustafanı “himayə etməyi”
adlı
51
. Ustaclı həmtayfaları başa düşürdülər ki, şah onların “taxt-
taca sədaqətini” sınaqdan keçirmək üçün dəhşətli üsul
düşünmüşdür. İskəndər bəy Münşinin dediyi kimi, Pirə
154
Məhəmməd öz əlini şah sülaləsi nümayəndəsinin qanına bulamaq
istəməsə də, qəzəbli şahın əmrindən boyun da qaçıra bilmədi.
Çünki o, öz tayfasının şah qarşısındakı günahını yumaq istəyirdi.
Beləliklə, Mustafa Pirə Məhəmməd xanın evinə çatdırıldı və bir
neçə gündən sonra boğulub öldürüldü.
Digər şahzadənin - Süleymanın da aqibəti dəhşətli oldu. O,
şahın əmrinə əsasən, öz həyatı üçün əsən dayısı Şamxalın əli ilə
öldürüldü. Bu qətllər 1576-cı il noyabrın 1-nə keçən gecə (şabanın
7-də)
52
baş verdi.
Lakin İsmayıl öz məqsədinə tam nail olmağa çalışırdı.
İskəndər bəy Münşinin obrazlı dili ilə desək, o, qardaşlarını “öz
dövlətinin gülşənindəki tikanlar” hesab edirdi.
Çox qorxduğu Qəndəhar hakimi Sultan Hüseyn Mirzə
53
sağ
ikən, İsmayıl riyakarcasına qardaşlarına canıyananlıq edir, onların
sayıqlığını zəiflətmək istəyirdi. Lakin bir qədər sonra Xorasandan
Sultan Hüseyn Mirzənin ölüm xəbəri alındı və onun qardaşlarına
olan əsl münasibəti aşkara çıxdı
54
. Şah heç bir günahı olmayan,
ədalətsiz tənələrdən əzab çəkən qardaşlarını da məhv etmək üçün
bəhanə axtarmağa başladı.
Günlərin birində paytaxt meydanında rumlu sufiləri ilə
Qəzvin darğasının mülazimləri arasında mübahisə toqquşma ilə
nəticləndi. Tezliklə darğa Əbdülqəni bəy Ustaclı tərəfdarlarından
ibarət dəstəsi ilə özünü bura çatdırdı. Lakin o, sayca üstün olan
sufilər tərəfindən əzişdirildi. İsmayıl, Müseyib xan Təkəliyə və
Murtizaqulu xan Pornaka əmr etdi ki, qiyamçıları susdurmaq üçün
hərəkət etsinlər. Əmirlər “həmin xalqın məskənlərinə” gedib
meydandakı toqquşma ilə heç bir əlaqəsi olmayan, günahsız
adamları qırdılar
55
.
İğtişaşlardan istifadə edən İsmayıl paytaxtda olan
şahzadələrə divan tutmağı öz adamlarına tapşırdı. Məhəmməd
Hüseyn Mirzə
56
, şahzadə Mahmud və onun bir yaşlı oğlu
Məhəmməd Bəkir, şahzadələr İmamqulu və Əhməd
57
, həmçinin
155
İbrahim Mirzə
58
öldürüldülər.
Sonra II İsmayıl əmisi, bibisi, dayısı, xalası oğlanları və
onların əyalətlərdəki kişi nəslini qırmağa başladı. Belə ki, Sisitanda
onun əmri ilə Bəhram Mirzənin oğlu Badi əz-zaman Mirzə, öz oğlu
Bəhramla birlikdə qətlə yetirildi
59
. Gəncədə yaşayan Sultan Mirzə
isə kor edildi. Beləliklə, qətllər müvəqqəti olaraq dayandırıldı.
Yalnız onun qardaşı Məhəmməd Mirzənin (bir anadan olmuşdular)
oğlanları toxunulmaz qaldılar: Sultan Həsən Mirzə, Həmzə Mirzə,
Abbas Mirzə, Abutalıb Mirzə və Təhmasib Mirzə
60
.
II Şah İsmayılın dövlət fəaliyyəti
Xalqın vəziyyəti I Şah Təhmasibin hakimiyyətinin son
illərində xüsusilə ağırlaşmışdı. Alessandrinin şəhadətinə əsasən,
son 8 il ərzində quldurların əli ilə 10 min nəfərdən artıq adam
öldürülmüşdü. Yollar təhlükəli idi, tacir anbarlarına hücumlar adi
hal almışdı
61
.
Həsən bəy Rumlunun qeydlərinə görə, I Şah Təhmasibin
ölümü əyanlar arasında böyük təlaşa və çaxnaşmaya səbəb oldu.
Seyidlər, qazılar və üləmalar öz həyatları üçün narahat olur,
“pozğun ünsürlərin və qara camaatın” (ronud və ovbaş)
62
üsyanından qorxurdular. Belə bir təhlükənin heç də xəyali deyil,
gerçək olduğunu şahın ölümündən sonra, on gün ərzində Qəzvində
qarışıqlıq hökmsürdüyünü xəbər verən İskəndər bəy Münşinin
məlumatlarından da görmək olar. İskəndər bəy Münşi yazırdı:
“Məhəllələrin qara camaatı (acəmirə) və pozğun ünsürləri (ovbaş)
qiyam və iğtişaş üçün başlarını qaldırdılar”. Əlbəttə ki, hücumlara
ilk növbədə varlı şəhərlilərin özləri məruz qaldı. Həmin günlərdə
heç kəs “öz evindən başını çıxarmağa” cəsarət etmirdi. Bu vəziyyət
hakimiyyət orqanlarının hadisələrin təhlükəli gedişinin qarşısını
almaq qərarına gəldikləri günədək – 1526-cı il mayın 24-dək
Dostları ilə paylaş: |