162
məqsədi nədən ibarətdi? Bu suala əlimizdə olan materiallar
əsasında aydın cavab vermək çox çətindir. Təsvir olunan
hadisələrin müasiri – Şərəfxan Bidlisi yazır ki, II İsmayıl
hakimiyyətdə möhkəmləndikcə öz əcdadlarının adətləri əksinə
olaraq ölkədə elə qaydalar yaratmaq üçün tədbirlər görürdü ki, bu
qaydalar sünnilərin və şiələrin hər birinin öz etiqadını saxlamasına,
bir-birinin işinə qarışmamasına imkan yaratsın.
Sultan Süleymanla I Şah Təhmasib arasında 1555-ci ildə
sülh müqaviləsinin bağlandığı zaman Osmanlılar xüsusi olaraq
qeyd etmişdilər ki, Səfəvilər əgər sultanla sülh şəraitində yaşamaq
istəyirləsə, birinci üç xəlifəni” də tanımalıdırlar
79
.
Buna görə də yalnız ehtimal etmək olar ki, III Sultan Muradla
təxminən eyni vaxtda taxta çıxan II İsmayıl sultanla sülh
münasibətləri yaratmağa və bu məqsədlə də şiə-sünni
qarşıdurmasını yumşaltmağa səy göstərmişdi. Zənn etmək olar ki,
məhz buna görə də II İsmayılın qısamüddətli hakimiyyəti dövründə
Səfəvi-Osmanlı sərhədində sakitlik hökm sürmüş, tərəflərin heç biri
barışıq müqaviləsini pozmamışdı.
Qəzvində şahın yeni din təmayülü ilə əlaqədar olaraq baş
vermiş həyəcanlardan, şahzadə Həsən öldürüldükdən sonra öz
hakimiyyətini möhkəmləndirmək üçün getdikcə daha çox qan
axıdan, özünə inamı daha artıq dərəcədə itirən müstəbid kimi II
İsmayılın öz ətrafındakılara inamsızlığı və şübhəsi də artmağa
başladı.
Təbiidir ki, çoxsaylı edamlar, vergi yükünün ağırlığıxalq
kütlələrini müflisləşmək və dilənçiləşmək həddinə gətirib
çıxarmaya bilməzdi. Narazılıq qızılbaş qoşunlarını və II İsmayılın
ən yaxın adamlarını da əhatə etmişdi. Lakin qəddar, qana həris
müstəbidin təlqin etdiyi qorxu hissi bu narazılığın aşkar təzahürünə
mane olurdu. Biz II İsmayılın taxt-taca iddia edə bilən qardaşlarını
məhv etməsi barədə danışmışıq. Qardaşının böyük oğlunu, şahzadə
Həsəni öldürən II İsmayıl öz hakimiyyəti üçün daimi qorxu hissinin
163
təsiri altında uzaq Xorasanda yaşayan digər qardaşı oğlu – yeddi
yaşlı şahzadə Abbası da qətlə yetirməyi qərara almışdı. Bu
“vəzifəni” Herat hakimi, Abbasın qəyyumu Əliqulu xan Şamlı
yerinə yetirməli idi
80
. Lakin onun Abbasa rəhmi gəlmiş,
mövhumatçı olduğuna görə qətl tədbiri “müqəddəs” ramazan
ayının sonuna qədər təxirə salınmışdı. Ancaq ramazan ayı hələ başa
çatmamışdı ki,şapar II İsmayılın ölümü barədə şad xəbəri Herata
yetirdi.
Hicri 985-ci il ramazanın 13-ü (1577-ci il noyabrın 24-də)
İsmayıl sərxoş vəziyyətdə paltarını dəyişdi, saraydan çıxdı, saray
halvaçısı Həsən bəyin və məiyyətin müşayiəti ilə şəhərin küçələrini
dolaşmağa başladı. Gecəyarısı o, dincəlmək üçün Həsən bəyin
evinə gəldi. Ertəsi gün isə elə oradaca onun meyiti tapıldı.
II Şah İsmayılın ölümü haqqında çoxlu rəvayətlər vardır.
Bəziləri onun kəskin mədə ağrısından, başqaları həddən artıq tiryək
istemal etməsindən, üçüncülər isə boğulub öldürüldüyündən və s.
vəfat etdiyini söyləyirlər
81
. Bu rəvayətlərdən daha çox həqiqətə
bənzəyəni İskəndər bəy Münşinin söylədiyidir
82
. Həmin rəvayətə
görə, II İsmayılın etinasız münasibətindən narazı qalmış Pərixan
xanım hərəmxana kənizləri vasitəsilə şahın qəbul etdiyi uyuşdurucu
maddələrə zəhər qatmışdı. Doğrudan da şöhrətpərəst və kinli olan
Pərixan xanımİsmayılın hakimiyyətə gəlməsi üçün çox iş görmüş,
lakin dövlət işlərindən kənar edilməsinə görə özünü olduqca təhqir
olunmuş hesab edirdi. Lakin Pərixan xanımın belə təhlükəli addımı
atmağa cəsarəti çatardımı? Güman etmək olar ki, burada II
İsmayılın dini xarakterli islahat cəhdini çox təhlükəli sayan qızılbaş
əmirlərinin təşkil etdikləri sui-qəsd mühüm rol oynamışdır.
Məhəmməd Xudabəndənin dövründə
Səfəvilər dövlətinin daxili vəziyyətinin pisləşməsi
II Şah İsmayılın ölümü ilə əlaqədar olaraq Qəzvin sarayında
gərgin vəziyyət yarandı. Elə görünürdü ki, qızılbaş tayfaları (bir
164
tərəfdən ustaclı və şamlı, digər tərəfdən, türkman və təkəli)
arasında qanlı düşmənçilik tezliklə yeni qüvvə ilə alovlanacaqdır.
Lakin vəzir Mirzə Salman və çox nüfuzlu, müdrik şəxs olan Xəlil
xan Əfşar toqquşmaların qarşısını dərhal almaq qərarına gəldilər.
Qəzvinin saray meydanına ən böyük əyanlar və tayfa əmirləri
çağırıldı. Burada türkman tayfasının qoca başçısı Əmir xanla
ustaclı tayfasının gənc rəhbəri Pirə Məhəmməd xanın
“barışdırılması” hadisəsi baş verdi. İskəndər bəy Münşinin
təbirincə desək,onlar “ata və oğul” müqaviləsi bağladılar. Digər
əmirlər də onlardan nümunə götürdülər. Sonra taxt-tacvarisi
məsələsini həll etməyə başladılar. Bir çox namizədlər irəli sürülsə
də (o cümlədən Məhəmməd Mirzənin oğulları olan 11 yaşlı Həmzə
və 9 yaşlı Abbas, hətta I İsmayılın südəmər oğlu Şahşüca)
83
, iri
tayfaların əmirləri I Şah Təhmasibin böyük oğlu Məhəmməd
Mirzənin namizədliyi üzərində dayandılar. Əmirlər qərar barədə
Pərixan xanıma məlumat verdikdə, o, “özünü padşah təsəvvür
edərək” dedi ki, qardaşının şah olması qərarına etirazı toxdur, lakin
bütün dövlət işlərini özü aparacaqdır. II Şah İsmayılın zindanlara
atdığı əmirlər və əyanlar Pərixan xanımın əmri ilə azad edildilər
84
.
Məhəmməd Mirzə qardaşı ölən zaman Şirazda yaşayırdı. O,
demək olar ki, kor, mülayim və dövlət işləri üçün bacarıqsız bir
adam idi. Onun bu nöqsanları dövlət hakimiyyətini öz əllərinə
almağa səy göstərən qızılbaş tayfa başçılarını tamamilə qane edirdi.
II İsmayılın ölümündən sonrakı ilk günlərdə ölkədə
ikihakimiyyətlilik şəraiti yarandı. Paytaxt şəhəri olan Qəzvində
dayısı Şamxal Sultanın müdafiə etdiyi Pərixan xanım hakimiyyəti
ələ aldı. Bütün əmirlər və “dövlətin ali şəxsləri” ona tabe oldular.
Onun yanında hətta qızılbaş tayfalarının ağsaqqallar şurası yarandı.
Bu şuraya türkman tayfasından Əmir xan, ustaclı tayfasından Pirə
Məhəmməd xan, şamlı tayfasından Sultan Hüseyn xan, təkəli
tayfasından Müseyib xan Şərəfəddin oğlu, əfşar tayfasından Qulu
Dostları ilə paylaş: |