159
olunmuş məbləği almaq arzusu ilə iddia edirdi ki, onlar həyatları
boyu şiəliyə mənsub olmamışlar. Bir çox qəzvinli keçmişdə sünni
olmuş, şafii təriqətinə etiqad etmişdi. Buna görə də belə hesab
edirdilər ki, onların çoxu hələ paytaxtda qalmaqdadır. Mirzə
Məxdum bu yolla müəyyən edilmiş “sünnilərə” 200 min tümənə
qədər pul verdi
71
.
Lakin II İsmayıl və sünnipərəst ruhanilər öz əməllərini
davam etdirmək fikrində idilər. Qəzvin möhtəsibinə (keşikçi
dəstəsinin rəisi) göstəriş verilmişdi ki, o, məscidlərin bütün divar
və qapılarından İmam Əliyə olan məhəbbəti ifadə edən yazıları yox
etsin. Möhtəsib Mir Zeynalabidin Kaşi özü şiə idi. Lakin II
İsmayılın xoşuna gəlmək üçün imamların şücaətlərini təsvir edən
bütün yazıları və hətta onların adlarını da pozmağı əmr etdi.
Dərvişin öldürülməsi və məscidlərin təhqir edilməsi xəbəri
təəssübkeş qızılbaşların səbir kasasını doldurdu. Onların
əyanlarından ibarət adamlar son dərəcə hiddətlənmiş halda
Səədabad bağında, sarayın qarşısında toplaşdılar. Onlar şiə
icmasının başçısı olan mürşidi-kamilinaçıq-aşkar öz əcdadlarının
etiqadından imtin etmək niyyətində olduğu təqdirdə, müridlərin
(sufilərin) özlərini necə aparacaqlarını da bilmirdilər. Bəziləri bu
barədə İsmayılın şəxsi fikrini öyrənməyi təklif edirdilər. Çünki
yalnız o, icmanın irsi başçısı kimi şübhələrə son qoya bilərdi.
Ağsaqqallar bu təklifə qarşı çıxış etdilər. Onların fikrincə, belə
rəftar qəbul olunmuş qaydalara müvafiq deyildi və şah sülaləsinə
qarşı qiyam kimi başa düşülə bilərdi. “Bəli, bəs İsmayıla belə sualı
verməyə kim cəsarət edəcək?”.
Təkəli taufasının başçısı Ərdoğdu Xəlifə, türkman
tayfasının rəhbəri Əmir xanla bərabər şahın yanına getmək, etiqad
məsələləri üzrə onları narahat edən suallara cavab verməyi şahdan
xahiş haqqında razılıq əldə olundu. Burada iştirak edən əmirlərin
bir qismi tez aradan çıxıb şaha xəbər verdilər ki, təkəli və türkman
tayfalarının başçıları öz aralarında ittifaq bağlayıblar, müttəfiqlər
160
şahı dinsizlikdə günahlandırmaq, onu devirmək və yerinə Tehranda
yaşayan şahzadə Həsəni
72
taxta oturtmaq niyyətindədirlər.
Qəzəblənmiş II İsmayıl dərhal Əmir xanı öz yanına
çağırtdırdı və çox sərt şəkildə ona dedi: “Siz mənim sünni etiqadını
seçdiyimi iddia etməklə məni qızılbaşların arasında rüsvay edir,
xalqın mənə olan inamını qırırsınız!” Əmir xan ona cəsarətlə cavab
verdi: “Biz belə düşünmürük və bizim əlahəzrət şaha inamımız
sarsılmazdır. Biz belə hesab edirik ki, əgər əlahəzrət tərəfindən
etiqad məsələlərinə etinasızlıq təzahür etmişsə, bu, sizin dövlət
işləri ilə məşğulluğunuzdan irəli gəlir və düşmən əməlidir. Lakin
Mirzə Məxdum Şərəfi bu məsələni aşkarlamış, şaha böhtan
atmışdır. O, xalqa açıqca deyir ki, əlahəzrət şah sünniliyi qəbul
etməyə meyil edir. Mirzə Məxdum şiə üləmalar ilə həmin etiqadın
üstünlükləri barədə mübahisə açır. Əgər şah bu şayiələri yalan
hesab edirsə, qoy onu cəzalandırsın. Məgər bizim günahımız
varmı?” Daha sonra Əmir xan sözünə davam etdi: “Niyə əlahəzrət
şah (onun) xeyirxahları haqqında (bizim) düşmənlərimizin
sözlərinə qulaq asır, onların düzgünlüyünü və yanlışlığını
yoxlamadan (bizi) – ürəkdən sadiq olanları öz düşməni hesab
edir?” II İsmayıl dedi: “Əgər mən qızılbaşların padşahı olmağa
layiq deyiləmsə, sizin sövdələşmənizə və qərarınıza əsasən,
Tehrandan Sultan Həsəni bura gətirin və özünüzə padşah edin!”
73
.
II İsmayılın əmri ilə Ərdoğdu Xəlifə həbs edildi. Əmir xana
isə İsmayıl dedi ki, əgər onlar həqiqətən şahzadə Həsəni taxta
əyləşdirmək niyyətində deyillərsə, o və Müseyib xan Təkəli bunu
əməlləri ilə sübuta yetirsinlər. Bu, şahzadə Həsənin qətlə
yetirilməsinə açıq işarə idi. Əmirlər bunu başa düşdülər və tezliklə
şahzadə xüsusi olaraq bu məqsədlə göndərilmiş adamlar vasitəsilə
Tehranda öldürüldü
74.
. Bu hadisələrdən sonra II İsmayıl ustaclı
əyanları ilə yaxınlaşmağa, türkman və təkəli tayfalarına isə şübhə
ilə yanaşmağa başladı.
Lakin tezliklə şah başa düşdü ki, özünün dini islahat
161
səylərində həddindən çox irəli getmişdir. Qızılbaş əyanlarının
qiyamından və həyəcanlanmış xalqın tərəfindən baş verə biləcək
iğtişaşlardan ehtiyat edərək o, Mirzə Məxdumu yanına çağırdı.
Hamının gözü qarşısında onu ittiham edib danladı. “Bu, əhalinin
ürəyindən idi və beləliklə, xalqın şübhəsi aradan götürüldü”
75
.
Bundan sonra şah saray daxilində bir daha dinlə əlaqədar olan
məsələlərə qayıtmadı.
II İsmayılın sünniliyə olan rəğbəti onun hakimiyyəti
dövründə zərb edilmiş sikkələrdə daha aşkar surətdə təzahür
etmişdi. İsmayıl tac qoyduqdan sonra, bir müddət yeni şahın adı ilə
sikkə zərb olunmadı. Buna görə sikkə zərb edən ustalar
(zərrəbiyan) zərbxana gəlirlərinə ziyan vurulmaması məqsədilə
şahın qarşısında sikkənin dəyişdirilməsi məsələsini qaldırdılar.
İskəndər bəy Münşi qeyd edir ki, bu zaman İsmayıl, adətən
sikkənin bir üzündə həkk edilən ərəb kəlamlarının, yəni: “Allahdan
başqa Tanrı yoxdur, Məhəmməd Allahın rəsuludur, Əli Allahın
dostudur” sözlərinin doğruluğuna şübhə etdiyini bildirmişdi. O,
qeyd etdi ki, Allahın adı ilə zərb olunan dinarlar və dirhəmlər
ticarət əməliyyatında yəhudilərin, ermənilərin, atəşpərəst
hindlilərin və digər “kafirlərin” də əlinə keçir və bu etiqad
qaydalarına ziddir. Lakin İsmayılın etirazının əsl səbəbi bu deyildi.
İskəndər bəy Münşi göstərir ki, bu kəlamda II İsmayılı təmin
etməyən hissə şiə formulu olan “Əli Allahın dostudur” ifadəsi idi
76
.
Mahmud Nətənzi məlumat verir ki, İsmayılın fərmanı ilə on
dang dəyəri olan xalis qızıl və gümüş sikkələr buraxılmışdı. Qızıl
sikkələrin bir tərəfində Şeyx Əttardan bir beyt, o biri tərəfində isə
padşahın adı, ünvanı və sikkənin zərb olunduğu yer göstərilirdi.
Sikkələrin üstündəki ənənəvi şiə ifadəsindən imtina edilməsi
ruhanilərin güclü müxalifətinə səbəb oldu. Lakin bu etirazlar II
İsmayılın qərarını dəyişə bilməmişdi
77
.
II İsmayılın sünni təmayüllü dini siyasətinin anlamı və
Dostları ilə paylaş: |