168
əməllərindən, mərkəzi hakimiyyətə tabe olmamasından qəzəblənir.
Şah Məhəmməd və onun ən yaxın məsləhətçiləri gen-bol
pul, torpaq və sair bağışlamaqlaqızılbaş əyanlarının sədaqətini
qazanmaq cəhdində həddən artıq canfəşanlıq edirdilər. Bu, dövlət
hakimiyyətinə əvəzedilməz zərər vurdu və onun rolunu heçə
endirdi. İskəndər bəy Münşi göstərir ki, Məhəmməd Xudabəndə
dövründə şah hakimiyyəti o qədər zəifləmişdi ki, tayfaların əyanları
qarşısında tamam aciz görünürdü. Məsələn, “hər tayfa (oymaq)
üçün yeni əmir təyin olunurdu, bütün vilayətlər və məmləkət isə
artıq (əmirlər arasında) bölüşdürüldüyü üçün onlara dövlət
xəzinəsindən məvacib verməli oldular və hər tayfanın tərəfdarları
qiyam və iğtişaş üçün baş qaldırır, öz rəqiblərinin üzərində
üstünlük qazanmağa çalışır, müstəqil olmaq istəyirdilər”
97.
Dövlət daxilində feodal ara müharibələri və çəkişmələr
Səfəvilər dövlətinin xarici siyasi düşmənləri (xüsusilə sə
müharibəni yenidən başlamaq üçün əlverişli fürsət gözləyən
Osmanlı Türkiyəsi) üçün arzuolunan bir hal idi. “Qızılbaşların
məmləkətində ara müharibələri, pozğunluq və qarışıqlıq baş
verməsi barədə xəbərlər yayılırdı... Bu günü gözləyən qonşu
padşahlar və düşmənlər həmin məqamı əlverişli saydılar, Əcəmi
(Səfəvilər dövlətini – O.Ə.) tutmaq üçün şərqdən və qərbdən
cəhdlər göstərdilər. Sultan Murad Azərbaycan və Şirvan ölkələrini
tutmaq arzusunda olduğunu bildirdi. Uzun illər başlarını itaət
çənbərində saxlamış ucqarların asılı hakimləri isə müstəqillik və
hakimiyyət iddiası ilə çıxış etdilər...”
98
.
Kürd tayfalarının 1577-ci il qiyamı
Cənubiqafqaz uğrunda müharibəni yenidən başlamağa
əlverişli fürsət axtaran Osmanlı Türkiyəsi Səfəvilər dövlətinin ağır
daxili vəziyyətindən dərhal istifadə etdi. Vanın Osmanlı hakimi
169
Xosrov paşa sərhəd boyunda yaşayan kürd tayfalarının Səfəvilərə
qarşı qiyamını qaldırmaq barədə göstəriş aldı. Öncə hüquqları
vaxtilə II İsmayılın fərmanı ilə təsdiq olunmuş Səlmas və Tasuq
hakimi Şahqulu Bülbülan oğlu Qazi bəy qiyam etdi. Xosrov
paşanın qoşunları kürdlərlə birlikdə qəflətən Xoya hücum etdilər və
bununla da Sultan süleymanın imzaladığı 1555-ci il müqaviləsini
pozdular. Xain düşmənlər tərəfindən qəfildən yaxalanmış Xoy
hakimi Mahmud Sultan Rumlu şiddətli müqavimət göstərdi və
həlak oldu.
Sonra kürdlər Urmiya hakimi Hüseyncan Sultan Xunusluya
qarşı hücuma keçdilər. O da bir aylıq müqavimətdən sonra hiylə ilə
ələ keçirildi və öldürüldü. Düşmənlər qızılbaş düşərgəsindən çoxlu
oğlan və qızı əsir aldılar. “Həmçinin məzlumların və rəiyyətin
mirasını və əmlakını” çapıb taladılar. Bunun ardınca kürdlər
Göyərçinlik qalasını və Urmiyanı tutdular
99
.
Həmin vaxtda Azərbaycan hakimi təyin olunmuş Əmir xan
Türkman Təbrizə gəldi, kürdlərin qiyamını yatırmaq üçün qoşun
toplamağa başladı. O, 10-15 min nəfərlik qoşun toplayıb sərhədə
doğru hərəkət etdi. Qiyamçılar hücuma dözmədilər və qalalarda
gizləndilər. Lakin Əmir xan və əmirlər bu ərazidə törədilmiş böyük
dağıntılar üzündən orada möhkəmlənə bilməyib geri çəkildilər.
İskəndər bəy Münşi yazır: “Qoşunların geri çəkilməsi o ölkənin
viran edilməsi səbəbindən irəli gəlmişdi. Xoy, Səlmas və
Urmiyanın xeyli sakini (o yerləri) tərk etməyə başladı. Sonra
qayıdanlar qeyri-iradi olaraq düşmənlərə tabe oldu və həmin yerlər
onların (kürdlərin) hakimiyyəti altına düşdü”. Tezliklə Osmanlı
basqınının başlanacağına dair şayiələrdən ruhlanan digər kürd
tayfaları da üsyan qaldırdılar. Məsələn, Sulduz və Miyanduab
ərazisində (Marağanın yaxımlığında) yaşayan, Əmir bəyin başçı
olduğu mükri tayfası Marağaya yaxınlaşdı,I Şah Təhmasibin
mülkiyyəti olan at ilxısını sürüb apardı. Bu ilxıda 10 min seçmə
170
ərəb atı bəslənirdi. Əmir xan Türkman onlara çatıb ilxını geri
qaytarmağa cəhd göstərdi, lakin bunun nəticəsi olmadı
100
.
Şirvanda Əbubəkrin üsyanı
Bu zaman Şirvanda Osmanlı sultanının təhriki ilə Səfəvilər
əleyhinə üsyan başlandı. İskəndər bəy Münşi məlumat verir ki,
“Şirvanın əvvəlki sultanlarının nəslindən olan” Bürhan oğlu
Əbubəkr Mirzə o vaxtadək Dağıstanda və Çərkəzistanda
gizlənmişdi
101
. O, öz ətrafında “ləzgi və qarabörk (keçmiş Şirvan
ordusunun qalıqları) tayfalarından” 2-3 min nəfərlik qoşun topladı,
kömək üçün türk sultanına müraciət etdi. O, bu kömək müqabilində
qızılbaşlar qovulduqdan sonra sultanın vassalı olacağına söz verdi.
Şirvanlıların bir dəstəsi İstanbula yola düşdü və vahid etiqadın
(sünniliyin) müdafiəsi bəhanəsi altında “qızılbaşların zülm və
istibdadından” qurtulmaq üçün sultandan kömək istədi
102
.
Şirvanda üsyanın başlanmasının obyektiv səbəbləri var idi.
Qazi Əhməd bildirir ki, burada 200 min tümən məbləğində vergi
(malcəhət) toplanmamışdı. Bu, həmin ölkədən vergi məbləğləri
alınması üçün hər hansı sənəd verilməsini qadağan etmiş I Şah
Təhmasibin sərəncamı ilə edilmişdi
103
. Bu xəbəri Şərəfxan Bidlisi
də təsdiq edərək göstərir ki, adı çəkilən şahın hakimiyyətinin son
dövründə “Azərbaycanın, Şirvanın və Aranın bəzi yerlərində mal-
u-xərac yeddi, bəzən isə doqquz il ərzində yığılmırdı”
104.
Əgər I
Şah Təhmasib kimi pul xəsisi olan hökmdar buna getmişdisə,
həmin tədbirin var-yoxdan çıxmış xalqın olduqca ağır
vəziyyətindən irəli gəldiyi aydın olur. Dövlət xəzinəsinin
talanından sonra Qəzvində həmin vergi borcunu xatırlatmağa
başladılar. Maliyyə məmurları məvacibləri hesabına qorçilərə
paylanan və vergi yığmaq hüququ verən təxsisnamələr (həvalə)
buraxdılar. Bu, Şirvanşahlar nəslindən olan Əbubəkr Mirzənin işini
Dostları ilə paylaş: |