156
davam etdi. Həmin gün carçılar şəhərdə belə bir əmri elan etdilər ki,
küçələr maneələrdən təmizlənməli və bundan sonra “başqasına əl
qaldıran edam ediləcəkdir”
63
.
Tacqoyma günlərində öz işlərinin baxılmasını tələb edən xalq
kütlələri şahın sarayına gəlirdilər. Onların arasında “türklər,
taciklər, hərbçilər və rəiyyət” var idi. İsmayıl kəndlilərin və
şəhərlilərin partlayışına yol verməmək üçün xalqın vergilər
haqqında və inzibati işçilərinə dair şikayətlərinə baxmaq işini
dayısı oğlu İbrahim Mirzəyə həvalə etdi
64
. Məhəmmədi xan
Toxmaq Ustaclı, Mirzə Əli Qacar və vəzir Mirzə Şükrulla onunla
birgə ədalət divanında iclas etməli idilər. Onların “ən ali divanının”
möhürü ilə imzalanan sənədlər qüvvədə olan qanun hüquqlarına
malik idi.
İsmayılın hakimiyyətinin bir-iki ayı ərzində bütün mülki və
dövlət işləri ədalət divanında həll edilirdi. Lakin şahın özünün həll
etməli olduğu vilayət hakimlərinin təyin olunması kimi daha
mühüm işlər təxirə salınırdı. II İsmayıl itirilmiş vaxtın əvəzini
çıxmaq üçün hakimiyyətdən istifadə edir, kef-işrətlə məşğul olurdu.
Bir müddətdən sonra şah narazı qaldığı vəzir Mirzə Şükrulla
İsfahanini öz vəzifəsindən kənar etdi. Onun yerinə Mirzə Salman
təyin edildi. İskəndər bəy Münşi göstərir ki, o, dövlət işlərinin
həllində böyük müstəqilliyə malik olduğu halda İsmayıl idarəçilik
işlərinə qarışmırdı. Mirzə Salman İsmayıldan dövlət işlərinə kənar
adamların müdaxiləsinə yol verməmək və qızılbaş əmirlərinin
qarşısında təslim olmamaq barədə göstəriş almışdı
65
II İsmayılın dövründə saray vəzifələrinin və vilayət
hakimlərinin heyətində bəzi dəyişikliklər həyata keçirildi. Təbiidir
ki, bu vəzifələrə əvvəlki kimi azərbaycanlı qızılbaş əyanlarının
nümayəndələri təyin edilirdi. Farsların (taciklərin) rolu yalnız
mülki işlərlə məhdudlaşırdı. Saray vəzifəsi eşikağasıbaşı (saray
təşrifçisi) Hüseynqulu xan Şamlıya həvalə edildi. Mirşah Qazi
mustoufi əl-məmalik (baş xəzinədar) oldu. Müseyib xan Şərəfəddin
157
oğlu Təkəli, xan rütbəsi alaraq Rey hakimi təyin edildi.
Kürdüstanda Ələşkərt bölgəsinin idarəsi Sulaq Hüseyn Təkəliyə
bağışlanıldı. Biz artıq qeyd etmişik ki, Əliqulu xan Şamlı Herat
hakimi və Xorasan əmir əl-ümərası təyin olunmuşdu. Murtuzaqulu
xan Pornaka Məşhədin idarə olunması etibar edildi. Qarabağın əmir
əl-ümərası və Gəncə vilayətinin hakimi Yusif Xəlifə Ziyad oğlu,
qacar tayfasından olan Peykər Sultan tərəfindən öldürülmüşdü. Bu
vəzifəyə İmamqulu xan Qacar təyin edildi. Kirman hakimi
Allahqulu bəy Əfşar, şahın xüsusi hərbi dəstəsinin başçısı
(qorçibaşı) vəzifəsinə irəli çəkildi. Mahmud Sultan Əfşar isə
Kirman hakimi təyin edildi. Şiraz vilayətinə hakim təyin edilən
Vəli xan Qalxançıoğlu Zülqədər az sonra II İsmayılın təzəcə
dünyaya gəlmiş oğlu Şahşücanın
66
tərbiyəçisi oldu.
“Şərəfnamə”nin müəllifi Şərəf xan Bidlisi Kürdüstanın “əmirlər
əmiri” vəzifəsinə keçdi”
67
.
Dini islahat cəhdi
II İsmayılın dövlət xadimi kimi fəaliyyəti haqqında əlimizdə
olan məlumatlar çox azdır. Onların içərisində şahın din sahəsindəki
tədbirlərinə aid məlumatlar diqqəti xüsusilə cəlb edir. Bu məsələ
barəsində daha tam məlumatları biz tenə də İskəndər bəy Münşinin
“Tarix-i aləm aray-i Abbasi” əsərində tapırıq.
Artıq II İsmayılın tacqoyma mərasimindən bir neçə ay sonra,
onun öz İsmayılın adamlarının kiçik dairəsində sünniliyə meyilli
çıxışlar etməsi barədə xalq arasında narahat şayiələr gəzməyə
başladı. Buna görə də ondan sünniliyin tərəfdarı kimi
şübhələndilər
68
. Saraydakı şiə ruhaniləri açıq etirazlarını bildirməyə
cəsarət etmirdilər. Lakin öz aralarında şahın çıxışlarını pisləyirdilər.
158
Hələ I Təhmasib dövründə sünniliyə rəğbət bəsləməkdə ittiham
edilən saray üləmalarından biri (Mirzə Məxdum Şərifi) şahın şiəlik
əleyhinə çıxışlarını müdafiə etdi və tezliklə hər cür qorxunu kənara
ataraq, “birinci üç xəlifənin lənətlənməsini” ləğv etmək tələbilə
sünnilərin xeyrinə açıq şəkildə çıxış edən İsmayılın yanında böyük
təsir sahibi oldu.
Şiə ruhanilərinin müqavimətinə baxmayaraq, İsmayıl
gələcəkdə küçələrdə və şəhər meydançalarında Əbubəkrin, Ömərin
və Osmanın açıq lənətlənməsi adətini (təbərra) qadağan etdi. O,
Mirzə Məxdum Şərəfi, Mövlana Mirzəcan Şirazi və Mir Məxdum
Lalə kimi sünni ruhanilərinin nümayəndələrinə mərhəmətlər
yağdırdı.
Mirzə Məxdum, şaha şikayət etmişdi ki, məsciddə moizə
oxunuşu zamanı xəlifələr lənətlənir və onun barəsində istehza ilə
danışırlar. II İsmayıl qorçilər dəstəsinə məscidə getməyi və lənət
deməyə cəsarət edənləri cəzalandırmaq üçün növbəti moizədə
iştirak etməyi əmr etdi. Cümə xütbəsinin sonunda Qəmbər adlı
dərviş öz sözlərini aşağıdakı kəlamla bitirdi: “Əliyə və onun
ailəsinə səmimi qəlbdən xeyir-dua, Əlinin düşmənlərinə isə əbədi
lənət olsun!”
69
. Mirzə Məxdum dərvişi ədəbsizlikdə günahlandırdı.
Yaxınlıqda duran qorçilər isə onun üzərinə atılıb dəyənəklə başını
yardılar. Bu hadisə şahın sünnilik əqidələri barəsində Qəzvin
əhalisinin şübhələrini gücləndirdi
70
.
II İsmayıl hətta şiə ilahiyyatçılarını təqib etmək fikrinə
düşdü. Məsələn, Mir Seyid Hüseyn Müctəhid, Mir Seyid Əli Xətib
və başqaları saraydan qovuldular. Mir Seyid Hüseynin kitabları
möhürləndi və müsadirə edildi. Onun evi isə dağıdıldı.
Sünnilik tərəfdarları xalqı öz tərəflərinə çəkməyə cəhd
göstərdilər. Elan edildi ki, öz həyatı boyu peyğəmbərin
silahdaşlarını lənətləməmiş müsəlmanlara müəyyən məbləğdə pul
veriləcəkdir. Belə adamları aşkara çıxarmaq Mirzə Məxduma
tapşırıldı. Qəzvin əhalisinin ehtiyac içərisində olan hissəsi vəd
Dostları ilə paylaş: |