Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə54/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   50   51   52   53   54   55   56   57   ...   110

165

bəy qorçibaşı daxil oldular. Onlar Şamxal Sultanın vasitəsilə

Pərixan xanımın göstərişlərini alırdılar. Pərixan xanım dövlət

işlərinə rəhbərliyi tamamilə öz əlinə almışdı

85

.

Həmin günlərdə Mirzə Salman Qəzvindən Məhəmməd



Mirzənin yaşadığı  Şiraz şəhərinə gəldi. O, çox tez bir zamanda

şahın və onun arvadı Xeyrannisə bəyimin etibarını qazandı

86

. Bu


bacarıqlı və hakimiyyətpərəst qadın əslində  ərinin əvəzinə bütün

dövlət işlərini görür, hətta özünə lazım olan adamları dövlət

vəzifələrinə də təyin edirdi.

Məsələn, Şirazın mustoufisi Mir Qəvaməddin Hüseyn onun

(Məhdi Ülya – “Yüksək beşik”) göstərişi ilə həbsdən azad edildi və

vəzir rütbəsinə yüksəldildi. İskəndər bəy Münşi yazır: “Əlahəzrət

Məhdi Ülya dövlət işlərinin təşkilatçısı və qurucusu oldu. Onun

göstərişi olmadan heç bir mühüm məsələ həll olunmurdu”

87

.

Məhəmməd, Məhdi Ülyanın arzusu ilə onun qohumu Ədməd xanı



İstəxr qalasından azad etmiş,  Gilan hakimi vəzifəsini bərpa etmişdi.

Yuxarıda adı çəkilən Mirzə Salman

88

fəxri  “etimad əd-dövlə”



(“dövlətin etimadı”) adını aldı və dərhal Məhdi Ülya tərəfindən

“ali divanın” vəziri təyin edildi.

Mirzə Salman şahı və onun arvadını tezliklə Qəzvinə

köçməyə çağırırdı. O, Məhdi Ülyanı inandırırdı ki, Pərixan xanım

paytaxtdaöz hakimiyyətini möhkəmləndirər və onun yerinə yalnız

“şahın adı” qalar, özü isə ərinə arvad olmaqla kifayətlənər. Farsın

dəlilləri dərhal öz təsirini göstərdi. Şah sarayının əhli, İsfahan-

Kaşan-Qum-Savə-Qəzvin yolu ilə şimala doğru hərəkətə başladı.

Pərixan  xanım  şahın  yaxınlaşması  xəbərini  eşitdi  və

mübarizəsiz təslin olmamaq qərarına gəldi. Dayısı  Şamxal Sultan

silahlı müqavimət göstərmək üçün öz adamlarını toplamağa başladı.

Lakin toqquşma baş vermədi. Qızılbaş əmirləri Pərixan xanımı tərk

etməyə və paytaxta daxil olan Məhəmmədin tərəfinə keçməyə

başladılar. Pərixan xanımın dəyəri 10-15 min tümən olan əmlakı

xəyanət etdiyi üçün onun lələsi Xəlil xan Əfşara hədiyyə verildi.



166

Məhəmmədin Qəzvində tacqoyma mərasimi hicri 985-ci il

zülhiccənin 5 (1578-ci il fevralın 13)-də oldu

89

. İlk əvvəl şahıın



düşmənləri məhv edildi. Onun 30 yaşlı basısı Pərixan xanım

fevralın 17-də edam edildi. Pərixan xanımın dayısı Şamxal Sultan

hiylə ilə  ələ keçirildi və öldürüldü. Taxt-tacın varisi ola biləcək

şəxsin, II Şah İsmayılın bir yaşlı oğlu Şahşücanın da məhv edilməsi

“yaddan çıxarılmadı”. Məhəmməd Xudabəndənin taxta çıxmasının

ilk günlərindən etibarən, onun arvadı Məhdi Ülya “tam əzəmət və

müstəqilliklə dövlət və padşahlıq işləırini öz əlinə aldı”

90

. Onun



oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla)

vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın

hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən

vurulsun”

91

.

Əyanların bir çox nümayəndələri adətən yeni şah taxta



çıxdıqdan sonra fəxri libaslar və hədiyyələr aldılar, onların əvvəlki

vəzifələri və imtiyazları təsdiq edildi.

Qızılbaş tayfalarının əmirləri əyalətlərdə nəzarətsiz ağalıq

edirdilər. Əmir xan Türkman (Mosullu) Təbriz, Pirə Məhəmməd

xan Ustaclı isə  Ərdəbil əyalətlərinin hakimliyi vəzifəsini aldılar.

Çuxursəəd bəylərbəyliyi Məhəmmədi xan Toxmaq Ustaclıya

verildi. İmamqulu xan Qacar yenidən Qarabağ hakimi, Araz xan

Rumlu Şirvan bəylərbəyi təsdiq edildi. Kirman hakimliyi Vəli xan

Əfşara, Həmədan vilayətiVəli Sultan Təkəliyə, Kuh Giluyə Xəlil

xan Əfşara, Kaşanın idarəsi Məhəmməd xan Türkmana (Mosullu),

Qəzvin vilayəti Sultan Hüseyn xan Şamlıya, Fars vilayəti isə

zülqədər tayfasının əmirlərinə və s. verildi

92

.

Məhəmməd Xudabəndənin daxili siyasətini səciyyələndirən



Şərəfxan Bidlisi göstərir ki, ölkə, əslində mərkəzlə az hesablaşan,

vilayətləri özbaşına idarə edən qızılbaş tayfalarının başçıları

arasında bölüşdürülmüşdü. Məhəmməd Xudabəndəyə onlar yalnız

şah adını saxlamışdılar. Şərəfxanın təbirincə, əmirlər dövlət işlərini




167

“kor padşaha və gözləri zəifləmiş vəzirə” vermişdilər

93

.

Qazi Əhməd Quminin məlumatına görə, o dövrdə dövlət



xəzinəsinin bütün sərvətlərinin dəyəri 900 min tüməndən ibarətdi.

II Şah İsmayılın məhv etdiyi şahzadələrin mülkiyyətinin müsadirə

olunmasıyolu ilə və digər zorakı tədbirlərlə mənimsənilmiş bütün

əmlakın dəyəri də bura daxil idi

94

.

Əsasən I Şah Təhmasibin yarım əsrlik hakimiyyəti



dövründə, qənaət hesabına toplanmış bu böyük sərvət bir il ərzində

xəzinədən boşaldı. Həsən bəy Rumlu göstərir ki, yeni çah, I

Təhmasibin son 14 ildə ödəmədiyi, II Şah İsmayılın isə yüzdə bir

hissəsini ödədiyi məvacibin dərhal hamısını orduya vermişdi

95

.

İskəndər bəy Münşi, Şah Məhəmməd Xudabəndənin



hakimiyyətinin ilk illərində Səfəvilər dövlətinin vəziyyətinin parlaq

təsvirini verir. Şah dövlət xəzinəsinin “qapılarını açmış” və

“israfçılıq son həddə çatmışdı”. Vəzir Mirzə Salman bir, yaxud iki

il üçün əmirlərə  əvvəlcədən borc pul ödəyirdi. Təxminən 10 il

müddətində məvacib almayan qorçilər indi məvacibin hamısını bir

yerdə aldılar. “Hər gün dövlət xəzinəsindən bütöv sandıqlarla zərb

olunmuş qızıl daşıyır və qorçilərə  ətək-ətək paylayırdılar. Qazanc

qapıları divanın vəzifəli şəxsləri qarşısında açılır və rüşvətxorluq

artırdı. Qızılbaş tayfaları öz başçılarının səhlənkarlığı üzündən

(hakimiyyətə) qarşı qalxdılar. Onlar vəzirlərin və dövlətin ali

şəxslərinin könlünü rüşvətlə alaraq istədiklərinə nail olurdular. Öz

məqsədlərinə çatmağı fədakarlıq nümunəsi hesab edən qızılbaş

tayfalarıdövlətin və dinin mənafeləri ilə az hesablaşmağa başladılar.

Tezliklə xəzinə tamam boşaldı, orada nəqd pul və maldan heç nə

qalmadı”. Hətta son 15 ildə mədənlərdən çıxarılmış qiymətli daşlar

da xəzinədən yoxa çıxdı

96

.

Azərbaycan tarixçisi İskəndər bəy Münşi, qızılbaş



tayfalarının vətənpərvərlik əleyhinə yönəlmiş hərəkətlərindən,

əyanlar arasındakı  ədavətdən, qızılbaş feodallarının Səfəvilər

dövlətinə və onun müdafiə qabiliyyətinə ağır zərbə vuran



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə