189
hakimiyyət sahibi kimi idarə edir, qızılbaş tayfalarının əyanları ilə
az hesablaşırdı. Onun şəxsi vəziri Mir Qəvaməddin Hüseyn Şirazi,
paytaxtın kələntəri Mövlana Əfzəl Münəccim Qəzvini, habelə
etimad əd-dövlə Mirzə Salman İsfahani İran ünsürlərinə mənsub
olan şəxslər idi. Mənbələr onları türklərdən fərqli olaraq ümumi
taciklər (tacikiyyə) istilahı ilə adlandırırlar. Məhdi Ülya türk
(azərbaycanlı) əmirlərini dövlət işlərindən kənar edərək onların
danışıqsız itaət göstərmələrinə nail olmaq istəyirdi. Bu baxımdan
Mazandaranın irsi hakimi, “ləyaqətli və mömin gənc” Mirzə xanın
Məhdi Ülyanın hökmü ilə öldürülməsi hadisəsi səciyyəvi sayıla
bilər.
Bu zaman şah arvadı özünün günahsız qurbanının mərhum
atası Murad xanla Mazandaranda hakimiyyət uğrunda mübarizədə
təqribən 20 il əvvəl həlak olmuş, Mərəşi seyidlərindən olan atası
Mirzə Abdulla xanın intiqamını almaq kimi xırda hissləri rəhbər
tutmuşdu
164
.
Mirzə xan onun arxasınca göndərilmiş, həyatını
qoruyacaqlarına və şah arvadını qan intiqamından imtina etmək
üçün dilə tutacaqlarına and içmiş adlı-sanlı əmirlərə könüllü təslim
olmuşdu. Lakin Məhdi Ülya əmirlərin andına məhəl qoymadı və
onlardan gizli qorçilər dəstəsinə gecə ikən xanı qətlə yetirməyi əmr
etdi. Şah arvadının əmirlərin razılığı olmadan və onların iradəsi
əleyhinə Mirzə xanı qətlə yetirməsi əmirlərin qəlbində Məhdi
Ülyaya sönməz nifrət oyatdı
165
. Bu qətlə görə, Şahrux xan möhrdar
Zülqədər, Piri Məhəmməd xan Ustaclı və Qorxmaz xan Şamlı kimi
bir sıra görkəmli əmirlər anda xilaf çıxdılar. Bu, onsuz da qadının
hakimiyyəti ilə həvəssiz hesablaşan qızılbaş əyanlarının Məhdi
Ülyanın özbaşınalığına son qoymaq qətiyyyətini möhkəmləndirdi.
Onlar öz niyyətlərini həyata keçirmək üçün əlverişli imkanı çox
gözləməli olmadılar.
Bir gün Kaşan şəhərinin sakinləri divana gələrək, tamahkarlıq
dərəcəsi adi hüdudları aşan şəhər hakimi Məhəmməd xan
190
Türkmandan şikayət etdilər. Divan məmurlarına şikayətə baxmaq
göstərişi verildi. Aydın oldu ki, qızılbaş hakimi həqiqətən ağır sui-
istifadə hallarında təqsirlidir. Buna əsasən “onun ölkəsini
dəyişmək”, yəni onu Kaşandan başqa yerə keçirmək barədə
sərəncam verildi. “Böyük əmirlər və dövlətin ali şəxsləri” sırasına
daxil olan Məhəmməd xan işin belə şəkil alması ilə rüsvay olundu.
Məhəmməd xanın Məhdi Ülyanı inandırmaq üçün göstərdiyi bütün
səylər heç bir nəticə vermədi. Belə olduqda, Məhəmməd xan
əmirlərin arasındakı təhlükəli əhval-ruhiyyədən, onların Məhdi
Ülya idarə üsulundan ümumi narazılığın olmasından istifadə
etməyi qərara aldı. O, qiyamçı əmirlərlə sövdələşdi və onlar
İskəndər bəy Münşinin təbirincə “fitnə-fəsad və düşmənçilik
qapılarını açdılar”. Hətta özünün ağlı və təcrübəsi ilə tanınan
qorçibaşı Qulu bəy Əfşar kimi nüfuzlu bir əyan da qəsdə cəlb
edildi
166
.
Əmirlər gizli müşavirədə şahın arvadını və onun
tərəfdarlarını hakimiyyətdən kənar etmək barədə məsləhətləşməyə
başladılar. Onlar öz həmtayfaları və qohumları qarşısında belə bir
sual qoydular: “Necə olmuşdur ki, şah Məhəmməd Xudabəndə
olduğu halda, hakimiyyət şah arvadının, onun tacik və
mazandaranlılarının əlindədir, adlı-sanlı əmirlər hakimiyyətdən,
nüfuzdan nə üçün məhrum olmuşlar?” Onlar Məhdi Ülyanı
tacikləri və ona yaxın olan mazandaranlıları hər vasitə ilə himayə
etməkdə, onları rəhbər vəzifələrə irəli çəkməkdə, İran ünsürlərini
qızılbaş əmirlərindən üstün tutmaqda, habelə hərəmxana xəzinəsini
Mazandarana keçirməkdə təqsirləndirirdilər.
Nəhayət, əmirlər və əyanlar “Çehelsütun” sarayına
yollandılar. Onlar öz nümayəndələri vasitəsilə şaha bildirdilər ki,
onun arvadı Məhdi Ülyanın “əmirlərə və padşah dövlətinin ali
şəxslərinə” pis münasibəti “və mazandaranlılara (göstərdiyi)
hamilik” onun təbəələri – qızılbaşlar üçün çox təhqiramizdir. Onun
dövlət işlərinə qarışması qızılbaş tayfaları ağsaqqallarını narazı
191
salır. Onlar şaha çatdırdılar ki, əgər vəziyyət dəyişməzsə, məsud
padşahın nökərləri bu tayfaların ümumi üsyanından qorxurlar.
Əmirlərin fitnə-fəsadları barədə məlumatı olan Məhdi Ülya onların
nümayəndələrinə elə təhqirlər və hədələr yağdırdı ki, onların yeni
təhqirdən sonra, acizlikdən yaranmış qəzəblə sarayı tərk etməkdən
başqa çarələri qalmadı
167
.
Sonra hadisələr aşağıdakı şəkildə cərəyan etdi
168
.Biz yuxarıda
göstərmişdik ki, maliyyə idarəsinin verdiyi sənədlərlə qorçilər öz
xeyirlərinə vergi toplamaq üçün Şirvana gəlmişdilər. Müflisləşmiş
əhalidən heç nə ala bilməyən qorçilər əliboş Qəzvinə qayıtmışdılar.
Təbiidir ki, qorçilərin hiddəti ilk növbədə onları təsvir edilən
dövrdə Şirvan kimi ödəmə qabiliyyəti olmayan vilayətə göndərmiş
maliyyə məmurlarına qarşı yönəlmişdi. Əmirlər qorçilərin əhvali-
ruhiyyəsindən öz qəsdçi məqsədləri üçün yubanmadan istifadə
etdilər. Onlar qəzəblənmiş qorçiləri saraya (dövlətxanaya), maliyyə
başçısı (mustoufi əl-məmalik) “tacik” Mirşah Qazi İsfahaninin
yanına göndərdilər. Qorçilər dərhal öz muzdlarını tələb etdilər.
Başlanmış qalmaqalda Mirşah Qazi qorçilərdən birinin qılınc
zərbəsi ilə yaralandı. Yalnız özünü yetirən şahzadə Həmzə
Mirzənin bu məsələni yoluna qoyacağı barədə vəd verməsi qan
tökülməsinin qarşısını aldı. Bundan sonra qorçilər əmirlərin təhriki
ilə şah sarayına yollandıla rvə orada əsir olan tatar xanı Adil Gireyə
hücum etdilər. Sonuncu özünün tatar məiyyəti ilə fədakarlıqla
müdafiə olundu. Qısa, lakin şiddətli döyüşdə hər iki tərəf itki verdi.
Tatar xanı ölümcül yaralandı və yerə sərildi. Qorçilər onun başını
kəsib əmirlərə gətirdilər
169
. Onlar habelə şahın arvadının olduğu
hərəmxanaya da soxulmaq istədilər, lakin xidmətçilər tərəfindən
geri oturduldular.
Ertəsi gün, iyulun 26-da (rəcəbin 2-də) qızılbaş əmirləri
qorçilərin görə bilmədiyi işi başa çatdırdılar. Onlar Məhdi Ülyanı
hakimiyyət işlərindən kənar etmək planını müzakirə etmək üçün
paytaxtın Səadətabad bağına toplşdılar. Yalnız şah ailəsinə sadiq
Dostları ilə paylaş: |