Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə57/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   53   54   55   56   57   58   59   60   ...   110

174

rumilərlə müharibəni yüngül və sadə (iş) hesab edirdilər”. Buna

görə də, onlar 10-15 min nəfərlik qoşunla Mustafa paşanın yüz

minlik qoşununa qarşı çıxmağı mümkün saymışdılar. Qazi

Əhmədin dediyinə görə, bir qızılbaş on nəfər rumiyə qarşı

dururdu


114

.

İskəndər bəy Münşi gileylənirdi: “Əgər qızılbaş  əmirləri



arasında həmrəylik yaransaydı, Azərbaycanın və  Şirvanın birlikdə

sayı 50 min nəfərə çatan bütün qoşunları birləşsəydi, habelə gürcü

çarları onlara qoşulsaydılar, o zaman Lələ paşanın ölkəyə basqını

belə asan olmazdı. Lakin əmirlərin çəkişməsi, tayfalar arasındakı

ədavət və təşəbbüssüzlük üzündən nəinki təkcə ölkə itirildi, habelə,

qızılbaşların nüfuzku başçıları həlak oldular. Azərbaycan qoşunu

məhv edildi, bir sıra illər boyu yığılmış  əmlak və ləvazimat isə

talan edildi”

115

.

Çıldır vuruşmasından sonra Məhəmmədi xan Toxmaq



məsuliyyəti öz üzərinə götürərək qoşunların qalıqları ilə

Çuxursəədə getdi, İmanqulu xan isə Qarabağa qayıtdı.



Osmanlı türkləri Gürcüstanda

Mustafa paşanın qalib gəldiyi Çıldır vuruşması Gürcüstanın

qapılarını türklərin üzünə açdı. Türk basqınının təhlükəsi qrtdığı bir

zamanda gürcü feodal hökmdarları arasında didişmə və nifaq hökm

sürürdü

116


 Onlardan bəziləri Səfəvilərin, bəziləri isə türklərin

tərəfini saxlayırdılar. Səfəvilərin məğlubiyyəti onların

Gürcüstandakı nüfuzuna güclü zərbə vurdu və bəzi gürcü

hökmdarlarını öz mülklərini saxlamaq üçün Osmanlı Türkiyəsinin

tabeliyinə keçməyə razı olmağa məcbur etdi.

Çıldırdan sonra Mesxi vəliəhdi Mənüçöhr və onun qardaşı

Kvarkvare türklərin tərəfinə keçməyə birinci olaraq razılıq verdilər.

Onların irsi mülkləri öz əllərində saxlandı. Mustafa Şirvana yürüş




175

edərkən və geri qayıdarkən Mənüçöhr ona bələdçi oldu

117

.

Mustafa paşa



Axaltsixi tutduqdan sonra Kaxetiyaya doğru hərəkət etdi. O, “Rum

xondkarına tabe olmaq və itaət göstərmək” çağırışı ilə Kartli çarı

Simonun və və Kaxetiya çarı Aleksandrın yanına adam

göndərdi.İskəndər bəy Münşi göstərir: Onlar da bir-biri iə

düşmənçilik etdikləri üçün “simon tabe olmaqdan imtina etdi və

türklərə qarşı həmlələr edərək onlara bir sıra təsirli zərbələr

endirdi”

118


.

Halbuki “hiyləgər və uzaqgörən adam” olan Aleksandr

yaranmış  şəraitdə Mustafa paşaya itaətini bildirməyi özü üçün

sərəfli hesab etdi.  Türk qoşunları “keçilməzləyinə və  əzəmətinə

görə göylərlə bəhsləşən”Tiflis qalasını  ələ keçirmək üçün hərəkət

etdilər. Şəhət Davidin (Davud xanın) mülkündə yerləşirdi. I Şah

Təhmasib Kartlini ona verərək, çarlığı onun qardaşı Simondan

almışdı. Buna görə də David qardaşından kömək gözləməyərək

Tiflisi tərk etdi. Avqustun 24-də Osmanlı ordusu sakinlərinin tərk

etmiş olduğu Tiflisi, sonra isə həm də Qorini ələ keçirdi. İstalaçılar

Tiflisdə Məhəmməd paşanın başçılığı altında altı min nəfərlik hərbi

dəstə saxladılar. Zəgam və Geram hakimi də türklərə tabe oldu.

Gürcüstan türk qoşunları tərəfindən işğal edildikdən sonra Şəki

hakimi  İsa  xan

119

 öz mülkünü tərk edərək Səfəvilərin sarayına



getdi

120


.

Şirvana basqın

1578-ci il sentyabrın əvvəlində Osmanlı qoşunları Qanıq

(Alazan) çayına çatdılar. Onlar əhalisi və yaşıllığı olmayan Şirak

düzündən keçərək ərzaq cəhətdən ciddi çətinlik çəkdilər.

Aclıq və üzücü yürüş işğalçıların mənəvi ruhunu əsaslı

surətdə sarsıtdı. Sipahilər (süvarilər) və yeniçərilər yürüşdəm




176

imtina edərək geri qayıtmağı tələb etdilər. Osmanlı

salnaməçilərinin yazdığına görə, hətta bir qrup döyüşçü sərkərdəyə

yaxınlaşaraq bildirdi: “Sən bizi dəli edəcəksən. Nə vaxtadək bu boş

və yaşayış olmayan çöllərdə gedəcəksən. Sən qayıtmalısan. Biz

qayıtmağa etiraz edən yoldaşlarımızı öldürərik. Bizim üçün əvvəlcə

həyat, sonra isə (bütün) dünya vacibd8ir. Biz nə Qanıqdan keçmək,

nə də Şirvan ölkəsini ələ keçirmək arzusunda deyilik”

121

.

 İskəndər  bəy  Münşinin  məlumatına  görə,  xeyli



yubanmadan  sonra  Əmir  xan  on  minlik  qoşunla  Təbrizdən  çxaraq

Məhəmmədi xan Toxmağın köməyinə gəldi. Çıldır yaxınlığında

darmadağın olunmaq,  Mustafa paşanın Gürcüstan və  Şirvan

istiqamətində hərəkət etməsi xəbəri ona çatdı. Əmirxan Qarabağa

tərəf yeridi, burada ona qoşulan İmamqulu xanla bərabər Alazan

sahilində Osmanlı ordusunun böyük dəstəsinə hücum etdilər.

Qızılbaşlar 2 min nəfərə yaxın adam öldürdülər. Onların əlinə

böyük miqdarda qənimət keçdi

122

.

Bu məlumatı türk tarixçisi Münəccimbaşı da təsdiq edir və



əlavə olaraq göstərir ki, bu zaman qızılbaşlar ləvazimatı ilə birlikdə

min dəvə və 3 min at ələ keçirmişdilər

123

.  Bundan  əlavə,  bir  sıra



Osmanlı başçıları qızılbaşlara əsir düşmüşdü

124


. Bu qələbədən

sonra Əmir xan Qarabağa qayıtmaq və Səfəvi şahzadəsi Həmzə

Mirzənin başlıca qüvvələrinin yaxınlaşmasını gözləmək fikrində idi.

Lakin onun oğlu Sultan Murad xan “dəliqanlı qızılbaş döyüşçüləri”

dəstəsi ilə  Alazan çayını keçdi və düşmənə bir daha zərbə endirdi.

Lakin onun dəstəsi türklər tərəfindən mühasirəyə alındı və

darmadağın edildi. Bu döyüşdə 2-3 min nəfər qızılbaş həlak oldu.

Bundan sonra Əmir xan öz qoşunlarının qalıqları ilə  Təbrizə

qayıtmağı daha düzgün çıxış yolu hesab etdi

125


.

Osmanlı ordusu Şirvana daxil olduğu zaman yeni qiyam baş

verdi. İş bundadır ki, Şirvanın qızılbaş hakimi Araz xan Rumlunun

yaxınlaşdığını eşidən Mustafa paşa Alazan çayını keçməyə tələsirdi.

Sentyabrın 10-da səhərdən Osmanlı hissələri çayın sol sahilinə



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə