122
həmin mərasimdə iştirak etmiş Qazi Əhməd Qəffari tərəfindən
təfsilatı ilə təsvir edilmişdir
171
. Şah, ziyafətlər və hədiyyələr
verməkdə xəsislik etməmiş və bu tədbirlərə təxminən on min
tümən xərcləmişdi. Öz mənafeyini düşünən Təhmasib, Süleymanın
oğlunun onun yanına qaçmasından daha çox faydalanmaq barədə
düşünürdü. Üç il şahın sarayında qalmış şahzadə Bəyazid onu türk
sultanına qarşı yürüşə təhrik etmişdi. Şah, ölkəyə
çoxlubədbəxtliklər gətirmiş müharibəni yenidən başlamaq
fikrindən uzaq idi. Şah, Bəyazidin təslim olunması müqabilində
türk elçilərindən Bağdadın öz oğlu Heydər Mirzəyə verilməsini və
yaxud oğullarından birinin osmanlı ərazisində sancaqbəyi təyin
edilməsini və Kərbəladakı şiə türbələrinə nəzarət etmək üçün
qızılbaş xadiminin ora buraxılmasını tələb edirdi. Şahın bütün bu
kələkləri,özünün qiyamçı oğlunundanışıqsız qaytarılmasında təkid
edən, Osmanlı-Səfəvi münasibətlərinin yenidən pisləşə biləcəyi ilə
hədələyən sultan tərəfindən rədd edildi.
Hicri 969-cu ilin zülqədə ayında (1562-ci ilin iyulunda) Van
hakimi Xosrov paşa başda olmaqla, Qəzvinə sultanın böyük elçi
heyəti gəldi
172
. Şahın Bəyazidi qaytarmasına nail olmaq onların
əsas vəzifəsi idi. Türkiyə ilə yeni hərbi münaqişə təhlükəsi
qarşısında ehtiyat edən, bəlkə də qızıla tamahı olan I Təhmasib
Bəyazidi və onun dörd oğlunu sultan nümayəndələrinin
sərəncamına verdi. Onlar elə oradaca edam edildilər, cənazələri isə
Osmanlı Türkiyəsinə aparıldı. Bəyazidin beşinci oğlunun taleyi
daha dəhşətli oldu. Bursada yaşayan üç yaşlı uşaq sultanın casusları
tərəfindən boğulub öldürüldü. Şərəf xan Bidlisinin məlumatına
görə, türk elçiləri bu “xidmət” müqabilində sultanın ümumi
məbləği 30 min İraq tüməninə bərabər 400 min florini, şahzadə
Səlimin isə 100 min florinini şaha təqdim etdilər
173
.
Hər halda yetişməkdə olan münaqişə aradan qalxdı və
xəyanət hesabına sülh əldə edildi. I Şah Təhmasib “Təzkirə”də
özünə yöndəmsiz halda bununla bəraət qazandırır ki, guya o,
123
Bəyazidə onu şəxsən Süleymana təslim etməyəcəyinə söz vermişdi
və buna görə də onu elçilərə təslim etməklə, öz vədinə xilaf
çıxmamışdır.
Səfəvilər dövlətinin Avropa ölkələri ilə siyasi əlaqələri
Artıq qeyd etmişik ki, orta əsrlərin yeganə əsl hərbi
dövləti – Osmanlı Türkiyəsinə qarşı mübarizənin ümumi
mənafeləri əsasında, Səfəvilər dövlətinin Qərbi Avropa ölkələri ilə
diplomatik münasibətləri xeyli canlanmışdı.
Səfəvilər dövlətin mənafelərinin bilavasitə toqquşduğu
Avropa ölkələrindən birincisi Portuqaliya oldu.
Portuqaliyalı Vasqo de Qamanın Afrika ətrafından
Hindistana dəniz yolunu kəşf etməsi İran, Osmanlı və
Suriya limanlarından keçən köhnə Aralıq dənizi yolu ilə avropanın
Hindistanla ticarətinə ağır zərbə vurdu.1515-ci ildə İran körfəzinin
Hörmüz və digər adalarını tutmaqla portuqaliyalılar Səfəvilərin
ərazilərinin bilavasitə yaxınlığında görünərək, onlara özlərinin
Hindistanla dəniz ticarətinin şərtlərini qəbul etdirməyə cəhd
göstərdilər. Portuqaliya böyük gəlir gətirən Avropa-Asiya
ticarətinin Aralıq dənizi yolunu nəzarət altında saxlamaq üçün hər
cür cəhd göstərir, okean yolu ilə Hindistanla müntəzəm ticarət
əlaqələri yaratmaqda ona mane olmağa səy edən Osmanlı Türkiyəsi
ilə düşmənçilik edirdi.
Portuqaliyalılar Osmanlı Türkiyəsi ilə mübarizədə Səfəvilər
dövləti ilə yaxınlaşmağa başladılar. Türkiyə ilə müharibələr
dövründə Səfəvilər dövləti də belə bir ittifaqa meyl göstərirdi. Bəzi
məlumatlara görə, Portuqaliya Türkiyə əleyhinə Səfəvilərə yalnız
odlu silahla deyil, habelə qoşunlarla, hərbi və maliyyə yardımı
göstərirdi. Məsələn, F.Kruzinskinin məlumatlarına görə, I Şah
Təhmasib 1549-cu ildə portuqaliyalılardan 10 minlik qoşun və 20
124
top almışdı
174
. XVI əsrin yetmişinci illərində Səfəvilərin
Venetsiyadakı səfiri Xacə Məhəmməd məlumat verir ki,
Portuqaliya kralı Səfəvilərə 20 min tsexin məbləğində pul
göndərmək barədə də göstəriş vermişdi
175
.
Bununla əlaqədar olaraq qeyd etmək maraqlıdır ki, farsdilli
salnamələrdə I Şah Təhmasibin sarayına gəlmiş iki firəng
(avropalı) səfirliklərinin adları çəkilir. Bu diplomatil
nümayəndəliyin hər ikisini Portuqaliya göndərmişdi. Hicri 958
(1551)-ci ildə Qəzvinə gəlmiş Portuqaliya kralı III Juanın (1552-
1557) elçiləri sarayda mehribanlıqla qarşılanmışdılar
176
. Bu zaman
Səfəvilər dövləti ilə Osmanlı Türkiyəsi arasında müharibə gedirdi.
Hicri 982 (1574-1575)-ci ildə III Juanın varisi – Don Sebatyanın
(1557-1578) göndərdiyi nümayəndə heyətini isə şah qəbul
etməmişdi. Həsən bəy Rumlu bunu portuqaliyalıların işğal etmiş
olduqları İran körfəzi adalarında müsəlmanları sıxışdırmaları ilə
izah edir
177
. Görünür başlıca səbəb bundan ibarətdir ki,Şah
Təhmasib Osmanlı Türkiyəsi ilə 1555-ci ildən sonra yaranmış dinc
münasibətləri sultana düşmən olan dövlətin elçilərini qəbul etməklə
mürəkkəbləşdirmək istəmirdi. İskəndər bəy Münşi məlumat verir ki,
I Təhmasib öz vəfatına qədər həmin nümayəndə heyətinə vətəninə
qayıtmağa icazə verməmişdi. Onlar yalnız Şah Məhəmməd
Xudabəndənin dövründə ölkədən getmək imkanı əldə etmişdilər
178
.
Osmanlı basqını təhlükəsi Avropa dövlətlərini son dərəcə
narahat edirdi. Venetsiya, İspaniya, Avstriya Habsburqlarının
ərazilərinə isə bilavasitə basqın təhlükəsi yaranmışdı. Əvvəllərdə
olduğu kimi, Osmanlı dövləti əleyhinə ittifaqın yaradılmasında
Roma papası böyük fəallıq göstərirdi. O, sultana düşmən olan
Asiya dövlətlərini də (onların arasında Səfəvilər dövlətinə başlıca
yer ayrılırdı) cəlb etməklə xristian dövlətləri ittifaqını qarşıya
məqsəd qoymuşdu. Bu zaman Türkiyənin hərbi qüvvələrini iki
cəbhəyə - qərb və şərq cəbhələrinə parçalamaq nəzərdə tutulmuşdu.
Dostları ilə paylaş: |