131
haqqında az, qadınlar və pul haqqında çox qayğı göstərən, “xırda
tacir məharəti ilə alan və satan” xəsis kimi səciyyələndirmişdir
193
.
Lakin buna baxmayaraq, venetsiyalının qeyd etdiyi ki, “şaha
münasibətdə xalqın ehtiram və məhəbəti ağlasığmazdır. Çünki
onlar ona şah kimi deyil, özlərinin böyük sitayiş obyekti, Əli
nəslinə mənsub olduğuna görə Allah kimi ehtiram edirlər”.
Alessandri, ilahiləşdirməyə qədər gedib çıxan, yalnız iri şəhərlərin
sakinləri ilə məhdudlaşmayan, həm şahın ailə üzvləri və saray
adamları, həm də dövlətin ucqarlarının əhalisi arasında da yayılan
bu ehtiramın qeyri-adi formaları haqqında məlumat verir
194
.
Həsən bəy Rumlunun sözlərinə görə, müsəlman
hökmdarlarıarasında öz hakimiyyətinin davamlılığına görə I
Təhmasib yalnız Fatimi xəlifəsi Müstənsir əl-Billahdan geri
qalırdı
195
.
Mənbələrdə I Şah İsmayılın dini islahatından başqa, digər
ictimai islahatları barədə məlumatlar yoxdur. Ola bilər ki, dövlətin
taranması və siyasi cəhətdən möhkəmlənməsi dövründə sosial
islahatlara xüsusi ehtiyac da hiss olunmamışdı. Lakin dövlətin
birliyini saxlamaq mənafeyi naminə I Şah Təhmasib üçün bəzi
ictimai-iqtasadi islahatların keçirilməsi obyektiv zərurət oldu. Onun
ən mühüm islahatı şəhər həyatının, ticarətin yüksəlişini ləngidən
tamğa vergisinin qəti ləğv edilməsi oldu. Onun vilayətlərdə şiə
əhalisinin vergi yükünü yüngülləşdirmək məqsədilə cəhd
göstərməsi, sui-istifadə hallarının qarşısını almaq üçün cərimələr
müəyyən etməsi, sikkə işi sahəsində islahatı və s. haqqında da
məlumatlar vardır
196
.
IV FƏSİL
AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİNİN
ZƏİFLƏMƏSİ VƏ TƏNƏZZÜLÜ
132
I Şah Təhmasibin həyatının son illərində sarayda
vəziyyət.
Əyanlar arasında parçalanma
Ölkəni idarə etmək işinin bir hissəsini daha gənc qüvvələrin
öhdəsinə buraxmaq üçün, I Təhmasib öz oğlanlarından birinə -
Heydər Mirzəyə inzibati işlərin idarə olunmasını çox erkən etibar
etmişdi. 1571-ci ildə, 18 yaşı olanda Heydər Mirzəni Alessandri,
əslində bütün işləri idarə edən şah müavini
1
adlandırır. Yaşca
Məhəmməd Mirzə və İsmayıl Mirzədən kiçik olmasına
baxmayaraq, bu şərait tezliklə onda uzaq şöhrətpərəstliyin hisslərini
gücləndirmiş, taxt-taca iddialarının oyanmasına səbəb olmuşdu.
İskəndər bəy Münşinin yazdığı kimi, o, şahın rəğbətini ona görə
qazanmışdı ki, hər işdə atasının razılığı ilə hərəkət edirdi
2
.
Venetsiya səfiri Heydər Mirzəni alçaqboylu, lakin çox
yaraşıqlı bir şəxs kimi təqdim edir. O, bacarıqlı natiq, qəşəng və
mahir at çapan idi. Alessandrinin sözlərinə görə, o, adamların
müharibə haqqında söhbətlərini dinləməyi xoşlasa da, həddən artıq
zərif və demək olar ki, qadın təbiəti ilə özünü belə təmrinlərdən
ötrü yararlı saymırdı
3
. Dövlət işlərində onun təsir və rolu artmışdı.
Qardaş və bacıları ona nifrət edir, həsəd aparırdılar. Saray adamları
isə Heydər Mirzəyə hörmət edirdilər. I Təhmasibin ölümündən
sonra baş vermiş hadisələri araşdırmaq üçün, taxt uğrunda
mübarizənin nəticəsini müəyyən etmiş saraydaxili vəziyyət və
qüvvələr nisbəti üzərində dayanmaq zəruridir.
I Şah Təhmasibin 9 oğlu qalmışdı. Bunlar – İsa bəy Mosullu
Türkmanın qızı Sontanımın dünyaya gətirdiyi Məhəmməd Mirzə
və İsmayıl Mirzə; Şamxalın bacısından və çərkəz kənizlərindən
olan Süleyman Mirzə, Mahmud Mirzə və Əhməd Mirzə; gürcü
kənizlərindən doğulmuş Heydər Mirzə (onun barəsində yuxarıda
133
danışıldı), İmamqulu Mirzə, Mustafa Mirzə və Əli Mirzə idilər
4.
.
Şahın sağlığında taxta kimin çıxacağı məsələsi ortaya
çıxmırdı. Lakin hicri 982 (1575)-ci ildə I Təhmasib ağır xəstələndi
və bu məsələ şah sarayındakı müzakirələrin başlıca mövzusuna
çevrildi
5
. Səfəvilərin sarayında ziddiyyətlər kəskinləşdi. Öz
namizədini taxt-tac varisi kimi irəli sürən qruplaşmalar yarandı.
Təhmasibin böyük oğlu Məhəmməd Mirzənin taxta sahib
olmaq hüququ şübhə doğurmurdu. Həqiqətdə isə ağır xəstəliyi
getdikcə güclənən korluğu üzündən onun imkanları çox cüzi idi.
İsmayıl Mirzə istisna olmaqla şahın qalan oğlanları azyaşlı idilər və
buna görə də hesaba alınmırdılar.
Güclü qızılbaş əyanlar qrupunun müdafiə etdiyi, həmçinin
yaxşı tanınan İsmayıl, Heydər Mirzənin ciddi rəqibi idi. Lakin artıq
iyirmi ilə yaxın bir müddətdə Qəhqəhə qalasında dustaqda olması
İsmayılın vəziyyətini xeyli mürəkkəbləşdirirdi
6
.
II Şah İsmayıl adı ilə tanınan İsmayıl Mirzə on dörd yaşlı
gənc ikən siyasət meydanına atılmışdı. Hicri 954 (1547)-cü ildə
şahın qardaşı Əlqas Mirzə qiyam etdi. O, türk sultanının sarayına
üz tutdu və Şirvanın idarə olunması gənc İsmayıla həvalə
edildi.Qacar tayfasından olan Göyçəm Sultan onun tərbiyəçisi
(lələsi) idi
7
. Gənc şahzadə devrilmiş Şirvanşahlar sülaləsinin
nümayəndəsi olan Burhanla vuruşmada döyüş sınağından çıxdı.
Tezliklə İsmayıl Mirzə öz bəxtini Osmanlı sultanı I
Süleymanın o dövr üçün güclü sayılan ordusu ilə daha çətin
döyüşlərdə sınadı.Gənc şahzadənən sərkərdəlik ustedadı düşmənlə
döyüşlərdə özünü parlaq şəkildə göstərdi.Qızılbaş qoşunlarının
İsmayıl Mirzənin başçılığı altında Ərzurumun osmanlı hakimi,
lovğa İskəndər paşa üzərində hicri 969 (1552)-cu ildə qəti qələbəsi
türklərə dəhşətli təsir göstərdi. Bu döyüşdə İsmayılın həyata
keçirməyə nail olduğu taktiki manevrlə, yəni qəsdən geri çəkilmək
yolu ilə qızılbaşklar rəqiblərini qaladan kənara çıxardılar. Açıq
sahədə İskəndər paşanın qoşunları mühasirəyə alındı, darmadağın
Dostları ilə paylaş: |