140
“ziddiyyətli və ikibaşlı” adlandırır. O, yazır: “Şah bir tərəfdən
şahzadə İsmayılın Qəhqəhədəki şəxsi mühafizəsi qayğısına qalırdı.
Digər tərəfdən də onun öz səfiri Toxmaq xan Ustaclıya vermiş
olduğu şahzadə Heydərin maneəsiz taxta varis olması haqqında ,
qayğı göstərməyi tələb edən məktubu ortaya çıxdı”
30
. Sonuncu
məlumatı farsdilli mənbələr təsdiq etmir. Daha çox ehtimal olunanı
budur ki, I Təhmasib özünün tezliklə öləcəyinə inanmadığından
heç bir vəsiyyətnamə tərtib etməmişdi. Bununla da şah qeyri-
iradi,ölümündən dərhal sonra qiyamın baş verməsinə şərait
yaratmışdı.
Deməli, sarayda qalmış Heydər Mirzə arzu etdiyi məqsədə
çatdığına əmin idi. O, səhər hətta atasının tacını başına qoymuş,
qılıncını belinı bağlamışdı
31
. Lakin hər şey onun istəyinin əksinə
oldu.
Öncə aydın oldu ki, həmin gecə sarayın mühafizəsini
hərəmxana yüzbaşısı Vəli bəy Əfşarın rəisliyi ilə rumlu, əfşar,
qacar, bayat və varsaq
32
tayfalarından olan qorçilər aparırdılar. Bu
tayfalar şahzadə İsmayılın tərəfdarları idilər. Şahın vəfatı xəbəri
alınan kimi onlar saraya bütün giriş və çıxışları bağladılar. İskəndər
bəy Münşinin sözlərinə görə, “ağılsız qadının məsləhəti ilə hərəkət
edən şahzadə sarayın içərisində qalaraq, tərəfdarları və ardıcıllarını
saraydan kənarda qoymuşdu”
33
. Beləliklə, Heydər Mirzə öz
tərəfdarlarının köməyindən məhrum oldu. Düşmənlərinin əlində
əsirə çevrildi. Digər tərəfdən də o, İsmayılın tərəfdarı olan bacısı,
onu aldatmağa nail olmuş ağıllı, lakin hiyləgər Pərixan xanımı
zərərsizləşdirə bilmədi. Pərixan xanım həmin səhər özünü şahın
hərəmxanasında Heydərin əsiri kimi görəndə saraydan çıxmağın və
qardaşının planlarının həyata keçməsinə mane olmağın yeganə yolu,
belə işlərdə usta olduğu riyakarlıq və yalandan ibarətdir. O, dərhal
Heydərin yanına gəldi, özünü məharətlə itaətkar və yaltaq cildinə
saldı. Həyəcanla, əgər o düşüncəsizliyi üzündən hər hansı qəbahətə
yol vermişsə, qardaşından onu – “ağılsız qadını” bağışlamağı xahiş
141
edərək əmin etdi ki, bundan sonra qardaşına fədakarlıqla xidmət
edəcək və keçmiş dostluq münasibətlərinin bərpa olunmasına
çalışacaqdır. Bu zaman o, qardaşına tərəf atılıb onun ayaqlarından
öpdü və burada duran anaya üzünü tutaraq dedi: “Şahid ol,
Əlahəzrəti taxta çıxdığına görə təbrik etmək və onun ayaqlarını
öpməkdə heç kəs məni qabaqlamadı”
34
.
Bundan sonra o, qurana əl basaraq and içdi və guya öz
qardaşı şahzadə Süleymana və dayısı Şamxala bu yeniliyi
bildirmək və onları da xidmət etmək üçün saraya gətirməkdən ötrü
evə getməyə icazə istədi. Sadəlövh və hər şeyə inanan Heydər öz
bacısının səmimiyyətinə inandı və bununla da özünü məhvə
məhkum etdi.
Getmək icazəsi alan şah qızı Pərixan xanım tələsik
hərəmxana bağından saray meydanına (“Meydan-i əsp”)aparan
gizli otağın qapısını öz açarı ilə açıb dayısı Şamxalı son hadisələrlə
tanış etdi.
Sarayda qalan şahzadə Heydər yüzbaşıları, qorçiləri,
eşikağalarını, saray mühafizəsinin nümayəndələrini, saray
adamlarını qızıl və hədiyyələrə qərq etdi və onların hamısına nə isə
vəd etdi. Lakin onun öz tərəfdarları ilə qovuşmaq üçün saray
mühafizə dəstəsini ələ almaq cəhdləri boşa çıxdı. İskəndər bəy
Münşi yuxarıda adı çəkilən Vəli bəy Əfşarın sözləri ilə deyir ki,
şahzadə Heydər həmin səhər Vəli bəy Əfşara, qorçilərəqapıları
açmaq və onun tərəfdarlarını içəri buraxmaq əmrini verərsə,
Kirmanın idarəsini və qorçibaşı vəzifəsini təklif etmişdi. Vəli bəy
qapılara qədər getdikdən sonra şahzadənin yanına qayıtmış və
demişdi ki, “vicdansız” qorçilər heç kimin nə saraya girməsinə, nə
də saraydan çıxmasına razı deyllər. Belə olduqda, şahzadə qılıncına
əl ataraq özünü öldürmək istədi, lakin anası çığıraraq özünü ona
tərəf atıb buna mane oldu. Şahzadə geriyə dönüb hərəmxanaya
girdi və o günün axırına kimi hərəmxana binasına “gah daxil oldu,
gah da çıxdı”
35
.
I Şah
142
Təhmasibin ölüm xəbəri (onu gizlətmək üçün göstərilən bütün
cəhdlərə baxmayaraq) paytaxtda yayıldı və mayın 14-də səhər
şahzadə Əhmədlə birlikdə Əmiraslan xan Əfşar, həmçinin
Məhəmməd Mirzə, Hüseynqulu Xəlifə Rumlunun evinə gəldilər.
İsmayılın ardıcılları bura yığıldılar.
Şeyxavənd, ustaclı tayfaları, gürcülər və Heydərin digər
tərəfdarları – Məsum xan Səfəvi, Həmzə Sultan Talış, Seyid bəy
Kəmunə, Əlixan bəy (gürcü), allahqulu xan Aycək oğlu Ustaclı
Hüseyn bəy yüzbaşının evinə toplaşdılar. Şahzadə Mustafa və
Bəhram Mirzənin oğlu İbrahim Kirzə buraya gəldilər.
Heydər Sultan Çabuk Türkman, Qulu bəy Əfşar,
Məhəmmədqulu Zülqədər möhrdar, Mirzə Əli Sultan Qacar və
Heydərin tərəfdarları öz evlərində oturub hadisələrin sonrakı
gedişini gözləyirdilər. Onlar öz qüvvələrinə arxayın idilər və
mübarizənin nəticəsi üçün o qədər də narahat deyildilər. Onlar
saraya daxil olub şahzadə Heydəri taxta çıxarmaq, mane olanları
isə məhv etmək barədə düşünürdülər
36
.
Onlar belə hesab edirdilər ki, İsmayıl onların tərəfdarı
Xəlifə Ənsar Qaradağlının etibarlı mühafizəsi altındadır və Heydər
taxta çıxdıqdan sonra yeni şahın göstərişi ilə birgə hərəkət edərlər.
Onlardan bəziləri ehtiyat edirdi ki, saraya hücum edildiyi halda
şahzadənin tərəfdarları ona kömək etməyə gəlib çatanadək qorçilər
şahzadəni qətlə yetirə bilərlər. Onlar tez-tez öz qərarlarını
dəyişirdilər. Nəhayət, bu fikrə gəldilər ki, həmin gecə sarayın
mühafizəsi ustaclı tayfasından olan qorçilərə keçəcək, ona görə də
axşama qədər gözləmək lazımdır. Allahqulu Aycək oğlu saraya
getməməyi, qəflətən Hüseynqulu Xəlifənin evinə soxulmağı və
İsmayılın bütün tərəfdarları ora toplaşanadək onu öldürməyi,
dəstəsini isə dağıtmağı təklif etdi. O inandırırdı ki, bu xəbər saraya
çatan kimi saray mühafizəçilərinincanına qorxu düşəcək və onlar
qapıların mühafizəsindən əl çəkərək, bizim tərəfimizə keçəcəklər.
Bu zaman ağıllı, tədbirli və təcrübəli şəxs olan Hüseynqulu
Dostları ilə paylaş: |