165
bəy qorçibaşı daxil oldular. Onlar Şamxal Sultanın vasitəsilə
Pərixan xanımın göstərişlərini alırdılar. Pərixan xanım dövlət
işlərinə rəhbərliyi tamamilə öz əlinə almışdı
85
.
Həmin günlərdə Mirzə Salman Qəzvindən Məhəmməd
Mirzənin yaşadığı Şiraz şəhərinə gəldi. O, çox tez bir zamanda
şahın və onun arvadı Xeyrannisə bəyimin etibarını qazandı
86
. Bu
bacarıqlı və hakimiyyətpərəst qadın əslində ərinin əvəzinə bütün
dövlət işlərini görür, hətta özünə lazım olan adamları dövlət
vəzifələrinə də təyin edirdi.
Məsələn, Şirazın mustoufisi Mir Qəvaməddin Hüseyn onun
(Məhdi Ülya – “Yüksək beşik”) göstərişi ilə həbsdən azad edildi və
vəzir rütbəsinə yüksəldildi. İskəndər bəy Münşi yazır: “Əlahəzrət
Məhdi Ülya dövlət işlərinin təşkilatçısı və qurucusu oldu. Onun
göstərişi olmadan heç bir mühüm məsələ həll olunmurdu”
87
.
Məhəmməd, Məhdi Ülyanın arzusu ilə onun qohumu Ədməd xanı
İstəxr qalasından azad etmiş, Gilan hakimi vəzifəsini bərpa etmişdi.
Yuxarıda adı çəkilən Mirzə Salman
88
fəxri “etimad əd-dövlə”
(“dövlətin etimadı”) adını aldı və dərhal Məhdi Ülya tərəfindən
“ali divanın” vəziri təyin edildi.
Mirzə Salman şahı və onun arvadını tezliklə Qəzvinə
köçməyə çağırırdı. O, Məhdi Ülyanı inandırırdı ki, Pərixan xanım
paytaxtdaöz hakimiyyətini möhkəmləndirər və onun yerinə yalnız
“şahın adı” qalar, özü isə ərinə arvad olmaqla kifayətlənər. Farsın
dəlilləri dərhal öz təsirini göstərdi. Şah sarayının əhli, İsfahan-
Kaşan-Qum-Savə-Qəzvin yolu ilə şimala doğru hərəkətə başladı.
Pərixan xanım şahın yaxınlaşması xəbərini eşitdi və
mübarizəsiz təslin olmamaq qərarına gəldi. Dayısı Şamxal Sultan
silahlı müqavimət göstərmək üçün öz adamlarını toplamağa başladı.
Lakin toqquşma baş vermədi. Qızılbaş əmirləri Pərixan xanımı tərk
etməyə və paytaxta daxil olan Məhəmmədin tərəfinə keçməyə
başladılar. Pərixan xanımın dəyəri 10-15 min tümən olan əmlakı
xəyanət etdiyi üçün onun lələsi Xəlil xan Əfşara hədiyyə verildi.
166
Məhəmmədin Qəzvində tacqoyma mərasimi hicri 985-ci il
zülhiccənin 5 (1578-ci il fevralın 13)-də oldu
89
. İlk əvvəl şahıın
düşmənləri məhv edildi. Onun 30 yaşlı basısı Pərixan xanım
fevralın 17-də edam edildi. Pərixan xanımın dayısı Şamxal Sultan
hiylə ilə ələ keçirildi və öldürüldü. Taxt-tacın varisi ola biləcək
şəxsin, II Şah İsmayılın bir yaşlı oğlu Şahşücanın da məhv edilməsi
“yaddan çıxarılmadı”. Məhəmməd Xudabəndənin taxta çıxmasının
ilk günlərindən etibarən, onun arvadı Məhdi Ülya “tam əzəmət və
müstəqilliklə dövlət və padşahlıq işləırini öz əlinə aldı”
90
. Onun
oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla)
vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın
hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən
vurulsun”
91
.
Əyanların bir çox nümayəndələri adətən yeni şah taxta
çıxdıqdan sonra fəxri libaslar və hədiyyələr aldılar, onların əvvəlki
vəzifələri və imtiyazları təsdiq edildi.
Qızılbaş tayfalarının əmirləri əyalətlərdə nəzarətsiz ağalıq
edirdilər. Əmir xan Türkman (Mosullu) Təbriz, Pirə Məhəmməd
xan Ustaclı isə Ərdəbil əyalətlərinin hakimliyi vəzifəsini aldılar.
Çuxursəəd bəylərbəyliyi Məhəmmədi xan Toxmaq Ustaclıya
verildi. İmamqulu xan Qacar yenidən Qarabağ hakimi, Araz xan
Rumlu Şirvan bəylərbəyi təsdiq edildi. Kirman hakimliyi Vəli xan
Əfşara, Həmədan vilayətiVəli Sultan Təkəliyə, Kuh Giluyə Xəlil
xan Əfşara, Kaşanın idarəsi Məhəmməd xan Türkmana (Mosullu),
Qəzvin vilayəti Sultan Hüseyn xan Şamlıya, Fars vilayəti isə
zülqədər tayfasının əmirlərinə və s. verildi
92
.
Məhəmməd Xudabəndənin daxili siyasətini səciyyələndirən
Şərəfxan Bidlisi göstərir ki, ölkə, əslində mərkəzlə az hesablaşan,
vilayətləri özbaşına idarə edən qızılbaş tayfalarının başçıları
arasında bölüşdürülmüşdü. Məhəmməd Xudabəndəyə onlar yalnız
şah adını saxlamışdılar. Şərəfxanın təbirincə, əmirlər dövlət işlərini
167
“kor padşaha və gözləri zəifləmiş vəzirə” vermişdilər
93
.
Qazi Əhməd Quminin məlumatına görə, o dövrdə dövlət
xəzinəsinin bütün sərvətlərinin dəyəri 900 min tüməndən ibarətdi.
II Şah İsmayılın məhv etdiyi şahzadələrin mülkiyyətinin müsadirə
olunmasıyolu ilə və digər zorakı tədbirlərlə mənimsənilmiş bütün
əmlakın dəyəri də bura daxil idi
94
.
Əsasən I Şah Təhmasibin yarım əsrlik hakimiyyəti
dövründə, qənaət hesabına toplanmış bu böyük sərvət bir il ərzində
xəzinədən boşaldı. Həsən bəy Rumlu göstərir ki, yeni çah, I
Təhmasibin son 14 ildə ödəmədiyi, II Şah İsmayılın isə yüzdə bir
hissəsini ödədiyi məvacibin dərhal hamısını orduya vermişdi
95
.
İskəndər bəy Münşi, Şah Məhəmməd Xudabəndənin
hakimiyyətinin ilk illərində Səfəvilər dövlətinin vəziyyətinin parlaq
təsvirini verir. Şah dövlət xəzinəsinin “qapılarını açmış” və
“israfçılıq son həddə çatmışdı”. Vəzir Mirzə Salman bir, yaxud iki
il üçün əmirlərə əvvəlcədən borc pul ödəyirdi. Təxminən 10 il
müddətində məvacib almayan qorçilər indi məvacibin hamısını bir
yerdə aldılar. “Hər gün dövlət xəzinəsindən bütöv sandıqlarla zərb
olunmuş qızıl daşıyır və qorçilərə ətək-ətək paylayırdılar. Qazanc
qapıları divanın vəzifəli şəxsləri qarşısında açılır və rüşvətxorluq
artırdı. Qızılbaş tayfaları öz başçılarının səhlənkarlığı üzündən
(hakimiyyətə) qarşı qalxdılar. Onlar vəzirlərin və dövlətin ali
şəxslərinin könlünü rüşvətlə alaraq istədiklərinə nail olurdular. Öz
məqsədlərinə çatmağı fədakarlıq nümunəsi hesab edən qızılbaş
tayfalarıdövlətin və dinin mənafeləri ilə az hesablaşmağa başladılar.
Tezliklə xəzinə tamam boşaldı, orada nəqd pul və maldan heç nə
qalmadı”. Hətta son 15 ildə mədənlərdən çıxarılmış qiymətli daşlar
da xəzinədən yoxa çıxdı
96
.
Azərbaycan tarixçisi İskəndər bəy Münşi, qızılbaş
tayfalarının vətənpərvərlik əleyhinə yönəlmiş hərəkətlərindən,
əyanlar arasındakı ədavətdən, qızılbaş feodallarının Səfəvilər
dövlətinə və onun müdafiə qabiliyyətinə ağır zərbə vuran
Dostları ilə paylaş: |