Oqtay əFƏNDİyev


I fəsil ƏSAS MƏNBƏLƏRİN VƏ



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə2/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   2   3   4   5   6   7   8   9   ...   110

6

I fəsil

ƏSAS MƏNBƏLƏRİN VƏ

ƏDƏBİYYATIN XÜLASƏSİ

   


Səfəvilər dövlətinin tarixinə dair əsas və  ən çoxsaylı mənbələr

qrupunu müxtəlif xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların

yazdıqları farsdilli orta əsr salnamələri təşkil edir.

Fars dilindəki narrativ mənbələrin xülasəsinə başlarkən, öncə

bunların arasında mövzuları yalnız Azərbaycana və onun vilayətlərinə həsr

edilmiş yerli xronikalara və  əsərlərə təsadüf edilmədiyini göstərməliyik.

Bizim başlıca məlumat mənbələrimiz olan ümumtarix tipli əsərlər (yaxud

Səfəvilər (qızılbaşlar) dövlətinin tarixinə dair xüsusi kitablar) Azərbaycan

tarixinin sistemli şərhini əks etdirmir. Həmin əsərlərin müəllifləri bu ölkəyə

təsadüfən, adətən burada baş verən miqyaslı hadisələrlə  əlaqədar olaraq

müraciət edirlər. Bu əsərlərin əksəriyyəti nəşr olunmamışdır, dünyanın

məxəzlər saxlanılan müxtəlif obyektlərinə, Yaxın Şərqə və Qərbi Avropaya

səpələnmişdir

1

. Onlardan bəziləri Şərqdə litoqrafiya (daş basma) üsulu ilə



çap olunmuşdur və elmi - tənqidi nəşrin tələblərinə cavab verə bilmirlər. Son

illərdə  İranda bu əsərlərin bəzilərinin mətbəə nəşrlərinə cəlb olunması

litoqrafiya səhvlərini nəinki aradan qaldırmamış, əksinə, onları daha da

artırmışdır. Tədqiqatçıların ixtiyarında tam dərc olunmuş mənbələrin sayı

azdır; onlardan bir çoxu çıxarış, xülasə  şəklində dərc olunmuşdur. Nadir

istisnalarla ən mühüm mənbələrin mətnlərinin ümumi elmi - tənqidi nəşri

hələ də yox dərəcəsindədir. Onların az qismi Avropa dillərinə tərcümə

olunmuşdur. Bütün bunlar çox vaxt dövrün tarixinə dair nadir əlyazma

mənbələri ilə işləməli olan tədqiqatçıların işini xeyli mürəkkəbləşdirir.

Səfəvilər dövlətinin tarixinə dair mənbələr əvvəlki dövrlə müqayisədə daha

çoxsaylı olsa da, onlar hələ az öyrənilmiş və işlənmişdir. Onlardan bir çoxu

tarixşünaslıqda İran tarixinin mənbələri kimi məlumdur və demək olar ki,

Azərbaycan tarixinin mənbələri kimi tam tədqiq edilməmişdir. ”Qeyd etmək



7

lazımdır ki, XVI-XVIII əsrlərin narrativ farsdilli mənbələri, ümumiyyətlə,

hələlik çox qeyri-kafi, hər halda X-XV əsrlərin farsdilli tarixi mənbələrinə

nisbətən  müqayisəedilməz  dərəcədə  az  öyrənilmişdir”

2

.

Azərbaycan tarixinə,  xüsusilə də sosial-iqtisadi məsələlərə dair (kənd



təsərrüfatı, şəhər həyatı, sənətkarlıq, ticarət, kəndlilərin vəziyyəti və s.)

materiallar bu mənbələrdə çox cüzidir. Bu məsələlərə dair məlumatları

tədqiqatçı  əsl  mənada  zərrə-zərrə, uzun və  əziyyətli axtarışlar yolu ilə

toplamalı  olur  və  tez-tez  bu  və  ya  digər  məsələnin  işıqlandırılmasında

ciddi çətinliklərlə rastlaşır. Bu,  onunla  izah edilir ki, feodal sinfinə xidmət

edən orta əsr  salnaməçiləri  öz  əsərlərində  xalqın  vəziyyəti ilə

maraqlanmır,    əsas   diqqəti  şahların  və  hakim  siniflərin  digər

nümayəndələrinin    tərifinə  və  təsvirinə  verirdilər.

Fars dilində narrativ  mənbələrin  nəzərdən  keçirilməsinə  başlayaq.

Sədrəddin Sultan İbrahim əl- Əmini - xronoloji  cəhətdən  nəzərdən

keçirdiyimiz  dövrün  ilk  narrativ   mənbəyinin,  hicri  918 (1513-1514)-ci ilə

qədər  gətirib  çıxarılan,  I Şah İsmayılın  yürüşlərinin  tarixi olan  “Fütuhati-

şahi” (“Şahın qələbələri”) adlanan  əsərin  müəllifidir. Bu  əsərin  tam

nüsxəsi    Tacikistan    Respublikası    Elmlər    Akademiyasının    Şərq

Əlyazmaları  fondunda  saxlanılır

3

. Tacik  şərqşünası   A.M.Mirzoyev



tərəfindən (“Şahənşahnamə”

4

 adlı  tarixi  əsərin  müəllifini  müəyyən  etmək



xidməti də ona məxsusdur) aşkar  edilmiş  və  siyahıya  alınmışdır. Sonuncu

əsərin  müəllifliyini  B.A.Dorn  səhvən  Herat  şairi Kamaləddin Binainin

adına çıxırdı. A.M.Mirzoyev “Şahənşahnamə”nin və “Fütuhati-Şahi”nin

mətnlərini  tutuşduraraq  sübut  etdi ki,  hər  iki  əsər  bir  müəllifin –

Sədrəddin Sultan İbrahim əl- Əmininin  qələminin  məhsuludur,  həm də

“Şahənşahnamə” “Fütuhati-Şahi”nin ikinci cildidir

5

. A.M.Mirzoyevin



nəticələrini  təsdiq  edən  bir  sıra  cəhətləri  göstərək. Səfəvi  tarixşünasları

öz əsərlərinin  mətnlərində  məlumatlarından  faydalandıqları  əsas

mənbələrin adlarını  çəkirlər.  Dövrün  bir  sıra  mənbələrində “Fütuhati-

Şahi”  və  yaxud  “Fütuhati-Əmini”nin  adları  çəkilir.  Xondəmir  “Həbib  əs-

siyər”,  Qazi  Əhməd  Qumi  “Xülasət  ət  -  təvarix”,  İsgəndər  bəy  Münşi

“Tarix-i aləm aray-i Abbasi” əsərlərində bu əsəri özlərinin ilk mənbələri




8

sırasında göstərirlər. Məsələn, Şeyx Heydərin Şirvanşah Fərrux Yasarla

döyüşündən və onun ölümündən (1488) danışarkən Xondəmir göstərir ki, o

bunları, müəllifinin adını çəkməsə də, ”Fütuhati-Şahi” əsərindən  əxz

etmişdir

6

. İsgəndər  bəy Münşinin  bu  salnaməsində  İbrahim  Əmininin



“Fütuhati-Şahi” əsəri “Fütuhati- Əmini”

7

formasında göstərilir. Qazi Əhməd



Qumi  isə  özünün “Xülasət ət-təvarix”ində  dövrün başlıca mənbələrini

göstərərkən, başlıca olaraq Əmir Sultan  İbrahim Əmini  Hərəvənin

8

əsərinin


adını çəkir.

“Fütuhati-Şahi” və onun müəllifi İbrahim Əmini haqqında elmi

ədəbiyyatda ilk məlumatı hind alimi Qulam Sərvər özünün I Şah İsmayıl

haqqındakı kitabında vermişdir

9

. Onun İranda və digər ölkələrin



kitabxanalarında  əsərin əlyazmasını tapmaq üçün apardığı inadlı axtarışları

nəticəsiz qalmışdır. Buna görə də o, əsərin itmiş olması qərarına gəlmişdi.

Fəqət Qulam Sərvərin kitabında İbrahim Əmini barəsində Xondəmirin

“Həbib əs-siyər” əsərindən götürdüyü tərcümeyi - hal səciyyəli məlumatları

vardı.  A.M.Mirzoyev “Fütuhati-Şahi”nin Düşənbə nüsxəsindən etdiyi

çıxarışlarla bu məlumatları bir qədər də zənginləşdirmişdir. Mənşə etibarilə

Sədrəddin Sultan əl - Əmini Xorasanın təhsilli və kübar torpaq sahibləri

ailəsinə mənsub olmuşdur. O, gəncliyində Teymuri şahzadəsi Sultan

Müzəffər Hüseyn Mirzənin yanında qulluq edərkən mənsəb qazanmağa

başlamışdır. Hicri 910 (1504-1505)-cu ildə onun atası - Herat hakimi Sultan

Hüseyn Mirzə onu özünün şəxsi sədri (sədarət - i xassə) vəzifəsinə irəli

çəkmişdi. O öz hamisinin ölümündən (hicri 911 (1506) sonra da hicri 913

(1507)-cü ildə Herat və Xorasan Məhəmməd xan Şeybani tərəfindən

tutulanadək bu vəzifəni yerinə yetirmişdi. Teymuri sarayının digər əyanları

və xadimləri sırasında İbrahim Əmini də  Şeybanilər tərəfindən təqiblərə

məruz qalmışdı. O, həbs olunmuş, torpaqları və  əmlakı isə müsadirə

edilmişdi. Həbsdən buraxıldıqdan sonra hicri 916 (1510-1511)-cı ilədək

İbrahim Əmini “yalqız və guşənişin qalmağı seçdi”. Qızılbaş qoşunları

Şeybaniləri Xorasandan sıxışdırıb çıxaranda və Heratı döyüşlə geri alanda

Əmini ehtiramla qəbul olunmuş, gen-bol hədiyyələrə, I Şah İsmayılın

mərhəmətinə layiq görülmüş, öz mülklərini və  əmlakını geri almışdı.



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə