Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə8/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   4   5   6   7   8   9   10   11   ...   110

24

olmasa da,onun izahında Azərbaycanın və digər ölkələrin türklər tərəfindən

işğalı idealizə edilmiş  şəkildə işıqlandırılır. Bəzən Şərəfxan hadisələrin

tarixini səhv göstərir. Məsələn, o, Krım xanı Məhəmməd Gireyin

Azərbaycana yürüşünün hicri 992 (1584)

78

-ci ildə ildə baş verdiyini göstərir,



halbuki həmin hadisə beş il əvvələ, yəni hicri 987 (1579)-ci ilə

aiddir. ”Şərəfnamə”nin bu  yanlışlığı bir neçə əsərdə öz əksini tapmışdır və

bu  barədə  müvafiq  bölmədə  bəhs  ediləcəkdir.

Mövzunun işlənməsi üçün ən mühüm mənbələrdən biri görkəmli

Azərbaycan tarixşünası  İsgəndər bəy Türkman Münşinin  “Tarix-i aləm

arayi Abbasi” (“Dünyanı bəzəyən abbasın tarixi”)  adlı  sanballı  əsəridir.

İsgəndər bəy Münşi (1560/61-1634) o dövr üçün gözəl təhsil

almışdı, mahir xəttat, poeziya bilicisi idi.  İsgəndər Münşi müxtəlif

hakimlərin  yanında  maliyyə  məmuru işləyərək,  I Şah Abbasın birinci

vəziri Hatəmbəy Ordubadinin himayədarlığı sayəsində yüksək mənsəbə

çatmışdı. İsgəndər bəy yürüşlər və zəfərlər zamanı  şahı müşayiət etmiş,

Azərbaycanda, İranda,  İraqda və digər ölkələrdə bir çox hadisələrin şahidi

olmuşdur. İsgəndər bəy Münşinin əsəri girişdən (müqəddimə) və iki cilddən

(səhifə)  ibarət  olub  I  Abbasın    yarıməsrlik    hakimiyyəti    dövrünün  ən

mühüm və əvəzedilməz mənbəyidir

79

. Tədqiq edilən mövzu ilə əlaqədar bizi



mənbənin “giriş” hissəsi maraqlandırdı. Burada İsgəndər bəy Münşi

Səfəvilər sülaləsinin mənşəyindən söz açır, bu sülalənin ilk dörd şahının

hakimiyyət tarixini şərh edir. Əsərin bu hissəsini müəllif özündən əvvəlki

tarixşünasların materialları əsasında yazsa da,  girişin kompilyativ səciyyəsi

ilə yanaşı, burada müxtəlif bizim üçün naməlum olan mənbələrdən

götürülmüş orijinal materiallara da təsadüf edilir.  I Şah Təhmasibin daha çox

adlı-sanlı müasirlərinə - məşhur xanlara və sultanlara, seyidlərə və  şiə

şeyxlərinə, vəzirlərə və müstöfilərə, xəttat, rəssam, şair, musiqiçi və

xanəndələrə həsr olunmuş nadir bölmələri bunlara misal ola bilər. Bu

şəxslərin hər biri haqqında onların fəaliyyətini səciyyələndirən qısa bioqrafik

məlumatlar verilmişdir

80

.



“Müqəddimə”nin II İsmayılın və Məhəmməd Xudabəndənin

hakimiyyət dövrlərinə həsr olunmuş  bölmələri,  bizim üçün olduqca




25

qiymətli mənbə oldu.  Çünki sinxron mənbələrin heç birində biz həmin

illərin belə tam və təfsilatlı şərhinə rast gəlmədik.

Səfəvilər dövrünün digər tarixçilərinə nisbətən İsgəndər Münşi o

dövrün tarixçiləri üçün nadir sayılan keyfiyyət üstünlüyü ilə fərqlənirdi. O

özünün sələflərindən məlumatları sadəcə olaraq götürmür,  həm də

hadisələrə  öz  münasibətini  bildirməklə,  onları yenidən mənalandırmağa,

səy göstərir.  Münşi  bəzən  hadisələrin  təzahürlərinə  aludə  olmur,  onların

tarixini vermir, əsas diqqətini bu hadisələrin mahiyyətinin açılmasına

yönəldir.  Bu mənada o, fikrimizcə öz müasirlərindən - salnaməçi olub,

yalnız faktları qeydə almaqla kifayətlənən tarixçilərdən xeyli yüksəkdə

dururdu.


Mövzunun işlənilməsi üçün olduqca vacib olan Avropa mənbələrini

nəzərdən keçirək. Həmin sənədlərin qiyməti bundadır ki, onlar Səfəvilər

dövlətinin  Şərq  salnaməçilərinin  əsərlərində sərf-nəzər olunan sosial-

iqtisadi həyat və siyasi quruluş məsələlərinin bəzi əhəmiyyətli tərəflərini

işıqlandırırlar.

Vinçentso d´Alessandri  

Venetsiya  Respublikasının  I  Şah

Təhmasibin sarayına təyin edilmiş səfiri idi. O, 1571-ci ildə Səfəvilərin

paytaxtı Qəzvin şəhərinə gəlmiş və təxminən iki il ölkədə yaşamışdı.

Qayıtdıqdan sonra o, Venetsiya hakiminə özünün Səfəvilər dövlətinə olan

səfəri barədə hesabat təqdim etmişdi

81

. Müxtəsər olmasına baxmayaraq,



Alessandrinin hesabatında I Şah Təhmasibin hakimiyyətinin son illərində

Səfəvilər dövlətinin vəziyyəti haqqında maraqlı məlumatlar və avropalının

müşahidələri vardır.

Alessandri Səfəvilər sarayı, I Şah Təhmasibin şəxsiyyəti və həyat

tərzi, mərkəzi hökumət, Səfəvilərin  daxili  siyasəti,  o cümlədən vergi

siyasəti haqqında qiymətli məlumatlar verir. Məsələn, I Təhmasibin

“mərhəmətindən”, ”ədalətindən”  və  onun bəzən rəiyyət vergilərini ləğv

etməsindən çox danışan farsdilli mənbələrin əksinə olaraq Alessandri

göstərir ki, adətən belə “ləğvetmədən” bir qədər keçdikdən sonra şah

gözlənilmədən bütün vergi borclarının ödənilməsini tələb edirdi ki, bu da

kəndliləri kütləvi surətdə müflisləşdirirdi

82

.  I Təhmasibin gömrük rüsumunu




26

(tamğa - O.Ə.) ləğv etməsi “bunlar dünyanın hər hansı hissəsində

olduğundan yüksək idi” və sonuncuların “ticarətin yeddidə birini təşkil

edən“


83

  daha  mülayim  vergi  ilə  (boniçe - O.Ə.) əvəz  edilməsi barədə

onun məlumatı çox mühümdür. Məhsuldan,  torpaqdan və qoyunların sayına

görə alınan vergi haqqında venetsiyalının gətirdiyi bəzi rəqəm məlumatları

olduqca maraqlıdır

84

.  Səfəvilərin qoşunu,  onun silahları,  şah qvardiyası və



i.a.  barədə  verilmiş  məlumatlar  da  maraqlıdır.

Mövzu üçün digər italyan müəllifinin - Ciovanni Tommazo



Minadoinin  “Türklər və iranlılar arasındakı müharibələri tarixi” əsəri

85

böyük əhəmiyyət kəsb edir.



Minadoi 1540-cı ildə  İtaliyanın  Roviqo  şəhərində  anadan

olmuşdur. Paduya  universitetində  tibb  təhsilini  tamamladıqdan  sonra

Suriyada Venetsiya  konsulluğunun  xəstəxanasında  həkim  işləmişdir.  O,

1579-1586-cı illərdə burada olmuş və yəqin ki, türk dilini yaxşı bilmişdir.

Xidməti borcunu yerinə yetirərkən Osmanlı mülklərinə səfərlər edir,  tez-tez

İstanbulda olur, o vaxt Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında

gedən müharibələr haqqında məlumatlar toplayırdı. O,  İtaliyaya qayıtdıqdan

sonra, tezliklə bu müharibələrin tarixini nəşr etdirir. Minadoi 1596-cı ildən

Paduyada  yaşamış,    adı  çəkilən    universitetin    tibb    professoru  olmuş  və

1615-ci ildə vəfat etmişdir

86

.

Minadoinin əsəri ilk dəfə 1587-ci ildə Romada çapdan çıxmışdı.



1588-ci ildə Minadoi öz əsərini 9 fəslə (ilkin nəşrdəki dörd fəsildən ibarət idi)

bölüb  yeni materialla tamamlayaraq,  ikinci dəfə nəşr etdirdi. Venetsiya

nəşri  Minadoinin  əsərinin  tam  və  son  nəşri  sayılır.  Kitab  Avropa

oxucularının diqqətini dərhal özünə cəlb etdi. Onun əsəri tez bir zamanda

ispan (1588), ingilis (1595) və latın (1601) dillərinə tərcümədə çapdan çıxdı.

Onu qeyd etmək kifayətdir ki, Minadonin əsəri 14 il ərzində yeddi dəfə nəşr

olunmuşdu

87

. Bunu Avropalıların “əfsanəvi dərəcədə zəngin” Şərq



ölkələrinə sadəcə olaraq artan marağı ilə izah etmək kifayət deyildir. O

dövrdə Qərbi Avropa dövlətləri üçün real təhlükəyə çevrilmiş Osmanlı

Türkiyəsinin gələcək niyyətləri qarşısında Avropa cəmiyyətini təlaş

bürümüşdü.




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə