Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə11/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   7   8   9   10   11   12   13   14   ...   110

33

Ə.N.Quliyev  

tərəfindən      

yazılmış   müvafiq  bölməsində  təsvir

edilmişdir

112


.    Səfəvilərin    XVI    əsrə    qədərki    tarixinin    bəzi  məsələləri,

Səfəvi  şeyxlərinin  Ərdəbil  hakimiyyəti  dövrü  C.İbrahimovun əsərlərində

öz şərhini tapmışdır

113


.  Göstərilən dövrdə Azərbaycanın və Səfəvilər

dövlətinin  xarici  siyasətinin  və  daxili  inkişaf  tarixinin bir sıra məsələləri

Ə.M.Şahmalıyevin, P.İ.Petrovun, Ə.Ə.Rəhmaninin, A.P.Novoseltsevin,

Ə.H.Hüseynovun və B.Əhmədovun

114

  əsərlərində işıqlandırılmışdır.



Y.A.Paxomovun, Ə.Ə.Ələsgərzadənin, M.X.Nemətovanın, İ.Dilbacın,

Ə.V.Rəhimovun  və  Ə.Ş.Rəcəblinin  əsərlərində

115

mövzuya  dair  epiqrafik



və  numuzmatik  materiallar  vardır.

Xarici ölkələrdə də Səfəvilər dövlətinin siyasi tarixinə həsr edilmiş

xeyli əsər nəşr olunmuşdur. Hind alimi Qulam Sərvərin I Şah İsmayıl

haqqında çox da böyük olmayan kitabımənbələrdən götürülmüş, lakin

müəllif ümumiləşdirmələri olmayan faktik material toplusu kimi öz

əhəmiyyətini  saxlamaqdadır

116

.  V.Hinsin və H.Römerin əsərləri XVI əsrin



70-ci illərinin sonu-80-ci illərinin əvvəllərində Səfəvilər dövlətinin

vəziyyətinə həsr olunmuşdur

117

.  V.F.Minorskinin tədqiqatlarında  bu



məsələlərə dair  qiymətli  material  və  ümumiləşdirmələr  vardır

118


.  Son illər

çapdan çıxmış bəzi əsərlər diqqəti cəlb  edir. Onların arasında daha çox

maraq doğuranları - I İsmayılın daxili siyasətinin bəzi, az öyrənilmiş

cəhətləri  haqqında  Jan Obenin tədqiqatı, R.Ş.Seyvorinin mühüm vəzifələr

və dövlətinin banisinin istilaları haqqında məqalələri, həmçinin də XVI-

XVIII əsrlərdə Səfəvilərin inzibati sistemi haqqında K.M.Röhrbornun

əsəridir

119


.  Faruk  Sümerin  və  Bəkir  Kütükoğlunun  Səfəvilər  dövlətinin

yaranmasında Anadolu türklərinin roluna və XVI əsrin son rübündə

Osmanlı və Səfəvilər dövlətlərinin qarşılıqlı münasibətlərinə həsr olunmuş

əsərlərində  xeyli  dərəcədə  yeni  material  vardır

120

.

İran tarixşünaslığı (Ə.Kəsrəvinin və N.Fəlsəfinin bəzi əsərləri



121

istisna edilməklə) bu sahədə tədqiqatlarla  təmsil  olunmamışdır.

Ə.Tacbəxşin, S.Rəhimzadənin, N.Şeybaninin son dövrdə nəşr edilmiş

kitabları millətçilik mövqelərindən yazılmışdır  və  hekayə xarakteri

daşıyır

122


. Bu əsərlərin  mənbəşünaslıq  və tarixşünaslıq  zəmini  məhduddur


34

və  buna  görə  də  mövzunun  öyrənilməsinə  yenilik  gətirmir.

Tehran universitetinin professoru Bəstini Pərizinin “Səfəvilər

dövründə siyasət və iqtisadiyyat” kitabı  əslində bu sahədə  İran

tarixşünaslığında XVI-XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin sosial-

iqtisadi həyatının öyrənilməsinə  ciddi  maraq göstərilmiş

123

  ilk  tədqiqatdır.



Keçmiş sovet tarixçilərinin diqqətini cəlb etmiş məsələlərdən biri

XVI əsrdə Səfəvilər dövlətinin etnik xarakteri məsələsidir.

Vətən tarixşünaslığında Səfəvilər sülaləsinin və onları müdafiə edən

tayfaların türk (Azərbaycan) mənşəli  olduğunu  ilk  dəfə  olaraq  göstərənlər

rus şərqşünasları  V.V.Bartold və A.Y.Krımski

124


 olmuşlar.

Azərbaycan feodal əyanlarının Səfəvilər dövlətinin yaranmasında

həlledici rol oynadığı faktı 1941-ci ildə Bakı tarixçilərinin hazırladığı

Azərbaycan tarixinə dair ilk kollektiv əsərdə qeyd olunmuşdur

125

. 1946-cı



ildə buna bənzər nəşrdə həmin baxış daha da inkişaf etdirilmişdir

126


.

Qırxıncı  illərin  əvvəllərində  Azərbaycan tarixçisi, akademik  İ.A.Hüseynov

I Şah İsmayılın dövlətini Azərbaycan  dövləti  kimi  səciyyələndirmişdir

127


.

Həmin səciyyələndirmə bu sətirlər müəllifinin əsərlərində elmi dəlillər və

mənbəşünaslıq məlumatları ilə əsaslandırılmışdır.

İ.P.Petruşevski özünün ilkin mənbələrinə əsaslanan tədqiqatlarında

Səfəvilər dövlətinin yaranmasında və onuntarixinin birinci yüzilliyində

Azərbaycanın və Azərbaycan etnik feodal ünsürünün aparıcı,müəyyənedici

sosial-iqtisadi və siyasi rol oynadığını təkzibolunmaz şəkildə sübut

etmişdir.O göstərmişdir ki, Azərbaycan əyanları bu dövlətdə müstəsna

hüquq və imtiyazlardan istifadə etmişlər.Sarayda yüksək vəzifələr,vilayət

canişinlikləri,hərbi iş və s. Azərbaycan feodallarının əlində olduğu

halda,dövlət işlərində fars feodallarının rolu maliyyə,dəftərxana və qismən də

məhkəmə məsələləri ilə məhdudlaşırdı.

İran tarixşünaslığının millətçi,paniranist baxışlarını, habelə Qərbin

mürtəce tarixçilərinin oxşar konsepsiyalarını tənqid edən N.D.Mikluxo-

Maklay qeyd edirdi ki, Şeybanilər Səfəviləri bütün İranın hökmdarları kimi

tanımırdılar. Onlar Səfəviləri Ağqoyunlular sülaləsinin xələfləri və varisləri

hesab edərək  onların yalnız Azərbaycan və Qərbi İran Üzərində



35

hakimiyyətini tanıyırdılar. O yazırdı: ”Bütün deyilənlər belə bir nəticəyə

gəlməyə imkan verir ki, XVI əsrdə yaranmış Səfəvilər dövləti XV əsr

Qaraqoyunlu və Ağqoyunlu hakimiyyətlərinin  xələfi kimi təşəkkül

tapmışdır. Həm də real əsaslara istinad edirdi, yəni Səfəvilər dövləti İran

dövləti  deyildi  və  ona heç elə  də  baxılmırdı”

128

.

B.N.Zaxoder  Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın



roluna dair yazırdı: ”Sosial-iqtisadi inkişafın  nisbətən yüksək pilləsində

duran Azərbaycan  XVI əsrin  əvvəlində Cənubi Qafqazda və  İranda

yaranan həmin böyük dövlətin özəyini təşkil edirdi. Bu dövlət  çoxlu  tayfa

və xalqları öz tərkibinə daxil etmişdir. Lakin uzun müddət bu dövlətdə onun

hərbi  qüvvələrində ilk Səfəvilərin arxalandığı Azərbaycan feodalları

üstünlük  təşkil  etmişdilər

129

.

Hal-hazırda tarix  elmində XVI əsr Səfəvilər dövlətinə Azərbaycan



dövləti  kimi  baxmaq  meyli  tədricən  özünə  yol  tapır

130


.

Müasir İran tarixşünaslığının görkəmli nümayəndələri də aşkar

faktlarla  hesablaşmaq məcburiyyəti qarşısında qalaraq Səfəvilər dövlətində

türkdilli (Azərbaycan) etnosun rəhbər rolunu,hakim mövqeyini təsdiq

edirlər.Məsələn,  I  Şah  Abbasa  həsr  olunmuş  çoxcildli  əsərin  müəllifi

Nəsrulla Fəlsəfi Şah İsmayıl və onun yaratdığı dövlət haqqında yazır: “Şah

İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd Peyğəmbərin nəslindən

olan – O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi.  Ana tərəfdən

isə  o,  Türkman  Həsən  bəy  Ağqoyunlunun  (yəni  Uzun  Həsənin  –  O.Ə.)

nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi...

Dövrün bütün tarixlərindən

məlum olduğu kimi,  onun tərəfdarları da

əsasən türkman və tatar tayfalarından olanlar idi. Hətta taxta çıxdıqdan sonra

belə o,İran mənşəyinə və dilinə - millətin iki başlıca əsasına xor baxırdı. O,

İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş

tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və

Hindistanda  siyasət  və  ədəbiyyat  dili  olduğu  bir dövrdə   Şah İsmayıl

türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində

şeirlər yazırdı.  Nəticədə  türk dili Səfəvilər sarayında elə  geniş  yayıldı ki, bu

sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə