Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə13/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   9   10   11   12   13   14   15   16   ...   110

40

mənşəli olduğu barədəki ehtimalını  şəksiz həqiqət kimi qələmə verir və

bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər.

İran tarixçisi M.Məşkur  Şah İsmayıldan bəhs edərkən onu türk

hökmdarı kimi deyil, xüsusi şərait ucbatından türkcə danışmağa türkcə

şeirlər yazmağa “məcbur olan” iranlı kimi

6

qələmə verir. Bu müəllif İranda



yaşayan  azərbaycanlıların etnik mənşəyini belə izah edir: “İran türkləri

türkman və ya tatar irqinin məhsuludur. Azərbaycan tatarları türkcə

danışsalar da, felən iranlıdırlar; onlar saf iranlıların mənşəcə türkman, yaxud

tatar irqi ilə qarışığını təşkil edirlər”

7

Qeyd etmək lazımdır ki, İran müəllifləri Səfəvi sülaləsinin mənşəyi



haqqında öz konsepsiyalari ilə istisnalıq təşkil etmirlər. Məsələn, türk

müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş

məqaləsində onların kürd mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir

8

.



Ə.Kəsrəvinin əlavə və saxtalaşdırma hesab etdiyi “Səfvət əs – səfa”dan kürd

qoşunlarının Azərbaycana gəlməsi haqqındakı rəvayətinə əsaslanan Toqan,

bu yürüşü hicri 416 (1025)cı ildə Rəvvadilərin Azərbaycanı tutması ilə

eyniləşdirir. Toqan belə ehtimal edir ki, Şeyx Səfinin əcdadları kimi,onun

mənəvi hamisi olan Şeyx zahidin əcdadları da “Rəvvadilərin hərbi

əməliyyatları zamanı Gilin və  Ərdəbilə gəlmiş, Muğan və Arran

vilayətlərində islamı yaymışlar”

9

. Lakin Toqanın sözlərinə görə, XVI əsrin



əvvəlinə kimi  “Ərdəbilin kürd şeyxinin” nəsli “tamamilə türkləşmişdir”

10

.



Türk müəllifi öz mülahizələrini belə yekunlaşdırır: “Hökmdarlar (I  Şah

İsmayıl və I Şah Təhmasib) özlərinin kürd mənşəyini tarixdən silmək, kürd

Firuzşahı peyğəmbərin nəslinə aid etmək və Şeyx Səfinin türk şiə şeyxi, türk

poemalarının müəllifi olduğunu sübuta yetirmək üçün əllərindən gələni

etmişlər”

11

. Toqan da bir çox başqaları kimi özlərinin kürd mənşəyini



gizlətməyin Səfəvilərə nə üçün lazım olduğunu izah etməyi zəruri bilmir.

“Səfvət əs – səfa”da Şeyx Səfiəddinin etnik mənsubiyyətinə dair

məlumatlar vardır. Səfəvilərin mənşəcə fars olduğunu sübut etmək arzusu ilə

hərəkət edən  müəlliflərin bu barədə “susması” tamamilə başa düşülə bilər.

Çünki Şeyx Səfinin səyahətləri haqqındakı rəvayətlərdə onun dəfələrlə



41

“türkün piri” (pir-i türk)

12

 adlandırıldığını görməmək mümkün deyildir. Bu



mənada Şeyx Səfinin fars torpağı olan Şirzada öz müridləri ilə görüşləri və

söhbətlərindən bəhs edən hekayədə ona dəfələrlə türk kimi müraciət

olunması çox səciyyəvidir:”Yüksək mənsəb sahibi olan və bütün Farsda

cəsarəti ilə tanınn əmir Abdulla (Səfiyə müraciət edərək – O.Ə.) dedi: “Ey

türk piri...”

13

. Mövlanə  Əhməd və Mövlanə  İbrahim Təbrizi Səravi qeyd



edirdilər ki, (biz) Ərdəbilə gəldik. Şeyxin yanında (evində), qoy (Allah) onun

ruhunu əziz tutsun,bizin üçün qara çörək və su gətirdilər. Qəflətən bir neçə

türk daxil oldu. Onlar üçün ağ çörək və bal gətirdilər”

14

. Deməli, Şeyx



Səfinin evində (hücrəsində) türklərə üstünlük verilirdi. Təvəkkül ibn

Bəzzazın əsərində şeyxin “türk kəndində” (deh-i türk)

15

 olmasından söz açılır



ki,bu da Səfi dövründə Ərdəbil ərazisinin türk əhalisinə işarədir

16

.



Şeyx Səfinin türklərə mənsub olunduğunu göstərən buna bənzər

fikirlər “Səfvət əs-səfa”nın bütün nüsxələrində vardır. Səfəvilərin guya öz

uzaq əcdadlarının etnik mənşəyini şüurlu surətdə saxtalaşdırmaq istədiklərini

söyləmək üçün də hüç bir əsas yoxdur. Səfəvilər sülaləsinin əzəldən kürd,

yaxud İran mənşəli olması haqqındakı ehtimal damötəbər mənbələrin

məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub

olması,  çətin ki,  şübhə  doğura  bilər.

         Ərdəbil  feodallarının türkdilli tayfalarla əlaqələri tarixindən

Səfəvilərin Kiçik Asiyanın türk tayfaları ilə əlaqələri hələ XIII əsrin

sonu-XIV əsrdə yaranmışdı. ”Tarix-i Əmini”nin yaxşı məlumatlı müəllifi

olmuş Fəzlullah Ruzbihan qeyd edirdi ki, Talış əmirləri onun (Səfiəddinin-

O.Ə.)   mənzilini özlərinin sığınacaqlarına çevirmişdilər və Rumun böyük

adamları ona baş çəkirdilər”

17

. Bu əlaqələrə dair daha qəti işarələr Şeyx Xacə



Əlinin (Sultan Əlinin) dövrünə aiddir. Kiçik Asiya yürüşündən sonra geri

qayıdarkən Teymurun Ərdəbildən keçməsi barədə rəvayət də məlumdur.

İstilaçı,şeyxin xahişi ilə Kiçik Asiyadan olan əsirləri azad etmiş və onları

Səfəvi şeyxlərinə xidmət etmək üçün Ərdəbil ətrafında yerləşdirmişdi.




42

Teymurun fərmanına əsasən Rum hökmdarlarına əmr edilirdi ki, özlərinin

Ərdəbildə yaşayan mürşidinin görüşünə gəlmək istəyən Anadolu müridlərini

sıxışdırmasınlar və bu işə maneçilik törətməsinlər. Şeyx bütün Kiçik Asiya

tayfalarına öz nümayəndələrini (xəlifə və pirə) təyin etmişdi

19

. Həmin



əsirlərin nəsilləri sonralar “rumlu sufiləri” (“sufiyan-i rumlu”)

19

 adlandırıldı.



XV əsrin birinci yarında – Şeyx cüneyd və Şeyx Heydər zamanında

Səfəvilərin Kiçik Asiya və  Şimali Suriya tayfaları ilə  əlaqələri

möhkəmlənmişdi.1449-cu uldə Cahanşah Qaraqoyunlu tərəfindən

Ərdəbildən sıxışdırılıb çıxarılan Cüneyd Kiçik Asiyaya - Qaramana

getmişdi

20

. O, Kilikiyada ikən türkdilli varsaq tayfası daxilində ciddi



fəaliyyət göstərmişdi. Yerli hakim tərəfindən qovulan şeyx Suriyanın ən

şimal hissəsinə - Misirin məmlük sultanının hakimiyyəti altında olan Mərəş,

Antakya və Kilis bölgələrinə gəlib çıxmışdı. Cüneyd bu bölgədə adı çəkilən

baçqa bir türkdilli, zülqədər tayfasının  daxilində  şiəlik təbliğatı  apardı.

1456-cı ildən 1459-cu ilədək Cüneyd, o vaxt hələ az tanınan Diyarbəkir

hakimi Ağqoyunlu Uzun Həsənin yanında  olmuşdu. Uzun Həsən öz

düşməni Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək

arzusu ilə öz bacısını Şeyx Cüneydə ərə verdi. Tarixçilərin göstərdiyi kimi,

bu nigahın sorağı Kiçik Asiyanın və Suriyanın ən uzaq guşələrinə yayıldı və

“əvvəlki şeyxlərin” xəlifələri  Cüneydin  görüşünə  gəldilər

21

.

Şeyx Heydəri (1460-1488) əvvəlcə Rum, Talış və Qaracadağ



sakinləri müdafiə etdilər.1488-ci ilin yazında, Dağıstana sonuncu yürüşü

zamanında isə onun qoşununda şamlı tayfası da var idi

22

.

Ağqoyunlu Rüstəmin tərəfində Baysunqur



23

  əleyhinə  çıxış  edən

Şeyx Sultan Əlinin  (Heydərin böyük oğlu) silahdaşları arasında türkdilli

qacar  (Qarapiri bəy Qacar), şamlı (Hüseyn bəy Lələ Şamlı) və qaramanlı

(Rüstəm bəy Qaramanlı) tayfalarının adları çəkilir. Sonuncu iki nəfər sağ

cinaha başçılıq edirdi. Sultan Əli həlak olmazdan (1494) əvvəl İsmayılı

təriqət şeyxi vəzifəsinə təyin etdi və onu özünün ən yaxın silahdaşları ilə

Ərdəbilə göndərdi.



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə