Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə14/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   10   11   12   13   14   15   16   17   ...   110

43

Sultan Əlinin həlak olmasından sonrakı hadisələr ədəbiyyatda

kifayət qədər əks olunmadığı üçün, onların üzərində bir qədər ətraflı dayanaq.

            Heydərin oğlanlarının Ərdəbilə qaçması.

                   Onların həyatının Gilan dövrü

Sultan Əlinin qızılbaşları  Ərdəbil yaxınlığındakı  Şəmasi adlı yerdə

darmadağın edildikdən sonra sədaqətli sufilər Şeyx Heydərin oğlanları

İsmayıl və İbrahimə Ərdəbildə gizlənməyə kömək etdilər. Onların ardınca

Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını almış

Eybə Sultanın dəstələri şəhərə daxil oldular. Eybə Sultanın dəstələri şahid

təfsilatı ilə həmin hadisələri danışan anonim salnaməçinin dediyinə

görə,”Ərdəbil əhalisinə münasibətdə zorakılığa və təzyiqə əl atdılar,qətl və

qarətlərə başladılar”. İsmayıl, anası Aləmşah bəyimin ilk vaxtlar onları

gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini  tərk edərək, Qazi Əhməd Kakuli adlı

Səfəvi müridlərindən birinin evinə köçdü və üç gün ərzində orada qaldı.

Sonra isə yeddi yaşlı oğlan Xancan

25

 adlı qadının himayəsinə verildi.



İsmayıl,Şeyx Cüneydin qızlarından biri olan  və burada ona baş çəkən bibisi

Paşa xatun (Məhəmmədi bəy Türkmanın arvadı) istisna olmaqla hamıdan

gizlənərəkbir ay həmin qadının himayəssində qaldı

26

.  Paşa  xatun  İsmayılı



zülqədər tayfasından olan Übayi-cərrahə adlı qadının yanına gətirdi. Həmin

qadının evi “rumluların məhəlləsində” (“məhəlleyi rumiyan”), Şeyx Xacə

Əlinin azad edərək Ərdəbilə yerləşdirdiyi Teymurun türk əsirlərinin nəsilləri

yaşayan məhəllədə idi. Eybə Sultan Rüstəmdən İsmayılı və onun qardaşını

hər vasitə ilə tapmaq barədə təkidli göstərişlər alırdı. O, Ərdəbili “məhəllə-

məhəllə,ev-ev” axtarırdı, lakin bunun nəticəsi olmurdu. Eybə Sultanın

adamlarının onun məhəlləsində axtarışlara başladığından xəbər tutan Üba,

İsmayılı ehtiyatla öz evindən çıxarır, və Ərdəbilin Cümə məscidinə gətirərək

Allahvermiş ağanın dəfn edilmiş olduğu sərdabədə yerləşdirir. Üba

hərdənbir Aləmşah bəyimin yanına gəlir və ona oğlu İsmayılın sağ-salamat

olduğunu xəbər verirdi

27

. Lakin bir qədər keçdikdən sonra Üba İsmayılın



olduğu yeri dəyişdirməyin zəruriliyini yenidən hiss etdi. Həmin məsciddə


44

Eybə Sultanla döyüşdə yaralanmış qızılbaşlardan biri də gizlənmiş və həkim

köməyi üçün Übaya müraciət etmişdi. Üba müridi İsmayılla görüşdürdü.

Mürid İsmayıla xəbər verdi ki,”Şəmasi kəndindəki döyüşdən qaçmaqla

canını qurtarmış 80 sufi Ərdəbilin ətrafındakı Baqrov dağında gizlənərək ona

xidmət etmək üçün fürsət axtarır”. Mürid, Übanın məsləhəti ilə Ərdəbili tərk

etdi və sağ qalmış qızılbaşların arasında olan Rüstəm bəy Qaramanlıya

İsmayıl barədə məlumat vermək üçün həmin dağa tərəf yola düşdü. Rüstəm

bəy gecə yarısı öz adamları ilə gizlicə  şəhərə gəldi. İsmayılı məsciddən

götürüb adı çəkilən dağa yola düşdüvə oğlanı Kərkan kəndində xətib

Fərruxzadın evində gizlətdi.Mənsur bəy Qıpçaği, Hüseyn bəy Lələ, Qırx

Seyyidi Əli, Çulban bəy, Xadim bəy Xəlifə, Dədə bəy, Göy Əli bəy və digər

sufilər özlərinin gənc rəhbərini təhlükədən harada daha yaxşı rorunmağın

mümkünlüyü barədə məsləhətləşməyə başladılar. Qərara alındı ki, İsmayıl

Məhəmməd bəy Türkmanla (İsmayılın bibisi Paşa xatunun əri) və onun

qardaşı  Əhməd bəylə çoxdan bəri yaxşı münasibətdə olan Rəşt hakimi

Əmirə  İshaqın evinə aparılsın

28

. Bu səfər zamanı  İsmayılı Rüstəm bəy



Qaqmanlı, Əhmədi bəy və onun qardaşı Məhəmmədi bəy Türkman 80

nəfərlik qızılbaş dəstəsi ilə müşayiət edirdilər. Onlar əvvəlcə Tulunav hakimi

Əmirə Müzəffərin evinə gəldilər. Bundan xəbər tutan Eybə Sultan Əmirə

Müzəffərə qasidlə məktub göndərərək Heydərin oğlanlarını təslim etməyi

tələb etdi. Onlar Xalxal hakimi Cagir bəy Pornakdan da eyni məzmunlu

məktub aldılar. Bu tələblərə əhəmiyyət verməyən Əmirə Müzəffər qardaşları

Kəskərə göndərdi.  Ondan bu barədə müvafiq tapşırıq almış yerli hakim

Əmirə Səyavuş onları öz evində qəbul etdi. Dördüncü gün İsmayılın dəstəsi

Rəştə doğru hərəkət etdi. İsmayılın  tərəfdarları Rəşt hakiminin dəvətinə

baxmayaraq,onu “Ağ məscid” deyilən yerdə yerləşdirməyi üstün tutdular.

Rəştdə olduğu zaman İsmayıla daim məscidin qonşuluğunda yerləşən

zərgərlik dükanının sahibi olan Əmirə Nəcm adında yerli sakin qulluq

etmişdi

29

.



Rəşti də təhlükəsiz hesab etməyən sadiq müridlər İsmayıla Lahicana,

Gilanın Biyepiş vilayətinin hakimi Karkiya Mirzə Əlinin sarayına keçməkdə

kömək etdilər

30

. Lahicanda İsmayılı və onu müşayiət edənləri mehribanlıqla




45

qarşıladılar və Key Əfridun mədrəsəsi ilə üzbəüz binada yerləşdirdilər.

Karkiya Mirzə  Əli özünün hörmətli qonaqlarına hər cür diqqət göstərirdi.

Tanınmış yerli alimlərdən biri-Şəmsəddin Lahici ərəb və fars dillərini

öyrətmək, Quranı oxumaq üçün İsmayılın və onun qardaşının tərbiyəçisi

təyin olundu

31

.

Bununla belə Ağqoyunlu Rüstəm İsmayılla hesablaşmaq ümidini



itirmirdi. İsmayıl Gilana qaçdıqdan az sonra Eybə Sultan Übanı həbs etməyə

və ondan İsmayılın Ərdəbildə qaldığı yeri öyrənməyə nail oldu.Üba

Rüstəmin əmri ilə Təbrizin bazar meydanında edam edildi. İsmayılın

qaçırılmasının təşkilinə kömək etmiş Məhəmmədi bəyin və onun qardaşı

Əhmədi bəyin əmlakı hökumət tərəfindən müsadirə olundu

32

. Rüstəm



padşah İsmayılı qaytarmaq tələbi ilə Karkiya Mirzə  Əliyə dəfələrlə

hədələyici məktublar göndərir, lakin Lahican hakimi hər dəfə üzürlü

bəhanələr  gətirməklə  onun  tələblərini  rədd  etdi.

İsmayıl Lahicanda təqribən 6 il qaldı. Bu, həddi-büluğ yaşına

çatmaq və yeni çıxışa hazırlaşmaq üçün zəruri idi.  Bütün məsələləri həll

edən qızılbaş  əmirlərinin hasablamalarına görə, Ağqoyunlu şahzadələri

arasındakı ara müharibələri  və onların dövlətinin dağılması  İsmayılın

qalibiyyətli yürüşünü asanlaşdırmalı idi. Bura, İsmayılın yanına itaətkar

olduqlarını bildirmək üçün, xüsusilə Rum, Qaracadağ və  Əhərdən çoxlu

tərəfdarlar  gəlirdi

33

.

Ərzincana yürüş



1499-cu ilin avqustunda, Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl

Lahicandan Ərdəbilə yola düşəndə onu yeddi nəfərdən ibarət ən yaxın

şəxslər müşayiət edirdi; Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə

bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı,

İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən

keçib Taroma gəldilər.Müasirin xəbər verdiyi kimi, dayanacaqlar zamanı

İsmayılın dəstəsinə  “Rum və  Şam” taufalarından tərəfdarlar



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə