Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə17/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   13   14   15   16   17   18   19   20   ...   110

52

qorxulu xəbərlər almışdı. Anonim tarixçi xəbər verir ki, İsmayıl “dövlətin

sütunlarını”- Hüseyn bəy Lələni, Məhəmməd bəy Ustaclını, Əbdi bəy

Şamlını, Xadim bəy Xüləfanı, Qrapiri bəy Qacarı yanına çağıdı və onlardan

soruşdu: “Siz Azərbaycan səltənətinimi (taxtgah), yoxsa Gülüstan qalasınımı

istəyirsiniz?” Onlar cavab verdilər: ”Azərbaycanı”. Sonralar Ə.Ə.Rəhmani

Həsən bəy Rumlunun, həmçinin də  İsgəndər Münşinin götürdükləri bu

xəbərə  əsaslanaraq belə bir nəticəyə gəlmişdir ki,  İsmayıl və qızılbaş

əyanları Azərbaycanda öz hakimiyyətlərini qurmağı, Təbriz taxtını

“Ağqoyunlu kafirlərin” əlindən  geri  almağı  başlıca vəzifə hesab edirdilər

61

.

Beləliklə, qızılbaşlar Şirvan hüdudlarını tərk etdilər. Şirvanşahlar



dövlətinə ağır zərbə vuruldu, lakin onun mövcudluöuna son qoyulmadı; biz

Səfəvilərin və  Şirvanşahların (sonuncular devrilənə qədər) qarşılıqlı

münasibətlərindən aşağıda bəhs edəcəyik.

            Ağqoyunlu Əlvəndin məğlub edilməsi

 Gülüstan mühasirədə olarkən Təbrizdən  Musa  xəlidənin göndərdiyi

çapar gəlib  xəbər  gətirdi ki,  Əlvənd böyük bir qoşunla paytaxtdan

çıxmışdır. O, Şirvanşah qoşunlarının qalıqları ilə birləşmək və qızılbaşlarla

vuruşmaq üçün Şirvana  hərəkət edir

62

. İsmayıl Çuş Mirzəyə əmr etdi ki, Kür



və Araz çaylarının qovuşduğu yerdə - Cavada  getsin, bərə körpüsü quraraq

əsas qüvvələrin təcili qaydada çayı keçməsini təmin etsin, Əlvənd çayın

şimal sahilinə keçməyə cəhd göstərməzdən əvvəl onun üzərinə hücuma

başlasın. Vəziyyəti öyrənmək üçün Qaracadağa göndərilmiş qızılbaş

kəşfiyyatçısı  Məhəmməd  Xəlifənin  yolladığı  çapar  xəbər  gətirdi  ki,

Azərbaycan hakimi Əlvənd Mirzə 30 minlik qoşunla Naxçıvana gəlmiş,

İsmayılın  Kürü  keçməsinə ol  verməmək  üçün  Mahmud Qaracanı Gəncə

və Qarabağa, Kərçiqay Məhəmmədi Ərdəbil bölgəsinə, Həsən bəy Şükür

oğlunu isə Qaradağa göndərmişdi

63

. Halbuki İsmayıl Cavadda Kürü keçmiş



və Qarapiri bəy Qacarın dəstəsini Naxçıvana geri çəkilmiş Həsən bəy Şükür


53

oğluna qarşı eritmişdi. Kərçiqay Məhəmməd qızılbaşların Kürü keçdiyini

bili Qrabağa yollandı və Mahmud Qaraca ilə birləşdi. Onlar birlikdə

Əlvəndin yanına – Naxçıvana  geri  çəkildilər.

İsmayıl Qarpiri bəy Qacarı (ləqəbi “Toz qoparan” idi)

64

 və İlyas bəy



Halvaçı oğlunu irəlidə gedən qoşun hissəsinin başçıları təyin edərək

Naxçıvana hərəkət etdi. İlyas bəy, Əlvəndin qızılbaşların qarşısını almaq

üçün göndərdiyi Osman bəy Mosullunu məğlub etdi və onu əsir tutdu

65

.



Əlvənd İsmayıla məktub göndərin Şirvana qayıtmağı və həmin vilayəti idarə

etməklə kifayətlənməyi tələb etdi, lakin rədd cavabı aldı

66

. Belə olduqda



Ağqoyunlu  hökmdarı  Naxçıvandan  çıxıb şimal – qərbə doğru getdi və

Şərur düzündə dayanaraq döyüşə hazırlaşmağa başladı. İsmayıl Arazın

cənub sahili boyunca hərəkət edərək Naxçıvan bölgəsində çayı keçdi və

düşməni qarşılamağa tələsdi. Elə buradaca, Şərur düzündə hicri 907-ci ilin

əvvəlində (1501-ci ilin ortaları) İsmayılla  Əlvənd arasında həlledici döyüş

baş verdi.Salnaməçilərin məlumatına görə, Əlvəndin 30 minlik ordusu

olduğu halda,  qızılbaşların  sayı  7  min  nəfərdən  çox  deyildi

67

.



İsmayıl mərkəzdə mövqe tutaraq Hüseyn bəy Lələ, Əbdüləli bəy

Dədə,  Xadim  bəy Xüləfa, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı,

Əbdi bəy Şamlı, Qraca  İlyas Bayburtlu, Qara Piri bəy qacar, İlyas bəy

Halvaçı oğlu (əmirşikar),  İlyas bəy Xunuslu, Sarı Əli bəy Təkəli (möhrdar),

Əli  bəy  Rumlu (Div Sultan ləqəbi almışdı) kimi  sərkərdələrini  cinahlarda

yerləşdirmişdi.  Özünün sayca üstün olan qüvvələrinin döyüş bacarığına

ımin  olmayan  Əlvənd öz  döyüşçülərinin  vuruş  meydanından  qaçmasına

mane olmaq üçün dəvələri arxada düzməyi və onları bir – birinə

zəncirləməyi  əmr  etmişdi. O, özü mərkəzdə mövqe tutaraq Lətif bəy, Sidi

Qazi  bəy,  Musa  bəy,  Kərçiqay  bəy,  Qulabı  bəy,  Xəlil  bəy  və  Qaraca

Mahmad  bəy  kimi  Ağqoyunlu  əmirlərini  cinahlara  təyin  etmişdi

68

.



Bu  döyüşdə  İsmayıl,  Kərçiqay  bəti  və  bir  çox  rəqiblərini  qılıncla

öldürməklə sərkərdəlik məharəti və  şəxsi hünər göstərirdi. Qızılbaşların

ardıcıl ümumi hücumu zamanı Lətif bəy, Sidi Qazi bəy, Musa bəy, Qraca

Mahmud bəy öldürüldü. Öz sərkərdələrinin başlarını qızılbaş qazilərini

nizələrində görən Ağqoyunlu qoşunları vahimə içərisində qaçmağa



54

başladılar. Əlvənd döyüş meydanından Ərzincana qaçmaqla güclə canını

qurtardı. Qızılbaşlar zəngin qənimət ələ keçirdilər (atlar, dəvələr, qatırlar,

qiymətli mallar, qızıl və gümüş əşyalar və s.)

69

. Elə həmin – 1501-ci ilin



payızında, Şərur qələbəsindən dərhal sonra İsmayıl  tənyənə  ilə Təbrizə

daxil oldu  və  şahlıq  taxt-tacına  yiyələndi

70

.

             Ağqoyunlu Muradın məğlubiyyəti.



   Azərbaycan Səfəvilər dövlətinin genişlənməsi

1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla

Muradın yanına göndəri, ondan itaət etməsini tələb etdi.

Səfəvilərlə Ağqoyunluların  qohumluq əlaqələrini xatırladan qızılbaş

rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə  İraqi Əcəmin bir hissəsini

Murada təklif edirdi. Ağqoyunlu Muradın cavabı mənfi oldu

71

. Belə olduqda



İsmayıl 12 min nəfərlik  qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi

və cənuba – Həmədana doğru hərəkət etdi. Murad 70 min nəfərlik böyük

qoşun topladı

72

.



İsmayılın Muradla döyüşü 1503-cü il iyunun 21-də (hicri 908-ci il

zilhiccə  ayının 24-də),  Həmədan yaxınlığındakı  Alma Qulağı adlı yerdə

baş verdi Xüləfa bəy və Mənsur bəy Qıpçaği  irəlidə hərəkət etmək üçün

başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda

saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də

odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı,

Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl

özü isə mərkəzdə mövqe tutdular. Qarşı tərəfdə Sultan Murad Əli bəy

Türkmanı sağ, Murad bəyi isə sol cinaha təyin etdi. Qum hakimi İslamış bəy

düşmənin irəlidə gedən dəstəsinə başçılıq edirdi. O, başlanan döyüşdə

qızılbaş ön dəstəsinin hücumunu müvəffəqiyyətlə  dəf edərək, onu mərkəzə

doğru geri çəkilməyə məcbur etdi. Lakin bu vaxt Qara Piri bəy qacar ona

hücum etdi. İslamış bəy  ələ  keçirildi, onun dəstəsi isə tamamilə məhv edildi.



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə