Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə19/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   15   16   17   18   19   20   21   22   ...   110

58

Məlum olduğu kimi, I Şah İsmayılın ən mühüm tədbirlərindən biri

dini  islahat  keçirilməsi  idi.

Təbrizə daxil olmanın ilk günlərindən, yəni 1501-ci ilin payızında

islamın şiə təriqəti, dəqiq deyilərsə, imamilər (on iki imamın - ər “isna əşəri”)

təriqəti  dövlət  dini  elan  edildi.

Anonim tarixçinin məlumatına görə, tacqoyma ərəfəsindəki gecədə

İsmayıl bu barədə  əmirlər və  şiə üləmaları ilə məsləhətləşmişdi. Onlar

İsmayılı ifratçılıqdan çəkindirməyə çalışmış, Təbrizdə xalq həyəcanlarının

başlanabiləcəyini iddia etmişdilər. Lakin İsmayıl şiəliyə keçməyi qəti qərara

alaraq cavab vermişdi: “Əgər rəiyyət bir söz belə desə, mən böyük Allahın

köməyilə qılınca əl ataram və bir nəfəri də sağ qoymaram”. “Yuxarıdan”

təlimat alan İsmayıl Təbrizin Cümə məscidinə gəldi və oranın tanınmış

şiələrindən olan xətibinə  əmr etdi ki, minbərə qalxsın və xütbə oxumağa

başlasın. İsmayıl özü minbərin aşağısında, məscidə gəlmiş təbrizlilərin

başları üzərində, qılıncını qaldırmış halda durmuşdu. Onun silahdaşları hər

cür  müqaviməti  boğmağa  həzır  vəziyyətdə  yaxınlıqda  dayanmışdılar

86

.



Pul dövriyyəsinə şiə etiqad rəmzini bildirən yeni sikkələr buraxıldı:

“Allahdan başqa  tanrı  yoxdur;  Məhəmməd – Allahın elçisidir; Əli –

Allahın dostudur”. Pulların üstündə on iki şiə imamın adları və “Müqəddəs

Şahın (yəni Əlinin – O.Ə.) qulu” ifadəsi ilə, kiçildilmiş formada Şah

İsmayılın adı göstərilmişdi

87

. Pul islahatı da imami şiəliyin təbliğat



məqsədlərinə, onun Səfəvilər dövlətində hakim mövqeyinin

möhkəmləndirilməsinə  xidmət  edirdi.

Müasir İran tarixşünaslığında Səfəvilər dövlətinin yaranmasında

şiəliyin rolu və əhəmiyyəti  məsələsi yanlış və təhrif olunmuş şəkildə təqdim

edilir. Belə bir təsəvvür yaradılır ki,  guya XVI əsrin əvvəlində, Səfəvilər və

qızılbaşlar İranı istila etməzdən  əvvəl  İran əhalisinin əsas hissəsi şiəliyə gizli,

yaxud aşkar surətdə etiqad edirdi və və buna görə də yeni rəsmi dini etiraz

etmədən  qəbul  etmişdi.

Məsələn, N.Şeybaninin fikrincə, İranın siyasi və milli birliyini şiəlik

təriqətinin köməyilə qaytarmaq mümkün olmuşdu, şiəliyin sayəsində

“iranlıların  azadlıq hərəkatı dini çalar almışdı”, şiəlik iranlıların milli və



59

siyasi birliyinin möhkəmlənməsinə kömək etmişdi

88

. Tarixçinin yazdığına



görə, İsmayıl Səfəvinin çıxışı guya qədim zamanlardan  (ərəb istilaları

dövründən) rəsmi sünnilik əleyhinə üsyan qaldırmaq istəyən İran əhalisi

arasında əlverişli zəmin tapmışdı. Bu cəhət İsmayılın istilaçılıq hərəkatına və

onun tısis etmiş olduğu dövlətə “milli xarakter” vermək üçün mühüm

amillərdən biri hesab edilir

89

. Bununla təsdiq edilir ki, şiəlik islahatı



keçirildikdən  sonra  o,  iranlıların  ciddi  müqaviməti  ilə qarşılaşmamışdı

90

.



Əslində tarixi mənbələrdə həmin məsələ tamamilə başqa cür təsvir

edilir. İş ondadır ki, XVI əsrin əvvəli üçün İran əhalisinin əksəriyyəti İran

tarixşünaslığında tez-tez təqdim edildiyi kimi şiəliyə deyil, sünniliyə etiqad

edirdi. Tədqiqatçılar (İ.P.Petruşevski, V.F.Minorski, N.D.Mikluxo-Maklay

və b.) göstərmişlər ki, XIV-XV məsrlərdə İranda şiələr azlıq təşkil etmişlər.

Feodallar və  şəhərlərin əksəriyyətinin əhalisi sünnilərdən ibarətdi.

Mazandaran və Gilan şiə əmirlikləri istisna olmaqla sünnilik İranda bütün

dövlət birləşmələrinin hakim dini sayılırdı

91

. Hətta Azərbaycanda – şiə -



qızılbaş hərəkatının beşiyində də sünnilər əhalinin əksəriyyəni təşkil edirdilər.

Məsələn, anonim tarixçinin məlumatına görə XVI əsrin əvvəlində əhalisinin

sayı 300 min nəfərə çatan Təbrizdə sünnilər sakinlərin ²/

3

 hissəsini təşkil



edirdilər

92

. Yeri gəlmişkən qeyd edək ki, S.Rəhimzadə bu dövrdə Təbrizdə



yaşamış sünnilərin və  şiələrin nisbətini aşkar surətdə təhrif edir: onun irəli

sürdüyü ½ nisbəti  heç  bir  dəlillə  əsaslandırılmır

93

.

Məlumdur ki, Ərdəbil şeyxləri tərəfindən idarə olunan şiə təbliğatı



N.Şeybaninin və S.Rəhimzadənin iddia etdikləri kimi İranda deyil,

Azərbaycanda və Kiçik Asiyada, irandilli mühitdə deyil, türkdilli əhali

arasında daha çox tərəfdarı və ardıcılı özünə cəlb etmişdi. Belə ki, Venetsiya

səyyahlarının məlumatlarına əsasən XV əsrin sonu – XVI əsrin əvvəllərində

Kiçik  Asiya əhalisinin

4

/



5

 hissəsi şiəlik tərəfdarı idi

94

. Azərbaycanda və Kiçik



Asiyada məskunlaşmış, şiə təriqətinə mənsub olan türkdilli tayfalar Ərdəbil

şeyxlərinin mübariz  zərbə  qüvvəsini təşkil edir, onların bütün siyasi və hərbi

tədbirlərini həyata keçirirdilər.

Buna görə də  İranda fəthlər və  şiəliyin yayılması çox zaman İran

müəlliflərinin təsvir etdiyi kimi o qədər də “dinc səciyyə” daşımırdı.



60

Mənbələrdən məlum olur ki, İsmayıl Azərbaycandan İranın daxili

bölgələrinə daha çox irəlilədikcə xeyli sünni  (əsasən feodal əyanlar və

ruhanilər) ölkəni tərk etmiş və qonşu sünni dövlətlərinin ərazisində

məskunlaşmışdı. Bəzi yerlərdə (məsələn, İsfahanda,Şirazda, Kazerunda,

Yəzddə) sünnilər şiələşdirməyə hətta açıq müqavimət göstərməyə cəhd

etdiklərinə görə kütləvi edamlara məruz qalmışdılar

95

. Xatırlatmaq yerinə



düşər ki, bu dövrdə qızılbaşlar sünnilərə tam əsasla özlərinin siyasi rəqibləri –

onların devirdiyi Ağqoyunlu sülaləsinin ardıcılları, Osmanlı Türkiyəsinin və

Şeybanilər dövlətinin tərəfdarları kimi baxırdılar və bu, gerçəklik idi. Bu

dövrdə  şiəliyə  mücərrəd  dini  nəzəriyyə,  təlim  kimi  deyil,  daha  çox

Aöqoyunlulara və digər sünni dövlətlərinə müxalifət təşkil edən siyasi

mübarizə  vasitəsi  kimi  əhəmiyyət  verildiyini  XVI  əsr  tarixçisi  Həsən  bəy

Rumlunun məlumatı da təsdiq edir. 1501-ci ildə  şiəlik Təbrizdə dövlət

təriqəti elen olunduğu zaman  yeni təriqətin əsaslarını  möhkəmləndirmək

barədə məsələ qalxdı və məlum oldu ki, şiəliyin nəzəriyyəsi ilə səthi tanışlığı

olan bir nəfər də yoxdur. Hətta şiə dini təliminə dair kitab da yox idi. Şiəliyə

dair rəhbərlik üçün Şeyx Cəmaləddin Mütəhhər Hillinin (1250-1325_

“Qəvaid-i islam” (“İslamın qaydaları”) kitabı yeganə rəsmi ədəbiyyat kimi

qəbul edildi

96

.



           Çaldıran vuruşması və onun nəticələri

Çaldıran vuruşması Səfəvilər dövlətinin hərbi – siyasi tarixinin

mühüm mərhələsi oldu. Şah İsmayılın dövlətinin taleyi üçün bu vuruşmanın

həlledici nəticələri olmasa da,  Səfəvilərin Kiçik Asiya şiələrindən zərbə

qüvvəsi kimi istifadə etmək niyyətlərinin mənasızlığını göstərdi. I Sultan

Səlim hələ müharibə başlamazdan əvvəl arxadan – Anadolu şiələri tərəfdən

olan təhlükəni ləğv edə bildi

97

.



Qızılbaş ordusunun vuruşma ərəfəsindəki hərbi hazırlıq vıziyyəti belə

idi: mərkəzdə Nizaməddin Əbdülbaqinin, Məhəmməd Kəmunənin və

Şərəfəddin Əlinin başçılığı altında qızılbaşların dəstəsi yerləışirdi; sağ canaha



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə