Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə27/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   23   24   25   26   27   28   29   30   ...   110

83

ərazidə yaşayan tayfalar İraqa və Farsa köçürülmüşdü. Suvarma

kanalları və kəhrizlər torpaqqla doldurulmuşdu. Taxıl (qəllat) və

əkinlər (məzruat) yandırılmış, yerdə qalan nə varsa, mal-qaraya

yedizdirilmişdi. Bu tədbirləri gördükdən sonra şah Sultaniyyəyə

çəkildi. Onun arxasınca türk qoşunları Təbrizə daxil oldu. Şah

sultan və İbrahim paşa ilə sülh danışıqlarına başlamq üçün iki dəfə

öz səfirlərini onların yanına göndərdi, lakin rədd cavabı aldı. Şah

qoşunları Sultaniyyədən Dərəcəzinə gedən yolda əkinləri

yandırdılar. Türk ordusu Sultaniyyə ərazisinə çatanda aclıq və baş

verən taun xəstəliyi sultanın canlı qüvvəsinə böyük tələfat verdi.

Burada (Dərəcəzində) qızılbaşların irəlidə olan hissələri (çərxçiyan)

Əmir Sultan Rumlu və Çıraq Sultan Ustaclının başçılığı ilə

rumluların qoşunları ilə toqqudular. Osmanlılar qızılbaşlara hücum

etdilər, lakin məğlub oldular.  Ağır vəziyyətə düşən türk qoşunları

geri çəkilməyə başladılar.

Bəhram Mirzə bir dəstə əmirlə-Məntəşə Sultan, Əmir Sultan,

Şahqulu xəlifə möhrdar, Məhəmməd Əmin bəy Süfrəçi ilə birlikdə

İbrahim paşanı təqib etmək üçün göndərildi.Halbuki, şah özü Van

qalasına yola düşmüşdü. Qalada mühasirəyə düşmüş osmanlılara

yardım göstərmək üçün sultan Diyarbəkir hakimi Məhəmməd

paşanı və Üləmanı  2 min nəfərlik yeniçəri və 10 minlik süvari ilə

ora göndərdi. Onlar Vostan yaxınlığında türkman tayfasından olan

şah qorçiləri ilə qarşılaşdılar. Xain Üləmanın yaxınlıqda olması

xəbərini alan şah 2 min nəfərlə onun üzərinə yeridi.

Üləmanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayarq,

Məhəmməd paşa özünün sayca üstünlüyünə arxalanıb yenişəriləri

ön sırada yerləşdirərək qızılbaşlarla döyüşə girməyi qərara aldı.

Lakin Şiraz hakimi Qazi xan Zülqədər türkman və zülqədər

tayfalarından olan qorçılər dəstəsi ilə düşmənə hücum etdi. Həsən

bəy Rumlunun sözləri ilə desək, “bir anda dörd yüzə qədər türk

qızılbaşlar tərəfindən öldürüldü və onların başları  şah atının

ayaqları altına atıldı”. Sultanın bir neçə  əyanı  əsir alındı.



84

Qızılbaşlar düşməni Bidlisədək təqib etdilər. Onlar böyük qənimət

ələ keçirdilər. Bəhram Mirzə  əmirlərlə  Ərcişə yola düşdü. Oranın

müdafiəçiləri qızılbaşları qalanın qarşısında qarşıladılar.

Qızılbaşların hücumuna davam gətirməyən türklər qalaya çəkilib

sultandan kömək göndərməsini xahiş etdilər. Xondkar buraya Sinan

paşa başda olmaqla qoşun göndərdi. Lakin Budaq xan Qacarın

dəstəsi onları qarşılayarq darmadağın etdi. Sinan paşa və başqa

Osmanlı sərkərdələri ilə birlikdə yüzlərlə türk məhv edildi. Onların

başları Van yaxınlığında olan şaha çatdırıldı. Sinan paşanın həlak

olmasından xəbər tutan Sultan Süleyman öz ordusunun seçmə

hissələrini İbrahim paşanın başçılığı  altına keçirdi və  Ərcişdə

mühasirədə qalanlara köməyə göndərdi. Lakin qızılbaşlar İbrahim

paşanın göndərdiyi dəstəni də darmadağın etdilər. Bundan sonra

İbrahim paşa qalanın sakinlərini də özü ilə götürərək oranı tərk etdi.

Beləliklə, Van və Ərciş əraziləri şahın əlinə keçdi

44

.

                 Sonuncu Şirvanşahlar.



  Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi

Osmanlı Türkiyəsi ilə müharibədə yaranmış fasilədən istifadə

edən  I Şah Təhmasib Şirvanı öz dövlətinə birləşdirdi. Şirvanşah II

İbrahim Şeyxşahın üç oğluqalmışdı: Sultan Xəlil, Məhəmməd

Mirzə və Müzəffər Mirzə

45

. Şirvan taxtı I Şah İsmayıln qızı Pərixan



xanımla evlənmiş Şeyxşahın böyük oğlu Sultan Xəlilə, yaxud onun

rəsmi adı ilə deyilərsə, II Xəlilüllaha keçdi.

I Şah Təhmasib Şirvanın Təbriz taxtına tam tabe edillməsi

planını çoxdan idi ki, hazırlamışdı və öz niyyətini həyata keçirmək

üçün əlverişli fürsət axtarırdı. II Xəlilüllah bundan əvvəl qızılbaşlar

tərəfindən darmadağın edilmiş Gilan Biyəpəs hakimi Əmire

Dubaca

46

  Şamaxı sarayında sığınacaq vermişdi. Şahın elçiləri



Şamaxıya gələrək qaçqının təlim olunmasını tələb etmişdi. Lakin II


85

Xəlilüllah rədd cavabı vermişdi. Həmçinin məlumatlar vardır ki, bu

şirvanşah 1534-cü ildə Təbrizi tutmuş türk sərkərdəsi İbrahim

paşaya qiymətli hədiyyələr göndərmişdi

47

.

1535-ciildə oğlu olmayan II Xəlilüllahın vəfat etməsi ilə



Şirvan  taxtı  varissiz  qalmışdı.  Buna  görə  də  Şirvan  əyanları  II

Xəlilüllahın qardaşı oğlu Şahruxu qaldığı  “Şamxal ölkəsində

“ dərhal paytaxta-Şamaxıya gətirdilər və taxta oturtdular

48

.



Lakin ölkədə hakimiyyət azyaşlı Şahruxun adndan fəaliyyət

göstərən Hüseyn bəy adlı vəkilin başçılıq etdiyi Şirvan əyanlarının

əlində cəmlənmişdi. Feodal əyanlarının özbaşınalığı baş alıb

gedirdi. İsgəndər Münşi göstərir ki, Şirvanda “qayda-qanundan əsər

qamamışdı, iğtişaşlar və asayişin pozulması bu ölkədə adi hal

aldı”


49

.

Bu vaxt Mahmudabaddan və Salyandan qələndər çıxış



etməyə başladı və “saysız-hesabsız qoşunla” Şirvanın paytaxtına

hərəkət etdi. Əmirlər arasında birliyin olmaması və qoşundakı

çəkişmələr, Şirvan əyanlarını  Şamaxı sarayını qələndərə

müqavimət göstərmədən təslim etməyə və alınmaz sayılan Buğurd

qalasında gizlənməyə məcbur etdi. Üsyançılar müqavimətə rast

gəlməyərək Şamaxını  ələ krçirdilər. Lakin aydın məqsədləri,

möhkəm rəhbərliyi olmadığı üçün onlar öz hakimiyyətlərini təşkil

edəbilmədilər və buna görə də  şəhərdə 40 gündən ertıq qala

bilmədilər”

50

. Qələndərin geri çəkilməsi xəbəri Buğurda çatanda



Şirvan əyanları  Şahruxla bərabər qaladan çıxdılar və üsyançıları

təqib etməyə başladılar. Şahrux Salyandan bir qədər aralıda

qələndərə çatdı. Baş vermiş döyüşdə üsyançılar darmadağın

edildilər

51

.

Mənbələrdə bu hadisənin dəqiq tarixi yoxdur. Budaq



Qəzvini üsyanın tarixini göstərmir. Üsyan haqqında daha çox

təfərrüatla danışan Hürşah qış soyuqları mövsümünə işarə

vurmaqla kifayətlənir. Həsən bəy Rumlu üsyanı hicri 944 (1537-

1538)-cü ildə baş vermiş hadisələrə aid edir ki, bu da 1537-ci ilin




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə