Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə23/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   19   20   21   22   23   24   25   26   ...   110

70

sadiq olduğuna onu inandırmış və  İbrahim Əmininin sözləri ilə

desək, İsmayılın  “Şirvanın idarə olunmasını ona bağışlamasına

nail olmuşdu

132

. Şeyxşahın öz mövqeyi möhkəmlənəndən sonra



Şirvan qalalarının möhkəmliyinə və qoşunların sayca

çoxluğunaarxalanaraq, Səfəvilərin asılılığından tamamilə azad

olmağa cəhd göstərdi. O, İsmayılın nümayəndələrinin üzünə

“hörmət və ehtiram qapılarını bağlayarq”, “bac – xərac”

verilməsini dayandırdı. Elə bu vəziyyət də hicri 911-ci ilin qışında

(1509-cu ilin sonu) Şah İsmayılın Şirvana təkrar yürüşünə səbəb

olmuşdu

133


. Qızılbaş qoşunları Cavad yaxınlığında bərənin

köməyilə çayı keçərək Şirvana daxil oldular.İsmayılın üstün

qüvvələri ilə toqquşmaqdan ehtiyat edən Şeyxşah Buğurd qalasında

gizləndi. Qoşunların bir hissəsini Şamaxıya göndərən İsmayıl

Bakıya hərəkət etdi. Bakı və Şabran şəhərlərinin hərbi rəisləri şəhər

və qala qapılarının açarlarını qızılbaş hökmdarına təqdim etdilər.

Şirvanın digər qalalarının rəisləri də belə hərəkət edərək

hədiyyələrlə  İsmayılın yanına gəldilər. Yarəhməd və Ağa

Məhəmməd bəy istisna olmaqla Dərbənd hakimləri qala

divarlarının hündürdə yerləşməsinə və möhkəmliyinə ümid

bağlayaraq, nəinki özləri şahın yanına gəlmədilər, hətta ənənəvi

“peşkəşi” belə ona göndərmədilər. Belə olduqda qızılbaşlar

Dərbəndə hərəkət etdilər və onu mühasirəyə aldılar. Beş gün

ərzində qala divarlarının altından 12 lağım atıldı. Öz

vəziyyətlərinin çıxılmaz olduğunu görən şəhər müdafiəçiləri silahı

yerə qoydular. Anonim müəllif göstərir ki, “Şirvan ölkəsinin idarə

olunması yenidə Hüseyn bəy Lələyə tapşırıldı”.

Deyilən Şərhlərdən görünür ki, İsmayıl Şirvanşahları lap

əvvəldən vassallığı qəbul etməyə məcbur etmişdi. Bizim hər il

Şirvanşahların İsmayıla ödədikləri verginin – “bac – xəracın”

miqdarı və xarakteri haqqında məlumatımız yoxdur. Güman etmək

olar ki,Şirvanşahlar Şah İsmayıla münasibətdə öz üzərlərinə

müəyyən öhdəliklər götürmüşdülər. Əks təqdirdə, Şirvanda qızılbaş



71

nümayəndələrinin olması səbəbini izah etmək çətindir. Təəssüf ki,

bizim bu barədə konkret məlumatımız yoxdur. Yəqin ki, Şirvanın

idarə olunmasının Hüseyn bəy Lələyə tapşırılmasını Səfəvilərin bu

vilayəti həmişə özlərinin qanuni mülkü hesab etdiklərini təsdiq

edən aşkar, formal əmək kimi başa düşmək lazımdır. Səfəvi

nümayəndələrinin Şirvanın daxili işlərinə qarışmasının dərəcəsi və

xarakteri haqqında fikir yürütmək də bizim üçün çətindir. Ehtimal

etmək olar ki, bu, Şeyxşah üçün kifayət qədər sıxıntılı olmuşdu.

Onun həmin asılılıqdan qurtulmaq üçün göstərdiyi cəhdlərdən də

bunu sezmək olar.

                             III FƏSİL



           I TƏHMASİBİN DÖVRÜNDƏ

SƏFƏVİLƏR DÖVLƏTİNİN VƏZİYYƏTİ

Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın

müxtəlif xalqları birləşdirən geniş vahid dövlətin əsaslarını

möhkəmləndirmək sahəsindəki fəaliyyəti onu ən görkəmli dövlət

xadimi kimi səciyyələndirir. Azərbaycan (qızılbaş) əyanları

mühitində tərbiyə almış, bu mühitlə ayrılmaz tellərlə bağlı olan I

Şah İsmayıl mülki və dini rəhbər kimi şəksiz nüfuzundan istifadə

edirdi. Qızılbaş  əmirlərinin itaətsizliyinin ən xırda əlamətlərinin

qarşısını amansızlıqla alan I Şah İsmayılın ağıllı siyasəti sayəsində

əsrin ilk rübündə mərkəzi hökumətinn nüfuzu kifayət qədər yüksək




72

idi. Buna görə də hicri 930-cu il rəcəb ayının 19 (1524-cü il mayın

23-də)-u

1

onun 37 yaşında ikən vaxtsız və qəfil ölümü mərkəzi



hakimiyyətin zəifləməsinə və tayfa başçılarının ara müharibələrinə

gətirib çıxardı.



 I Şah İsmayılın vəfatından sonrakı birinci onillikdə

               dövlətdə feodal özbaşınalığı

 İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elen

edildi

2

. Lakin on yaşlı oğlan yüksək gəlirli dövlət vəzifələri, zəngin



və məhsuldar torpaqlar ələ keçirmək uğrunda bir – birilə mübarizə

aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət

işləri üzərində  əməli nəzarəti rumlu tayfasının rəhbəri, I

Təhmasibin  lələsi  (atabəyi)  Div  Sultan  ələ  keçirdi.  Lakin  ustaclı

tayfasının Köpək Sultan və Abdulla xan kimi qüdrətli əmirləri onun

hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə

ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Div Sultan  özbəklərin

Xorasana basqınını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və

guya xarici düşmənə qarşı qoşun toplamaq üçün  Təbəristanla

sərhəddə yerləşən Lar yaylağına yola düşdü. İsfahan hakimi Çuxa

Sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca Sultan

Təkəli,Məşhəd hakimi Burun Sultan Təkəli, Şiraz hakimi Əli

Sultan Zülqədər və başqaları onun çağırışı ilə öz  qoşunları ilə bura

gəldilər


3

. Div Sultan hədiyyələr və vədlər verməklə onları öz

tərəfinə çəkdi və Köpək Sultan Ustaclı  əleyhinə ittifaq bağladı.

Şamlı tayfasının iki görkəmli əmiri – Herat hakimi durmuş xan və

Astrabad hakimi Zeynal xan şəxsən Div Sultana qoşulmasalar da,

onun vəkilliyə olan iddialarını müdafiə etdilər

4

. Ustaclı tayfasından



olan əmirlərin bəziləri, məsələn, Məntəşə Sultan, Div Sultanın

tərəfində durdular. Mövqeyinə və sayına görə başqa qızılbaş

tayfalarından üstün olan  ustaclı tayfa əmirlərinin əksəriyyəti  Div



73

Sultanı tanımaqdan imtina etdi

5

 Hicri 931 (1525)-ci ilin payızında



özünü kifayət qədər güclü hiss edən Div Sultan  Köpək Sultana

məktub göndərərək mərhum şahın iradəsinə tabe olmağa və onun

vəkalət hüquqlarını tanımağa çağırdı. Özü isə  əmirlərlə birlikdə

Təbriz istiqamətində hərəkət etdi. Köpək Sultan ustaclı əmirlərinin

müşavirəsində münaqişəni dincliklə həll etmək ruhunda çıxış

edərək  Div Sultanı qarşılamağa yollandı. Görüş Türkmənkəndi

adlı yerdə baş verdi. Onlar birlikdə  Şah Təhmasibin Təbrizdəki

sarayının yaxınlığında yerləşən Çərəndaba gəldilər. Lakin tayfalar

arasında müharibə yenidən başlandı

6

.



Div Sultan Köpək Sultanla birlikdə paytaxta daxil olan kimi,

ilk növbədə ixtilafa təhrik edənləri cəzalandırmaq bəhanəsi ilə

Qərincə bəy Ustaclını və Narın bəy Qacarı edam etdirdi. Ustaclı

əmirləri dövlət işlərini idarə etməkdən uzaqlaşdırıldılar. Köpək

Sultan sağ – salamat Təbrizdən çıxıb gatməyi “xoşbəxtlik” hesab

etdi və özünün keçmiş vilayəti (ölkəsi) olan Naxçıvan və  İrəvan

tərəfə hərəkət etdi

7

. Div Sultan Rumlu və Çuxa Sultan Təkəli bütün



hakimiyyəti ələ keçirdilər. Fərmanlarda Div Sultan “məlik əl –

üməra” (“əmirlərin  rəhbəri”), Çuxa Sultan isə “rükn əs – səltənə”

(“səltənətin dayağı”) adlandırılırdı. Köpək Sultan paytaxtdan çıxan

kimi Div Sultan Çuxa Sultanla birlikdə tiyul (iqta) hüququnda

ustaclı tayfasına məxsus olan torpaqların çox hissəsini öz aralarında

bölüşdürdülər

9

.

İsgəndər bəy Münşi Azərbaycan tayfaları arasında



düşmənçilik və müharibə törətmiş Div Sultanın hərəkətlərini

pisləyir


10

. Köpək Sultan ustaclı, rumlu və təkəli tayfaları ilə

mübarizə aparmaq üçün hicri 932-ci il rəcəbin əvvəlində (1526-cı

ilin əvvəli) Xalxaldan Sultaniyyəyə gəldi. Ona qoşulmuş ustaclı

əmirləri, o cümlədən Qılıc xan, Məntəşə bəy Şeyxlər qorçibaçının

qardaşı Sarı Pirə, Bədr bəy Qorçibaşı və Kürd bəylə birgə Köpək

Sultan şah qərargahına hərəkət etdi. Div Sultan barışmağa cəhd

göstərdi və vasitəçilik etmək üçün Qasım – xəlifə Varsağı Köpək




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə