Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə24/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   20   21   22   23   24   25   26   27   ...   110

74

Sultanın yanına göndərdi. Lakin onlar Div Sultanın sözlərinə və

vədlərinə inanmadılar.

Mayın 26 (şaban ayının 14-də)-da Səksəncik adlanan yerdə

düşmən tərəflər arasında döyüş baş verdi. Əvvəlcə ustaclı əmirləri

öz rəqiblərinə üstün gəldilər. Belə olanda Div Sultan və Çuxa

Sultan “əlacsızlıqdan” gənc şahı ata oturdaraq onunla birlikdə

döyüş meydanına çapdılar

11

. Ustaclı əmirlərinə qarşı döyüşə şahın



xüsusi hərbi dəstəsi (qorçilər) daxil olduqda üstünlük rumlu və

təkəli əmirlərinin tərəfinə keçdi. Ustaclı qoçunu qaçmağa üz qoydu

və  Əbhərdən keçərək Taroma – Rəşt hakimi Müzəffər Sultanın

mülklərinə gəldi

12

. Həmin vaxtda mərhum Qara xanın oğlu Abdulla



xan Ustaclı Kirman hakimi Əhməd Sufi oğlu Ustaclı ilə  birlikdə

rumlu və təkəli tayfalarına qarşı çıxdı və Xərzavil adlı yerdə

onların arasınad döyüş baş verdi

13

.  Gilanlıların köməyinə



baxmayaraq, ustaclı dəstələri yenidən ağır məğlubiyyətə uğradılar

və Qəzvində onların başlarından “minarə ucaldıldı”

14

.

Sonrakı hicri 933 (1526-1527)-cü ildə Köpək Sultan öz



qoşunlarını Xalxaldan keçərək, Rəştdən Ərdəbilə gətirərək yerli

hakim Badəncan bəy Rumlunu məğlub etdi və öldürdü. Sonra o

Çuxursəədə, rumlu tayfasının köçdüyü yeni yerə hərəkət etdi.

Bundan xəbər tuitan Div Sultan, Çuxa Sultan və Məhəmməd xan

Zülqədər oğlu səkkiz min nəfərlik qorçilər dəstəsi ilə Qərbi

Azərbaycana yollandılar. Tərəflərin qz – üzəgəldiyi Naxçıvanda

Araz çayı yaxınlığında, hicri 933-cü il ramazanın 29-da (1527-ci il

iyunun 30-da) onların arasında həlledici döyüş baş verdi. Ustaclı

qoşunu darmadağın edildi, Köpək Sultan isə öldürüldü

15

.



Qızılbaş tayfaları arasında gedən ara müharibələri

nəticəsində mərkəzi hakimiyyət əslində fəaliyyətdən qalaraq iflic

vəziyyətinə düşdü. Ölkədə özbaşınalıq hökm sürürdü. Məsələn,

Xorasanın bir çox qızılbaş tayfaları vətəndaş müharibəsinə cəlb

olundu. Hürşah məlumat verir ki, Xorasanda və Astrabadda

torpaqlara (iqta) sahib olan əmirlərin çoxu öz tayfaları ilə (il-u-




75

ulus) İraqa yola düşdülər. Məsələn, Nişapur hakimi Çərəkə Sultan,

İsfərain hakimi Pirqulu Sultan, Astrabad hakimi Zeynal xan,

Damğan  və  Bistam  tiyuldarı  Ələş  Sultan  öz  vilayətlərini  tərk

edərək Rey və Xarda məskunlaşdılar. Özbək əmirləri budan dərhal

istifadə etdilər. Hicri 933-cü ilin əvvəlində (1526-cı ilin sonu) onlar

Xorasana soxuldular, maneəsiz olaraq onu ələ keçirərək qarət

etdilər və viran qoydular

16

.

Üçüncü  rəqibdən  yaxalarını  qurtaran  Div  Sultan  Rumlu  və



Çuxa Sultan Təkəli özləri bir – birilə vəkillik (vəkalət-i əmir əl-

ümərai) vəzifəsi uğrunda toqquşmağa başladılar. Hicri 933 (1527-ci

il iyul)-cü ilin əvvəlində Div Sultan Çuxa Sultanın təhriki ilə

öldürüldü. Şərəfxan Bidlisinin məlumatlarına görə, Çuxa Sultan

gənc şahı inandıra bilmişdi ki, Div Sultan tayfalararası ədavətin və

toqquşmaların səbəbkarıdır və o, divan daxil olanda şah Div Sultanı

oxla vurmu, sonra isə  şahın xidmətçiləri onu qətlə yetirmişdilər

17

.



Bununla da rumlu əyanlarının hakimiyyət dövrü sona çatdı.

Dövlət işlərinə rəhbərlik təkbaşına vəkil olmuş Çuxa

Sultanın şəxsində təkəli əyanlarının əlinə keçdi. O, elə hakimiyyət

sahibi olmuşdu ki, I Təhmasibə “yalnız şahın adı qalmışdı”.

O,”vilayətlərin çoxunu təkəli tayfasından olan qohumlarının

arasında bölüşdürmüş və (onlardan) hər birini xan rütbəsinə, sultan

dərəcəsinə yüksəltmişdi” Lakin tezliklə Çuxa Sultanın və təkəli

tayfasının nüfuzu son dərəcə azaldı. Bu hicri 935 (1529)-ci ildə,

Zirabad yaxınlığında özbəklərlə vuruşmadan sonra baş verdi.

Burada təkəli əmirləri döyüş meydanından qaçdıqlarına görə Səfəvi

qoşunu az qala məğlubiyyətə uğrayacaqdı

19

.



Bu zaman özbəklərlə döyüşdə böyük şücaət və cəsurluq

nümayiş etdirmiş  şamlı tayfasının başçısı Hüseyn xan əvvəlki

mühasirə zamanı ağır vəziyyətə salınmış, ərzaq cəhətdən korluq

çəkən Heratın

20

 hakimi vəzifəsini tutmuşdu.  Qızılbaş qoşunu



Xorasanı tərk edən kimi, Übeydulla  xan yenidən bura hücum etdi

və  Hüseyn  xanın  azsaylı  qızılbaş  dəstəsi  ilə qoruduğu Heratı




76

mühasirəyə  aldı. Çuxa Sultan qızılbaş qoşununu Heratda

mühasirəyə düşənlərə köməyə göndərməyi yubandırdı. Çuxa

Sultanın, onun özbəklərin əlinə düşməsini istədiyini yaxşı başa

düşən Hüseyn xan Übeydulla xanla danışıqlara başladı. Ona

maneəsiz olaraq öz dəstəsi ilə  şəhəri tərk etməyə  və Sistandan

keçərək Şiraza geri çəkilməyə icazə verildi

21

.  Hicr 937-ci il



zülqədənin 2-də (1531-ci il iyunun 17-də) Hüseyn xan Sam Mirzə

ilə  şahın İsfahan yaxınlığındakı qərargahına gəldi

22

.    Çuxa  Sultan



özünün təhlükəli rəqibindən xilas olmaq üçün   onu şənliklərin

birində öldürmək qərarına gəldi. Onun bu planından Hüseyn xan

xəbər tutdu.O, gecə düşəndə silahlı adamlardan ibarət dəstə ilə

Çuxa Sultanın alaçığına yollandı. Çuxa Sultan sığınacaq tapmaq

ümidi  ilə  divanxanaya  qaçdı.  İş  o  yerə  çatdı  ki,  vuruşma  şah

otağnda davam etdirildi və Hüseyn xanın adamlarının atdıqları iki

ox şahın tacına dəydi. Həmin gecə  şahı mühafizə edən, zülqədər

tayfasından olan şah qorçiləri Hüseyn xanın tərəfinə keçdilər və

onlardan biri Çuxa Sultanı ölümcül yaraladı.

Çuxa Sultanın ölümündən sonra təkəli əmirləri vəkil

vəzifəsinə onun böyük oğlu Şah Qubadın namizədliyini irəli

sürdülər. Təkəli əmirlərinin öz hökmranlığını qoruyub saxlamaq

üşün etdikləri bu cəhd təkəli feodallarının zülmünə çox dözmüş

digər qızılbqş tayfaları – ustaclı, rumlu, zülqədər və əfşar əmirləri

tərəfindən narazılıqla qarşılandı. Həmədandan bir qədər aralıda

tərəflər arasında toqquşma baş verdi. I Şah Təhmasibin əmri ilə

təkəli tayfası tamamilə məhv edilmək təhlükəsi qarşısında qaldı.

Tayfadan bir çoxları qırıldı, sağ qalanlar isə onların öz

tayfalarından olan Məhəmməd xan Şərəfəddin oğlunun  idarə etdiyi

Bağdada qaçdılar. Sonuncu, özünün şaha olan xeyirxah

münasibətini bildirmək əlaməti kimi onlardan bəzilərini edam

etdirdi və başlarını saraya göndərdi

23

.

Hicri 937 (1530-1531)-ci ildə təkəlilər Azərbaycanın cənub



hissəsinin hakimi (əmir əl-üməra) Üləma bəy Təkəlinin şəxsində


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə