Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə21/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   17   18   19   20   21   22   23   24   ...   110

64

onların Osmanlı türkləri ilə ümumi olan sünnilik ideologiyası heç

də az rol oynamadı

108


.

Hicri 920 (1514-1515)-ci ilin qışını amasyada keçirən Səlim

İstanbul istiqamətində hərəkət etdi. O, yolüstü Kəmaxı tutdu

109


.

Ərzincanın qızılbaş hakimi Nurəli Xəlifə Rumlu Trabzonun

Osmanlı hakimi Bıyıklı Məhəmmədin (farsdilli mənbələr onu

Mustafa paşa Bığlı Çavuş adlandırırlar) qoşunları ilə döyüşdə

məğlubiyyətə uğradı və həlak oldu. Ərzincan isə türklər tərəfindən

tutuldu


110

.

Çaldıran vuruşmasından sonra Diyarbəkir əhalisi Sultan



Səlimə itaətini bildirdiyinə görə I Şah İsmayıl şəhəri geri almaq

üçün Qara xanı (Çaldıran yaxınlığında həlak olmuş Məhəmməd

xan Ustaclının qardaşı) ora göndərdi. Lakin qızılbaşlar qiyamçıların

müqavimətini heç cür qıra bilmədilər. Mühasirə bir ildən artıq

çəkdi. İdris Bidlisinin başçılığı altında kürd dəstələri ilə

möhkəmləndirilmiş Bıyıklı Məhəmməd paşanın qoşunlarının

yaxınlaşması Qara xanı məcbur etdi ki, mühasirədən əl çəksin və

Mardinə geri çəkilsin. 1516-cı ilin əvvəlində Mardinin cənubunda

Koçhisarın yaxınlığında tərəflər arasında baş verən qəti döyüş

Osmanlı  türklərinin  xeyrinə  qurtardı. Qara xan öldürüldü, qızılbaş

qoşunu darmadağın edildi. Nəticədə, şimalda Harputdan və

Bidlisdən başlayan, cənubda isə Rəqqə və Mosula qədər uzanan

geniş  ərazi  Osmanlı  türklərinin  əlinə  keçdi

111


.

                       Səfəvilər və Gürcüstan

                    Şah İsmayıl və Şəki xanlığı

 Sultanın barışmaz mövqeyi ilə qarşılaşan I Şah İsmayıl

Cənubi Qafqaz ölkələrində, xüsusilə də Gürcüstanda öz

mövqelərini möhkəmləndirmək üçün ciddi tədbirlər gördü.

Səfəvilərin vəziyyəti onun hesabına yüngülləşmişdi ki, Gürcüstan



65

XVI əsrin əvvəlində bir-birilə düşmənçilik edən bir sıra müstəqil

çarlıqlara  parçalanmışdı.

Qızılbaşların Gürcüstana yürüşləri üçün formal bəhanə gürcü

çarlarının kömək üçün özlərinin müraciəti oldu.Mesxi(Samtsixi)

çarı IV Kvarkvare (1516-1535) digər gürcü çarı “Başı Açıq”

(İmeretiya) hökmdarı Mənuçöhr (?) tərəfindən məğlub edilərək

İsmayılın Naxçıvandakı qış düşərgəsinə gəldi və müdafiə

olunmasını xahiş etdi. Şah İsmayıl Div Sultan Rumlunun başçılığı

ilə bir neçə qızılbaş sərkərdəsini Gürcüstana göndərdi

112

. Onlar


Şuragöl yolu ilə buraya gəldilər.Yürüş nəticəsində Mənuçöhrün

ordusu darmadağın edildi və o, yardım almaq üçün Ruma

(Türkiyəyə) qaçdı. Kvarkvare  isə  taxt-tacı  özünə  qaytardı

113


.

Sonrakı ildə Mənuçöhr Qızıl Əhməd oğlunun komandası

altında Osmanlı türk dəstəsi ilə Türkiyədən qayıtdı və yenidən

Kvarkvarenin mülklərinə basqın etdi.Div Sultan Rumlu ikinci dəfə

Gürcüstana göndərildi.Dəbil (Dvin) rayonunda baş verən

döyüşlərdə qızılbaşlar Osmanlı türklərini darmadağın

etdilər.Onların başçısı isə öldürüldü.Mənuçöhr meşələrə qaçmaqla

canını qurtardı

114

.

Div Sultan Rumlunun başçılığı ilə qızılbaşların üçüncü



yürüşü hicri 927 (1521)-ci ilə təsadüf etmiş və Kaxetiya gürcü çarı

Ləvənd xanın (Levanın-1520-1574) Şəki xanlığına basqını ilə

əlaqədar olmuşdu.Şəki hakimi Həsən bəy kömək üçün Naxçıvanda

qışlayan  I  Şah  İsmayıla  müraciət  etdi.  Div  Sultan  Qanıq  (Alazan)

və Qabırrı (İori) çaylarını keçərək Zəyəm və Qərəm qalalarına

hücum etdi. Ləvənd xan günahını etiraf edərək div Sultanın

hüzuruna gəldi. Gürcüstanın digər hökmdarları-Kvarkvare, Davud

bəy


115

 və Mənuçöhr də bu cür hərəkət etdilər. Onlar Div Sultanla

birlikdə Naxçıvanda qışlayan Şah İsmayılın yanına gəldilər. Burada

gürcü çarları Səfəvilərə hər il vergi (bac-xırac) verməyi öhdələrinə

götürdülər və öz mülklərinə qayıtdılar

116


.

Yeri gəlmişkən qeyd edək ki, Səfəvilərlə  əlaqədar Şəki




66

hakimi barəsində daha ilkin məlumat yalnız Budaq Qəzvinidə

vardır.Burada hicri 925 (1519)-ci ildə  Şah İsmayıl Təbrizdəki qış

mənzilində olarkən onun yanına qonşu hakimlərin bütöv bir

dəstəsinin gəldiyi xəbər verilir. Şirvan əhalisi Şeyxşah,Müzəffər

Sultan Rəşti, Xan Əhməd Gilani, Mirəbdülkərim Mazandarani,

Məlik Kavus Rüstəmdari, Məlik Bəhmən Rüstəm Abbasi, Ləvənd

bəy Gürcü, Həsən bəy Şəki və Kvarkvare Gürcü “bir xalçanın

üstündə  əyləşmişdilər”

117


. Başqa sözlə, adları çəkilən hakimlər

bununla I Şah İsmayıla itaət etdiklərini və ona tabe olduqlarını

bildirirdilər

118


.

Hicri 930 (1524)-cu ilin yazında İsmayıl Naxçıvandan

Şirvana hərəkət etdi. Salnaməçilər yürüşün səbəbini izah

etmirlər.Şah Kür çayına çatanda şirvançah II Şeyxşahın vəfatı

haqqında xəbər alındı. Şirvan taxtına onun oğlu,İsmayılın kürəkəni

9qızı  Pərixan  xanımın  əri)  Xəlilullah  çıxdı.  Sonra  şah  Şəki  tərəfə

döndü və burada Həsən bəy və yerli əyanlar onu təntənə ilə

qarşıladılar.İsmayılın Şəki ilə Gürcüstan arasındakı  ərazidə təşkil

etdiyi çox böuük ovda,”qazilər” və  Şəki əyanları iştirak etdilər

119


.

Şəkidən Ərdəbilə qayıdarkən İsmayıla xəbər verdilər ki,Kaxetiya

hökmdarı Ləvənd xan böyük bir qoşunla Şəkiyə hücum etmişdir.

Vuruşmada şəkililər məğlub olmuşdular və Həsən bəy

öldürülmüşdü. Bu xəbər I Şah İsmayılı qəzəbləndirdi və o, dikbaş

gürcü çarını cəzalandırmağı qərara aldı. Lakin İsmayılın vəfat

etməsi buna  mane  oldu

120


Bu faktlar göstərir ki, Şəki hakimi Həsən bəy Şah İsmayılın

simasında öz himayədarını görür və qərb qonşuları-gürcü çarları ilə

mübarizədə  onun  köməyinə  arxalanırdı.

     I Şah İsmayılın şirvanşah II İbrahim

      Şeyxşahla qarşılıqlı münasibətləri



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə