Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə20/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   16   17   18   19   20   21   22   23   ...   110

61

Durmuş xan Şamlı, sol cinaha isə Diyarbəkir hakimi Məhəmməd xan

Ustaclı başçılıq edirdi. Ərzincan hakimi Nurəli Xəlifə Rumlu, Təbriz hakimi

Məntəşə Sultan, Fars hakimi Xəlil Sultan Zülqədər, Hüseyn bəy Lələ, Xüləfa

bəy (Xadim bəy), Pirə bəy Çavuşlu və Sultanəli Mirzə  Əfşar cinahlarda

mövqe tutdular. Sarı Pirə (qorçibaşı) və Yusif bəy Varsaq öndə duranhissəyə

(çərxçiyan) təyin olundular. Şah İsmayıl özü seçmə hissələrlə sağ cinahda

dururdu


98

.

Osmanlı ordusunun döuüş qüvvələri Avropa nümunəsi üzrə



qurulmuşdu. Sağ cinaha Anadolu bəylərbəyisi Sinan paşa, sol cinaha isə

Rumeli bəylərbəyisi Həsən paşa başçılıq edirdilər. Mərkəzdə artilleriyaya –

300-ə yaxın top yerləşdirilmişdi. Düşmənin topları görə bilməməsi üçün

onların qarçısında xüsusi hissələr (əzablar) saxlanırdı. Artilleriyanın

arxasında piyada nişançılar – yeniçərilər dururdular. İş heyvanlarını –

dəvələri və qatırları bir-birinə zəncirlərlə bərkidilmiş arabalarla birlikdə

yeniçərilərin qarşısında və ətraflarında yerləşdirmişdilər. Bu, müdhiş qızılbaş

süvarisinin yolunda maneə olmalı idi.  Elə həmin məqsədlə də topların

sıraları zəncirlərlə bağlanmışdı. Sultan Səlim özünün şəxsi hərbi dəstəsi ilə

yeniçəri qüvvələrinin arxasında mövqe tutmuşdu. Osmanlı ordusunun arxa

hissəsində  vəzifəsi  vəzifəsi  düşmənin  arxadan  vura  biləcəyi  zərbəni  dəf

etməkdən ibarət olan Şadi bəy durmuşdu

99

.

Çaldıran vuruşması 1514-cü il avqustun 23-də səhər, qızılbaş ön



süvari dəstəsinin – Sarı Pirə Ustaclının başçılıq etdiyi qorçılərin şiddətli

hücumu ilə başlandı. Türklər ağır itkilərə məruz qalsalar da, Osmanlıların ön

dəstəsi  Səfəvi  süvarisinin  hücumunu dəf  edə  bildi.

Salnaməçilərin məlumatlarına görə, bu döyüşdə I Şah İsmayıl və

qızılbaş döyüşçüləri xeyli hünər və qəhrəmanlıq nümunələri göstərdilər.

Məsələn, döyüşün qızğın çağında İsmayıl Osmanlı ordusunda özünün

bahadır gücü və igidliyi ilə tanınan Əli bəy Malquçoğlu ilə üz-üzə gəldi.

İsmayıl qılıncla onun başına elə bir zərbə endirdi ki, baş dəbilqə ilə birlikdə

iki hissəyə parçalandı, şahın qılıncı isə onun sinəsini dəldi

100.


Vuruşmanın ən böhranlı anında top mərmiləri İsmayılın

döyüşçülərinin sıralarını seyrəltdiyi bir vaxtda Fars hakimi Xəlil




62

Sultan Zülqədər özbaşına döyüş meydanını tərk etdi və öz dəstəsi

ilə birgə qaçdı. Lakin şah düşmənin məhvedici atəşi qarşısında geri

çəkilmədi və döyüşçülərini topların üzərinə hücuma apardı. O,

qılıncı ilə bir – birinə zəncirlənmiş topların arasından özünə yol

açdı, lakin dəvələrin və qatırların “divarı” qarşısında dayanmağa

məcbur oldu

101


. Bu zaman Şah İsmayılın atı müvazinətini itirdi və

üzərindəki döyüşçü ilə birlikdə yerə sərildi. Türk əsgərləri İsmayıla

tərəf atıldılar. Lakin şahın həyatı üçün bu çətin anda o, şaha

“zahirən və geyimi “ ilə çox oxşayan Sultanəli Mirzə  Əfşar

tərəfindən xilas edildi. O, “mənəm şah” – deyə qışqıraraq irəli

qaçdı və düşmənin əsgərlərini də öz arxasınca apara bildi. Bu

zaman özünü yetirən Xızır ağa Ustaclı adlı bir qızılbaş  İsmayıla

başqa bir at gətirdi. Şah həmin atın üzərində döyüşə atıldı

102

.

Səfəvi salnaməçilərinin məlumatlarına görə, Çaldıran



vuruşmasında hər iki tərəfdən 5 min nəfər döyüşçü həlak olmuşdur.

Onlardan 2 min nəfərinin qızılbaş, 3 min nəfərinin isə türk olduğu

göstərilir

103


. Lakin biz bu rəqəmin düzgünlüyünə heç cür inana

bilmərik. Məsələn, Şərəfxan Bidlisi yalnız qızılbaşların itkisinin 5

min nəfər süvari olduğunu göstərir ki, bu, həqiqətə daha yaxındır

104


.

Osmanlı tarixçiləri əksinə, bu rəqəmləri həddən rtöq şişirdirlər.

Onlardan bəziləri türklərin 30-40 min nəfər, qızılbaşların isə

bundan iki dəfə artıq itki verdiyini göstərirlər. Səfəvilər özlərinin

bir sıra istedadlı sərkərdələrini – Məhəmməd xan Ustaclını, Sarı

Pirə Ustaclını, Hüseyn bəy Lələni, Xadim bəy Xüləfanı itirdilər.

Osmanlı sərkərdələrindən Həsən paşa, Malquç oğlu, Üveys bəy,

Süleyman bəy həlak oldular

105

.

Qızılbaş ordusunun Çaldıran vuruşmasında məğlubiyyətini



müasirləri müxtəlif səbəblərlə izah edirlər. Burada əvvəlki

qələbələrdən arxayın düşən və tərslik edərək öz sərkərdələrinin

aöıllı kəlamlarını eşitməyən Şah İsmayılın cəngavər xasiyyətini,

şahın gecə həmləsi fikrindən daşındırmış Durmuş xanın özünə

güxənərək, keflənib lovğalanmasını və s. göstərmək olar. Bu



63

baxımdan Sulyan Səlimlə türklərin əsir aldığı Şah İsmayılın oxşarı

– Sultanəli Mirzə  Əfşar arasında olmuş söhbət maraqlıdır. Sultan

Şah İsmayıldan soruşur: “Məgər sən bilmirdin ki, mən iki yüz min

döyüşkən kişi, artilleriya və yeniçərilərlə gəlmişəm, sən niyə belə

miskin qüvvələrlə mənimlə döyüşə girib, öz adamlarını ölümə

məhkum etdin, özün isə  əsir düşdün”. Cavab belə oldu: “Mən

bilirdim ki, sənin böyük ordun var, lakin bilmirdim ki, sən

toplardan düzəldilən istehkama atılıb bununla da özünü bu dünyada

da, o dünyada da rüsvay edəcəksən...”

106

  Göründüyü  kimi,  I  Şah



İsmayıl odlu silah tətbiqini insanlıqla bir araya sığışdırmır,

qorxaqlıq və cəsarətsizlik təzahürü sayırdı. Şah İsmayıl yalnız canlı

qüvvə baxımından deyil, texniki təchizat cəhətdən, silahlanma

cəhətdən Sultan Səlimdən geri qalırdı. Səfəvilərdə artilleriya demək

olar ki, tamamilə yox idi. Səfəvilərin əsas qüvvəsi olan qızılbaş

tayfa süvari qoşunu topların və yeniçəri nişançılarının atəşi

qarşısında aciz idi. Bundan əlavə, Osmanlı ordusu hərbi nizamın və

döyüşün aparılması taktikasında Avropa sistemini də

mənimsəmişdi. Deməli, İsmayılın məğlubiyyətini şəxsi səbəblərlə

deyil, sultan ordusunun o dövr üçün qabaqcıl olan tışkili və

silahlanması, onun odlu silahı, artilleriyanı geniş tətbiq etməsi ilə

əlaqələndirmək lazımdır

107

.

Çaldıran Səfəvilər dövlətinin hərbi – siyasi nüfuzuna ciddi



zərbə endirdi və son nəticədə onun Kürdüstanda geniş  əraziləri

itirməsinə gətirib çıxardı. Kürd tayfaları və əyanları o vaxta qədər I

Şah İsmayılın və onun canaşinlərinin hakimiyyətini qismən

tanısalar da, Çaldırandan sonra kömək üçün I Sultan Səlimə

müraciət edərək, açıq–aşkar qızılbaş hakimlərinə qarşı çıxış etməyə

başladılar. Kürdüstanın əsarət altına alınmasına yönəldilmiş

Osmanlı ilhaqçı siyasətinin sadiq nümayəndəsi və yayıcısı  İdris

həkim Bidlisi kürd tayfalarının sultanın tərəfinə keçməsində çox

böyük rol oynadı. Kürdlərin siyasi təmayülünün dəyişməsində



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə