Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə16/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   12   13   14   15   16   17   18   19   ...   110

49

tərəfindən tanındı. Ölənlərin başlarından “minarələr ucaldıldı”, ələ keçirilmiş

qənimət qızılbaşlar arasında bölüşsürüldü. İsmayıl üç gün döyüş meydanında

qaldı,sonra isə  Şamaxıya qayıtdı və  şəhər əyanları tərəfindən ehtiramla

qarşılandı

44

. Fərrux Yəsarın oğlanlarından biri-təsvir olunan döyüşdən



salamat çıxmış  İbrahim (Şeyxşah) Xəzər sahilindəki Şəhrinov şəhərinə

45

gələrək atasının qoşunundan sağ qalanlarını toplamağa başladı. Lakin Xadim



bəy Xüləfanın (Xüləfa bəy) yürüşündən xəbər tutara, gəmilərə oturub Gilana

üzdü. Şeyxşahın ardınca gəlmiş  İsmayıl bir neçə gündən sonra Şəhrinovu

tərk edib hicri 906 (1500-1501)-cı ilin  qışını keçirmək məqsədilə

Muğandakı Mahmudabada yola düşdü

46

.  Salnaməçilərin xəbər verdiyi kimi,



burada İsmayıla bildirdilər ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət

etməkdən və “xərac verməkdən” imtina edir. Belə olduqd İsmayıl,

Məhəmməd bəy Ustaclını və  İlyas bəy Xunuslunu Bakını tutmaq üçün

göndərdi.



    İsmayılın Bakını mühasirəyə alması və tutması

XV əsrdə Bakı Azərbaycanın iri ticarət-sənətkarlıq mərkəzi və Xəzər

dənizindəki ən mühüm limanı idi. Şamaxı ilə yanaşı Bakı da Şirvan

hökmdarlarının iqamətgahı sayılırdı. Böyük sərvətləri ilə məşhur olan

Şirvanşahlar sarayı burada yerləşirdi, qızılbaş rəhbərlərinin planlarında bu

sərvətlərə sahib olmağa səy göstərilməsi əhəmiyyətli yer tuturdu.

Bakı möhkəm qala idi və onu tutmaq çox da asan iş deyildi.

Salnaməçilər xəbər verirlər ki,qızılbaş sərkərdələri onlara Makedoniyalı

İsgəndərin səddi kimi görünən Bakı qalasının əzəmətli mənzərəsinə, onun

yüksək divarlarına və qüllələrinə valeh olmuşdular

47

. Anonim tarixçinin



məlumatına görə,qala üç tərəfdən Xəzər dənizinin suları ilə  əhatə

olunmuşdu,qurudan isə qala divarları boyunca “həqiqətən də dənizə

bənzəyən”

48

geniş və dərin xəndək uzanırdı.  Bu,onu göstərir ki,xarica



təhlükə zamanı Bakının qala xəndəkləri su ilə doldurulurdu. İbrahim Əmini

yazır ki, qala xarici aləmlə  dörd  qapı ilə  əlaqə saxlayırdı ki, onlardan üçü də




50

dənizə və yalnız biri quruya çıxırdı.

Bakı sakinləri IX əsrdən Şirvanşahların təbəələri idilər və

hakimiyyətləri dövründə  şəhərin müəyyən iqtisadi inkişaf səviyyəsinə nail

olduğu  Dərbəndilər sülaləsinə xüsusilə sadiq idilər. Müasirləri bakılıları igid

və qorxmaz,mahir döyüşçülər kimi səciyyələndirirdilər

49

. Mühasirəyə



alınanlar qala istehkamlarının keçilməzliyinə,çoxlu silah ehtiyatına, döyüş

sursatı və  ərzaq bolloğuna da xüsusi ümid bəsləyirdilər. Onlar qala

divarlarına yaxınlaşan qızılbaşların üzərinə minlərlə oxlardan, həmçinin

tüfənglərdən ölüm yağışı yağdırırdılar.

Qalanı  ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin

müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün

başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət etdi

50

. Anonim tarixçi



göstərir ki,  əmirlərin müşayiəti ilə şəhərə yaxınlaşan İsmayıl qala divarlarını,

qüllələri,qapıları və xəndəyi bir-bir gəzib  nəzərdən keçirdi.  Qalaya

hücumun çətinliklərlə bağlı olacağını və itkilərlə nəticələnə biləcəyini başa

düşən Səfəvilər bakılıları dilə  tutub  şəhəri təslim etməyə razı salmağı qərara

aldılar. Qalanın müdafiəsinə, təəssüf ki, mənbələrin adını bizim üçün

saxlamadığı  Fərrux  Yəsarın  oğlu  olan  Qazı  bəyin  arvadı  başçılıq  edirdi

51

.

Digər mənbələrdən fərqli olaraq anonim tarixçi Qazı bəyin arvadının nadir



təsvirini verir. O (Qazı bəyin arvadı) “ həmin ölkənin idarə olunması

işlərində tam iqtidara və səlahiyyətə malikdir, Qazı  bəy isə  hakimiyyətə

malik deyildi və arvadının qorxusundan heç bir işə qarışmırdı”

52

.



Anonim tarixçi məlumat verir ki, İsmayıl öz səfirini “Qazı bəyin və

onun arvadının” hüzuruna göndərmişdi

53

. Qızılbaş səfirinin təslim olmaq



haqqında tələbinə cavab olaraq Qazı bəyin arvadı onun edam olunmasını

əmr etdi. Belə olanda Bakı darğası Əbülfəth bəy

54

 onu İsmayılın qəzəbi ilə



qorxudaraq bu addımı atmaqdan çəkindirməyə cəgd göstərmişdi. Lakin

hökmlü  və  qətiyyətli  qadın  darğanın  da  edam  olunmasını  əmr  etmişdi.

Mühasirəyə alınanların inadlı müqaviməti qızılbaş əmirlərini qalanı

hücumla almaq üçün hazırlıq görməyə məcbur etdi. İbrahim Əmini qeyd

edir ki, İsmayıl döyüşçüləərin bir hissəsinə özlərinə torpaq təpələri (murçal)

55

düzəltməyi və onlardan mühasirədə olanlara atəş açmaöı  əmr etdi. Digər




51

qrup isə qoşunların  qala xəndəklərindən asanlıqla keçə bilməsi üçün onları

torpaq və daşla doldurmaq  barədə göstəriş aldı. “İstehkamçılar”

(nəqəbçiyan) qala bürcünün altından lağım atdılar və onun özülündən böyük

bir daşı vurub parçalayanda bürc uçdu,  divarda iri yarıq əmələ gəldi. Hətta

bundan sonra da bakılılar silahı yerə qoymadılar;  onlar divardakı yarığı keçə

çadırla (yaxud xalça ilə) tutdular və daha üç gün davam gətirdilər

56

.Nəhayət,



qızılbaşlar qalaya daxil ola bildilər. Həsən bəy Rumlunun yazdığına

görə,şəhərliləri hamılıqla məhv olmaqdan qorumaq arzusu ilə,sayı 70 nəfər

olan Bakı əyanları əllərində Quran İsmayılın ayağına gələrək ondan şəhərə

aman verməsini xahiş etdi. Anonim tarixçinin məlumatına görə, İsmayıl qətl

və qarətlərə son qoyulmasını  əmr etmişdi ki, bu da qızılbaşlar şəhərə

girdikdən sonra da mübarizənin davam etdiyini göstərirdi. Şəhər başçıları

(kələntərlər, qazılar və şeyxlər) Bakının qapılarını Səfəvilərin üzünə taybatay

aşdılar. İsmayılın əmrinə  əsasən, Xadim bəy Xüləfa şəhər hakimiyyəti

nümayəndələrinin müşayiəti ilə qalaya daxil oldu və “həyatlarının

bağışlanması” müqabilində  sakinlərdən “peşkəş” və “savəri” yığdı

57

.

O,həmçinin Şirvanşahların qızıl,qiymətli daş-qaş, nağd pul, ləvazimat və



digər sərvətlərlə çox zəngin xəzinəsini də apardı. Bunların çox hissəsi

qızılbaşlar arasında bölüşdürüldü

58

. Bundan əlavə, Xadim bəyin əmri ilə



Şeyx Cüneydin həlak olmasının səbəbkarı,Fərrux Yəsarın atası  şirvanşah

Xəlilin (I Xəlilullah) meyiti (sümükləri) qəbirdən çıxarıldı və yandırıldı.

Onun sərdabəsinin qülləsi altında çoxlu qızıl (pul) aşkara çıxarıldı

59

. Anonim



müəllif xəbər verir ki, Şirvanşahların mavzoleyi də dağıdılıb yerlə yeksan

edilmişdi

60

. İsmayılın Cəbani yaxınlığında darmadağın etdiyi Şirvan



qoşunun bir hissəsi Gülüstan, Buğurt və Surxab qalalarında müqavimət

göstərməkdə davam edirdi. Buna görə də İsmayıl Bakını tutduqdan sonra

Gülüstan qalasına  doğru  hərəkət  etdi. Mühasirəyə alınanlar ərzaq ehtiyatına

və qala divarlarının möhkəmliyinə  bel bağlayaraq müvəffəqiyyətlə müdafiə

olunurdular.  Qızılbaşlar mühasirəni aradan qaldırmağa məcbur oldular.

Buna  bənzər  hallarda İsmayıl  öz qərarını guya yuxusunda ona əyan olmuş,

yuxarıdan gələn hökm kimi izah edirdi. Həqiqətdə isə  İsmayıl, Əlvənd

Ağqoyunlunun böyük qüvvələrlə Təbrizdən hərəkətə başlaması barədə




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə