Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə12/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   8   9   10   11   12   13   14   15   ...   110

36

görə də türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan I Şah İsmayılın

İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması

şübhəsizdir”

131

.  Başqa bir yerdən iqtibas gətirək: “Şah İsmayıl hər bir



vilayəti tutduqdan sonra ələ keçirilmiş qənimətləri, əsirləri, və torpaqları

Qızılbaş sərkərdələri arasında bölüşdürürdü. Beləliklə,mənşəyi və dili

etibarilə türk olan  tayfalar  İranın hər yerində yerli  farsdilli  iranlılar

üzərində ağalıq etməyə  başladılar. İranda imtiyazlı və qüdrətli zümrə əmələ

gəldi və bütün hərbi və mülki mövqeləri, vəzifələri ələ keçirərək İran xalqını

tam ixtiyarla və əzəmətlə idarə etdi. Buna görə də Səfəvilər dövründə şahı

İran şahənşahı adlandırdıqlarına baxmayaraq, İran ölkəsinə Qızılbaş dövləti

(Məmləkət-i Qızılbaş) adını verdilər. İran sarayında türk dilində danışırdılar.

Şah İsmayıl türk dilində şeirlər yazırdı. Qızılbaşlar özlərini türk mənşələrinə,

əsil – nəcabət və ad –sanlarına görə İranın yerli əhalisindən yüksəkdə durur,

onları (iranlıları –O.Ə.) həqarətlə tatlar və taciklər adlandırırdılar”

132


.

Müasir türk tarix elminin ən böyük nümayəndələrindən biri olan

Faruk Sümer də özünün sonuncu  monoqrafiyasında Səfəvilər dövlətinə

“İran milli dövləti” kimi baxmaq istəyənlərə qarşı çıxmışdır. O, düzgün

olaraq göstərir ki, “ciddi alimlər” arasında bu cəfəng baxışın artıq tərəfdarları

yoxdur. F.Sümerin əsərində Səfəvilər dövlətinin yaranmasında və

yüksəlişində  türkdilli etnosun həlledici və birinci dərəcəli rol oynadığını

təsdiq edən çoxlu material toplanmışdır və sistemləşdirilmişdir.Fikrimizcə,

onun əsərinin qiymətli cəhəti də elə bundadır.

Təəssüf ki, F.Sümerin əsəri Türkiyə taeixşünaslığına xas olan bəzi

nöqsanlardan və bitərəflilikdən azad deyildir. Özünün əvvəlki əsərlərində də

o, Azərbaycan tarixini Türkiyə tarixinin əlavəsi kimi təsvir eməyə, Kiçik

Asiyanı – anadolunu “Ana Vətən” kimi, yəni Azərbaycan əhalisinin

köçetmə və türkləşmə mənbəyi kimi təsdiq etməyəcəhd göstərmişdi.

Bununla belə, yaxşı məlumdar ki, Azərbaycan, türkdilli əhalinin Orta

Asiyadan Kiçik Asiyaya köçetmə hərəkatının yolu üzərində yerləşirdi və

Türkiyənin özünə nisbətən daha əvvəl türkləşmişdi.

O, coğrafi əlaməti əsas götürərək Səfəvilər dövlətinin yaranmasında

Anadolu türklərinin rolunu göylərə qaldırmağa, onların adına müstəsna



37

xidmətlər yazmağa, “İran türklərinin” (yəni azərbaycanlıların) iştirakını isə

azaltmağa səy göstərir.”Türklərin etnolinqvistiq və digər fərqlərini nəzərə

almayan müəllifin bu fikri felən doğru deyildir. F.Sümerin digər bir

müddəası da ən ciddi etiraz doğurur ki,  guya Səfəvilər dövləti bütün XVI əsr

ərzində və sonralar yalnız Anadoludan gələn tayfalar, yəni türkiyə

qızılbaşları hesabına mövcud olmuş və inkişaf etmişdir. Əsərin sonunda

müəllifin çıxardığı nəticələrin bir çoxu əsaslandırılmır, mətnin materialına

uyğun gəlmir. Biz F.Sümerlə mübahisəmizə  aşağıda  bir  daha

qayıdacağıq

133

.

Səfəvilər dövlətini “konqlomerat imperiya” kimi şərh edən



baxışlarla razılaşmaq çətindir. Keçmiş sovet tarix elmində bu anlayış bir

qayda olaraq,natural təsərüffatın tam hökmranlığı, əmtəə - pul

münasibətlərinin başlanğıc vəziyyəti, vilayətlərin güclü iqtisadi əlaqəsizliyi

ilə xarakterizə olunan quldarlıq dövrünün və ilkin feodalizmin dövlət

birləşmələrinə münasibətdə işlədilir. Buna görə də “konqlomerat imperiya”

anlayışını inkişaf etmiş feodal münasibətləri dövlətlərinə, o cümlədən bu

dövlətlərdən biri olan XVI – XVII əsrlər Səfəvilər dövlətinə aid etmək

qanunauyğun sayıla bilməz.

Digər tərəfdən, qədim və ilk orta əsrlər dövlətlərinin (məsələn,

Əhəmənilər, yaxud Sasanilər dövlətinin) keçmiş sovet tarix elmində

“konqlomerat imperiya”lar kimi təfsir olunması onların İran (fars)

padşahlıqları kimi səciyyələndirilməsinə  heç də mane olmamışdır. Bu

zaman “İran”anlayışına  tam  aydın  bir  məna  verilir ki, öz tərkibinə əhalisi

fars olmayan çoxlu ölkə və vilayətləri daxil etmiş bu imperiyalarda hakim

mövqe, rəhbər rol fars etnik elementinin yuxarı təbəqələrinə məxsus

olmuşdur. Bu mülahizələr baxımından Səfəvilər dövlətinin (imperiyasının)

yaranmasında və tarixində Azərbaycan etnosunun həlledici rol oynadığını

demiş  olsaq,  mübaliğəyə  yol  vermərik.




38

                                 II FƏSİL



SƏFƏVİLƏR DÖVLƏTİNİN YARANMASI VƏ

        MÖHKƏMLƏNMƏSİ TARİXİNDƏN


39

              Sülalənin etnik mənsubiyyəti məsələsinə dair

Qeyd etmək lazımdır ki, Səfəvilərin etnik mənşəyi xüsusi, ətraflı

tədqiqat tələb edən yeni problem deyildir. Lakin xarici tarixşünaslığın bütün

Səfəvilər sülaləsini farslaşdırmaq üçün inadlı və elmi məqsəddən uzaq olan

cəhdləri ilə əlaqədar olaraq bu məsələ əhəmiyyət kəsb edir. Ədalət naminə

demək lazımdır ki, Səfəvilərin etnik mənşəyi məsələsi indiyədək mübahisə

mövzusu olmuşdur. Lakin V.V.Bartoldun sülalənin türk mənşəli olması

barədə söylədiyi fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir.

Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin (1252-1334) və onun

nəslindən bəhs edərkən göstərirdi ki,”bu Ərdəbil şeyxləri, şübhəsiz, fars

deyil, türk mənşəlidirlər”

1

. İ.P.Petruşevski də eyni fikri söyləmişdir: “İlk



Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili

olmuşdur”

2

.

Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunl ələqədardır ki,



Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə  əks etdirən yeganə

mənbə Təvəkkül ibn İsmayıl ibn Bəzzazın “Səfvət əs – səfa” (“Saflığın

saflığı”) adlı agioqrafik əsəridir. Dərviş Təvəkkülün əsəri möcüzələr

haqqındadır,tipik sufi kitabıdır və XIV əsrin ikinci yarısında təetib

olunmuşdur. Tədqiqatçıların belə bir fikri diqqətə layiqdir ki, çox az – az

əlyazmalar “Səfvət əs – səfa” qədər dəyişikliyə məruz qalmışdır.

Əhməd Kəsrəvi Təbrizi bu əsərin müqatisəli tədqiqi ilə məşğul

olmuş, xeyli əvvəl V.V.Bartold tərəfindən söylənmiş belə bir nəticəyə

gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər (Məhəmməd

peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar

Səfəvi tarixşünasları uydurmuş və  İbn Bəzzazın əsərinin mətninə daxil

etmişlər


3

.

Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut



etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir.

Digər İran müəllifləri  (məsələn, S.Rəhimzadə

4

 və N.Şeybani



5

) Ə.Kəsrəvinin

şübhəsinə və dəlillərin zəifliyinə məhəl qoymur, onun Səfəvilərin kürd



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə