Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə10/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   6   7   8   9   10   11   12   13   ...   110

30

şirkətinin agentləri olan tacir-səyahətçilərin - Antoni Cenkinsonun, Tomas

Olkonun, Riçara Consonun, Artur Edvardsın, Ceffri Deketin və Xristofor

Berrounun hesabatları,  habelə italyanlardan Ancolellonun, naməlum tacirin,

Vekyettinin

97

 qeydləridir. Bu  hesabatlarda Azərbaycanın və bütün Səfəvilər



dövlətinin iqtisadi vəziyyəti,  o cümlədən  şəhərləri,  ticarəti və ticarət malları,

ticarət yolları, ölkə təsərüffatının aparıcı sahələrindən biri olan ipəkçiliyin

vəziyyəti  və  imkanları  haqqında  xeyli  məlumata  təsadüf edilir.

Erməni mənbələri arasında Ohanes Saretsinin tərtib etdiyi, Təbrizli

Arakelin “Hirk patmutyans” (“Tarixlər kitabı”)

98

 adlı böyük əsərinə 55-ci



fəsil kimi daxil edilmiş 1547-1600-cü illər dövründə Qafqaz Albaniyası

(Aqvaniya) tarixinə dair qısa salnamə maraqlıdır. XVI əsr Azərbaycan

tarixinə  dair  gürcü  mənbələrinin  məlumatları  təsadüfi  və  yarımçıqdır

99

.



Sosial-iqtisadi münasibətlərin, feodal torpaq sahibliyinin və vergi

verən əhalinin vəziyyətinin öyrənilməsində sənədli mənbələrin-Səfəvi

hökmdarları  fərmanlarının  böyük köməyi olmuşdur.

Səfəvi fərmanlarının aşkara çıxarılması və sistemli nəşri sahəsində

son dövrdə böyük işlər görülmüşdür

100


. A.D.Papazyanın hazırladığı

“Matenadarın fars fərmanları”nın iki cilddə çapdan çıxdığını qeyd etmək

kifayətdir.Səfəvi hökmdarlarının burada dərc olunmuş fərmanları (o

cümlədən ilk Səfəvilərin 15 fərmanı), əsasən erməni kilsəsinin və erməni

icmalarının hüquqlarına aid olsa da, həmin sənədlər dövlətin digər

vilayətlərində, o cümlədən də Azərbaycanda feodal münasibətlərini

öyrənmək üçün yardımçı mənbələrdir. Gürcü kolleksiyalarında toplanmış

farsdilli sənədlərin iki nəşrini V.S.Puturidze həyata  keçirmişdir. Son illərdə

Azərbaycanda  da  yerli  arxiv  və  fondlarda  göstərilən  dövrün  nisbətən

daha az miqdarda olan farsdilli tarixi sənədlərin toplanması  və  nəşri  işi

canlanmışdır.  Üç    məcmuə    nəşr    edilmiş    T.M.Musəvi  bu  mühüm  işə

faydalı töhfə vermişdir.

Xaricdə bu qəbildən olan nəşrlərdən

101


 danışarkən V.F.Minorskinin

dərc etdirdiyi Ağqoyunlu Qasimin 1498-ci il soyurqal  fərmanını birinci

qeyd  etməliyik.  Həmin  nəşrdə  bu  mənbənin  mətni  və tərcüməsi  hərtərəfli

tədqiq edilmiş və  şərh olunmuşdur ki, bu da mürəkkəb və az öyrənilmiş




31

sosial-iqtisadi terminləri açmağa imkan vermişdir. Bu iş Avropa

iranşünaslarında buna bənzər sənədləri öyrənməyə və aydınlaşdırmağa

böyük maraq oyatmışdır.  Tezliklə  ayrı-ayrı fərmanlar və onların

məcmuələri işıq üzü gördü ki, bunlardan da Ağqoyunlu və Səfəvilərin bir

neçə fərmanını əhatə etmiş H.Horstun və J.Obenin nəşrlərini qeyd edə bilərik.

Sonuncuların  arasında  Naxşıvana aid olan gömrük rüsumlarının ləğv

edilməsi haqqında I Şah Təhmasibin 1565-ci il fərmanı böyük əhəmiyyət

kəsb edir.Vergi  terminlərinin  müxtəlifliyinə  münasibətdə  J.Obenin  nəşr

etdiyi  həmin  şahın  iki  soyurqal  fərmanı  diqqət  cəlb  edir.  Qaraqoyunlu,

Ağqoyunlu və Səfəvi hökmdarlarının 23 fərmanı Britaniya muzeyinin

farsdilli sənədlər məcmuəsinə daxil olmuş və 1959-cu ildə kitabda

müsəlman diplomatiyasının tədqiqinə dair müqəddimə yazılmış H.Busse

tərəfindən nəşr edildi. 1965-ci ildə B.Martin XVI əsr Səfəvi hökmdarlarının

bilavasitə Azərbaycanın cənub vilayətlərindəki (Təbriz,Ərdəbil və Xalxalda)

bəxşiş  torpaqlara  aid  yeddi  fərmanını  dərc  etdirdi.

İndiyədək İranda bu sahədə ciddi bir iş görülməmişdir.  Çap

olunmuş nəşrlər, bir qədər olaraq, sosial-iqtisadi problemlərlə

əlaqələndirilmiş və Səfəvilər dövrünün şəxsi və dövlət yazışmaları

nümunələri  kimi  məhdud  əhəmiyyətə  malikdir. Bu mənada Əbdül

Hüseyn Nəvainin dərc etdirdiyi I Şah İsmayıl və I Şah Təhmasib

hakimiyyətinin sənəd və məktublarının iki məcmuəsi müəyyən əhəmiyyət

kəsb edir

102


.

Keçmiş sovet tarixçiləri Səfəvilər dövlətinin sosial-iqtisadi tarixi

məsələlərinin tədqiq edilməsində müəyyən uğurlar qazanmışlar.Bu dövlətin,

onun tərkibinə daxil olmuş ölkələrin və xalqların sosial-iqtisadi tarixinin bir

çox mühüm məsələlərinin əsərlərində dərindən və hərtərəfli işıqlandıra

bilmiş İ.P.Petruşevskinin həmin sahədə xidmətləri xüsusilə böyükdür. Onun

Azərbaycanda son orta əsrlərdə feodal münasibətlərinə həsr olunmuş

monoqrafiyasında Səfəvilər dövlətində feodal torpaq təsisatlarının

(tiyul,soyurqal,mülk), hakim sinif və onun təşkilati quruluşunun dəqiq və

mükəmməl xarakteristikası verilmişdir, kəndlilərin feodal istismarının

mürəkkəb sistemi və sinfi mübarizə məsələləri tədqiq olunmuşdur

103


.


32

Səfəvilər dövründə torpaq mülkiyyəti məsələləri  B.N.  Zaxoderin  və

N.Filrozenin əsərlərində tədqiq edilmişdir

104


. XIII-XIV əsrlərdə

Azərbaycanın həmhüdud ölkələrin tarixinə dair Ə.Ə.Əlizadənin

İ.P.Petruşevskinin əsərləri də nəzərdən keçirilən dövrün ictimai

münasibətlərinin və sosial-iqtisadi  terminlərinin xarakterini başa düşmək

üçün böyük əhəmiyyətə malikdir

105


. S.B.Aşurbəylinin A.P.Novoseltsevin,

M.X.Heydərovun, K.K.Kutsiyanın və başqalarının əsərləri

106

 XVI-XVII



əsrlərdə Səfəvilər dövləti şəhərlərinin sosial inkişafı prosesini öyrənmək üçün

əhəmiyyətlidir.

Xarici tarixşünaslıq Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinə

indiyədək xüsusi maraq göstərmir.Bununla belə, Yaxın və Orta Şərqdə

göstərilən dövrdə feodal münasibətləri probleminə bu və ya digər dərəcədə

toxunulan əsələr mövcuddur. Onların arasında V.F.Minorskinin böyük və

çox vaxt yeni faktik material əsasında yazılmış tədqiqatlarına öz

əhəmiyyətinə görə birinci yeri vermək lazımdır

107

.  Anna Lambtonun müasir



İranda torpaq sahibliyi və renta haqqında yazılmış və Səfəvilər dövründə

həmin məsələlərə həsr olnmuş kiçik bir fəsil olan əsəri də qeyd

olunmalıdır

108


. İran alimi Tağı Bəhraminin  əsərində  bizi maraqlandıran

dövr haqqında  səthi  danışılır

109

.

XVI əsrdə Səfəvilər dövlətinin siyasi tarixi,daxili və xarici



siyasəti,Avropa ölkələri və Rusiys ilə ticarət-iqtisadi ələqələri bir sıra

əsərlərdə işıqlandırılmışdır. Onların  arasında ilk dəfə olaraq  XVI-XVII əsr

Azərbaycan tarixinin ilkin m\nbələrinə əsaslanan qiymətli oçerkini yaratmış

İ.P.Petruşevskinin əsərləri xüsusi yer tutur.Onun İranda islamın tarixinə dair

kitabı orta əsrlər Azərbaycanında şiəlik və onun ifrat təriqətlərinin

ideologiyasının təsiri altında baş vermiş xalq müqavimət hərəkatlarını dərk

etmək üçün böyük əhəmiyyətə malikdir

110


.

N.D.Mikluxo-Maklayın Səfəvilər dövlətinin Şeybanilər dövləti ilə

qarşılıqlı siyasi münasibətlərinin xarakterini və XVI əsrin əvvəlində şiəliyin

sosial rolunu aşkarlayan əsərlərinin mühüm əhəmiyyəti vardır

111.

XVI əsr


Səfəvilər  dövlətinin  sosial-iqtisadi   tarixinin  bir  çox məsələləri kimi,onun

siyasi tarixinin mənzərəsi də “Azərbaycan tarixi”nin birinci cildinin




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə