Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə18/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   14   15   16   17   18   19   20   21   ...   110

55

Şah İsmayıl döyüşə girərək, şəxsən çoxlu düşmən öldürdü. Ağqoyunlu

qoşunu darmadağın olundu. Əli bəy Türkman 10 min nəfərlik dəstəsi ilə

məhv edildi. Gözəl Əhməd Bayandur (Eybə Sultanın qardaşı), həmçinin də

İslamış bəy və başqaları  əsir düşdülər,qətlə yetirildilər. Muradın özü qaça

bildi


73

.

Əgər Əlvənd üzərində qələbə  İsmayılı Azərbaycanın sahibi



etmişdisə, Muradın qoşunlarının darmadağın edilməsi Farsın və  İraqi –

Əcəmin böyük hissəsini qızılbaşların əlinə keçməsinə gətirib çıxardı.

Muradı təqib edən İsmayıl İranın içərilərinə doğru irəlilədi.

Qızılbaşlar müqavimət gösrərməyən Şiraz şəhərini tutdular

74

. 1503-cü ildə



İsmayıl İsfahan, Kaşan və Qum şəhərlərini də  ələ keçirdi. 1504-cü ildə

Gülxəndan, Firuzguh, Usta qalaları və Yəzd şəhəri ələ keçirildi

75

. 1508-ci



ildə bütün İran (Xorasan istisna olmaqla) İraqi – Ərəb də İsmayıl tərəfindən

tutulmuşdu. 1510-cu ildə Şah İsmayıl Mərv yaxınlığındakı döyüşdə özbək

hökmdarı Məhəmməd Şeybani xanı məğlub etməsi nəticəsində Xorasan

vilayəti  və Ceyhun çayına qədər uzanan torpaqlar qızılbaşların tabeçiliyi

altına keçdi.

            Qızılbaş hərəkatının ideologiyasına dair

1499-cu ildə  İsmayılın  rəhbərliyi  altında başlanan şiə-qızılbaş

hərəkatı Səfəvilərin əvvəlki çıxışlarıbnndan  (Cüneyd, Heydər, Sultan Əli)

əhəmiyyətli dərəcədə fərqlənirdi.  İ.P.Petruşevski yazırdı: ”Əgər Şeyx

Heydər  yalnız  Azərbaycanı  birləşdirməyi  qarşısına məqsəd qoymuşdusa,

İsmayılın müridlərinin və tərəfdarlarının məhz qonşu ölkələrdə fəal çıxışları

onun qarşısında daha geniş vəzifələr qoydu. O, Azərbaycanı birləşdirdi

(1502-ci il) və öz hüdudlarına bir sıra ölkələri də daxil edə biləcək böyük şiə

dövləti yaratmağa səy göstərən məsləkdaşlarının arzularını da yerinə



56

yetirməyə məcbur oldu”

77.

İsmayılın  hərəkatı,    Ağqoyunlu      dövləti    ərazisində  xalqın



narazılığının artmasından və hakim təbəqə daxilindəki nifaqın

kəskinləşməsindən  doğmuş  tam  dağılma dövründə başlanmışdı. Bu

hərəkat  əvvəlki  çıxışlardan daha  geniş ictimai zəminə malik olması ilə

səciyyələnirdi. Bu hərəkatda  qızılbaş  tayfalarından başqa, yerli (oturaq)

feodallar, tacirlər  də  fəal  iştirak  edirdilər.  Hərəkatın xalq – kəndlilər və

sıravi  köçərilər  tərəfindən  dəstəklənməsi  onun  müvəffəqiyyətini təmin

edən  həlledici  amil oldu. Sonuncular öz ümidlərini şiəlik hərəkatları ilə

bağlamağa adət etmişdilər. Hekayə üslubunda olan mənbələr qızılbaş

hərəkatının ideologiyası, yəni onun iştirakçılarının ictimai və siyasi məramı

haqqında mühakimə yürütməyə imkan vermir. Bu cəhətdən Şah İsmayıl

Xətayinin  öz  divanı  (şeirlər  külliyatı)  böyük  əhəmiyyət  kəsb  edir.

V.F.Minorski yazırdı: “Yalnız “Divan”, ilk Səfəvilərin sirli bidətinə açar ola

bilər.  Bu  dinamik,  zahirən  mistik  və  dini  ideyalar    bilavasitə  fəaliyyətdə

asanlıqla öz ifadəsini tapır. Onlar hərəkatın zərbə qüvvəsini təşkil edən

həmin ünsürlərin siyasi xəttini təmsil edirlər”

78

. Xətayinin “Divan”ında öz



əksini tapmış qızılbaş nəzəriyyəsinə görə,  Xəlifə Əli imamdır və kim bunu

qəbul etmirsə, o kafirdir. Məhəmməd peyğəmbərdirsə, Əli “Allah

həqiqətinin təzahürüdür” (“məzhər-i həqq”dir). İsmayıl özünün Əli və

Fatimədən başlanan “mənşəyi” ilə fəxr edir. O, Əlidə ilahi mahiyyətin başqa

şəklə düşdüyünə inanır. Əvvəlcə o (İsmayıl), Əli ilə bir olmuş, indi isə

yenidən zühur etmişdir. Peyğəmbərin və imamın keyfiyyətləri onun

simasında təcəssüm etmişdir. İnsan Allahın təcəssümü ola bilər. İsmayıl –

insan qiyafəsində olan Allahdır (adam donuna girmiş xuda). O, bu dünyaya

“Allahın nuru” (nuri xuda), “peyğəmbərlərin möhürü” (ənbiya xətmi),

“kamil rəhbər” (mürşid- kamil),”aparıcı imam” (imam-rahnema), mütləq

həqiqət  -  Allah  (həqq-i  mütləq)  kimi  gəlmişdir.  O,  ğzünün  “qazi”,  “sufi”,

“əxi” adlandırdığı tərəfdarlarından təkidlə pərəstiş, təzim, kor – koranə itaət

(səcdə,socud) tələb edirdi.

Əlinin və onun nəslindən olanların ilahiləşdirilməsi, Allahın

əlamətlərinin insanda görünməsi, Allahın dönə-dönə təcəssüm etdirilməsi



57

ifrat şiə tiriqətləri üçün xasdir. Onlar istər sünnilərdə, istərsə də mötədil

şiələrdə islama bidət və yad sayılır

80

. V.A.Qordlevski “əhl-i həqq” (“həqiqət



əhli”) təriqətinin təlimini nəzərdən keçirərkən belə bir maraqlı nəticəyə gəlir

ki, “mücərrəd fəlsəfi ideyakar yalnız xalq içərisində  Əlinin ilahiləşdirilməsi

formasında öz ifadəsini tapa bilər”

81

 Məlum olduğu kimi, XX əsrə qədər



Kiçik Asiyada ifrat şiə  “Əli ilahi” (“Əlini ilahiləşdirənlər”), yaxud “əhl-i

həqq” (“həqiqət əhli”) təriqətinin tərəfdarlarını qızılbaşlar adlandırırdılar.

Deyilənlərdən aydın olur ki, qızılbaş hərəkatının yuxarı təbəqələrinin

şiəliyi ifrat şiələrin (xalq kütlələri ideoloqlarının) güclü təsirinə məruz

qalmışdı. Bu, sadə xalqın hərəkatda fəal iştirakının gösrəricisidir. Qızılbaşlar

Şah İsmayılı çox sevir və onu ilahiləşdirirdilər. Venetsiya səyyahlarının

təsdiq etdiyi kimi o, xalq içərisində də böyük şöhrət qazanmışdı

82

. Şah



İsmayıla xilaskar, imam Mehdi kimi baxırdılar

83

.



V.Qordlevski bununla əlaqədar olaraq yazmışdı: “...XVI əsrdə xalq

təfəkkürü yenə də coşqun gərginlik içərisində çırpınırdı. Şiə ideyaları

yenidən ortaya çıxmışdı: xalq, həsr\ətində olduğu xilaskar – Mehdi, yaxud

imam intizarı ilə yaşayırdı. Kiçik Asiyada güclü təşviqat aparılırdı. Dərviş

dəstələri ölkəni gəzib – dolaşır, əhalini həyəcana salır və aldadırdılar”

84

.



Səfəvi şeyxlərinin uğurla istifadə etdikləri, Azərbaycanda əlverişli zəmin

tapan dini yüksəliş türkdilli tayfalarla məskunlaşmış Kiçik Asiyanın Şərq

hissəsini  də  bürüdü.

Osmanlı feodallarının qəsdləırindən öz istiqlaliyyətini qorumaq və

dövlət yaratmaq üçün bu tayfaların bir hissəsi hərbi – siyasi ittifaqlarda

birləşməyə başladı. N.D.Mikluxo – Maklay yazır: ”Sonralar qızılbaşlar

adlanmış bu tayfalar öz dilinə və mənşəyinə görə XV əsrdə ardıcıl surətdə

Azərbaycanın və  İranın böyük hissəsinin sahibi olmuş, qaraqoyunlu və

Ağqoyunlu  dövlətlərini  yaratmış  Azərbaycan  tayfaları  ilə  qohum idilər”

85

.



                  Şiə islahatı  və  onun  əhəmiyyəti


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə