Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə15/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   11   12   13   14   15   16   17   18   ...   110

46

qoşulurdular.Artıq Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə

baxış keçirildi.

Nəticə etibarilə, İsmayıl Gilandan birbaşa Ərdəbilə gəlməyib,

cənuba və cənub-qərbə doğru-Xalxal tərəfə dolama yolla kiçik bir dövrə

vurdu. İsmayılın anonim tarixçisi xəbər verir ki,yerli hakim Əmir

Hüsaməddindən ehtiyat edən İsmayıl Taromu tərk etdi və xalxala doğru

irəlilədi. Birinci dayanacaq Bərəndik kəndində oldu. Sonrakı gün o, ”Şam-i

Qızılüzən” adı ilə tanınan və  şamlı tayfasına mənsub olan şumluq

torpaqlarda  dayandı

34

.

Həm də  şamlı tayfasının Xalxal rayonunda Qızılüzən çayının



sahillərində cəmləşdiyi qeyd edilir. Deməli, göstərilən dolama yolu gedib

dövrə vurmaq burada yaşayan şamlı tayfasını qızılbaşların bayrağı altına

toplamaq məqsədi ilə edilmişdi.

Göstərilən məlumatlaradn belə nəticəyə gəlmək olar ki, rumlu və

şamlı etnonimləri ilə tanınan türkdilli tayfalar Azərbaycanda XVI əsrdən

xeyli əvvəl yaşamışlar.

İsmayıl və onun  dəstələri  hicri 905 (1499-1500)-ci ilin  qışını

Xəzər dənii yaxınlığında, Astara ərazisindəki Ərcüvan adlı yerdə

keçirmişdilər

35

. Onlar burada Azərbaycanın cənub hissəsindən olan Səfəvi



tərəfdarlarına qoşunla birləşdirmək üçün vaxt qazandırmaq məqsədilə

dayanmışdılar. Qızılbaş rəhbərlərinin müşavirəsində Kiçik Asiyaya-

Ərzincana hərəkət etmək qərarı verildi. Qızılbaş rəhbərləri belə hesab

edirdilər ki,  İsmayıl orada Kiçik Asiya və Suriyada olan tərəfdarlarına yaxın

olacaqdır. Onlar İsmayılın yürüşündən xəbər tutub onun bayrağı altına

toplanacaqlar

36

.

1500-cü ilin yazında İsmayıl Ərcüvandan Araz çayının şimalındakı



dağlıq rayona, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət etdi.İbrahim

Əmininin verdiyi məlumata görə, bu vilayərdə İsmayılın qoşunu tərkibində

ərəşli və zülqədərli  tayfaları  çıxış  edirdilər

37

.



Deməli, İsmayıl  Azərbaycan  hüdudlarını tərk edərək Kiçik

Asiyaya daxil olmazdan əvvəl onun qoşunu tərkibində şamlı, rumlu, ərəşli,

zülqədər tayfalarının, həmçinin də Qaradağ, Əhər və Talış sufilərinin adları



47

çəkilir. Həmin vaxtda qoşunun sayı haqqında mənbələrdə,  yürüşə başlarkən

(taromda) 1500 rəqəmindən başqa digər məlumat yoxdur. Mənbələrdə

göstərilir ki, Azərbaycandan keçən yollarda (Xalxal, Ərcüvan və başqa

yerlər) İsmayıla çoxsaylı tərəfdarlar qoşulmuşdu. Belə düşünmək məntiqi

olar ki, Anadoluya daxil olarkən İsmayılın qoşunu xeyli artmış və bir neçə

min  nəfərə  çatmışdı.

Bəzi müəlliflər

38

 belə fikirdədirlər ki, İsmayıl Səfəvinin qoşun



hissələrinin əsas kütləsini Kiçik Asiyadan (Anadoludan) və Suriyadan olan

qızılbaşlar təşkil etmiş  və guya Azərbaycan sakinlərinin İsmayılın

yürüşündə iştirakı çox cüzi olmuşdur. F.Sümerin təbirincə deyilsə,”Səfəvilər

təriqətinin başı Azərbaycan şəhəri olan Ərdəbildə, bədəni isə Anadoluda

yerləşmişdi”. İsmayılın Ərzincana hərəkət etməsi sayəsində, “baş bədənlə

birləşdi”. Halbuki elə yuxarıda şərh etdiyimiz mənbə məlumatlarından

çıxardığımız  nəticələr  bu  fikri  təkzib  etmək  üçün  kifayətdir.

İsmayıl Çuxursədi keçdikdən sonra Doqquz Ulam adlı yerə

gəldi.Burada Kiçik Asiya qızılbaşları dəstəsinə başçılıq edən Qaraca İlyas

ona qoşuldu

39

. İsmayıl daha sonra öz dəstəsi ilə Kiçik Asiyaya doğru hərəkət



etdi və “Arazın mənbəyindəki ustaclı

40

 tayfasının yaşadığı Mingöl yaylağına



gəldi.O, Tərcan ərazisindəki Kağızmandan və Sarıqaya yaylağınndan

keçərək son məqsədə-Ərzincana çatdı. Mənbələrin məlumatına görə,burada

yayın sonu və payızın əvvəlində (hicri 906-cı ilin  əvvəli) İsmayılın

bayraqları altında türkdilli şamlı, ustaclı, rumlu, təkəlizülqədər, əfşar, qacar,



varsağ tayfalarından, həmçinin “Qaradağ sufilərindən” ibarət 7000 qazi

toplanmışdı

41

.

Mənbələrin verdiyi məlumatlara görə, Ərzincanda, qızılbaş



ağsaqqallarının müşavirəsində hərbi yürüşün istiqaməti məsələsi müzakirə

olunmuşdu. Bəziləri qüvvələrin kifayət qədər olmamasını  əsalandırıb,

qarşıdan gələn qışı  Ərzincanda keçirmyi  və  əlavə qüvvələr gəlməsini

gözləməyi, yaz gəldikdə (1501-ci il) isə Azərbaycana,Əlvəndə qarşı yürüşə

başlamağı,digərləri qarşıdan gələn qışda Gürcüstanda cihad həyata

keçirməyi, üçüncülər isə, Çuxursəd ərazisinə yola düşməyi və orada

qışlamağı təklif edirdilər. Lakin bu təkliflərdən heç biri qəbul olunmadı.



48

Qərara alındı ki, təxirə salmadan mövcud qüvvələrlə başlıca zərbə

Səfəvilərin qəddar düşməni olan  şirvanşah  Fərrux Yəsara qarşı

yönəldilsin

42

.

Şirvanşah Fərrux Yəsarla vuruşma



1500-cü ilin sonunda, Gülüstan qalası yaxınlığında,Cəbani adlı yerdə

İsmayılla Şirvanşah arasında döyüş başlandı. Qızılbaş qoşununun sağ

cinahında şamlı,solunda isə ustaclı tayfalarının üzvləri durmuşdular.İsmayıl

özü isə mərkəzdə mövqe tutmuşdu: təkəli, rumlu və zülqədər tayfaları

gözətçi dəstələri  (çərxçiyan) təyin edilmişdilər. Döyüşdə iştirak etmiş

qızılbaş başçıları sırasında tayfa əlamətləri göstərilməklə aşağıdakı dövlət

sütunlarının adları çəkilir: Abidin bəy Tavaçı Şamlı, Hüseyn bəy Lələ Şamlı,

Məhəmməd  bəy  Ustaclı,  Əhməd  bəy  Sufi  oğlu  Ustaclı,  Bayram  bəy

Qaramanlı, Qılınc bəy  Qaramanlı, Qaraca İlyas Bayburtlu,(Çuş Mirzə),

İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Dana bəy Əfşar, Xəlil bəy

Möhddar,  Hüseyn  bəy  Süfrəçi  Əfşar,  Piri  bəy  Pərvanəçi    Əfşar,  Lələ

Məhəmməd Təkəli,  Bəkir  bəy  Cagirli,  Piri bəy  Qacar,  Salman bəy  Həzin

Zülqədərli

43

.



Döyüşün əvvəlində  İsmayılın özünün olduğu mərkəz istisna

olmaqla qızılbaşların döyüş nizamı hər iki cinahda pozuldu.Şirvanlılar sanki

üstünlük əldə etmişdilər. Lakin onların piyada qoşununun hücumunu Səfəvi

süvarisi qarşıladı.Salnaməçilər xəbər verirlər ki, hələ 14 yaşı tamam olmamış

İsmayıl ön sıralarda vuruşur, şəxsi nümunəsi ilə öz tərəfdarlarının döyüş

ruhunu artırırdı. Şirvan qoşunu məğlub olub qaçmağa üz qoydu. Tək qalan

şirvanşah Fərrux Yəsar atını Buğurt qalası istiqamətində çapmağa baçladı.

Onun şirvanşah olduğunu bilməyən bir dəstə qızılbaş,atlını təqib edərək

Gülüstan qalasından bir qədər aralıda ona çatdılar. Fərrux Yəsar anonim

tarixçinin Hüseyn bəy Lələnin “cilovdarı” adlandırdığı  Şahgəldi ağa adlı

qızılbaş tərəfindən vurulub atdan salındı. O, şirvanşahın başını kəsərək

İsmayıla gətirdi. Fərrux Yəsarın meyiti onun atını tanımış  əsir şirvanlılar




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə