İnformasiya Cəmiyyətində Dövlət Qayğısı: Elektron Hökumət



Yüklə 28,15 Kb.
tarix11.03.2018
ölçüsü28,15 Kb.
#31196










İnformasiya Cəmiyyətində Dövlət Qayğısı: Elektron Hökumət




31 October 2014, Friday / ,































http://zaman.az/az/images/icon_print.gif










http://medya.todayszaman.com/azerbaycan/2014/10/31/17.png







İqtisadiyyatımızın elmi potensialının, müasirlik anlayışı mütəmadi olaraq dəyişən dövrün tələblərinə uyğun formalaşdırılması, Azərbaycan dövlət siyasətinin mühim əzalarından biridir. Bu barədə əyani sübutları ilkin mərhələdə müzakirə etmək, bu məqalənin müqəddiməsi nöqteyi nəzərindən vacib məsələdir. 

 

Azərbaycan - 2020 İnkişaf konsepsiyasında, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiya və məhsullarla, innovasiya fəaliyyətinin genişləndirilməsinin başlıca məqsədlər arasında yer alması ilkin mərhələdə nəzərə çarpan məqamlardır. Eyni dövlət sənədində, informasiya texnologiyalarının inkişafı üzrə dövlət fondunun yaradılması, ixrac yönümlü İKT potensiyalının gücləndirilməsini və kosmik sənayenin inkişafını da diqqət cəlb edən mühim məsələlər kimi görmək mümkündür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilən “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”, informasiya cəmiyyəti və bilik iqtisadiyyatının formalaşdırılmasını bir daha xüsusi olaraq qeyd etməkdədir. 2014-cü ilin Sənaye ili elan edilməsi o cümlədən 12 Mart 2014 tarixində, Sənaye ili ilə bağlı tədbirlər planının həyata keçirilməyə başlanması, bununla yanaşı, hazırlanma prosesi davam edən 2015 - 2020-ci illərdə Sənayenin İnkişafına dair Dövlət Proqramını, Dövlət Strategiyasının bir birini tamamlayan mərhələləri kimi bariz şəkildə müşahidə etmək mümkündür. Bu sənədlərdən sonuncusunu, mövzumuzla əlaqəsi baxımından ayrıca qeyd etmək lazımdır. 2014-cü ilin aprel ayının 2-sində Azərbaycan Prezidentinin Sərəncamı ilə qüvvəyə minən, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da, “elektron hökumət”in və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsinə vacibliyinə xüsusi yer verilmişdir. Eyni sənəddə, Azərbaycan əhalisinin 70 faizinin internet istifadəçisi olduğu barəsində verilən statistiki məlumat, https://www.e-gov.az/ ünvanında fəaliyyət göstərən elektron hökumət portalının nə dərəcədə əhəmiyyətli bir dövlət qurumu olduğunu bir daha ifadə etməkdədir.

İnformasiya cəmiyyətinin formalaşdırılması istiqamətində atılan addımların müsbət bariz nəticələri, beynəlxalq təşkilatların nəşr etdiyi hesabatlarda öz əksini tapmaqdadır. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ), 11 fərqli meyarı ehtiva edərək hesabladığı İKT İnkişaf İndeksi, 157 ölkə arasında Azərbaycanla bağlı göstəricinin ildən ilə yaxşıladığını nümayiş etdirən praktiki əhəmiyyəti olan bir göstəricidir. Cədvəl 1.-də BTİ-nın hesabatından əldə edilən statistika əsasında, Azərbaycanın Braziliya, Türkiyə, Ermənistan və Çin və digər bir sıra ölkələri İKT inkişafı sahəsində üstələdiyi, indeksin qiymətindən müşahidə edilməkdədir. http://medya.todayszaman.com/azerbaycan/upload/image/2014/2222.png

 Dünya təcrübəsi göstərir ki, bir ölkədə İKT sektorunun inkişafı ilə əhalinin internetə çıxışının olması arasında düz mütənasiblik vardır. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ), elan etdiyi İKT İnkişaf İndeksi (İİİ) üzrə ən yüksək pillədə yerləşən Cənubi Koreyada, əhalinin 97 faizi internet istifadəçisidir. Koreyadan sonraki pillələrdə qərarlaşan Skandinaviya ölkələrində də internet istifadəçilərinin sayı əhalinin 90 faizindən çox hissəsinin təşkil etməkdədir. İİİ -də müşahidə olunan mənzərə, Birləşmiş Millətlər Təşkilatının 2014 ili üçün elan etdiyi Elektron Hökumət İnkişaf İndeksi (EHİİ) nəticələri ilə bir dəfə daha təsdiqlənmişdir. EHİİ -nə görə, Koreya elektron hökümət innovasiyasında liderliyini qorumaqdadır. Həmçinin Avropa ölkələri üçün də oxşar nəticələr əldə edilmişdir.

 Elektron Hökumət İnkişaf İndeksi (EHİİ) hesablamalarında Azərbaycan, yüksək göstərici nümayiş etdirən ölkələr qrupuna daxil edilmişdir. 2014-cü ilin indeksinin göstəricisi, 2012-ci ilin dəyəri ilə müqayisə edildikdə, Azərbaycanın son 2 il ərzində 28 pillə irəlilədiyi bariz olaraq müşahidə edilməkdədir. 

Elektron hökumət praktikasının vüsət alması iqtisadi nəticələrə də səbəb olmaqdadır. Avropa Birliyi, 2011 - 2015 Elektron Hökumət Tədbirlər Planı və Avropa üçün Rəqəmsal Gündəlik adlı iki fərqli dövlət sənədinin tətbiqi ilə dayanıqlı və inklüziv inkişafa nail olmağı planlamaqdadır. Aparılan hesablamalar onu göstərir ki, hər iki proqramın tam tətbiq edilməsi nəticəsində, gələcək 8 il ərzində Avropada Ümumi Daxili Məhsul (ÜDM) 5 faiz, yaxud da adam başına 1500 avro yüksələcəkdir. İnfrastruktur layihələri ilə də 1,2 milyonluq məşğulluğun yaradılacağı təxmin edilməkdədir. Cənub yarımkürədə adam başına komputer proqramları ixracatında ən yüksək pillədə yerləşən Uruquayda isə, komputer texnologiyası sahəsində bakalavr təhsilinin yüksək keyfiyyətdə olduğu xüsusi olaraq diqqət cəlb etməkdədir. Bu baxımdan onu qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 2013-cü ildə yaradılan İnformasiya Texnologiyaları Universiteti, iqtisadi inkişafda, adam başına düşən qeyri neft sektoru ixracatının artırılması baxımından əvəzedilməz funksiyaya malik olacaqdır.

 Məqaləni sonlandırmazdan əvvəl bir vacib nöqtəyə toxunmaq xüsusi əhəmiyyət kəsb edir: Elektron Hökumət İnkişaf İndeksi (EHİİ) üzrə Cənubi Koreyanın yüksək pillədə yerləşməsi, bu barədə innovisyaya üstünlük verilməyindən irəli gəlir. Bu baxımdan, Azərbaycanda elektron hökumət portalı üçün innovativ xarakterli müəyyən fikirlərdən faydaları ilə birgə bəhs etmək bu məqalənin ən mühim hissəsi olacaqdır. Mövzu ilə bağlı bir sıra təklifləri aşağıdakı kimi sıralamaq olar:

 1. Universitetə qəbul olmuş tələbələr qeydiyyatlarını elektron hökümət portalı üzərindən keçsinlər. Bildiyiniz kimi, xüsusilə rayonlardan gələn tələbələr, birinci növbədə qəbul olduqları universitetin, daha sonra isə semestrin başlanğıcında dərs qeydiyyatından keçməlidirlər. Tələbə adını qazanmış namizədlərin, universitetlərə ümumi qeydiyyatları, elektron hökumət üzərindən aparıldığı təqdirdə, xüsusilə avqust aylarında baş tutan bu prosedura baxımından, isti hava şəraiti də nəzərə alındıqda ölkə resurslarının effektiv istifadəsi deməkdir. Hər bir tələbə bir regiondan başqa regiona və yaxud da şəhərə getdikdə, nəqliyyat vasitələrinin istifadə etdikləri yanacaq, ailələrin xərclədiyi pul, yolda itirilən zaman, vəs. Azərbaycan xalqının qazancı olacaqdır. Hər il Azərbaycan universitetlərinə orta hesabla 30 mindən çox tələbənin qəbul olduğunu nəzərə alaraq, sadəcə eyni şəhərdə universitetə qəbul olanlar üçün hesablama edək: Fərz edək ki, qeydiyyatdan keçmək 2 saat vaxt alır. 30 min tələbənin eyni şəhərdə qeydiyyatdan keçdiyini fikirlərşək, universitetə qeydiyyat üçün sərf edilən sadəcə vaxt, 60 min saata bərabər olur. 60 min saat gün və il olaraq ifadə edildiyində, müvafiq olaraq, 2500 gün və təqribən 7 il deməkdir. Bu qazancın nə qədər əvəzedilməz olduğunu bir nümunə ilə izah edək: Elektron hökumət portalı olan https://www.e-gov.az/ ünvanında qeydiyyatdan keçən hər bir abituriyent, imtahana buraxılış vərəqəsini internet vasitəsilə əldə edəbilir. 2014-cü ildə, imtahana buraxılış vərəqəsi 96720 abituriyentə lazım olmuşdur. 2013-cü ildə bu statistika müvafiq olaraq 96471 idi. Son 10 ildə, hər il ortalama 100 min nəfərin imtahana buraxılış vərəqəsinə ehtiyacı olmuşdur. Oxucunu rəqəmlərlə daha çox yormaq istəməzdim. Elə bu baxımdan elektron hökumət portalının https://www.e-gov.az/ ünvanında bəhs edilən son innovativ addım, yuxarıda apardığımız hesablamalara görə, Azərbaycan xalqının ən dəyərli ehtiyatı olan gəncə nəslə göstərilən qayğının müasir formada təzahürüdür.

2. Universitetlərdə olan tələbələr, tələbə olduqlarına dair arayışı elektron hökumət portalından əldə edəbilsinlər. Bu innovativ addım da, həm tələbələrə zaman qazandıracaq, həm də universitetlərin tədris şöbələrinin iş yükünə müsbət mənada öz töhfəsini verəcəkdir. İlkin mərhələdə, bir neçə universitet pilot olaraq seçilməklə, bu praktika tədricən bütün Azərbaycan universitetlərində tətbiq ediləbilər. Universitetlərin qeydiyyat və arayış formalarında vahidliyin təşkil edilməsi isə, ölkə üzrə standartların bir birinə yaxın olmasına gətirib çıxaracaq, yəni ali təhsildə sənədləşmə barəsində mükəmməliyin daha da artmasına səbəb olacaqdır. Belə bir vahidlik, Azərbaycan universitetləri arasında tələbə mübadiləsinin sürətlənməsi istiqamətində stimul yaradacaqdır.

 3. Satın alınan maşınların qeydiyyatlarının aparılması elektron hökumət https://www.e-gov.az/  portalına yeni bir xidmət əlavə edilməklə, elektron mühitdə aparılsın. Bundan əlavə maşın alqı satqısı ilə bağlı hər növ əməliyyatlar, elektron hökumət portalı üzərində həyata keçirilsin. Rifah səviyyəsi sürətlə yaxşılaşan Azərbaycanda bugünkündən daha çox maşın tələb ediləcəkdir. Maşın alqı satqısı ilə əlaqədar qeydiyyatların elektron sistemə köçürülməsini rifahın çox lazımlı bir komponenti kimi qiymətləndirmək olar.

4. Bakıdan Azərbaycanın regionlarına təyyarə biletlərinin satın alınması, elektron hökumət https://www.e-gov.az/ portalına əlavə edilsin. Fərz edək ki, fiziki şəraitdə bir biletin satın alınması üçün, növbə olduğunu da nəzərə aldığımızda, bir nəfər üçün hardasa 16 dəqiqəlik zamana ehtiyac olsun. Sadəcə Naxçıvan üçün bir hesablama edək: Hər gün dörd fərqli uçuş var Naxçıvana, ortalama 160 sərnişin olduğunu nəzərə alsaq, bu günlük 1280 nəfər deməkdir. Fərziyə: Ən ləng əməliyyat aparan sərnişin, bileti 5 dəqiqəyə alsa, burada 11 dəqiqə qazanılmış olur. Hesablama 1280 adam/gün üçün hesablandığında, bu qazanc 235 günə bərabər olacaqdır. Biletlərin elektron mühitdə satılması, praktiki olaraq, Azərbaycan xalqının hər gün əlavə 235 gün qazanc əldə etməyi mənasına gəlir. Milli Daşıyıcı “Azərbaycan Hava Yolları” ilə ölkənin bütün regionlarına uçuş bu qaydada aparıldıqda, vaxtdan qazanc rəqəminin daha da yüksələcəyini təxmin etmək çətin deyil.

 Bu məqalə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin elan etdiyi “Mənim Elektron Hökumətim” (https://www.e-gov.az/) adı altında “Ən yaxşı məqalə” müsabiqəsinə təqdim olunur.  

Dr. Sərvər Qurbanov Qafqaz Universiteti, Sosial - İqtisadi Tədqiqatlar Mərkəzi



 




Yüklə 28,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə