Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə28/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   24   25   26   27   28   29   30   31   ...   110

86

sonu və 1538-ci ilin əvvəlinə düşür.

Budaq Qəzvininin qələndərin çıxışı barədəki məlumatları

İ.P.Petruşevskinin baş vermiş üsyanın ümumxalq xarakteri

haqqında çıxardığı nəticələri təsdiq edən bəzi mühüm təfsilatlara

malikdir


52

. Şivanşah II Xəlilüllahın vəfatından sonra “bir nəfər

qələndər peyda oldu və dedi ki, mən Məhəmməd Əminəm, cam

yaxınlığında özbəklərin əlinə keçmiş və qələndər qiyafəsində xilas

olmuşam”. Budaq Qəzvini izah edir ki, Məhəmməd Əmin Sultan

Xəlilinn (yəni II Xəlilüllahın) qardaşı idi və I Şah Təhmasibin

yanında qulluq edirdi. Bu qələndər isə əvvəllər Məhəmməd Əminin

mülazimi (xidmətçisi) olmuşdu. Tarixçi üsyanın gedişi haqqında

qısaca belə deyir: “Xalq ona qoşuldu və onu taxta çıxartdı”

53

.



Şirvanda hərc-mərclik, vətəndaş müharibəsi buradakı islərə

qarışmaq üçün bəhanə axtaran I Şah Təhmasibin xeyrinə idi.

İ.P.Petruşevskinin düzgün olaraq qeyd etdiyi kimi,II

Xəlilüllahın dul qalmış qadını-Pərixan xanım öz qardaşı I Şah

Təhmasibin gizli təlimatları ilə hərəkət edərək qələndərlə  əlaqəyə

girdi və onun Şirvan taxtına olan iddialarını müdafiə etdi. Şahın

bacısının qələndərlə yaxınlaşmasına işarə edən Budaq Qəzvininin

məlumatına görə, qələndəri hətta Pərixan xanımla evləndirmək

istəmişdilər. Lakin şah buna razı olmamışdı. Bundan sonra

“qələndərin işi çətinləşmiş və o ölmüşdü, Şirvanda hakimiyyət isə

şahın bacısının əlinə keçmişdi”

54

.



Səfəvi şahının Təbrizdə camaatın gözü qarşısında

qələndərin meyitini təhqir etməsi olduqca səciyyəvidir. Budaqın

sözlərinə görə, meyit qəfəsdə yerləşdirilmi. Və “pozğun

ünsürlərin”- “lütlərin” və “qaragüruhşu” kütləsinin müşayiəti ilə

təhqirlərdən sonra mərkəzi Qeysəriyyə bazarına gətirilmişdi.

Burada meyit nümayiş etdirmək üçün qoyulmuşdu. Xüsusi olaraq

hazırlanmış yerlərdə  şah, əmirlər və musiqiçilər əyləşmişdilər.

Muzdla şeir yazanlar acı həcvlər qoşur, xalq başçısını hər vasitə ilə

lağa qoyurdular. Meyitin olduğu qəfəs bir neçə gündən sonra



87

Sahibabad adlanan baş meydana aparılmış, minarədən asılmış və

yandırılmışdı

55

.



Qələndərə divan tutulduqdan sonra Pərixan xanım Təbrizə

gələrək öz qardaşını xəbərdar etdi ki, Şirvanda “pozğunluq və

çaşqınlıq hökm sürür və oranı istila etməyin vaxtı çatmışdır”

56

.



Qorçibaşı Padar

57

 hərbçı dəstə ilə Şirvandan Təbrizə gəldi, kömək



üçün I Təhmasibə müraciət etdi və onu ölkədə “asayişi” bərpa

etməyə çağırdı. 1538-ci ilin yayında, şahın qardaşı Əlqas Mirzə 20

minlik ordu, həmçinin Qarabağ və Muğanın qoşun dəstələri ilə

Şirvana daxil oldu

58

. “Həmin ölkədə bütün giriş və çıxışlara yaxşı



bələd olan” adı çəkilən Padar ordunu müşayiət edirdi. Surxab,

Qorci qalaları, habelə Qəbələ tutuldu. Sonra qızılbaşlar Gülüstan və

Buğurd qalalarına hırıkıt etdilər. Şirvan əyanları Buğurd qalasına

sığındılar. Buğurd (yaxud Qəle-yi Buğurd) Hürşahım məlumatına

görə, “böyük və meşələrlə  əhatə olunmuş dağda yerləşirdi”

59

.



Ərzaq çatışmazlığından və xəstəliklərdən əziyyət çəkən qala

sakinlərinin aöır vəziyyətinə baxmayaraq, Buğurdun mühasirəsi bir

neçə ay çəkdi. Müdafiəçilərin mətinliyi xəbəri şaha gəlib çatdı və o,

böyük qoşunla qala divarlarına yaxınlaşdı. İndi qızılbaş

qoşunlarının da malik olduğu toplar işə salındı və qalanın

müdafiəçiləri müqaviməti dayandırdılar. Onlar qaliblərin

mərhəmətinə tabe oldular. Qəle-yi Buğurd şirvanlıların ənənəvi

olaraq xəzinə saxlanılan anbarı idi və Hürşahın söylədiyinə görə,

orada saxlanılan pulun, qiymətli daş0qaşın və malların sayı-hesabı

yox idi. I Şah Təhmasib bütün bunları şəxsən müsadirə etdi

60

I Şah Təhmasib iğtişaşların səbəbkarları və Şirvan əhalisini



sıxışdıranlar ilə mübarizə aparmaq bəhanəsi ilə yerli əyanların

çoxlu nümayəndələrini (o cümlədən də, vəkil Heseyn bəyi) edam

etdirdi. Onların əmlakını müsadirə etdi, torpaqlarını qızılbaş

tayfalarının yuxarı təbəqələrinə verdi. Şahrux Təbrizə aparıldl və

bir qədər sonra edam edildi

61

.



Beləliklə, varlığına son qoyulmuş  Şirvanşahlar dövləti


88

Səfəvilər dövlətinin bəylərbəyliklərindən biri kimi onun tərkibinə

daxil oldu. Şahın qardaçı  Əlqas Mirzə  Şirvanın birinci bəylərbəyi

oldu. Şirvan əyanları hələ uzun müddət baş vermiş bu gerçəkliklə

və imtiyazlarının itirilməsi ilə barışa bilmirdilər. Sülalənin ayrı-ayrı

nəsillərinin  itirilmiş  səltənəyi  bərpa  etmək  səyləri  sonralar,

Azərbaycanı  ələ keçirməyə cəds göstərən Osmanlı sultanları

tərəfindən istifadə olunmuşdu

62

. Şirvanın Azərbaycan Səfəvilər



dövlətinin tərkibinə daxil olması Azərbaycan xalqının tarixində

obyektiv olaraq müsbət rol oynadı. Ölkənin cənub və  şimal

vilayətlərinin Azərbaycan Səfəvilər dövlətinin hüdudlarında

birləşməsi  Azərbaycanın sonrakı iqtisadi və mədəni yüksəlişinə

şərait yaratdı.

 Şirvan bəylərbəyi Əlqas Mirzənin qiyamı

Yeni Osmanlı basqını  ərəfəsində  Şirvan bəylərbəyisi, şahın

qardaşı  Əlqas Mirzənin qiyamı Səfəvilər dövlətinin vəziyyətini

mürəkkəbləşdirdi. Yerli Şirvan əyanlarının separatçılığından

istifadə edən Əlqas Mirzə özünü müstəqil dövlət başçısı  elen

etmək qərarına gəldi.

Hicri 952-ci ilin sonunda (1546-cı ilin əvvəlində) Qəzvində

qışlama zamanı  Şirvandan qaçmış Oruc Ağa Rumlu adlı bir şəxs

şahın yanına gələrək Əlqas Mirzənin hazırladığı qiyam barədə ona

məlumat verdi. Bu xəbər sarayda müzakirə edildiyi bir zaman,

Əlqas Mirzədən qaçmış Zeynal xanın oğlu, möhrdar olmuş Sultan

Mahmud Mirzə və Kərəm Mirzə gəlib çıxdılar, artıq qiyam

hazırlandığına şübhə qalmadı. Lakin Budaq Qəzvininin xəbər

verdiyi kimi, əmirlər belə bir fikir söylədilər ki, özlərini

məlumatsız kimi qələmə verib qaçanları həbs etsinlər və  Əlqas

Mirzəyə göndərsinlər. Şah onların fikri ilə razılaşmadığını bildirdi.




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə