Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə30/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   26   27   28   29   30   31   32   33   ...   110

92

Köhnə  Şahverdi uzunmüddətli mühasirəyə hazırlaşdı. Qızılbaşlar

iki-üç ərzində qala bürcünün altından lağım atır, və toplardan

istifadə edirdilər. Yalnız divar uçurulduqdan sonra Köhnə Şahverdi

Əlqas Mirzənin anası Xanbəyi xanımla birlikdə qaladan çıxaraq

şaha təslim oldular. Həsən bəy Rumlu xəbər verir ki, elə həmin

vaxtda Sulut qalasının hakimi Məsih Şirvani adlı bir şəxs də şahın

yanına gəldi və qalanı təslim etdi. Beləliklə, şirvan əslində “ikinci

dəfə” I Şah Təhmasib tərəfindən fəth olundu. Şahın oğlu İsmayıl

Mirzə (gələcək II Şah İsmayıl) Şirvanın yeni bəylərbəyisi təyin

olundu, onun lələsi Göyçə Sultan Qacar isə ona köməkçi kimi

saxlanıldı. 1547-ci ilin payızında Şirvanın idarə aparatını

qiyamçılardan, Əlqas Mirzənin yaxın adamlarından təmizləyən Şah

Təhmasib Təbrizə qayıtdı

68

.

I Sultan Süleymanın Azərbaycana üçüncü yürüşü



Həsən bəy Rumlunun xəbər verdiyi kimi, hicri 955 (1548)-ci

ildə Sultan Süleyman, Osmanlı imperiyasının tabeliyində olan

bütün ölkələrdən- Macarıstan, Əflak (valaxiya), Bosniya, Serbiya,

Moreya, Moldaviya, Anadolu, Məntəşə eli, qaraman, Mərəş, Hələb,

Suriya, Misir, Hicaz, Yəmən, Diyarbəkir, Ərəb İraqı və Kəfədən

toplanmış böyük ordu ilə Azərbaycana soxuldu.

Şərəf xanın verdiyi məlumata görə, Sultanı Səfəvilər

üzərinə yürüş etmək üçün dilə tutmuş Əlqas Mirzə ona demişdi ki,

Sultan İraqa daxil olan kimi qızılbaşlar şahdan üz döndərəcəklər.

Lakin tarixçinin göstərdiyi kimi, qızılbaşlardan heç biri Sultanın ən

yaxın silahdaşlarını qarşılamadı. Əksinə, Əlqasla birlikdə İstanbula

gəlmiş mülazimlər onu tərk edərək şahın yanına qayıtmağa

başladılar

69

. Böyük türk ordusuna qarşı çıxmaq üçün kifayət qədər



qoşunu olmayan I Şah Təhmasi Təbrizi tərk etdi və Şəmbi Qazana

çəkilərəkorada üç ay müddətində qoşun topladı. Burada Şirvan




93

bəylərbəyi İsmayıl Mirzə və digər hakimlər öz qoşunları ilə onunla

birləşdilər.

Qızılbaşlar türk ordusnun hərəkətini çətinləşdirmək üçün

Osmanlı sərhədindən Təbrizin özünə qədər olan ərazini xüsusi

olaraq viran qoydular. Burada düşmənə “bir toxumcuq, ot saplağı”

belə saxlanılmadı, daşınmaz əmlaka isə od vuruldu. Özlərinin

fədakarlığı ilə tanınan Təbriz sakinləri su mənbələrini, suvarma

kanallarını (qənov və kəhrizləri) elə bağladılar ki, “hətta özlərinin

içməsi üçün belə lazım olan qədər su qalmasın”

70

.

Xainlər- Üləma bəy və  Əlqas Mirzə Sultan ordusunu



müşayiət edirdilər. Həsən bəy Rumlunun yazdığına görə, Süleyman

Azərbaycana  Ərzurum-Xoy-Təbriz yolu ilə gəlmişdi

71

. Üləma


türklərin dəstəsi ilə Van qalasını tutmaq üçün göndərildi. Sultan

Mərənddə qızılbaşlara hücum etmək üçün 40 minlik qoşunla

Xoydan hərəkət edəcək bir sıra paşaları ( ocümlədən Əlqas

Mirzəni) ayırdı. Osmanlı qoşunları Abdulla xan Ustaclının,

Şahverdi Sultan Ziyad oğlunun və Əli Sultan Təkəlinin başçılığı ilə

irəlidə olan qızılbaş hissələri ilə toqquşdular. Şahverdi Sultan

döyüşdə böyük igidlik göstərdi. Qızılbaşlar Osmanlıların üstün

qüvvələrinin təzyiqi altında şahın Eşkəmbərdə yerləşən qərargahına

geri çəkilməyə məcbur oldular. Şah Eşkəmbər çayının sahillərini

tərk etdi, onunla Xuzistan, Fars, Kirman və  İraq əmirlərinin

birləşəcəyi yerə-Əhər çayına tərəf geri çəkildi.

Bu zaman Sultan Süleyman əsas qüvvələri ilə Təbrizə daxil

olaraq orada cəmisi 4 gün qala bildi. Həmin günlər Osmanlı ordusu

üçün çox kədərli keçdi. Həsən bəy Rumlu xəbər verir ki, yem

olmadığına görə türklərin 5 min atı, dəvəsi və qatırı tələf oldu.

Şəhərdə  ərzaq olmadığına görə türk döyüşçüləri şəhərlilərin şəxsi

əmlakını qarət etməyə başladılar. Həsən bəy Rumlu yazır: “Xalq

nalə və fəryad səsini göylərə ucaltdı”. Hicri 955-ci il rəbi əs-saninin

24-ü (1548-ci ili iyunun 2-də) Sultan Təbrizi tərk etməyə məcbur

oldu. Sakinlər işğalçılara qarşı üsyan qaldırdılar. Salnaməçi




94

söyləyir: “Təbrizin qara camaatı və pozğun ünsürləri (yəni əhalisi -

O.Ə.) özlərinin qisasını atlardan və sultanın yaxın adamlarından

alaraq onları öldürdülər”

72

.

Qızılbaş qoşunları da düşmənə aman vermirdilər. Onlar



gündüz və gecə düşmənin ətrafında dövrə vurur və ayrı-ayrı

dəstələri əsir alırdılar. İsgəndər bəy Münşi qeyd edir ki, qızılbaşlar

qəfil hücumları ilə türkləri elə qorxutmuşdular ki, “onlar özlərinə

yemək əldə etmək üçün dayandıqları yerdən kənara bir addım da

ata bilmirdilər”

73

.



Azərbaycan əhalisinin getdikcə artan müqaviməti, ərzaq

çatışmazlığından yaranan ağır vəziyyət və  şah qoşunlarının

hücumları Osmanlı qoşunlarının Təbrixdə qalmasını qeyri-mümkün

etmişdi. Sultan Kürdüstandan keçərək Vana çəkildi, Van qalasını

ələ keçirdi və onu İsgəndər paşaya verdi. Özü isə Diyarbəkirə

döndü. İbrahim xan və Məhəmməd bəy Türkman sultanın geri

çəkilən ordusunun arxasınca hərəkət etdilər. Şəbüstər yaxınlığında

Suriya və Diyarbəkir paşası, Mərəş paşası ilə baş vermiş  şiddətli

vuruşmada onlar böyük tələfat verildi

74

.



Osmanlı ordusu geri çəkildikdən sonra şah Xoya daxil oldu.

Burada İbrahim xan və başqa əmirlər öz qoşun dəstələri ilə ona

qoşuldular. Çaldıranda Kirman hakimi Şahqulu Sultan və Mahmud

xan Əfşar da şahın qoşunları ilə birləşdilər.

Bu zaman Şah Təhmasib məlumat aldı ki, sultan qullar ağası

Osman Çələbini dörd minlik qoşunla Qars qalasını bərpa etmək

üçün göndərmişdir. Təhmasibin böyük oğlu İsmayıl Mirzə Göyçə

Sultan Qacarla birlikdə ona qarşı göndərildi. Şahzadə qəfil hücumla

2 min nəfərədək döyüşçünü, həmçinin bərpa işləri aparmaq üçün

Amasiya, Tokat, Sivas, Akşehir, Ərzincan, Bayburt, Kəmax,

Tərcan, Ərzurum və başqa yerlərfən qovulub bura gətirilmiş 5 min

kəndli və sənətkarı məhv etdi

75

. Onların bir hissəsi qalada



gizlənərək canlarını xilas etdilər, lakin üç gündən sonra qızılbaşlara

təslim oldular. Osman Çələbi özü ilə 600 nəfər götürərək




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə