Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə33/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   29   30   31   32   33   34   35   36   ...   110

101

çoxlu osmanlı və kürd məhv edildi. Qızılbaşlar yürüşdən

xeyli qənimətlə qayıtdılar

91

.



Ərzurumun “dikbaş” hakimi olan İskəndər paşanı

“cəzalandırmaq” qərara alındı. Şah öz oğlu İsmayıl Mirzənin

başçılığı altında ordunu ona qarşı göndərdi

92

.



Qarabağ hakimi Şahverdi Sultan Ziyad oğlu, Bədr xan

Ustaclı, Çuxursəəd hakimi Şahqulu Sultan Ustaclı,

Məhəmməd  xan  Mosullu  Türkman  kimi  adlı-sanlı  əmirlər,

“min Tehran və altı yüz Naxçıvan qorçisi” bu yürüşdə iştirak

edirdi. Öz qüvvələrinin sayca üstünlüyünə arxayın olan

(Ərzincan, Tərcan, Bayburt, Kemax, Mərəş, Trabzon,

Kürdüstan və Gürcüstandan türklər və kürdlər) İsgəndər paşa

qaladan çıxaraq İsmayıl Mirzə ilə döyüşə girmək qərarına

gəldi. Türklər şəhərin yarım fərsəxliyində (3-4km) döyüşə

hazır oldular.

Qızılbaşların sol və sağ cinahlarda güclənən təzyiqini

müşahidə edən İskəndər paşa irəli atıldı, lakin mühasirəyə

alınacağından ehtiyat edərək geriyə dönməyə məcbur oldu.

Bu vaxt İsmayıl Mirzə döyüş meydanına yaxın olan təpənin

üstündə durmuşdu. Türklər qızılbaşların hücumuna davam

gətirməyib  vahimə içərisində qala tərəfə qaçmağa başladılar.

Onlardan bir çoxu  Ərzurum qalasının dövrəsindəki xəndəyə

düşdü. Xəndək adamlarla və atlarla dolmuşdu. Çaxnaşmada

türklər qapıları bağlamağı yaddan çıxardılar və üç qızılbaş

qalaya girı bildi.  Cəsur şahzadə  İsmayıl şəxsən döyüşə

atılırdı. Lakin qorçilər buna imkan vermirdilər. Xəndəyə

düşüb ölənlərdən başqa 2576 türk öldürüldü. Görkəmli

Osmanlı  əyanları  Trabzon hakimi Mustafa bəy, Mərəş

hakimi Kəbir İsa, Sultanın qullarağası Məhəmməd bəy,

İskəndər paşanın qardaşı Ramazan bəy, Malatya hakimi

Xeyrəddin bəy və bir çox başqaları əsir alındılar

93

.

Sonra İsmayıl Mirzə  Ərciş yaxınlığındakı  şah




102

düşərgəsinə yetişdi. Qaladakı hərbi hissənin döyüşçüləri

qalabəyini öldürdülər və qalanı qızılbaşlara təslim etdiər.

Şahın əmri ilə qala istehkamı dağıdıldı. Sonra Bərgiri qalası

tutuldu. İsmayıl Kürdüstana yola düşdü. Bu yürüşdə “qazilər”

böyük qənimətlər  (əsirlər, mallar, atlar, qatırlar və qaramal)

ələ keçirdilər. Şah hicri 960-cı ilin rəbi əs-sanisində  1553-cü

ilin mart-aprelində)  Naxçıvan yürüşündən qayıtdı

94

. Həmin


ildə Təhmasib sülh danışıqları aparmaq üçün əmir Şəmsəddin

Dilcanini

95

 sultanın yanına göndərdi. Lakin Həsən bəy



Rumlunun yazdığına görə, geri qayıdan elçinin gətirdiyi

məktubda sultan “Şərqin və Qərbin” padşahına (yəni I

Təhmasibə) kifayət qədər ehtiram bildirməmişdi. Buna cavab

olaraq şah oğlu İsmayılı yenidən qoşunla Kürdüstana

göndərmişdi. Onlar Van, Vostan, Ərciş və Adilcəvazı

xarabazara döndərərək qənimətlə Naxçıvana şah qərargahına

qayıtdılar

96

.



  I Süleymanın Azərbaycana dördüncü yürüşü

       Sultan Süleyman hicri 961 (1554)-ci ilin yazında böyük

ordu ilə Azərbaycana yeridi və Naxçıvanı tutdu. Öz taktikasına

sadiq qalan I Şah Təhmasib düşmənin başlıca qüvvələri ilə

gözlənilən toqquşmadan çəkinərək, sultan qoşunlarının hərəkət

edəcəyi gözlənilən yollara viranedici həmlələr edirdi. Şah Bazarçay

(Arazın qolu) yaylaqlarına tərəf çəkildi. İskəndər bəy Münşinin

yazdığına görə, sultanın Naxçıvana hərəkəti zamanı qızılbaşlar

yollarda osmanlılara qəfil basqınlar edir, ayrı-ayrı dəstələri

qılıncdan keçirir və əsir alırdılar

97

.

Şahın əmrilə qızılbaşların bir hissəsi İsmayıl Mirzənin,



Məsum bəy Səfəvinin və  Şahqulu Xəlifənin başçılığı altında Van

və Vostan bölgələrinə, digəri isə Sultan Hüseyn Mirzənin  (Bəhram




103

Mirzənin oğlu) və  Şahverdi Sultan Ziyad oğlunun başçılığı ilə

Pasinə göndərildi. Bu basqınların məqsədi düşmənin geri çəkiləcəyi

yolun üstündəki yerləri xarabaya çevirməkdən ibarət idi ki, “həmin

diyarda abadlıqdan əsər-əlamət qalmasın”.

Kəskin ərzaq çatışmazlığı ilə üzləşən sultan qabaqcadan od

vurub yandırdığı Naxçıvanı tərk etdi və geriyə - Ərzuruma qayıtdı.

Qızılbaş qoşunları (İskəndər bəy Münşiyə görə,sayı təqribən 40

min nəfər) geri çəkilən türklərin ardınca osmanlı ərazilərinə qədəm

qoydular. Qızılbaşlar bir döyüşdə türklərin böyük dəstəsini

darmadağın edərək, türk sultanının yaxın adamlarından biri olan

Sinan bəyi əsir aldılar.

Yürüşün yorub əldən saldığı Sultan qoşunları arasında

narazılıq artırdı. Əlbəttə, sultanın özü və yaxın adamları da

ordunun əhval-ruhiyyəsi, həmçinin özlərinin Azərbaycana

yürüşlərinin faydasızlığı ilə hesablaşmağa məcbur idilər. Buna görə

də, Osmanlı Türkiyəsi Səfəvilərin dəfələrlə təkid etdiyi sülh

danışıqlarına başlamağa razı olduğunu bildirdi

98

.

           Şirvanda Qasımın Səfəvilər əleyhinə üsyanı



Osmanlı sultanı Azərbaycana özünün dördüncü yürüşünə

başlayanda şirvanşahlar nəslindən olan Qasımı yeniçərilər dəstəsi

və artilleriya ilə Kəfədən Şirvana göndərdi. Sultanın göstərişi ilə

Dağıstanda Kumık və Qaytaq  qoşunları onunla birləşdilər. Onlar

Qasımın başçılığı ilə Dərbənddən keçərək Şirvana soxuldular. Elə

güman edilə bilərdi ki, yerli sülalənin hakimiyyətini qaytarmaq

üçün dəfələrlə edilmiş uğursuz cəhdlərdən sonra, şirvanlılar yerli

hakim nəslin yeni övladının peyda olmasına biganə qalacaqlar.

Lakin əslində bunun tamamilə əksi baş verdi. Qasım Şirvana təzəcə

daxil olmuşdu ki, şirvanlılar Osmanlı sultanının yardım haqqında

vədlərinə güvənərək Abdulla xanı tərk etməyə və Qasımın yanına



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə