104
keçməyə başladılar. Bu vaxy Şirvan hakiminin qoşunlarının xeyli
hissəsi Naxçıvana – türlərlə müharibəyə göndərilmişdi. Abdulla
xan öhdəsində olan qüvvələrin zəifliyinə baxmayıb, Şirvan əmirləri
olan İbrahim bəy Şamlı və Əliqulu bəy Qacarla birlikdə dərhal
qiyamçılara qarşı çıxdı və Tabasaranda – Təngə adlı yerdə Qasıma
hücum etdi. Lakin qızılbaşlar üsyançıların möhkəmləndirilmiş
mövqeləri qarşısında uğue qazana bilmədilər və Şamaxıya
qayıtdılar. Abdulla xanı təqib edən Qasım Buğurd qalasına gəlməli
olan tərəfdarlarını toplamaqvə mübarizəyə hazırlaşmaq üçün orada
40 gün qaldı. Burada onun bayrağı altında toplanmış bir neçə min
türk və şirvanlı Abdulla xanın üzərinə yeridi
99
.Qızılbaş ağsaqqalları
öz qoşunlarının azlığından narahat olduqları üçün nəticəsi şübhəli
olan döyüşdən imtina etməyi qərara aldılar. Lakin salnaməçilər
xəbər verirlər ki, Abdulla xan “Allahın köməyinə və şahın
xoşbəxtliyinə təvəkkül edərək” iki min nəfər
100
qızılbaşla Gülüstan
qalasının altında qiyqmçılarla döyüçə girdi. Vuruşma şiddətli oldu
və bütün gün davam etdi. Qızılbaşların üstünlüyü yalnız axşama
yaxın hiss olunmağa başladı. Döyüş meydanında təxminən min beş
yüz qiyamçının cəsədi qaldı. Canını qurtaranlar Tabasarana
qaçdılar.
Bu qələbə sayəsində Şirvanda Abdulla xanın
hakimiyyəti möhkəmləndi. O, “şirvanlıların, Tabasaran və Dağıstan
əhalisinin gözünü elə qorxutdu” ki, artıq heç kəs ona itaət etməmək
haqqında “hətta düşünməyə” də cəsarət etmədi.
1555-ci il Amasya sülhü
Azərbaycanı işğal etmək cəhdlərinin nəticə vermədiyinə əmin
olduqdan sonra Sultan Süleyman Səfəvilərlə sülh danışıqlarına
başlamağa razı oldu. O, hələ Naxçıvandan geri qayıdarkən bu
barədə baş vəzir Məhəmməd paşaya müvafiq göstərişlər verdi.
Məhəmməd paşa isə sərhədyanı qızılbaş əmirlərinə məktub
105
göndərərək şahdan Sinan bəyi azad etməyi və danışıqlar aparmaq
üçün onunla öz nümayəndəsini göndərməyi xahiş etdi. Sinan bəy
həbsxanadan azad edildi və onunla birlikdə Qacar tayfasının
aösaqqallarından biri – Şahqulu bəy
102
də yola düşdü. Şahqulu bəy
qayıtdıqdan sonra, sultan Amasyada olarkən özünü ona çatdırmış
103
“Qaradağ sufilərinin” ağsaqqallarından biri – eşikağası Fərruxzad
bəy, Səfəvi elçisi kimi sultanın yanına göndərildi. Burada aparılmış
danışıqlar nəticəsində “Amasya sülhü” adı altında məşhur olan sülh
müqaviləsi bağlandı.
Farsdilli mənbələrdə bu sülhün dəqiq tarixi verilmir. Məsələn,
Həsən bəy Rumluda Fərruxzad bəyin elçiliyi barədə məlumat hicri
961 (1554)-ci ilə aid edilir. Qəffarinin və Əli Zeynalabdinin
salnamələri haqqında da eyni sözləri demək olar
104
. Bu hadisənin
dəqiq tarixini göstərən türk mənbələrinə görə, Amasyada sülh hicri
962-ci ilrəcəbin 8-də (1555-ci il mayın 29-da ) bağlanmışdır
105
.
Hammer bunu Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında
bağlanmış ilk rəsmi sülh müqaviləsi adlandırır
106
.
1555-ci ilin sülh müqaviləsinə görə, Qərbi Gürcüstan
vilayətləri (İmeretiya, Menqreliya, Quriya) Osmanlı Türkiyəsinin
təsir dairəsinə keçirdi. Şərqi Gürcüstan vilayətləri (Mesxiya,
Kartliya, Kaxetiya) isə Səfəvilər dövlətinin hakimiyyəti altına
düşürdü
107
.
Türkiyə tarixçisi İsmayıl Haqqı Uzunçarşılının belə bir
iddiası heç nə ilə əsaslandırılmır ki, guya bu sülhə görə Azərbaycan
(Təbriz də daxil olmaqla) Osmanlı Türkiyəsinin hökmranlığı altına
düşmüşdür
108
.
XVI əsrin birinci yarısında Osmanlı-Qızılbaş müharibələri
Cənubi Qafqaz ölkələrinin xarici siyasət tarixinin ən əhəmiyyətli
amillərindəndir. Osmanlı sultanları Səlim və Süleymanın
Azərbaycanı zəbt etmək cəhdləri hər şeydən əvvəl iqtisadi
mülahizələrdən, xüsusən də ölkənin ipək xammalının iri
tədarükçüsü olmasından, təbii ehtiyatlarının zənginliyindən və
106
nəhayət, Avropa və Asiyanın gəlirli tranzit ticarət yollarının
Aəzrbaycandan keçməsindən irəli gəlirdi. Osmanlı Türkiyəsi Xəzər
dənizinə çıxmaq və Orta Asiya ölkələri ilə bilavasitə əlaqələrə
girmək üçün mümkün olan bütün tədbirləri görürdü.
Yadda saxlamaq lazımdır ki, XVI əsrdə Osmanlı dövləti öz
qüdrətinin ən yüksək dövrünü yaşatırdı. Onun sərhədləri Avropa,
Asiya və Afrika qitələrini əhatə edirdi. Imperiyanın sərəncamında
saysız-hesabsız canlı qüvvə və maddi ehtiyatlar, böyük hərbi
potensial cəmləşmişdi. Osmanlı imperiyası yalnız Səfəvilər üçün
deyil, hətta iri Avropa dövlətləri üçün də qorxulu düşmən idi. Buna
görə də Avropa dövlətləri Səfəvilər dövlətinin simasında Osmanlı
Türkiyəsinin hərbi qüvvələrinin xeyli hissəsini Avropadan
yayındıran təbii və güclü müttəfiqlərini görürdülər.
Osmanlı təhlükəsinin Avropa dövlətləri üçün nə dərəcədə
qorxulu olduğunu alman imperatorunun Sultan Süleymanın
sarayında olmuş səfiri Busbekin söylədiklərindən görmək olar. O
yazırdı: “Yalnız İran (Səfəvilər dövləti - O.Ə.) bizimlə fəlakətin
arasında durur. Əgər İran onu saxlamasaydı, Türkiyə bizi məhv
etməyinə şad olardı. Onların arasındakı bu müharibə bizə qurtuluş
deyil, yalnız tənəffüs verir”
109
Osmanlı ordusu yalnız sayca və
texniki təchizat (Səfəvilərdə olmayan böyük artilleriya
cəbbəxanasının mövcudluğu) cəhətdən deyil, həm də qoşunun
təşkilində, intizamda Səfəvi ordusundan xeyli üstün
idi.Qızılbaşların ləyaqətini qeyd etmək lazımdır. Onlar türk
qoşunlarına mətanətlə müqavimət göstərərək hər dəfə basqından
sonra onları Azərbaycandan geri çəkilməyə məcbur edirdilər. Bu da
nəzərə alınmalıdır ki, Səfəvilər dövləti tez-tez iki cəbhədə, həm
türklərə qarşı, həm də ardı-arası kəsilməyən Xorasana soxulan
özbəklərə qarşı müharibə aparırdı. Bu dövrdə Osmanlı
diplomatiyasının səyləri ona yönəldilməşdi ki, “qızılbaş
bidətçilərə” qarşı mübarizədə sünni dövlətlərini, o cümlədən
Şeybanilər dövlətini Osmanlı Türkiyəsi ilə birləşməyə təhrik
Dostları ilə paylaş: |