Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə22/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   18   19   20   21   22   23   24   25   ...   110

67

ŞirvanşahFərrux Yəsar həlak olduqdan sonra Şirvanşahlar

dövlətinin varlığına son qoyulmadı.Şirvan taxtında onun

oğlanlarından biri,bir ilə qədər hakimiyyətdə olmuş Bəhram bəy

əyləşdi.Onun vəfatından sonra isə qardaşı Qazı bəy hakimiyyətə

gəldi.  Bir  neçə  ay  sonra  o  taxt-tacı  ələ  keçirmiş  oğlu  Sultan

Mahmud tərəfindən öldürüldü. Mənbələrin məlumatlarına

görə,hakimiyyəti qəsb etmiş bu adamın qəddarlığından hədsiz

əziyyət çəkən Şirvan əhalisi onun əmisinin,Gilan hakimi

Hüsaməddinin

121

 ölkəsində olan Şeyx İbrahim Şeyxşahın ardınca



elçi göndərdi. Şeyxşah 1502-ci ildən II İbrahim adı ilə taxta

çıxdı.Sultan Mahmud kömək almaq ümidi ilə I Şah İsmayılın

sarayına qaçdı.

I Şah İsmayıl Sultan Mahmudu müdafiə etməyi lazım

bildi.Münəccimbaşının verdiyi məlumata görə,Sultan Mahmud

qızılbaşlardan hərbi kömək alaraq Şirvana hərəkət etdi.Şeyxşah

Gülüstan qalasına çəkildi.qalanın mühasirəsi üç aya qədər davam

etdi.Mühasirədə olanların vəziyyəti təhlükəli hal alırdı.Lakin bu

zaman gözlənilməz hadisə baş verdi: Mahmud yatdığı yerdə

xidmətçisi tərəfindən öldürüldü. Gecə zülmətində onun başı qalaya

çatdırıldı. Bundan  ruhlanan şirvanlılar  gecə  həmləsi təşkil etdilər

və özlərini itirmiş qızılbaşları qılıncdan keçirdilər

122

.

Münəccimbaşının məlumatında bu hadisənin tarixi



göstərilməmişdir.

Qızılbaşların Şirvana yuxarıda təsvir edilən yürüş tarixinə

münasibətində Y.A.Paxomov maraqlı müşahidələr aparmışdır

123


.

1935-ci ildə Gəncə yaxınlığında Çaykənd kəndində Şirvanşahların

və I Şah İsmayılın sikkələrindən ibarət pul dəfinəsi tapılmışdır.

Y.A.Paxomov tərəfindən siyahıya alınmış bu dəfinədə  I Şah

İsmayılın Şamaxıda və  Şabrandav zərb edilmiş, hicri 911 (1505-

1506)-ci il tarixli pullar vardır. Halbuku bu dövrdə  Şirvanın

hökmdarı II İbrahim Şeyxşah idi. Digər tərəfdən Y.A.Paxomovun

fikrincə, istər bu dəfinədə, istərsə dəŞeyxşahın pulları olan başqa




68

məlum kolleksiyalarda hicri 911 və 912 (1505-1507)-ci illərdə zərb

olunmuş pulların tamamilə olmaması müşahidə edilir.

Y.A.Paxomov bu faktların əsasında belə bir nəticəyə gəlir ki,

göstərilən illərdə  Şamaxı, Şabran və  Şirvanın bir hissəsi İsmayılın

tabeliyinə keçmişdi; Şeyxşah yalnız hicri 913 (1507-1508)-cü ildə

Şamaxını özünə qaytarmış, artıq öz adından pul zərb etdirmişdi.

Tədqiqatçı deyilənlərə belə yekun vurur: “Birincisi, Sultan

Mahmuda kömək etmiş Səfəvilər nəinki Şamaxını, həm də Şirvanın

şimal hissələrini, məsələn Şabranı tuta bilmişdilər.; ikincisi, bu

köməyin əvəzində Sultan Mahmud özünü Şah İsmayıln təbəəsi

saymağı və onun adından pul zərb etdirməyi öhdəsinə

götürmüşdü”

124


.

Y.A.Paxomovun numizmatik məlumatlara əsaslanan həmin

nəticələri, əsasən narrativ mənbələrin məlumatları ilə düz gəlsə də,

aşağıdakı faktlar onların bir qədər dəqiqləşdirməsini tələb edir.

İbrahim

Əmini xəbər verir ki, I Şah İsmayıl Hüseyn Kiya Çəlavinin



qorunduğu Usta qalasını mühasirəyə alanda “Qazı bəyin oğlu

Sultan Mahmud “ şah qərargahına gəldi və Şirvan taxt – tacına öz

hüquqlarını təsdiq etdirdi

125


. Biz bilirik ki, Usta qalasının

mühasirəsi və alınması hicri 909 (1504-cü ilin yazında)-cu uldə

126

baş vermişdir. Deməli, Sultan Mahmudun qızılbaş hissələri ilə



yürüşü yalnız həmin müddətdən sonra ola bilərdi.

Biz elə


həmin hicri 911 (1505-1506)-ci ildə qızılbaşların Şirvana yürüşü

haqqında da məlumatlar əldə etmişik. Həsən bəy Rumlu xəbər verir

ki, həmin ildə  Şah İsmayıl “hökm vermişdi ki, Sultan Heydərlə

döyüşdə onun düşmənlərinin tərəfində olanların hamısını

öldürsünlər.O bu işi təhqiq etməyi qorçibaşı  Əbdül bəy Dədəyə

tapşırdı. Bu səbəbdən xeyli adam öldürüldü”

127

. Anonim müəllif bu



hadisənin bəzi təfsilatlarını göstərir. O yazır ki, Əbdül bəy Dədə I

Şah İsmayılın əmri əsasında qoşunla Şirvana yollandı, çoxlu




69

“türkman”ı, Təbərsaran və Şirvan sakinini qırdı

128

. Bu haqda digər



mənbələr də məlumat verirlər

129


.

Mənə elə gəlir ki, yuxarıda göstərilən I Şah İsmayılın adı olan

pulların (hicri 911-ci ildə Şamaxı və Şabranda zərb edilmiş) məhz

Əbdül bəy Dədənin başçılığı ilə qızılbaşların həmin yürüşü zamanı

zərb edildiyinə şübhə etməyə əsasımız yoxdur.

Qeyd olunan faktlar Sultan Mahmudun və  Əbdül bəy

Dədənin Şirvana yürüşləri arasında əlaqənin olması fikrinə gətirib

çıxarır. Belə güman etmək məntiqi olar ki, söhbət müxtəlif

vaxtlarda olmuş iki yürüşdən deyil, Sultan Mahmudun da iştirak

etdiyi bir yürüşdən gedir.

I Şah İsmayılın ilk yürüşündən sonra Səfəvilərin Şirvan

hökmdarları ilə siyasi münasibətləri məsələsi hələ qz öyrənilmişdir.

“Azərbaycan tarixi”ndə bu münasibətlərin xarakterinə düzgün

qiymət verlimişdir: “1500-1501-ci illərdə qızılbaşların yürüşündən

sonra Şirvan, əsasən Səfəvilərin vassal asılılığı altına düşdü”

130


.

Aşağıda verdiyimiz yeni material həmin səciyyəni nəinki

təsdiq edir, həm də onu mühüm təfərrüatlarla tamamlayır və bu

münasibətlərin mahiyyətini dəqiqləşdirir. Bizim əlimizdə 1501-ci

ildə qızılbaşlar Şirvandan getdikdən sonra, orada Səfəvilərin

nümayəndələrinin qalması barədə mötəbər məlumat vardır.

Məsələn, bizə məlum olur ki, İsmayılın ən nüfuzlu silahdaşlarından

biri və onun tərbiyəçisi Hüseyn bəy Lələ  Şamlı  Şirvana canişin

təyin olunmuşdu. Sonuncu, özünün xidmətçisini (“cilovdar”) –

darmadağın edilmiş  Şirvanlıların təqib edilməsi zamanı Fərrux

Yəsara çatması, onu vurub atdan salması və  şirvanşahın başını

İsmayıla gətirməsi ilə fərqlənmiş  Şahgəldi ağanı öz yerinə təyin

etmişdi

131


. Sonra məlumat verilir ki, Şeyxşah Gilandan qayıtdı, boş

qalmış  Şirvan taxtına sahib oldu və “həmin vilayət tutulduqdan

sonra oranı Lələ bəyin müavini kimi idarə etmiş” Şahgəldi ağa

Şirvan hüdudlarını tərk etməyə məcbur oldu. İlk vaxtlar Şeyxşah öz

adamlarını hədiyyələrlə Şah İsmayılın sarayına göndərmiş, özünün



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə