134
edildi. Türk sultanın bir sıra adlı-sanlı əyanları əsir alındı
8
.
İsmayılın bu parlaq qələbəsi ona məğlubedilməz sərkərdə
şöhrəti gətirdi. O, özünün cəsarətli, sürətli həmlələri ilə türkləri
dəhşətə saldığı üçün onu “Dəli İsmayıl” adlandırmışdılar
9
. Hətta
iyirmi il keçdikdən sonra da İsmayılın hünərləri haqqında rəvayət,
Azərbaycanda hələ də yaşamaqda və adətən belə hallarda olduğu
kimi, hədsiz dərəcədə bəzək-düzək vurulmaqla qalmaqda davam
etmişdi. Belə ki, ingilis taciri Cefri Deket 1574-cü ildə məlumat
verirdi ki, İsmayılın İskəndər paşa ilə döyüşü zamanı guya 100
minə yaxın osmanlı həlak olmuşdu
10
.
1555-ci ildə Amasyada Osmanlı-Səfəvi müharibələrində
uzun sürən fasilə yarananda, I Şah Təhmasib Qarabağdan Təbrizə
qayıtdı və sülh bağlanmasını bayram etməyi, türklərlə müharibənin
qəhrəmanını layiqincə alqışlamaq qərarına gəldi. İskəndər bəy
Münşi yazır: Təbrizdə elə bir bayram keçirildi ki, o indiyə kimi
qızılbaşların dilindən düşmür
11
. Oradaca İsmayılın Şah Nemətulla
Yəzdinin qızı ilə təntənəli toyu oldu
12
.
Iskəndər
bəy Münşi yazır: “Lakin o, şahın xeyirxahlığına və mərhəmətinə
nankorluq göstərdi və möhtərəm atasının bəyənmədiyi çoxlu
əməllərə yol verdi”
13
. Tarixçi bildirir ki, bunun nəticəsində şah,
şahzadənin sarayda qalmasını mümkün saymır və onu, öz böyük
qardaşı Məhəmməd Mirzəni hakim kimi əvəz etmək üçün hicri 963
(1556)-cü ildə Herata göndərir.
İskəndər bəy Münşi qeyd edir ki, şahın əmri ilə Əli Sultan
Təkəli İsmayılı Herata çatdırmalı və şahzadə Məhəmmədi isə özü
ilə şahın yanına, saraya gətirməli idi.Əli Sultan Məhəmmədlə
Heratdan qayıdanda, şahın olduğu Savucbulaqdan bir qədər aralıda
şah qorçilərindən biri onu ölüncəyədək döyür. İskəndər bəy Münşi,
bu qəddarcasına divanın səbəbini açmadan bunu göstərməklə
kifayətlənir ki, İsmayılı Herata müşayiət edərkən o, şah tərəfindən
verilmiş göstərişləri yerinə yetirməmişdi.
135
Əli Sultanın günahının nədən ibarət olduğunu V.Hins
Məhəmməd Tahir Qəzvininin “Xülase-yi məqal) materiallarını
tədqiq etməklə açır.
Əli Sultan İsmayılı Xorasana müşayiət etdiyi zaman şahdan
məktub almışdı ki, onu Məhəmməd Mirzənin lələsi, Heratən əmir
əl-ümərası Məhəmməd xan Şərəfəddin oğlu Təkəliyə şəxsən
təqdim etsin. Məktubda yazılmışdı ki, İsmayıl Mirzə hər işdə yalnız
əmirin razılığı və təqdir etməsi ilə fəaliyyət göstərməli, tamamilə
onun himatəsi altında olmalıdır. Əli Sultan, İsmayılı məktubun
məzmunu ilə tanış etdikdən sonra onu əmirdən gizlətdi.
Məhəmməd xanın şahın məktubunu ona vermək tələblərinə Əli
sultan soyuqqanlıqla cavab verdi ki, o, I Təhmasibin şifahi əmrini
ona çatdırmalıdır. Həmin əmrə görə isə əmir və onun oğlanları hər
işdə şahzadəyə tabe olmalıdırlar. Məhəmməd xanın bilavasitə şaha
məktubla müraciət edərək onu hər şeyi olduğu kimi xəbərdar
etməkdən başqa çarəsi qalmadı. Şah, Əli Sultanı geri çağırdı.
Beləliklə, Əli Sultan İsmayıl Mirzəyə sədaqətini öz həyatı bahasına
nümayiş etdirdi. Bununla belə, İsmayıl Heratda öz lələsi
Məhəmməd xanı dövlət işlərində iştirakdan uzaqlaşdıraraq bütün
məsələləri özbaşına həll edirdi
14
. Məsələn, Alessandri göstərir ki,
İsmayıl şahdan soruşmadan vilayətlərin hakimlərinə məktublar
göndərərək onlardan dərhal qoşun toplamaöı və Amasya
müqaviləsini pozmaqla Osmanlı vilayətlərinə yürüşə başlamağı
tələb etmişdir
15
. Buna bənzər məlumatlar dogər Avropa mənbələri
ilə də təsdiq olunur.
Dövlət işlərindən uzaqlaşdırılmış və təhqir olunmuş
Məhəmməd xan şaha onun oğlunun davranışı barədə məlumat verir
və onun geri çağırılmasını xahiş edir. Eyni zamanda şaha böyük
təsiri olan vəzir Məsum bəy Səfəvi, sultana qarşı yürüş etmək üçün
qoşun toplamaq barədə çağırışla İsmayılın vilayət hakimlərinə
göndərdiyi bir neçə məktubu ona göstərir. Şah doğma qardaşları
Əlqasın və Samın ona vurduqları ağır zərbələri hələ
136
unutmadığından, belə təhlükəli itaətsizlik əlamətlərini təqdir edə
bilməzdi. Habelə oğlunun qızılbaş döyüşçüləri arasında necə
məşhur olduğu da şaha yaxşı məlum idi. Belə fərz etmək də
məntiqidir ki, I Təhmasin İsmayılın onu taxtdan kənar edib yerini
tuta biləcəyindən də ciddi surətdə qorxurdu
16
.
İsmayılın gələcək fəaliyyətindən ehtiyat edən I Təhmasib,
dərhal özünün hərbi dəstəsinin rəisi (qorçibaşı) Sevindik bəy Əfşarı
İsmayılı vəzifədən kənar etmək əmri ilə Herata göndərdi. Onun
yerinə Məhəmməd Mirzə yenidən Herat hakimi təyin olundu.
Sevindik bəy İsmayılla Təbəs və Yəzddən keçib savəyə gəldi
17
.
Burada Məsum bəyə təhvil verilən İsmayılı onun əmrilə Qəhqəhə
qalasına salırlar
18
. Məhəmməd Tahir Qəzvini məlumat verir ki,
İsmayılın saraydakı fəal tərəfdarları - Həmzə bəy Rikabdarbaşı,
Xeyir Mirək, Süleyman bəy bu zaman artıq cəzalandırılmışdılar
19
.
Şahzadəyə yaxın olan Şahrux bəy Tatı oğlu İstəxr qalasına
atılmışdı
20
.
İsmayıl
19 il 6 ay və 21 gün
21
həbsdə əziyyət çəkmişdi. O, iyirmi dörd
yaşında, qüvvə və bacarığının yüksəliş çağında qalanın
astanasından içəri adlayaraq, oradan mənəvi və fiziki cəhətdən
sarsıdılmış halda, yalnız qırx üç yaşında çıxa bilmişdi. Bu zindan
İsmayılın qəlbində sağalmaz iz buraxmış və onun gələcəkdə
qısamüddətli hakimiyyəti zamanı törətdiyi qeyri-insani
qəddarlıqlarda ifadəsini tapmışdı.
İsmayıl Qəhqəhə qalasında olduğu zaman baş vermiş hadisə
- I Şah Təhmasibin ölümü, saraydakı həyəcanları və əyanlar
arasındakı parçalanmanı əvvəlcədən müəyyən etmişdi.
Şərəfxan Bidlisinin xəbər verdiyi kimi, hicri 979 (1571-
1572)-cu ildə Qəhqəhə qalasından qızıl və gümüş külçələr yoxa
çıxmışdı
22
. Qala rəisi Həbib bəy Ustaclı Külçələrin yoxa
çıxmasında şahzadəni günahlandırdı. İsmayıl isə bu işdə Həbib
bəyin qızının təqsirkar olduğunu söyləyirdi. İşi yerindəcə təhqiq
etmək üçün şah bir dəstə qızılbaş əmirini qalaya göndərdi.
Dostları ilə paylaş: |