143
Xəlifə Rumlu, Heydərin tərəfdarlarının onun evinə hücum
edəcəklərindən çox ehtiyat edirdi. O, öncə Budaq Rumlu və
Şahqulu Sultan Təbət oğlu Zülqədər adlı iki ağsaqqalı barışıq
haqqında danışıqlar aparmaq, düşmənçilik fəaliyyətininn qarşısnı
almaq üçün Hüseyn bəyin yanına göndərdi. Qarşı tərəfə ittifaq
bağlamaq təklis edilirdi. Təklifdə, əvvəlcə mərhum şahı dəfn etmək,
sonra isə hər iki tərəfin ağsaqqallar şurasında hansı namizədin öz
şəxsi keyfiyyətlərinə görə mərhum şahın yerini tutmağa daha çox
layiq olması məsələsini sakit şəraitdə müzakirə etmək arzusu ifadə
olunurdu. Hüseynqulu Xəlifə yaxşı bilirdi ki, danışıqlar faydasızdır,
lakin onları oraya vaxt qazanmaq üçün göndərmişdi.
O, həmçinin öz adamını şəhərdən bir fərsəx uzağa
göndərmişdi ki, çaparaq şəhərə daxil olub İsmayılın “gəlməsi”
xəbərini xalqa çatdırsın. Günorta çağı qan-tər içində bir atlı şəhərə
daxil olub xəbər verdi ki, İsmayıl Mirzə tezliklə şəhərə gələcək. O,
belə bir şayiə yaydı ki, mərhum şah on iki gün əvvəl gizlicə
şahzadə İsmayılın ardınca adam göndərmişdir və onu tezliklə
şəhərə çatdıracaqlar. Paytaxt əhalisi təşvişə düşdü və şəhərlilərin
böyük dəstəsi Hüseynqulu Xəlifə Rumlunun evinə yollandı. Bu
xəbər Heydərin tərəfdarlarını ruhdan saldı və onları çaşdırdı. Lakin
axşama yaxın aydın oldu ki, bu xəbər yalandır və fərasətli
Hüseynqulunun kələyidir.
Öncə mübarizədən kənarda qalmış bir sıra əmirlər (məsələn,
Məhəmmədqulu Xəlifə möhrdar, Heydər Sultan Çabuk Türkman)
Hüseynqulunun evinə gələrək İsmayılın tərəfdarlarına qoşuldular.
Heydərin ardıcıllarının sırasında çaşqınlıq müşahidə olunurdu.
Məsələn, mayın 14-də, axşam Hüseyn bəy yüzbaşı və Heydərin
digər ardıcılları nəhayət, saraya doğru hərəkət etməyi qərara aldılar.
Lakin yola çıxdıqdan az sonra şahzadə İbrahim (Bəhram Mirzənin
oğlu) onlarla getməkdən imtina etdi və evinə qayıtdı. Allahqulu
Sultan Aycək oğlu Ustaclı da onun kimi hərəkət etdi. Təbiidir ki,
bu, Heydərin dəstəsində ruh düşgünlüyünə səbəb oldu. Hüseyn bəy
144
əvvəlcə saraya baş küçə ilə hərəkət edirdi. Lakin onlar Xəlifə
Möhrdarın, Qulu bəy Əfşarın evinə çatanda damlardan güllə,
kamanlardan ox yağdıraraq onların yolunu kəsdilər. Hüseyn bəy
atışmaya fikir verməyib xəzinə binasının arxa tərəfindən keçən
küçəyə tərəf döndü. Qarətçilərin basqın etdiyini güman edən
mühafizə dəstəsi onlara atəş açdı. Belə olduqda Hüseyn bəy
qışqırdı: “Biz heç kimdən ötrü vuruşmaq istəmirik. Sarayda
növbəni dəyişməyə gedirik. Bizdən nə istəyirsiniz?”. Bunu eşidən
mühafizə dəstəsi atışmanı dayandırdı və Hüseyn bəyin dəstəsinə
yol verdi. Saraya çatan dəstə qapıların bağlı olduğunu və
maneələrin qurulduğunu gördü. Bu vaxt onlar məlumat aldılar ki,
Hüseynqulu Xəlifə öz adamları ilə baş küçə ilə hərəkət edir və
hərəmxana bağına bitişik olan “Meydan-i əsp”ə gəlib çatmışdır.
Gördüyümüz kimi Heydərin tərəfdarları ehtiyat edirdilər. Ehtimal
edilir ki, qarşı tərəf hərəmxananın bağına soxulub şahzadəni
öldürmək istəyirdi. Hüseyn bəy qapıları sındırıb saraya daxil ola
bildi. Bu vaxt şahzadə Heydər hərəmxanada idi. O, binada
vurnuxur, çıxış yolu axtarırdı. Lakin bütün qapılar möhkəm
bağlanmışdı. Heydərin ardıcılları şah yeməkxanasına soxulub,
sarayda otaqdan – otağa keçərək “Şah Heydər” deyə çağırırdılar. O
biri tərəfdən də Hüseynqulu Xəlifə Rumlu öz adamları və Şamxalla
birlikdə hərəmxananın bağının qapısını açdı. Bütün künc-bucaq
ələk-vələk edildi. Heydəri axtarmağa başladılar. Düşmənlərin
yaxınlaşdığını görən Heydər qızılbaşların şahın hərəmxanasına
girməyə cəsarət etməyəcəkləri ümidi ilə yenidən qadınların
otaqlarına soxulub anasının yanında əyləşdi. Lakin onun bütün
ümidləri puça çıxdı. Qızılbaşlar hərəmxanaya soxulub şahzadənin
onlara verilməsini tələb etdilər. Şahzadə hərəmxananın qulluqçuları
və qadınlarına qarışdı. O, qadın paltarı geyinərək hərəmxananı tərk
etdi.
Hərəmxana eşikağalarından biri Əli bəy Şamlı başqa bir
binaya yollanarkən şahzadəni tanıdı və ucadan qışqırdı: “Sizin
145
axtardığınız bax budur!”. Cəmşid bəy Çərkəz(şahzadə Süleymanın
qulamı) və Vəlixan bəy yüzbaşı Rumlu şahzadənin üzərinə
atıldılarvə onu kənara çəkdilər. Gəncin başı Hüseynqulu Xəlifə və
Şamxalın işarəsi ilə elə oradaca kəsildi. Nəhayət, gürcü dəstəsi ilə
Heydərin dayısı Əlixan bəy və Zal bəy hərəmxananın qadınlarına
gəlib yetişəndə, şahzadənin qana bulaşmış başı hərəmxana
eyvanının üstündən istehzalı çığırtılarla onların ayaqları altına
atıldı: “Alın, bu da sizin şahın başı”. Heydərin ardıcılları baş
vermiş hadisədən sarsıldılar. Onlar tələm-tələsik sarayı tərk etdilər
və pərakəndə surətdə dağılışdılar. Hamı tərəfindən tərk edilmi.
Hüseyn bəy yüzbaşı və şahzadə Mustafa Luristana qaçdılar
37
.
Həmin axşam qızılbaş dəstəsi şahzadə İsmayılın arxasınca
Qəhqəhə qalasına göndərildi. Şahzadə Heydərin faciəli ölümündən
sonra bir çox ustaclı əmirləri İsmayılın ardıcılları tərəfinə keçdilər.
Onlar da Qəhqəhə qalasına doğru hərəkət etdilər.
Ertəsi gün, mayın 15-də, səhər əmirlər və şahzadələr saraya
toplaşdılar.14 may hadisələrində iştirak etməmiş İbrahim Mirzə və
Allahqulu Sultan Aycək oğlu da ora gəlmişdilər. Zal bəy (gürcü),
Həmzə bəy Talış və həlak olmuş şahzadənin digər tərəfdarları
evlərindən çıxarıldılar, edam edildilər. I Təhmasibin həkimi
Əbunəsr Gilani şahı zəhərləməkdə və şahzadə Heydərə rəğbət
göstərməkdə ittiham edildi. O, 14 may hadisələri zamanı saraydakı
buxarıların birində gizlənmişdi. Lakin qorçilər onu oradan çıxarmış
və tikə-tikə doğramışdılar. Heydərin darmadağın edilmiş
tərəfdarlarının əmlakı qızılbaşlar tərəfindən müsadirə olundu
38
.
Bu qələbədən sonra hakimiyyət Pərixan xanımın və qızılbaş
əyanları arasında nüfuzu əhəmiyyətli dərəcədə artmış Hüseynqulu
Xəlifə Rumlunun əlinə keçdi. Cümə günü Qəzvinin baş məscidində
əmirlərin, şahzadələrin və camaatın iştirakı ilə təntənəli şəraitdə
şahzadə İsmayılın taxta çıxması şərəfinə xütbə oxundu.
Bu günlərdə hakimiyyət tamamilə Pərixan xanımın əlində
cəmlənmişdi. “Heç kim Pərixan xanımın əmri və hökmündən
Dostları ilə paylaş: |