150
bağrına basıb onu “oğlum” adlandırdı. Bu qardaşlıq və atalıq
“məhəbbətinin” bəhrələrini biz aşağıda görəcəyik.
İyunun 13 (rəbi əs-saninin 16-sı)-də İsmayıl Qəzvinin
ətrafına çatdı və burada dayandı. Onu qarşılamağa şahzadələr,
Hüseynqulu Xəlifə Rumlu və “böyük əmirlər” gəlmişdilər. Qaçmaq
istərkən tutulmuş Heydər tərəfdarlarının başçısı Hüseyn bəy də
bura gətirilmişdi. Lakin İsmayıl gözləndiyinin əksinə olaraq onu
edam etdirmədi, yalnız zindana salınmasını əmr etdi.
Ertəsi gün şah özünün mərasim dəstəsi ilə Səədabad
bağında dayandı. Sonra o, bir neçə gün Hüseynqulu Rumlunun
evində qaldı. Şahzadə Mustafanı onun yanına gətirdilər. İsmayıl
onu dəfələrlə, “hərarətlə” öpdü və onu soyuq qarşılamış
qardaşlarının arasında əyləşdirdi. O, aşağıdakı sözlərlə onlara
müraciət etdi: “Allah görür, əgər siz mənə məhəbbət və doğruluqla
yanaşsanız, mən sizə dünyada heç bir padşahın öz qardaşların
yanaşdığı kimi münasibət bəsləməyəcəyəm”. Lakin İskəndər bəy
Münşinin obrazlı ifadəsi ilə desək, “onun ürəyinin, dilinin
dediklərindən xəbəri yox idi”.
Qızılbaş tayfalarının əyanları zahiri itaət də etməmişdilər.
Onların nümayəndələri əvvəlki kimi, təmtəraqla mərhum şahın
sarayından nəinki geri qalmayan, hətta üstün olan şahzadə xanımın
sarayına toplaşırdılar. Öz təbiəti etibarilə hakimiyyətpərəst olan
Pərixan xanımümid edirdi ki, taxt-tac uğrunda döyüşdə misilsiz
köməyinə görə İsmayıl dövlət işlərində onun rolunu
məhdudlaşdırmayacaq və ona öz köməyini əsirgəməyəcəkdir.
Lakin onun ümidləri doğrulmadı.
İskəndər bəy Münşi göstərir ki, qızılbaş əmirləri və əyanları
şahzadə xanımın sarayına gəlməklə, öz bacısının dövlət işlərinə
müdaxiləsinin qarşısını almaq qərarına gəlmiş İsmayılın nüfuzunu
aşağı saldıqlarını dərk etməyə başladılar. Hətta bəzi nüfuzlu
əmirlər qadının dövlət işlərinə qarışmasını qeyri-təbii sayaraq bunu
pisləyirdilər. Hüseynqulu bəy Xəlifəyə də İsmayılın münasibəti
151
dəyişmişdi. Zahirən buna onun təkəbbürlü davranışı səbəb
olmuşdur. Həqiqətdə isə İsmayıla xəbər vermişdilər ki, şahın
ölümündən sonra Qəhqəhə qalasından heç bir xəbəri olmadığı ilk
günlərdə Hüseynqulu taxta çıxmaq üçün şahzadə Mahmudun
namizədliyini irəli sürmüşdü. Pərixan xanım da vaxtilə bu
namizədliyi müdafiə etmişdi. Bütün bunlrdan xəbər tutan İsmayıl
belə qərara gəlmişdi ki, Hüseynqulu xanı öz yolundan mütləq kənar
etməlidir. Lakin bunu etmək asan deyildi. Çünki Hüseynqulu o
zaman yalnız paytaxtda sayı 10 min nəfərə çatan rumlu tayfasının
başçısı idi. Xəlifət əl-xulafa tutan Hüseyn bəy, rumlu sufiləri üçün
Mürşidi Kamilin, yəni Səfəvilər təriqətinin başçısı kimi şahın
müavini idi. Buna görə də İsmayıl öz başçılarına sözsüz sadiq olan
sufilərin qiyamından ehtiyat edir, ciddi səbəb olmadan onu
vəzifəsindən kənar edə bilmirdi. İsmayıl xeyli düşündükdən sonra
çıxış yolu tapdı. O, Hüseynqulunu çağırdı və xəlifət əl-xulafa
vəzifəsindən istefa verməklə dövlət vəkili (vəkalət-i ala) vəzifəsini
qəbul etməyi ona təklif etdi. Lakin Hüseynqulu yaxşı başa düşürdü
ki, əgər o, şahın təklifini qəbul edərsə, xəlifə kimi öz gücünü və
müstəqilliyini itirəcəkdir. Həm də şah, özü üçün əlverişli olan
zaman onu divan vəkili vəzifəsindən də kənar edə bilər.
Hüseynqulu fikirləşərək imtina etməyi qərara aldı. Belə olduqda,
İsmayıl rumlu əmirlərini yanına çağırdı və onlara belə bir sualla
müraciət etdi: “Öz mürşidinin məsləhətini qulaqardına vurmuş sufi
ilə nə etmək olar?” Onlar gözlənildiyi kimi cavab verib dedilər:
“Həmin sufi cəzaya layiqdir”. Hüseynquluya bu söhbəti çatdırdılar.
Ertəsi gün şahın yanına gələndə onu içəri buraxmadılar. O,
günahkarcasına şahın qaldığı özünəməxsus evin qapısı ağzında
oturmağa məcbur oldu. Üçüncü gün Hüseynqulu şahın fərmanı ilə
Məşhəddə qorçilərin rəisi təyin edildi. O, həmtayfalarını tərk etdiyi
bir halda, tək-tənha Xorasana yola düşdü. Hüseynqulu Damğanda
şahın əmrilə öz həmtayfalarından biri tərəfindən dayandırıldı və
gözləri çıxarıldı.
152
Bundan sonra İsmayıl Hüseynqulunun evindən Pərixan
xanımın sarayının yanında yerləşən əmir Şahqulu Sultan Yegan
Ustaclının evinə gəldi. Şah öz bacısını çox sərt qəbul etdi. Nəhayət,
İsmayıl onun, özünün təyin etdiyi vaxtda
43
şah sarayının kandarını
adlayıb keçdi. Əvvəlcə o sarayı yenidən qurmağa başladı. O,
taxtaçıxma saatını horoskopla özü təyin etmiş və bu, bütün ölkədə
elan edilmişdi. İsmayılın taxt çıxmasına hazırlıq paytaxtda sürətlə
gedirdi. Qızılbaş tayfaları hər tərəfdən paytaxta axışıb gəlirdilər.
Qəzvinin küçələrində dəhşətli izdihamlar yaranmışdı. Qonşu
dövlətlərin səfirləri, əmirlər, sərhəd bölgələrinin hakimləri və
dəstə-dəstə əhali hədiyyələrlə şahın iqamətgahına gəlirdilər
44
.
İskəndər bəy Münşi yazırdı: “Özünün (taxta) çıxması saatı
onun tərəfindən təyin edildiyi üçün, bütün dövlət işləri taxta çıxan
günə qədər təxirə salınmışdı”. Əhali bu hadisəni gözləyir, günləri
sayırdı.
II İsmayıl adı ilə tanınan şahzadə İsmayılın taxta çıxması
mərasimi hicri 984-cü il cumada əl-əvvəlin 27-də (1576-cı il
avqustun 22-də) keçirildi
45
. Sarayın Çehelsütun salonunda bu
münasibətlə təntənəli qəbul düzəldilmişdi. Burada bütün əmirlər,
şahzadələr və dövlət əyanları iştirak edirdilər. İsmayıl zinətlərlə
bəzənmiş şah libasında, təntənəli şəraitdə salona daxil oldu və
atasının taxtında əyləşdi. Sonra ənənəvi “taxt-taca sədaqət” and
mərasimi başlandı.Yeni şahın əyləşdiyi taxta əvvəlcə şahzadələr,
onların ardınca seyidlər, üləmalar, müctəhidlər, gürcü knyazları –
İsa xan Ləvənd oğlu və Simon Luarsab oğlu yaxınlaşdılar
46
. Sonra
Şah Rüstəm Lur, yüksək mövqeli əmirlər və qızılbaş əyanları,
vəzirlər və ali məmurlar, əyalət əyanları, Hindistan padşahı
Nizamşahın, Luristan hakimi İbrahim xanın, Mazandaran hakimi
Mirzə xanın və Ərəbistan hakimi Seyid Səcadın elçiləri
yaxınlaşdılar. Nəhayət, Portuqaliya kralı Don Sebastyanın firəng
(avropalı) səfirləri yeni şahın “ayaqlarından öpmək üçün” taxta
yaxınlaşdılar.İsmayılın qaladan azad edildikdən sonra almış olduğu
Dostları ilə paylaş: |