Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə39/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   35   36   37   38   39   40   41   42   ...   110

119

müqaviməti davam etdirdilər. Səfəvilərin Kartliyə yürüşləri

sonralar da baş vermişdi. Məsələn, qarabağ bəylərbəyi Şahverdi

Sultan Ziyad oğlu üç dəfə - hicri 963 (1556)

158

, 964 (1557)



159

, 968


(1560-1561)- ci

160


 illərdə qoşunları ilə bura daxil olmuş və

dağıntılar törətmişdi. Çar Luarsab onunla döyüşdə həlak olmuşdu.

Simon isə qızılbaşların tərəfinə keçmiş qardaşı Davidin (Davud

bəyin) təhriki ilə hicri 976 (1568-1569)-cı ildə Şamxal bəy Çərkəz

tərəfindən ələ keçirilmiş və  şahın gösrərişi ilə  Ələmut qalasına

salınmışdı

161

.

     Səfəvilərin Böyük Moğollar dövləti ilə münasibətləri



         Səfəvilər dövləti cənub-şərqdə əsası 1526-cı ildə Babur

tərəfindən qoyulmuş Böyük Moğollar dövləti ilə həmsərhəd idi.

Özlərinin digər qonşularından fərqli olaraq, Səfəvilər hələ I Şah

İsmayılın dövründə Baburla ittifaq münasibətləri yaratdılar.

Onların qarşılıqlı münasibətləri dini düşmənçilik amilindən uzaq

idi. Çünki Babur da şiəliyin qəbul edilməsinə meyl göstərirdi.

Onların ümumi düşməni yalnız Xorasana deyil, habelə Əfqanıstana

və  Şimali Hindistana basqınlar təşkil edən özbək hökmdarları idi.

Səfəvilərlə Moğollar arasında münaqişə çox mühüm hərbi-strateji

məntəqəyə, Hindistandan İrana və oradan da geriyə aparan qapılar

olan şəhər - qalaya – Qəndəhara yiyələnmək uğrunda baş verdi.

Qəndəharın həm də böyük ticarət – iqtisadi əhəmiyyəti var idi.

“Hindistandan İrana mallarla yüklənmiş təxminən 14 min dəvə hər

il buradan keçirdi”

162

. Təbiidir ki, buna görə də şəhər Səfəvilər və



Moğollar arasında münaqişə obyektinə çevrildi və o, əldən-ələ

keçməyə başladı.

Hicri 943 (1537)-cü ilin qışıI Şah Təhmasib Qəndəharı geri

almaq üçün Heratdan yola düşdü.Qala rəisi Xacə Kalan müqavimət

göstərmədən qızılbaşlara təslim etdi. Şah, Budaq xan Qacarı



120

Qəndəhar vilayətinin hakimi təyin etdi və Herata qayıtdı

163

. Lakin


1538-ci ildə Moğol padşahı Hümayunun qardaşı Mirzə Kamran

qoşunla Qəndəhara gələrək qızılbaşları oradan sıxışdırdı

164

.

Səfəvi – Moğol münasibətlərində Hümayunun hərbi yardım



haqqında xahişlə I Şah Təhmasibə müraciət etməsi əlamətdar

hadisə oldu. Hümayun əfqan hakimi Şirxan tərəfindən darmadağın

edilmiş və hətta ona qarşı çıxış etmiş qardaşları da onu yalqız

buraxmışdılar. Vəziyyət o dərəcədə ağırlaçmışdı ki, o, arvadı,

qulluqçusu və 40 etibarlı adamının müşayiəti ilə Səfəvilərin

ərazisində təqibdən yaxa qurtarmağa məcbur olmuşdu

165

.

Hicri 951 (1544)-ci ildə Hümayun Sistan hakimi Əhməd



Sultan Şamlı tərəfindən padşaha layiq təmtəraqla qəbul edilərək

Herata yola salınmışdı. Hümayun onu qarşılamaq üçün öz məiyyəti

ilə  şəhər hüdudlarından xeyli kənara çıxmış Xorasan bəylərbəyi

Məhəmməd xan Şərəfəddin oğlu tərəfindən də böyük ehtiramla

qarşılanmışdı

166


.  Hümayun bir neçə gün Heratda qaldıqdan sonra

şahın yanına – İraq tərəfə hərəkət etdi. Həsən bəy rumlu yazırdı:

“Onun gəlib çatdığı hər bir vilayətdə yerli əmirlər və sərdarlar

sədaqət andı içir, ona layiqli hədiyyələr verirdilər”

167

.

Sultaniyyənin yaxınlığında, Sorluq yaylağındakı  şah düşərgəsində



Hümayunu şahın qardaşları Bəhram və Sam, vəzir Qazi Cahan,

qorçibaşı Sevindik bəy və dövlətin digər yüksək rütbəli adamları

qarşıladılar.Həsən  bəy  qeyd  edir  ki,  Hümayun  şah  alaçığına

yaxınlaşanda atdan düşdü və alaçığa doğru yollandı. I Şah

Təhmasib onu görüb alalçıqdan çıxdı və bir neçə addım irəli yeridi.

Oradakılar iki parlaq ulduzun birləşməsinin şahidi oldular.

Hümayunun şaha bağışladığı hədiyyələr arasında “tayı-bərabəri

olmayan, taleyin görmədiyi və zamanın eşitmədiyi, çəkisi dörd

misqal və dörd danqa olan almazın” da adı çəkilir

168


.

Hümayun ona hər cür qonaqpərvərlik və dostluq nişanələri

izhar edən I Şah Təhmasib tərəfindən mehribanlıqla qarşılandı.

Onun şərəfinə verilən böyük ziyafətdən sonra şah peşkəşlərinin




121

verilməsinə başlandı. Bunların arasında qiymətli daşlarla

bəzədilmiş tac və kəmər, qızıl çəkili parçalar, firəng (Avropa)

malları, döyüş sursatı və silah, ərəb atları vəs.vardı. Sonra

Hümayun şahdan ayrıldı, Təbriz və Ərdəbilə yollandı. Təbriz yerli

sakinlərin əmri ilə bayramsayağı bəzədilmişdi: bazarlar və xüsusilə

mərkəzi Qeysəriyyə bazarı yaraşıqlı libasa bürünmüşdü. Təbrizlilər

yüksək qonağın şərəfinə Sahibabad meydanında keçirilən çovgan

oyununda və digər əyləncə növlərində öz məharətlərini nümayiş

etdirirdilər. Hümayun Ərdəbildə  Şeyx Səfiəddinin türbəsi

qarşısında “baş  əydi”, bundan sonra isə saraya qayıtdı. Müxtəlif

məlumatlara görə, I Şah Təhmasib tərəfindən Budaq xan Qacar və

Şahverdi bəy Ustaclı başda olmaqla 6 mindən 12 min nəfərədək

qızılbaş Hümayunun sərəncamına verildi

169

. Hümayun həmin hərbi



yardımla Hindistana yola düşdü, öz düşməni Şirxanı darmadağın

etdi və taxt-tacı özünə qaytardı. O, bu köməyin müqabilində hər il

40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə getdi

170


.

Osmanlı Türkiyəsi ilə münasibətlər. Şahzadə

Bəyazidin

          qiyamı və onun Səfəvilərin yanına qaçması

          

1555-ci  ildən  sonra  Səfəvilər  dövlətinin  Osmanlı

Türkiyəsi ilə münasibətlərində I Şah Təhmasibin  hakimiyyətinin

sonuna qədər sülh dövrü davam etdi.

Hicri 967-ci ilin məhərrəmində (1559-cu ilin

sonunda) şahzadə Bəyazid öz ailəsi və 12 min nəfərlik dəstəsi ilə

Qəzvinə I Şah Təhmasibin sarayına gəldi.Türk sultanı Süleymanın

oğlu Bəyazid atasına qarşı üsyan etmiş, lakin darmadağın

olunmuşdu. Ardınca göndərilmiş təqibçi dəstədən canını qurtarmaq

üçün o, Çuxursəədə - Səfəvilərin ərazisinə daxil olmuşdu. Onun

qızılbaş paytaxtında təntənə ilə qarşılanması Qəzvin meydanında,




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə